Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə35/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   31   32   33   34   35   36   37   38   ...   142

103 

Ost-


Hind  kompaniyası  öz  hərbi  qüvvələrini  pərakəndə 

halına salmamaq üçün hələlik yalnız qərbdə maratxa konfe-

de

rasiyası ilə döyüş aparırdı. Belə bir şəraitdə ölkədə üzücü 



ver

gi siyasəti nəticəsində Maxaraştrada feodal knyazlıqlarının 

iqtisadiyyatı  zəifləmişdi.  Kənddə  sələmçilərin  soyğunçuluğu 

artmışdı.  Minlərlə  müflisləşmiş  kəndli  öz  doğma  yurdunu 

tərk  edib  səfillərə  çevrilirdi.  Bunlar  pindari  adlanan  silahlı 

dəstələrin sıralarına daxil olurdular. Pindarilərin öz rəhbərləri 

var idi və çox zaman onlar Maratxa feodallarının qoşunları-

nın hərbi yürüşlərində iştirak edirdilər. 

Zəifləməsinə  və  pərakəndəliyinə  baxmayaraq,  Maratxa 

knyazlıqları  konfederasiyası  Hindistanda  hələ  də  ingilislərin 

möhkəmlənməsinə qarşı müqavimət mərkəzi idi. 

 

İngilis-maratxa  müharibələri 



 

XIX 


əsrin əvvəllərində Ost-Hind  kompaniyasının  işğal-

çılıq siyasəti olduqca fəallaşdırıldı. Feodal knyazlıqlarını tabe 

etmək alətlərindən biri subsidiar sistem idi. Kompaniya, feo-

dal knyazları bir sıra müqavilələr bağlamağa məcbur etdi. Bu 

müqavilələrə  əsasən  həmin  knyazlıqların  ərazisində  ingilis 

zabitlərinin  komandanlığı  altında  hərbi  dəstələr  yaradılması 

və hərbi xərcləri həmin knyazlıqların büdcəsi hesabına ödə-

mək  nəzərdə  tutulurdu.  Knyazlıqlar  bir  sıra  hüquqlardan 

məhrum  edilir  və  Ost-Hind  kompaniyasının  vassalına  çevri-

lird


ilər. Heydərabad knyazlığı ilə 1800-cü ildə, Audla 1801-ci 

ildə  və  başqa  knyazlıqlarla  bağlanan  müqavilələr  bilavasitə 

bu məkrli siyasətə xidmət edirdi. 

Hindistanda vətəndaş həmrəyliyini pozan Ost-Hind kom-

pa

niyası maratxalar arasında nifaq salır, milli qırğınlar törə-



dirdi. 

Nəhayət, Peşvə ilə bağlanan müqaviləyə əsasən Kom-

paniya 

maratxaların  xarici  siyasətini  öz  nəzarətinə  aldı. Bu 



müqaviləyə  əsasən  ingilislərin  böyük  bir  hərbi  dəstəsi  Peş-

vənin  ərazisinin  keşiyini  çəkməli  idi.  Bunun  müqabilində 

ümumi vergi 

məbləği  2  milyon  600  min  rupi  təşkil  edir  və 

ma

hallar Kompaniyanın ixtiyarına keçirdi. Eyni zamanda ma-



rat

xaların hərəkat birliyini zəiflətməyə çalışan müstəmləkəçi-




104 

lər  həmin  müqaviləyə  konfederasiyanın  ləğv  edilməsi  haq-

qında maddə daxil etməyə müvəffq oldular. 

1802-


ci ildə bağlanmış müqavilənin qeyri-bərabər xarak-

ter


də olması ən iri maratxa knyazlıqlarının, o cümlədən İndo-

run və Qvaliorun müqavimətinə səbəb oldu. Beləliklə, uzun 

rən ingilis-maratxa müharibələri başlandı. 1802-1805-ci il-



lərdə  ikinci  ingilis-maratxa  müharibəsində  ingilis  qoşunları 

maratxa knyazlarını xalqdan və müttəfiqlərdən təcrid etməklə 

təkbətək məğlub etməyə müvəffəq oldular. 

  

Bağlanmış  müqavilələrə  əsasən  Qərbi,  Mərkəzi  və  Şi-



ma

li Hindistanda bir çox yerlər Kompaniyanın ixtiyarına keç-

di. Moğol imperiyasının paytaxtı Dehli şəhəri də işğal edildi. 

Kompaniyanın  ağalığını  qanuniləşdirmək  üçün ingilislər 

Böyük Moğol sülaləsini qeyri-səmimim bərpa edib bildirdilər 

ki, Ost-


Hind  kompaniyası  ölkəni  bu  sülalənin  tapşırığı  ilə 

idarə edir. Bununla da ingilislər işğala bəraət qazandırırdılar. 

Lakin  darmadağın  edilmiş  maratxa  knyazlıqları  hələ  də 

müqavimət  göstərməkdə davam edirdi. Mübarizənin sonrakı 

mərhələsi  əhalinin  daha  geniş  təbəqələrinin  mübarizəyə  qo-

şulması ilə nəticələndi. Bir növ azad kəndli dəstələri olan pin-

darilər müstəmləkəçilərə qarşı barışmaz idilər. Onlar kompa-

ni

yanın  və  onun  vassallarının  ərazisinə  basqınlar  edirdi. Bu 



b

asqınlar 1816-1817-ci illərdə geniş vüsət almışdı. Pindarilər 

partizan  mübarizə  üsullarından  geniş  istifadə  edirdilər.  Bu 

zaman İngilis komandanlığının sərəncamında olan qoşunların 

sayı 120 min nəfərə çatırdı. 1817-1818-ci illərdəki hərbi əmə-

liyyat


ların gedişində ingilis qoşunları pindarilərin əsas dəstə-

lərini məğlub edə bildilər. 1818-ci ildə bağlanan müqaviləyə 

əsasən  maratxa  knyazlıqları  Kompaniyadan  tam  asılı  vəziy-

yətə  düşdü.  Hətta  bir  sıra  inzibati  mərkəzlər,  o  cümlədən 

tarixi əhəmiyyət kəsb edən strateji mərkəz rolunu oynayan bir 

sıra inzibati ərazilər ləğv edildi. 

 Maratxa ko

nfederasiyası tamamilə dağıldı və yalnız in-

gi

lislərin  tabeliyində  olan  zəif  vassal  knyazlıqlar  qalmışdı. 



Müstəmləkəçilərin  qələbəsi  Maxaraştranın  müstəqil  iqtisadi, 

siya


si  və  ictimai  inkişafını  pozdu  və  maratxaların  birləşib 

müstəqil  millət  halında  təşəkkülünü  xeyli  ləngitdi.  Nəticədə 

Hindistan 

əsas  etibarilə  işğal  edilərək  müstəmləkə  əyalətinə 

çevrildi. 



105 

XIX əsrin I yarısında Hindistanın iqtisadi vəziyyəti 

 

Müstəmləkəçilərin  işğal  etdikləri  ərazilərdə  XIX  əsrin 

əvvəllərində müstəmləkəçilərin qarətçiliyi sürətlə artır, bu isə 

iq

tisadi  tənəzzülə  səbəb  olurdu.  Suvarma  işlərinə  Ost-Hind 



kompani

yasının  tamamilə  etinasız  yanaşması  nəticəsində 

kəndlərdə  məhsuldar  qüvvələr  sıradan  çıxırdı. Proteksiya 

qay


dasında idarəçilik sistemi milli ədavətin baş qaldırmasına 

zəmin hazırlayırdı. Yerli xalqda müstəmləkəçilərlə, istismar-

çılara qarşı qəzəb və nifrət artırdı. 

Əmtəə-pul münasibətlərinin sürətlə kəndə yayılması na-

tu

ral təsərrüfatı pozur və iflic vəziyyətinə salırdı. Bununla ya-



naşı kəndlilər üzərindəki feodal istismarı və sələmçilik əsarəti 

qüvvətlənirdi. İcmalar və sənətkarlıq birlikləri sürətlə dağılır-

dı. Hindistan sənət və ev əşyaları malları ixrac edən bir ölkə-

dən, sürətlə ingilis malları üçün satış bazarına çevrilirdi. İn-

gil

tərə 1814-cü ildə Hindistana 818 min yard (1yard = 0,91 



metrə  bərabərdir)  pambıq  parça  gətirmişdisə,  1835-ci  ildə 

bunun həcmi 51777 min yarda çatmışdı. Həmin dövr ərzində 

Hindistandan ixrac olunan 

parçanın miqdarı isə 1 milyon 266 

min yarddan 306 min yarda enmişdi. 

Həmçinin  İngiltərədə  sənaye  çevrilişinin  başa  çatması 

Britaniya müstəmləkələrində, o cümlədən Hindistanda da is-

tis


marın  yeni  forma  və  üsullarını  müəyyən  etdi.  Hindistan 

ingilis sənaye burjuaziyasının mənafeyinə uyğun olaraq ingi-

lis mallarının satış bazarına, metropoliyanın xammal və ərzaq 

bazasına çevrilməyə başladı. Beləliklə, müstəmləkə şəraitində 

olan bu ölkədə iqtisadi tənəzzül daha da dərinləşdi. 

 

Ost-Hind 

kompaniyasının aqrar siyasəti.  

Bentinkin islahatları 

   

XIX  əsrin  birinci  rübündə  işğal  edilmiş  yerlərdə  ingilis 

hökumət  orqanları  daimi  zəmindarlıqdan  fərqlənən  torpaq-

vergi 


sistemi tətbiq etdilər. Bombey və Mədrəs əyalətlərinin 

şimal hissəsində,  birləşmiş və mərkəzi əyalətlərin əksər re-

gion

larında  Ost-Hind  kompaniyası  müvəqqəti  zəmindarlıq 



sistemi 

yaratdı. Eyni zamanda bu yerlərdə iri mülkədar torpaq 




Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə