Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə31/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   27   28   29   30   31   32   33   34   ...   142

91 

olan 


kiçik hərbi sərkərdə Heydərəli (1702-1782) yeni sülalə-

nin əsasını qoydu. 

Xatırlatmaq  olduqca  vacibdir  ki,  Heydərəli  XVIII  əsrdə 

Hindistanda 

ən görkəmli siyasi xadimlərdən biri olmuşdur. O, 

aqrar  islahat  keçirərək  zəmindarlığı,  torpaq  üzərində  şərtsiz 

nəsli  sahiblik  sistemini  ləğv  etdi.  Müsadirə  edilən  torpaqların 

bir qismi 

müvəqqəti  istifadə  şərtilə  Maysur  ordusunun  hərbi 

sərkərdələrinə,  yəni  amildarlara  paylandı.  Vahid  vergi  aparatı 

yarad

ıldı. İnzibati və maliyyə idarəsi mərkəzləşdirildi. Kəndli-



lər  üzərindəki  ağır  vergi  yükü  bir  qədər  yüngülləşdirildi.  Sə-

nətkarlıq və ticarətin inkişafına hər cəhətdən kömək göstərildi

1

.

  



 

Beləliklə,  Maysurda  tədricən  iqtisadi  yüksəliş  başlandı 

və bu dövrdə Banqalur, Valur və başqa şəhərlər pambıq parça 

və iplik mallar hazırlayan ən iri mərkəzlərə çevrilirdi. Maysu-

run şərq hissəsi dəmirəritmə və digər emal sahələrinin mərkəzi 

idi. 


Bununla  yanaşı  rəng  və  boyaq  istehsalı  sürətlə  inkişaf 

etm


əkdə idi. Xarici və daxili ticarətdə irəliləyiş müşahidə olu-

nurdu.  Daxili 

və xarici ticarətin inkişafı xüsusilə nəzərə çar-

pırdı ki, bu da beynəlxalq miqyasda ölkənin nüfuzunu artırırdı. 

Amma təəsüf ki, ölkədə əmək alətləri və istehsalın təşkili 

orta əsrlərdə olduğu kimi qalmışdı. Lakin feodal iqtisadiyyatı 

daxilində, xaricilərin heç bir müdaxiləsi olmadan, sadə kapi-

ta

list  kooperasiyası  və  ilkin  kapitalist  manufakturası  inkişaf 



et

məyə başlamışdı. Eyni zamanda başqa xalqların, o cümlə-

dən o zamankı Hindistanın ən qədim və qabaqcıl xalqlarından 

biri olan kannara xa

lqının mədəni səviyyəsi və emal bacarığı 

dünya görüşünün fəallaşması prosesi başlanmışdı. 

Bunlarla yanaşı Heydərəli fransız zabitlərinin köməyi ilə 

ordunu yenidən təşkil etdi, güclü süvari dəstələri yaratdı, do-

nan

manın  inkişafına  böyük  qayğı  göstərdi,  sahil  adalarında 



gəmi tərsanələri yaratdı. 

Əlbəttə, hökumətin bu xarici siyasəti təbii olaraq Maysurun 

istiqlaliy

yətini qoruyub saxlamağa yönəldilmişdi və buna görə 

də xalq kütlələri hökumətin siyasətini müdafiə edirdilər. Lakin 

                                                 

1

 

Hindşünas V.İ.Pavlov və başqaları hesab edirdilər ki, Maysurda artıq kapitalist 



kooperasiyası və ilk manufaktura rüşeymləri yaranmışdı. K.A.Antonov isə bu fikri 

rədd edirdi. 




92 

belə bir siyasət ingilislərin xoşuna gəlmirdi və nəticə etibarilə bu 

Maysu

rla Britaniya istilaçıları arasında hərbi toqquşmaya səbəb 



olmalı  idi.  Çünki  Hindistanın  inkişafı  imperialist  İngiltərə 

hökumətinin istilaçı maraqlarına tamamilə zidd idi. 

Nəhayət,  Britaniya  müstəmləkəçilərinin  Hindistana  dair 

qapalı  və  məkrli  siyasəti  tezliklə  özünü  biruzə  verdi  və  1767-

1769-

cu  illərdə  İngiltərə  ilə  Maysur  arasında  birinci  İngiltərə-



Maysur 

müharibəsi baş verdi. Maysurun süvari dəstələri ingilis 

qoşunlarını  məğlub  edərək,  Mədrəsə  qədər  gedib  çıxdılar  və 

Ost-Hind kom

paniyası sülh müqaviləsi bağlamağa məcbur oldu.  

Müstəqil  Maysur  dövləti  Cənubi  Hindistanda  ingilis  iş-

ğalçılarına qarşı inadlı müqavimət göstərən ən böyük qüvvə-

yə çevrildi. 

 1764-

cü  ildə  Pəncab  ərazisində  müstəqil  Siqx  dövləti 



təşkil edildi. Bu dövlət, feodal istismarçılarına qarşı xalq küt-

lələrinin  yüz  ildən  bəri  apardığı  mübarizənin  İran,  sonra  da 

əfqan  işğalçılarına  qarşı  təqribən  25  illik  azadlıq  mübarizə-

sinin 


nəticəsində yaradılmışdı. Bunun nəticəsi olaraq siqx ic-

ma

sı (xəlsə) mülki və hərbi işlər sahəsində ali hakimiyyət or-



qa

nı  elan  edildi.  Hakimiyyətdən  devrilmiş  feodal  zadəgan-

ların torpaqları müsadirə edilib icma mülkiyyəti elan olundu. 

Kəndlilərin vəziyyəti müvəqqəti olaraq yüngülləşdirildi. 

Xarici  işğalçılara  qarşı  müvəffəqiyyətli  ümumxalq  mü-

ba

rizəsi kütlələrin vətənpərvərlik şüurunun artmasına kömək 



etdi. Əfqan ordularının 1764-cü və 1767-ci illərdə Hindistana 

yenidən soxulmaq cəhdləri Pəncabın xalq kütlələri tərəfindən 

qəti surətdə dəf edildi. Bu hadisə Əhməd şahın öz qoşunlarını 

Hin


distandan çıxarmağa məcbur olmasında həlledici rol oynadı. 

 

Lakin XVIII əsrin 70-90-cı illərində Britaniya müstəm-

ləkəçilərinə  qarşı  Hindistanın  apardığı  şiddətli  mübarizədə 

Pəncab ciddi rol oynaya bilmədi, çünki döyüş meydanı Pən-

cabdan xeyli uzaqda idi. 

XIX əsrin 70-ci illərində Siqx dövlətinin özündə də daxi-

li  ictimai-siyasi 

vəziyyət  dəyişmişdi.  Siqxlərin  hərbi  sərkər-

dələri (sərdarlar) ən yaxşı və çoxlu münbit torpaqlar ələ keçir-

mişdilər. Onlar Pəncab əhalisinin əksəriyyətini təşkil edən, siqx 

olmayan  kəndliləri  istismar  etməyə  başlamışdılar.  Zəif  siqx 



93 

hökuməti cəmi bir neçə il fəaliyyət göstərdi. Nəticədə Pəncab 

on iki xanədana (misala) parçalandı ki, bunların da hakimləri 

ara


sında fasiləsiz mübarizə başlandı. Bu mübarizə XIX əsrin 

əvvəllərinədək davam etdi. 



 

Ost-Hind 

kompaniyasının qəsbkarlıq müharibələri 

 

Hindistanda Ost-Hind kompaniya

sının zəbt etdiyi yerlərdə 

müs


təmləkə zülmü ildən-ilə güclənirdi və kəndlilərdən alınan 

torpaq vergisinin 

həcmi süni şəkildə çoxaldılırdı.  

 Ost-Hind kom

paniyasının xəzinəsinə torpaq vergisindən 

daxil olan 

gəlirin  ümumi  miqdarı  dönmədən  artırdı.  Kənd 

təsərrüfatı tənəzzül etdiyindən və kəndlilər müflisləşdiyindən 

vergilərin yığılması məmurlar üçün yeni-yeni problemlər ya-

ra

dırdı. Vəziyyətdən çıxmaq üçün Ost-Hind kompaniyası tor-



paq vergisi toplamaq məqsədi ilə daha sərt üsullara, zorakılıq 

və işğalçı müharibələrə əl atırdı. 

Kompaniyanın ən böyük gəlir mənbələrindən biri də zəif 

qonşu  knyazlıqları  qarət  etmək,  onları  münaqişəyə  cəlb  et-

mək  idi. Qastinqs 1774-cü  ildə  Ost-Hind  kompaniyasının 

vas


salı  Aud  nəvabını  qonşu  Roxilkxand  knyazlığı  üzərinə 

müh


aribəyə təhrik edirdi. Ost-Hind kompaniyasının qoşunları 

Aud ordusu ilə birlikdə ölkəyə soxuldu və yerli əhalini qarət 

etdi, 

hətta 7 milyon rupilik qənimətin böyük bir hissəsini Ost-



Hind kompaniyası mənimsədi. Şəxsən Qastinqs özü bir neçə 

yüz min rupini 

ələ keçirmişdi. 

İngilis müstəmləkəçiləri 1775-ci ildə maratxaların hakim 

dairələri arasında gedən mübarizəyə öz maraqları naminə mü-

daxilə  etdi.  Bu  dövrdə  ingilislər  peşvə  taxtına  öz  əlaltısını 

keçir

məyə çalışırdılar. İngilislərin bu hərəkəti Ost-Hind kom-



pa

niyasının agentlərinə qarşı maratxaların hiddətinə səbəb oldu 

və  1775-1782-ci  illərdə  ingilis-maratxa müharibəsi  ilə 

nəticələndi.  Fasilələrlə  gedən  bu  döyüşdə,  xüsusilə  1778-ci 

ildə maratxa ordusu ingilis qoşunlarına ağır zərbə endirmişdi. 

  

Təəccüblü olsa da ölkə xaricilər tərəfindən işğala məruz 



qalandan sonra nəhayət ki, 70-ci illərin axırı və 80-ci illərin 


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə