Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə29/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   25   26   27   28   29   30   31   32   ...   142

85 

bildi". 


Marksın  ətraflı  təhlili  ilə  yanaşı  qeyd  etmək  yerinə 

düşərdi  ki,  ingilislər  öz  məqsədlərinə  çatmaq  üçün  Hindistan 

hakimiyyət  orqanlarının  zəifliyindən,  xalqın  milli  şüurunun 

hələ  tam formalaşmamasından çox ustalıqla istifadə etdi. 

Beləliklə, vahid dövlətin dağılması, daxili feodal mühari-

bələri və xarici işğalçıların ölkəyə soxulması məhsuldar qüv-

vələrin son dərəcə zəifləməsinə, yaranmaqda olan ticarət əla-

qələrinin pozulmasına, zəhmətkeş kütlələrin vəziyyətinin daha 

da pisləşməsinə səbəb oldu. 

Odur  ki,  müstəmləkəçilərin  istilaçılıq  planlarının  həyata 

keçirilməsi üçün Hindistanda əlverişli hərbi-siyasi vəziyyət ya-

ranmışdı və buna cəsarətsiz, xalqdan uzaq düşmüş hakimiyyət 

özü rəvac vermişdi. 

 

1756-1757-



ci illərdə ingilis-benqal müharibəsi 

 

Bütün Avropa 

müstəmləkəçiləri sırasında o zaman Hin-

distanda 

ən  güclü  müstəmləkəçi  mövqe  tutan  fransızlar  və 

ingilis


lər  idi. Onlar  hindliləri  amansızcasına  qarət  edib,  təd-

ricən  öz  mövqelərini  möhkəmləndirir,  Hindistanı  zəiflətmək 

məqsədilə  daxili feodal müharibələrini  qızışdırırdılar.  XVIII 

əsrin  40-50-ci  illərində ingilislərlə  fransızlar  arasında  silahlı 

mübarizə başlandı. 1761-ci ildə ingilislər fransızlar üzərində 

tam qələbə çaldı. Bununla da ingilislər Hindistanda öz təkba-

şına  hökmranlığını  yaratmaq  üçün  müstəmləkəçiliyə  geniş 

yol açdılar. 

  Ost-

Hind  kompaniyası



1

 

İngiltərə  tərəfindən  Hindistanı 

işğal etmək alətinə çevrildi. Ost-Hind kompaniyası Şərqlə ti-

ca

rət inhisarına malik olan xüsusi ticarət kompaniyası idi. İn-



giltərənin hakim dairələri ilə sıx bağlı olan Ost-Hind kompa-

niyası iri tacirlərin, bank sahiblərinin və siyasi işbazların mə-

nafeyini  təmsil  edir,  Hindistanı  və  başqa  Şərq  ölkələrini 

aman


sızcasına qarət hesabına kapitalın xüsusi əllərdə təmər-

küz


ləşməsi işinə xidmət edirdi. Bu kompaniya müstəmləkələr 

əldə etməkdə və qarətçilikdə mahir idi.  

İngilislər  Hindistanın  istilasına  ən  zəngin  və  iqtisadi 

cəhətdən  inkişaf  etmiş  vilayətlərdən  biri  olan  Benqaliyadan 

                                                 

1

 



İngilis Ost-Hind kompaniyasının təsis konfransı 1599-cu ildə Londonda 

olmuş və kompaniya 1600-cü ildə yaradılmışdı. 




86 

başladılar. XVIII əsrin ortalarında məhsuldar qüvvələrin inki-

şafı,  ictimai  əmək  bölgüsü  və  sadə  əmtəə  təsərrüfatının  art-

ma

sı nəticəsində icmanın dağılması və torpaq üzərində feodal 



dövlət  mülkiyyətinin  əhəmiyyətinin  azalması  prosesi xeyli 

sürətlənmişdi.  Xüsusi  feodal  mülkiyyəti  əsasında  senyor 

təsərrüfatı tipli mülkədar təsərrüfatı inkişaf etdirilirdi, kənd-

lilərin  əmlak  bərabərsizliyini  isə  artırırdı.  Nəticədə 

k

əndlilərin üzərindəki feodal istismarı və borc əsarəti getdikcə 



güclənirdi.  Təbii  olaraq  kəndlilərin  istismara  qarşı 

müqaviməti artıq silahlı mübarizəyə çevrilməkdə idi. 

İstilanın və istismarın mərhələ-mərhələ artdığı o dövrdə 

ingilis Ost-

Hind kompaniyasının Benqaliyada, o cümlədən ən 

mühüm  sənət  mərkəzləri  Dəkkədə,  Qasımbazarda  və  başqa 

yerlərdə 15 faktoriyası, 150 anbarı var idi. Kompaniyanın ən 

yük ticarət, inzibati və strateji mərkəzi Kəlküttə şəhəri he-



sab olunurdu. 

Ost-


Hind  kompaniyası  öz  yerli  agentlərinin  və  kom-

prador tacirlərin köməyilə Benqaliyanın minlərlə sənətkar və 

kəndlisini amansızcasına soyub talayırdı. Zəhmətkeş kütlələ-

rin qarət edilməsinin əsas forması və İngiltərənin Hindistan-

dakı  ilkin  yığımının  başlıca  mənbəyi  o  zaman  ekvivalentsiz 

mübadilə xarakteri daşıyan müəmmalı ticarət idi. 

XVIII  əsrin  50-ci  illərinin  ortalarında  Benqaliyada  ha-

kim sinif içərisində münaqişələr baş verirdi və bu səbəbdən 

sahibkarlar 

arasında mübarizə olduqca kəskinləşmişdi. Tərəf-

lər  arasında  ingilis  müstəmləkəçilərinə  qarşı  münasibət 

birinci dərəcəli məsələlərdən biri olmuşdu. Mübarizə gedişin-

də Ost-Hind kompaniyası hakim sülalə daxilindəki mübarizə-

dən istifadə edib, nəvab vəzifəsinə öz əlaltısını keçirməyə ça-

lışırdı. Yəni, ingilislərin siyasi hakimiyyətə müdaxilə etmək-

də  maraqları  vardı.  İngiltərə  Hindistanda  öz  maraqlarına  ön 

plana keçirdiyində görə bütün variantlardan istifadə edirdi. 

Nəhayət, 1756-cı ilin aprelində Siracəddövlə taxta çıxdı. 

O,  zadəganların  ingilislərə  zidd  əhval-ruhiyyəli  qruplarla 

həmfikir idi. Odur ki, gənc nəvab dərhal ingilis Ost-Hind kom-

pa

niyasının yardımına arxalanan feodal qrupunun silahlı mü-



qavi

mətinə rast gəldi və bu hadisə müharibəyə səbəb oldu. 




87 

 

Benqaliya qoşunları təcili surətdə ingilis müstəmləkəçi-

lərinə qarşı çıxış etdi və 1756-cı il iyulun axırlarında ingilis-

ləri Benqaliyadan tamamilə qovdular.  

İngilislərin bir sıra cəhdləri, o cümlədən Kəlküttəni yerli 

əhalinin əli ilə müdafiə etmək təşəbbüsü boşa çıxdı. 

Benqaliyadakı hadisələr ingilis müstəmləkəçiləri arasın-

da, xüsusən ona görə təşviş salmışdı ki, məhz bu zaman ingi-

lis-

fransız müharibəsi başlanmışdı. Siracəddövlə də bilavasitə 



fransız Ost-Hind kompaniyasının yardımına arxalanırdı. Odur 

ki, i


ngilis  hökuməti  vəziyyətin  gərginliyini  məzərə  alaraq 

Ost-


Hind kompaniyasının sərəncamına hərbi-dəniz eskadrası 

verdi.  Kompaniyanın  məmuru,  Marksın  dediyi  kimi,  "iste-

dad

lı quldur" Robert Klayv bu döyüşlərdə quru və dəniz qüv-



vələrinə komandan təyin edildi. 

Hərbi qüvvələrinin üstünlüyünə və Benqaliyanın nüfuzlu 

ticarət-sələmçi dairələrinin və satqın feodalların yardımına ar-

xalanaraq  Robet 

Klayv  qələbə  çaldı  və  Siracəddövlə  1757-ci 

ilin  fevralında  qeyri-bərabərhüquqlu  müqavilə  imzalamağa 

məcbur edildi. 

 

İngiltərənin Benqaliyanı zəbt etməsi. Mirqasımın 

rəhbərliyi altında üsyan 

 

Britaniya im

perializmi  Hindistanı  öz  müstəmləkəsinə  çe-

vir


mək üçün bütün mürtəce vasitələrindən istifadə edirdi. Em-

barqo  siyasətindən  başlamış  hərbi  ekspansiya  da  istisna  edil-

mirdi. Odur ki, 1757-

ci  il  müqaviləsi  imzalandıqdan  dər-hal 

sonra  Ost-Hind 

kompaniyasının  hərbi  hissələri  burada  yer-

ləşdirilməyə başlandı. Nəvabı devirmək məqsədilə Klayv qəsd 

t

əşkil  etdi.  Qəsdin  əsas  iştirakçıları  Benqaliya  taxt-tacına göz 



tikən  hərbi  nazir  və  Benqaliya  ordusunun  baş  komandanı 

Mir


cəfər, Benqaliyanın iri bankirləri Setxlər və başqaları idilər. 

Ölkədə siyasi hakimiyyətə təsir göstərə bilən bütün vasitələrə əl 

atılırdı. Bu məqsədlə Benqaliyada hakimiyyət dəyişikliyi üçün 

l

azımi  hazırlıq  işləri  görüldü,  nəticədə  Ost-Hind  kompaniyası 



süni şəkildə əvvəlcə təxribatlar və münaqişələr törətdi, sonra isə 

1757-ci il iyunun 23-

də Plessi yaxınlığında həlledici vuruşma da 

Sayca 


ingilislərdən təxminən iyirmi dəfə çox olmasına baxma-


Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə