Şubay Cavad oğlu Nuruzadə



Yüklə 2,25 Mb.
Pdf görüntüsü
səhifə38/142
tarix08.09.2018
ölçüsü2,25 Mb.
#67511
1   ...   34   35   36   37   38   39   40   41   ...   142

112 

y

erli  əhali  üzərindəki  istismarın  qüvvətlənməsi əhalini işğal-



çılara qarşı silahlı mübarizəyə sövq edirdi. Kəndlilər və xırda 

sənətkarlarla yanaşı bəzi knyazlar və feodalların da mənafelə-

rinə  toxunulduğuna  görə  onlar mövcud  idarəçilikdən,  ümu-

miy


yətlə ölkədəki vəziyyətdən narazı idilər. 

 

Hələ  1857-1859-cu  illərdəki milli-azadlıq  üsyanı 



ərəfəsində baş verən bir sıra xalq çıxışları böyük bir üsyanın 

yaxınlaşmasından  xəbər  verirdi.  Belə  çıxışlardan biri  də 

santalların  üsyanı  idi. 1855-ci  ilin  ortalarında  baş  verən  bu 

üsyan həm ingilislərin əlaltısı olan yerli zəmindarlara, həm də 

müstəmləkəçilərin  özünə  qarşı  çevrilmişdi.  Santal-kəndlilər 

Benqaliya ərazisinin bir hissəsindən əcnəbi ağaları qovdular 

və  Kəlküttənin  özünə  də  təhlükə  yaratdılar.  Bu mübarizəyə 

əsasən yoxsul kəndlilər, sənətkarlar və Benqaliyanın məzlum 

əhalisinin başqa təbəqələri də qoşulmuşdular. Onlar partizan 

müharibəsi  üsullarından  müvəffəqiyyətlə  istifadə  edirdilər. 

Nəhayət, ingilislər yalnız çoxlu yeni qüvvə işə salmaqla xalq 

müqavimətinə  divan  tuta  bildilər.  1857-ci  ildə  hərəkat 

yatırıldı.  Mopla  kəndliləri  və  vahabilər  müqavimət 

göstərməkdə  davam  edirdi.  Bununla  yanaşı  1857-1859-cu 

illərdəki  böyük  xalq  üsyanı  təsadüfi  bir  hadisə  deyildi,  bu 

üsyan 


xalq kütlələrinin əvvəlki mübarizəsi və illərlə toplanan 

nifrətin qəzəbi nəticəsində hazırlanmışdı.  

Sipahi  alaylarında  açıq,  narazılıq  1857-ci ilin yanvar-

fevral aylarında başlandı. Sipahilər yeni patron işlədilməsinə 

etiraz etdilər. Onlar güman edirdi ki, bu patronların büküldü-

yü qabıq inək və ya donuz piyi ilə yağlanmışdır. Bu patronlar 

işlədilərkən, patronların qabığını dişlə qoparmaq lazım gəlir-

di. 


Xatırladaq ki, indus  mənşəli əsgərlər inək piyini, müsəl-

man mənşəli əsgərlər isə donuz piyini haram bilirdilər. Patron 

məsələsi  narazılığın  aşkara  çıxması  üçün  yalnız  bir  bəhanə 

oldu. 


Çox incə məsələ olan dini etiqad olduqca məsuliyyətli 

iş  idi.  Əsgərlər  köhnə  patronları  da  qəbul  etməkdən  boyun 

qaçırırdılar. Paralel olaraq müxtəlif alaylarda ingilislərə qarşı 

gizli 


çıxış  hazırlanırdı.  Çıxışa  hazırlıqda  şəhər  əhalisinin  də 

iştirak  etdiyinə  dair  məlumatlar  var  idi.  Bəzi  feodallar, o 

cümlədən,  Nana  Sahib,  moğol  imperatorlarının  son 



113 

nümayəndəsi  II  Bahadır  şahın  yaxın  adamları,  Cxansi 

knyazının  dul  qadını  və  başqaları  da  yaranmış  vəziyyətdən 

çıxış yolu axtarırdılar və Britaniya müstəmləkəçilərinə nifrət 

bəsləyir,  gələcəkdə  baş  verəcək  milli-azadlıq  mübarizəsinə 

hazırlaşırdılar. 

Üsyanın  ilk  “təkanı”  və  kütləvi  hal  alması  1857-ci il 

mayın  10-da  Mirutda  yerləşən  sipahi  alaylarında  başladı. 

Yerli  əhali  əsgərlərə  kömək  edir,  gənc  əsgərləri  döyüşə 

ruhlandırırdılar.  Milli  üsyan  nəticəsində  Mirut rayonunda 

ingilis  ağalığı  dərhal  ləğv  edildi.  Mirutdan  üsyançılar 

H

indistanın  qədim  paytaxtı  Dehliyə  yürüş  etdilər.  İngilislər 



burada  guya  bu 

yaxınlarda  qayda-qanunu  möhkəmlət-

mişdilər. Keçmişdə qüdrətli Böyük Moğol sülaləsinin Kom-

paniyadan təqaüd alan xələfi II Bahadır şah burada yaşayırdı. 

Nəticədə  Dehli qarnizonunun  alayları  və  yerli  əhali  də 

üsyançılara qoşuldu. Bahadır şah da üsyana qoşulanlar sıra-

sında idi  və  Hindistanın  imperatoru  elan  edildi.  Dehli  müs-

təmləkəçilərdən  təmizləndi.  İngilislərə  qarşı  çıxışın  başlan-

ma

sı xəbəri tezliklə ölkənin geniş ərazisinə, müxtəlif əyalət-



lərə yayıldı. Tezliklə üsyan bütün Şimali Hindistanı bürüdü. 

Üs

yanı  yatırmaq  üçün  ingilis  komandanlığı  dərhal  bir  sıra 



tədbirlər gördü, ən mühüm strateji məntəqələrə qoşun toplan-

dı,  Çinə  göndərilən  polklar  Hindistana  qaytarıldı,  bəzi  hind 

feodallarının  üsyançılar  tərəfinə  keçməsinin  qarşısını  almaq 

üçün tədbirlər görüldü.  

Hindistanda  üsyançıların  əsas  mərkəzləri  hələlik  Dehli, 

Aud


, Mirut, Chansi və Kanpur rayonları idi. Üsyançıların ən 

böyük hərbi birləşmələri bu yerlərdə toplaşmışdı. Üsyançılar 

dərhal  bu  rayonlarda  yerli  dövlət  özünüidarə  orqanlarının 

özəyini yaratmağa çalışırdılar və buna tədricən nail olurdular. 

Dehli  şəhərinin  müdafiə  mövqeyini  möhkəmlətmək  və 

yaxın rayonların əhalisi ilə əlaqə yaratmaq üçün tədbirlər gö-

rül

dü. Üsyançıların əsas idarəçilik orqanı Şura idi. Şura əsa-



sən sipahi polklarının zabitlərindən ibarət idi. İngilis qoşunla-

rının  sabiq  zabiti,  vahabilərdən  olan  Baxtı  Xan  Şurada  son 

dərəcə fəal rol oynayırdı. Şuranın nöqsanı bunda idi ki, mülki 

əhali ilə kifayət qədər əlaqəsi yox idi. Şura həm hərbi əməliy-

yata, həm də ingilislərdən azad edilmiş yerlərdə mülki işlərə 



114 

rəhbərlik edirdi. Şura geniş izahlı müraciətləri, müstəmləkə-

çi

lərə qarşı mübarizə aparmağa çağıran intibahnamələri ölkə-



nin m

üxtəlif regionlarına, xüsusilə yoxsul regionlara göndə-

rirdi. Hind

lilərlə müsəlmanlar arasında hərəkət birliyi yaradıl-

masına böyük diqqət verilirdi. Şahın və onun yaxın adamları-

nın  tərəddüd  göstərdiyini  görən  Şura  bütün  hakimiyyəti  öz 

əlində təmərküzləşdirdi. Şahın 9 avqust tarixli fərmanına əsa-

sən kəndlilərdən və yerli şəhər əhalisindən vergi toplanması 

Şuranın ixtiyarına keçdi. Lakin üsyançılar cəbhəsində mühüm 

nöqsanlar da var idi. 

Belə ki, qoşun içərisində lazımi intizam 

yox idi. Ölkənin başqa rayonları ilə kifayət qədər əlaqə yara-

dılmamışdı. Bahadır şahın özü kimi, onu əhatə edən feodallar 

da, 


əslində milli azadlıq hərəkatının müqəddəs işinə xəyanət 

edirdilər.  Britaniya  hökuməti  Sipahilər  hərəkatı  daxilində 

nifaq salmaq üçün muzdlu cəsusları orada yerləşdirməyə nail 

olmuşdu.  İngilislər  üsyanın  yatırılması  üçün  yeni  qüvvələr 

gələnə qədər vaxt qazanmağa çalışırdılar. 

Odur ki, s

entyabra qədər ingilis komandanlığı Dehli ət-

ra

fında  xeyli  qüvvə  toplaya  bildi.  Dehli  istehkamlarına  hü-



cum  başlandı.  Üsyan  rəhbərləri  mühasirəyə  alınmış  şəhəri 

dafiə  etməyin  mümkün  olmadığını  görərək  qoşunun  bir 



his

səsini qaladan çıxardı və ölkənin başqa rayonlarında mü-

qa

viməti davam etdirdilər. Azadlıq mübarizəsinin ən mühüm 



mərkəzi Dehli, şiddətli vuruşmalardan sonra, 1857-ci il sent-

yab


rın 11-də süqut etdi. Şəhər alınarkən ingilis ordusu ağıla-

g

əlməz vəhşiliklər törətdilər. 



Xalq azadlıq mübarizəsinin ikinci əsas mərkəzi Aud və 

paytaxt  şəhəri  Laknau  idi.  Auddakı  üsyanda  kəndlilər  fəal 

iştirak  edirdi.  Keçmiş  knyazlığın  şimal-qərb  rayonlarında 

üsyanı məhz kəndlilər başlamışdı. 

Laknauda 

isə  sipahi  alaylarının  çıxışı  Mirutdan 10 gün 

sonra, 

mayın 20-də başlandı. İngilislər bütün Aud ərazisindən 



qovuldu  və  ingilis  komissarının  iqamətgahı  da  mühasirəyə 

alındı.  1856-cı  ildən  knyazlıq  hüququndan  məhrum  edilmiş 

Aud nəvabın ailəsi və digər nümayəndələri də Hindistanın bu 

hissəsində üsyana qoşuldular. Ən fəal hərəkat rəhbərlərindən 

biri  də  dini  təbliğatçı  Əhmədşah  idi.  Dehlinin süqutundan 



Yüklə 2,25 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə