Suğra osmanova qılman İlkin. Baki və bakililar



Yüklə 2,16 Mb.
səhifə10/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   6   7   8   9   10   11   12   13   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

SİSİANOVUN ÖLDÜRÜLMƏSİ

1806-cı ilin fevral ayı idi. QıŞ bərk keçsə də, qar artıq tamam ərimiŞdi.

Ancaq havada hələ Şaxta vardı. 200 nəfər süvari atlarından düŞüb gözləyirdi.

Hamının nəzərləri irəlidəki qədim qalanın darvazasına zillənmiŞdi. Hamıdan

qabaqda durmuŞ adamın çiynindəki zər baftalı paqonlar tutqun havada uzaqdan

diqqəti cəlb edirdi. Onun solğun sifəti, gözlərinin altına çökmüŞ dərin kölgələrdən

bilmək olurdu ki, gecəni yatmayıb. Azca uzunsov sifəti qaramtıl bir rəng almıŞdı.

O, İamaxıdan çıxandan özünü pis hiss edirdi. Hətta elə vəziyyətdə idi ki, atın

üstünə yaxın adamlarının köməyi ilə qalxa bilmiŞdi. Sonra da İamaxı dağlarını

keçərkən qar və yağıŞ onu tamam taqətdən salmıŞdı. Böyük çətinliklə fevralın 30-

da Bakıya çata bilmiŞdilər. QoŞun Şəhərin iki verstliyində olan Naxır bulağında

düŞərgə salmıŞdı. Burada qoŞundan 300 nəfər ayırıb, ondan qabaq Xəzər sahilinə

54

desant çıxarmıŞ general-mayor ZavaliŞinə kömək göndərmiŞ və əmr etmiŞdi ki,



Şəhəri dəniz tərəfdən dövrəyə alsınlar. Özü isə 200 nəfər əsgərlə Şəhər divarına

yaxın su quyusunun yanında (AzərnəŞrin keçmiŞ binasının yerində) qərar

tutmuŞdu. Bu, Qafqaz baŞ komandanı general Sisianov idi. İamaxıda olarkən

Mirzə Məhəmməd xan Saninin Bakıda olan qardaŞı Əbdürrəhim ağa Hüseynqulu

xanın zülmündən xilas olmaq üçün gizlin yolla onun yanına gəlmiŞdi. Sisianov onu

yaxŞı qəbul etmiŞ və Əbdürrəhim ağa onun bir sıra tapŞırıqlarını fədakarlıqla yerinə

yetirmiŞdi. Rus qoŞununun ərzaq və yemlə təmin edilməsinə yaxından kömək

etmiŞdi. Ailəsini düŞmən Hüseynqulu xanın yanında qoyub Sisianova pənah

gətirən Əbdürrəhim ağa barədə A. A. Bakıxanov belə yazırdı: "Mirzə Məhəmməd

Saninin qardaŞı Əbdürrəhim ağa İirvana Sisianovun yanına gələrək, ona bəzi

xidmətlər etmiŞ və Hüseynqulu xanın Şəhərdə olan İran hərbi rəislərinə

münasibətinə yaxŞı bələd olduğundan Sisianovu dəfələrlə xəbərdar etmiŞdi ki,

ehtiyatlı olsun. Sisianov isə ona xanın rəqibi kimi inanmaq istəməmiŞdi".

İndi də Bakının qalın divarları qarŞısında durarkən, Əbdürrəhim ağanın

xəbərdarlığını tamam unutmuŞdu. O öz güçünə arxayın idi. Gəncə, Qarabağ, Şəki

və İamaxı Şəhərlərini özunə tabe edəndən sonra Bakını tutmaq ona daha asan

görünürdü. Xəstəlik və yorğunluq onu üzsə də, imperatorluq qarŞısındakı

xidmətlərindən razı bir tərzdə, bir az da qürurla durub, Bakı xanı Hüseynqulu xana

yavəri Elizbar Eristov vasitəsilə məktub göndərmiŞdi. Məktubda imperatorluq

adından təklif olunurdu ki, xan Şəhəri təslim etsin. Cavab isə ləngiyirdi. Sisianov

gözlərini Şəhər darvazasından ayırmadan qalanın divarları arxasında baŞ verən

hadisələri təsəvvür etməyə çalıŞırdı. O, bu hasarların o biri tərəfindəki hər Şeyə

bələd idi. Hələ 1796-cı ilin yazında II Yekaterinanın əmri ilə V. A. Zubovun

qoŞunları Bakını iŞğal etdiyi zaman Sisianov qalanın komendantı təyin edilmiŞdi.

Doğrudur, bu çox az sürmüŞdü. Çünki II Yekaterinanın ölümündən sonra onun

yerinə keçən oğlu I Pavel qoŞunları Qafqazdan geri çağırmıŞdı. Ancaq bu az

müddətdə Sisianov Bakı Şəhərinin bütün quruluŞuna, adamlarının adət və

ənənələrinə yaxından bələd olmuŞdu. Şəhərdən dənizə açılan xoŞ mənzərə

indiyədək gözlərinin qabağından çəkilmirdi. Xəzər sahillərinin iŞğalı o zaman

imperatorluğa böyük xərclə baŞa gəlmiŞdi. Buna baxmayaraq, I Pavelin qoŞunları

geri çağırmasından Sisianov çox narazı qalmıŞ və özlüyündə bunu imperatorun

səhvi hesab etmiŞdi.

Birdən Şəhər darvazası açıldı. Polkovnik Eristov atını çaparaq, içəridən

çıxdı. Hüseynqulu xan cavab məktubunda göstərirdi ki, o komandanlığın tələbləri

ilə razıdır və qalanı (bütün sərvəti, camaatı ilə birlikdə) təhvil verərək, rus

təbəəliyini qəbul edir. Məktubda yazırdı: "Güman edirəm ki, çar 1796-cı ildə

qoŞunları Bakıda olarkən göstərdiyim xidməti nəzərə alaraq, məni xanlıqdan

məhrum etməyəcəkdir". Sisianov Hüseynqulu xanın belə asanlıqla təslim

55

olmasından içərisində qürurdan daha çox bir lovğalıq hiss etdi və dərhal xana



cavab məktubu göndərdi. Bu məktubda yazırdı ki, çar höküməti xanlığı onun

sərəncamına ancaq aŞağıdakı Şərtlər əsasında verə bilər: 1. Din xanlıqda hamıdan

ötrü azad olaraq qalır. 2. Xanlığı idarə etmək onun bütün nəslinə Şayəstə edilir.

Ancaq bu Şərtlə ki, xanlığın idarə edilməsi mərhəmət və insanpərvərlik əsasında

olsun. 3. Məhkəmə iŞləri hakimə həvalə olunsa da, cinayət iŞlərinə baxanda Bakı

qarnizonu komendantı mütləq iŞtirak etməlidir. 4. Gömrük gəlirindən baŞqa bütün

gəlirlər xanın sərəncamında qalır. 5. Zaqafqaziya ölkəsində ordunun ehtiyacı üçün

duz və neft baŞ komandanlığın imzası ilə talonla pulsuz buraxılmalıdır. 6. Bakının

ətrafında Bakı qarnizonunun yerləŞdirilməsi üçün əlveriŞli mənzil ayrılmalıdır. 7.

Xan bilavasitə baŞ komandanlığın təht-himayəsində olduğu üçün onun əmrlərinə

sözsüz tabe olmalıdır. 8. Xan tərəfindən xəyanət hiss edildikdə dərhal

hakimiyyətdən uzaqlaŞdırılacaqdır.

Bunlardan baŞqa xanın qarŞısında belə bir Şərt də qoyulurdu: Xan Şərq adəti

üzrə, and içməkdən əlavə öz oğlunu da, komandanlığın yanında girov qoymalıdır.

Sisianov qoŞunlarının yaxınlaŞıb, qalanı mühasirəyə alması Şəhər əhalisi

içərisində böyük təŞviŞə səbəb olmuŞdu. Bəziləri köçünü yığıŞdırıb, Salyan

darvazalarından təpələrə çəkilməyə hazırlaŞırdı. Dəniz tərəfdən çıxmaq mümkün

deyildi. Çünki general ZavaliŞinin gəmisi körfəzdə lövbər atıb durmuŞ və sahilə

desant çıxarmıŞdı.

Bir azdan cavab əvəzinə xanın nümayəndəsi qaladan çıxıb, əlində gətirdiyi

qala açarlarını və duz-çörəyi Sisianova təqdim etmək istəyir. General duz-çörəyi

qəbul edir, açarları isə geri qaytararaq deyir:

- Mən istəyirəm ki, açarları Hüseynqulu xan Şəxsən özü təqdim etsin.

Hüseynqulu xanın qaladan çıxması çox uzun çəkir. Sisianovun səbri tükənir

və polkovnik Eristovu təzədən qalaya göndərmək istərkən Şəhər darvazası açılır və

Hüseynqulu xan öz yaxın adamları - İbrahim bəy, Qasım bəy, Ağakərim bəy, Seyid

bəy və baŞqaları ilə birlikdə içəridən çıxırlar. Sisianov onları görən kimi polkovnik

Eristovla birlikdə qoŞundan qabağa çıxır. Onları təkcə bir kazak müŞayŞət edir.

Hüseynqulu xan açarları Sisianova təqdim edərkən İbrahim bəy arxadan güllə ilə

Sisianovu vurub öldürür. Xanin o biri adamları isə polkovnik Eristovu öldürürlər.

Təkcə onları müŞayŞət edən kazak qaçıb aradan çıxa bilir. Sisianovun

öldürülməsindən sonra qala divarlarının üstündən onun əsgərləri gülləyə tutulur,

ölən ölür, ölməyən pərən-pərən düŞür. Hüseynqulu xanın adamları aranın

qarıŞmasından istifadə edərək, Sisianovun baŞını kəsərək, qalaya aparırlar.

Sisianovun ölüm xəbərini eŞidən ZavaliŞin isə desant qoŞunlarını gəmiyə doldurub,

Sara adasına tərəf istiqamət alır.

56

Ertəsi gün Hüseynqulu xanın əmri ilə Sisianovun baŞsız cəsədi qələbə rəmzi



kimi Şəhər darvazasından azca aralıda, divarın dibində dəfn edilir. Qəbir demək

olar ki, ayaq altında tapdaq olur.

Sisianovun baŞı isə İrana, Fətəli Şaha göndərilir. Əvəzində Şah Bakı

xanlığına bahalı hədiyyə göndərir.

Sisianovun qəbrinə ta 1811-ci ilədək dəyib-toxunan olmur. Yalnız həmin

ilin axırında Qafqazın yeni baŞ komandanı Markiz Pauluççi Sisianovun

sümüklərini Tiflisə apartdırıb Sion kilsəsində dəfn etdirir.

Sisianovun sümükləri Tiflisdə basdırıldığı zaman Bakı artıq Rusiya

tərəfindən iŞğal edilmiŞdi.

Sisianovun ölümünü təsadüfi hadisə kimi qeyd etmək olmaz. Bakının ən

axırıncı xanı hesab edilən Hüseynqulu xan özünün bütün hökmranlığı dövründə

(1792-1806) Rusiyaya olan münasibətində heç zaman sabit qalmamıŞdı. Türkiyə,

İran, Dərbənd tərəfindən gözlənilən daimi təhlükə onu Rusiya himayəsinə

sığınmağa məcbur edirdisə, rus təbəliyini qəbul etdiyi tərzdə hakimiyyətini,

müstəqilliyini itirə biləcəyindən qorxurdu. Buna görə də, həmiŞə Rusiya ilə İran

arasında tərəddüd etmiŞ, gah bu tərəfə, gah o tərəfə meyl göstərmiŞdir. Onun

siyasətindəki bu ikilik fəaliyyətin sonunadək davam etmiŞdi. Son dəfə də belə

olmuŞdu. Bir tərəfdən Şəhərin təslim edilməsi barədə Sisianovla danıŞıqlar aparır, o

biri tərəfdən İran höküməti ilə gizli əlaqə saxlayırdı. Ruslarla bağladığı saziŞlərə

baxmayaraq, imkan düŞən kimi ruslardan üz çevirirdi. Bəzi tarixçilərin yazdığına

görə Sisianovun öldürülməsi ərəfəsində qalada İran Şahı Fətəlinin iki casusu

yaŞayırmıŞ. Onlar guya Fətəli Şah tərəfindən göndərilibmiŞ ki, dənizdən qala

divarları ətrafındakı xəndəklərə su çəkmək üçün kömək etsinlər. Əslində isə,

Hüseynqulu xanın hərəkətlərinə göz qoyub, casusluq edirlərmiŞ. Hətta İbrahim

bəyi Sisianovu öldürməyə təhrik edən də guya casuslar olub.

1846-cı ildə Bakının erməni varlılarından Tomas Eyvazov öz hesabına

Sisianovun xatirəsinə abidə düzəltdirmiŞdi. Sisianovun öldürüldüyü yerdə

(AzərnəŞrin keçmiŞ binasının yerində) qoyulmuŞ bu abidə piramida Şəklində olub,

boz daŞdan tikilmiŞdi; abidənin bir tərəfində bu sözlər yazılmıŞdı: "Abidə 1846-cı

ildə knyaz Mixail Semyonoviç Vorontsovun caniŞinliyi dövründə qaldırılmıŞdır".

O biri üzündə isə "Tomas Eyvazovun səyi və ianəsi ilə" qazılmıŞdı. Abidənin

üstündə xəncər və tapança Şəkli də rəsm edilmiŞdi. Tapançanın lüləsi və xəncərin

ucu aŞağıya əyilmiŞ vəziyyətdə idi.

Abidənin açılıŞında Qafqaz caniŞini Vorontsov da iŞtirak etmiŞdi. Abidə

Azərbaycanda Sovet hakimiyyəti quruluŞunun ilk illərinədək dururdu. Bakıda M.

Ə. Sabirə heykəl qoyulduğu illərdə uçurulmuŞdur.

57

A. A. Bakıxanov Hüseynqulu xanın atasının baŞına açdığı oyunları, atasının



qanuni hüququnu tapdalamasını bildiyi halda onu cəsarətli bir xan kimi xarakterizə

edirdi.


Sisianovun öldürülməsi çar hökümətini daha ciddi tədbirlər görməyə

məcbur etdi. Çünki vaxtilə müəyyən siyasi məqsədlərlə əlaqədar Qafqaza caniŞin

təyin edilmiŞ bu yüksək rütbəli məmurun, imperatorun tapŞırıqlarını yerinə

yetirmək üçün heç nədən çəkinməyən sadiq bir hərbçinin itirilməsi I Aleksandrın

Qafqazdakı siyasətinə böyük zərbə idi. Təsadüfi deyildi ki, I Aleksandrın 1802-ci il

8 sentyabr tarixli fərmanı ilə ona verdiyi hüquqlar Sisianovun sələflərinə verilmiŞ

hüquqlardan qat-qat üstün idi.


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə