Suğra osmanova qılman İlkin. Baki və bakililar


İllər Amerika nefti Bakı nefti



Yüklə 2,16 Mb.
səhifə18/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   14   15   16   17   18   19   20   21   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

İllər Amerika nefti Bakı nefti

1864 100 0

1865 100 0

1868 100 0

1869 88 12

1870 86 14

55

1879 20 80



1881 10 90

1882 4 96

1883-cü ildə isə Amerikadan Rusiyaya neft və kerosin daŞınması tamamilə

dayandırılır.

Bu illərdə Bakı neftinin Amerika neftinə nisbətən üstün cəhətləri çox idi.

Əvvəla o daŞlıq yerdə deyil, qum-gil yataqlarında idi. Buna görə onu çıxarmaq

daha asan idi. İkincisi Bakıda neft ehtiyatı Amerika neftinə nisbətən daha çox idi.

Fantan zamanı yataqlar daha çox neft verirdi. Bakı nefti Amerika neftinə nisbətən

ağırdı. 30 faiz neft verməkdən baŞqa ondan çoxlu miqdarda ağır yağlar-solyar,

astrolin və baŞqa müxtəlif sürtgü yağları alınırdı.

Neft istehsalı və emalı sahəsində iltizam sistemi ləğv olundusa, 1875-ci ildə

aksiz (əlavə vergi) sistemi tətbiq edildi. Bunun nəticəsində neftin çıxarılması

sahibkarlara baha baŞa gəlirdi. Araya çıxan çətinlikləri sahibkarlar ancaq aksiz

sistemində görürdülər. Buna görə qəzetlər sahibkarların səsinə qoŞularaq, aksiz

sisteminə qarŞı öz etirazlarını bildirirdilər. 1877-ci ildə aksiz sistemi ləğv edildi.

Neft sahibkarları təzədən əl-qol açdılar.

Bakı torpaqlarından xarici kapitalın qoyuluŞundan sonra neftin çıxarılması

sahəsində əsl mənada dirçəlmə yarandı. Əski üsullarla neft çıxarılması yeni

111

texnologiya ilə əvəz edildi. Mədən sahələri geniŞləndi. Neftin emalı yeni vüsət aldı.



Neftin emalı, yəni distillə edilməsi hələ qədimdən məlumdu. Sonralar 1837-ci ildə

N. İ. Voskoboynikovun Balaxanada icad etdiyi neftayırma qurğusunda üç il

müddətində 19.4 ton neft distillə edilmiŞdi. Voskoboynikovdan sonra bakılı C.

Məlikov tərəfindən neft emalında yeni texnologiya tətbiq edilsə də, alınan

məhsulun miqdarı, yəni kerosin, benzin və sürtgü yağlarının istehsalı çox az idi.

Lakin cüzi miqdarda istehsal olunan neft məhsulları artmaqda olan neft sənayesini

qətiyyən təmin etmirdi. 1860-cı ildə rus tacirləri Kokorev və Qubonin tərəfindən

Suraxanada AtəŞgah yaxınlığında neft emalı zavodu təŞkil olundu. Kokorev

əvvəllər kerosini çox ibtidai üsulla neftli torpaqdan və qırdan alırdı. Alınan yeni

məhsul yəni kerosin o zaman fenuqen adlanırdı. Zavodun dəzgahlarını Kokorev

qonŞuluqda olan AtəŞgahın qazı ilə isidirdi. Lakin qırdan və neftli torpaqdan

kerosin almaq o qədər də lazımi nəticə vermirdi. Zavodda iŞ ləngiyirdi. Bu zaman

Kokorev Moskva universitetinin magistri Enxleri köməyə çağırdı. Enxler ona təklif

etdi ki, kerosin almaq üçün Suraxananın ağ neftinə keçmək lazımdır. Çünki qıra və

neftli torpağa nisbətən neftdən kerosin almaq daha asan və xeyirlidir. O da qeyd

edilməlidir ki, Suraxana nefti cəmi 25 faiz kerosin verirdi. Enxlerin məsləhətindən

sonra zavodda kerosin ağ neftdən alınmağa baŞlandı. Ancaq bununla belə

Kokorevin iŞi yenə də irəli getmirdi. Çünki emal çox ibtidai Şəkildə aparılırdı.

Zavod zərər çəkirdi. Hətta onun bağlanması təhlükəsi vardı. Kokorev bu dəfə

Sankt-Peterburq universitetinin dosenti Mendeleyevi 1863-cü ilin payızında

Bakıya çağırır. MəŞhur kimya alimi zavodda neftin emalı ilə ətraflı tanıŞ olduqdan

sonra zavodda neft emalının yaxŞılaŞdırılması və zavodu zərərdən qurtarmaq üçün

bir sıra təkliflər irəli sürür. Bu təkliflərdən biri ondan ibarət idi ki, zavod ancaq

gündüzlər deyil, ardı kəsilmədən gecəli-gündüzlü iŞləməlidir. Neftin emalına

tənəffüs verilməməlidir. Bundan baŞqa neftin taxta çəlləklər və barjlarla daŞınması

zamanı itkiyə yol verməmək üçün onların möhkəmlənməsində emallı yapıŞqandan

istifadə edilməlidir. Ümumiyyətlə Mendeleyev məsləhət görmüŞdü ki, zavod neft

quyularına yaxın olmalıdır ki, neftin arabalarla daŞınması zamanı itkiyə yol

verilməsin.

Mendeleyevin təklifləri nəticəsində Kokorevin zavodunda kerosin istehsalı

xeyli artır. Zavod mənfəətlə iŞləməyə baŞlayır. Ancaq bu müvəqqəti bir hal idi.

Çünki zavod sahibkarının hökümətlə bağladığı müqavilədəki maddələr zavodun

iŞinə hələ də mənfi təsir bağıŞlayırdı. İcarə müqaviləsi zavod sahiblərini məcbur

edirdi ki, neft emal olunandan sonra neftin qalığını hökümətə versin. Hökümət

sonra bu qalıqlara azca neft əlavə edib, təzədən xam neft kimi zavodlara satırdı.

Qalqının pudunu 15 qəpiyə alır, 45 qəpiyə satırdı. Müqavilə Şərtlərinə görə

zavodlar (belə zavodlardan üç-dördü vardı) kerosini onlar üçün müəyyən edilmiŞ

qiymətdən artıq sata bilməzdi. Aksiz sistemi də sahibkarların qazancına böyük

112

ziyan vururdu. Ancaq bununla belə Bakı kerosini Amerika kerosininə görə



keyfıyyətcə aŞağı olmasına baxmayaraq, rus bazarlarında satılırdı. Bu illərdə baŞ

vermiŞ iki böyük hadisə Bakı kerosininin Rusiya bazarlarında daha geniŞ

satılmasına kömək etdi. Bu hadisələrdən biri 1877-ci ildə aksiz sisteminin ləğvi, o

biri isə Amerikadan gətirilən kerosinə böyük gömrük xərci qoyulması idi. Həmin

ildən gömrük xərci qızılla ödənilməyə baŞladı. Bu da Amerika neftinin Rusiyaya

daŞınmasının qarŞısını aldı. 1883-cü ildə Amerikadan kerosin daŞınması tamamilə

dayandırılmıŞdı.

Kokorevlə demək olar ki, eyni zamanda aptekçi N. İ. Vitte də Pirallahı

adasında neft emalı zavodu açmıŞdı. Zavod boŞ, susuz, hər cür yaŞıllıqdan məhrum

çılpaq adada təŞkil olunmuŞdu. Adaya su qayıqlarla AbŞeron mayağının yanındakı

Şirin sulu quyudan daŞınırdı. Vitte Şirkətinin neftdən aldığı baŞlıca məhsul parafin

idi. O parafin yağından Şam və baŞqa məhsullar düzəldirdi. Böyük məharət və

səliqə ilə düzəldilmiŞ bu məhsullar sonralar 1864-cü ildə Moskvada keçirilmiŞ

Ümumrusiya sərgisində yüksək qiymətə layiq görülmüŞdü. Bir müddətdən sonra

Qafqaz caniŞini Aleksandr İvanoviç Baratınskinin xahiŞi ilə Pirallahı adasındakı bu

zavod ömürlük onun sərəncamına _____verilmiŞdi. Bütün sahə 100 desyatin torpaqdan

ibarət idi. Bu torpaqdan ötrü Baratınski hər desyatinə görə hökümətə 25 qəpik pul

verirdi. Bundan baŞqa üstəlik adadakı neft quyuları, qır və baŞqa yanacaq yataqları

da ona icarəyə verilmiŞdi. Bu sonuncular üçün knyaz hökümətə hər il 1000 manat

gümüŞ pul verirdi. Bu da o zaman üçün çox cüzi bir məbləğ idi.

Əcnəbi kapitalistlər və habelə yerli Azərbaycan və erməni burjuaziyası da

neftin emalı ilə məŞğul olmağa baŞladılar. Hələ 1868-ci ildə Bakıda 23 kiçik

neftayırma zavodu iŞləyirdi.

1875-ci ildə isə neft emalı zavodlarının sayı artıq 62-yə çatırdı. Bununla

yanaŞı neftin emalı zamanı alınan məhsulun keyfiyyətini yaxŞılaŞdırmaq üçün

sahibkarlar yeni emal üsulları və vasitələr axtarmaqla məŞğuldular. Kerosin artıq

daxili bazar hədlərini aŞaraq, xarici dünya bazarlarına yol tapırdı. Bundan ruhlanan

neft sahibkarları buraxılan məhsulun; kerosinin, sürtgü yağlarının keyfiyyətini

daha da artırmaq, nefti daha da artırmaq, nefti daha yaxŞı təmizləmək üçün Avropa

ölkələri ilə iŞ əlaqəsinə giriŞirdilər. Məlumdur ki, emal zamanı daha təmiz məhsul

almaq üçün kükürt turŞusu lazımdır. Zavodlar onu xaricdən alırdılar. Onu xaricdən

daŞımaq isə böyük xərclə əlaqədar idi. Buraya onun nəqliyyatla daŞınması və

gömrükxana xərcləri də daxil idi. Bu bir tərəfə qalsın, kükürt turŞusunun daŞınması

təhlükəli idi. Buna görə gəmi sahibləri bundan imtina edirdilər. Bir çıxıŞ yolu

tapmaq lazım idi. Neft sahibkarları məcbur oldular ki, Qara Şəhərdə öz xüsusi

zavodlarını yaratsınlar. Belə zavod 1879-cu ildə ilk dəfə S. İibayev tərəfindən

yaradıldı. Zavodun layihəsini alman mühəndisi Tiss vermiŞdi. Ondan sonra baŞqa

sahibkarlar da özləri üçün kükürt turŞusu zavodları tikdilər. 1883-cü ildə "Nobel

113

qardaŞları" Şirkəti, 1885-ci ildə Skvortsovlar, 1889-cu ildə Adamov və baŞqaları



belə zavodlar inŞa etdilər. Qısa müddət ərzində Qara Şəhər əsl kimya mərkəzinə

çevrildi. Təkcə "Nobel qardaŞları" Şirkəti tərəfindən Qara Şəhərdə kükürt turŞusu

zavodu, kerosin zavodu, benzin zavodu, parafin zavodu, sürtgü yağları zavodu,

geniŞ mexaniki zavodlar, qaz zavodu, taxta doğrayan zavod və sairə çəllək

emalatxanaları tikilmiŞdi. Bunlardan sonra iŞlənmiŞ kükürt turŞusundan təzədən

istifadə etmək qərarına gəldilər, çünki tikilmiŞ zavodlar hələ də artan tələbi ödəyə

bilmirdilər. Zavodda yığılıb qalmıŞ qalıqları təzədən iŞlədib, mənfəət almaqdan

baŞqa zavodun ətrafı da zibillərdən təmizlənirdi. Həmin illərdə mühəndis Y.

Estlyander daha səmərəli bir təklif irəli sürdü. Bu da turŞu qalıqlarının sobalarda

qızdırılması idi. Bu proses zamanı qara qətran kütləsindən ibarət qara turŞudan

qətran ayrılır və qara turŞu alınırdı. Bu əsasda 1888-ci ildə "Kianda" firması xüsusi

zavod da tikdirmiŞdi. Firma bir il ərzində 3334 ton qalığını yenidən iŞləyərək, 2500

tonadək "qara turŞu" almıŞdı. AyrılmıŞ qətrandan da asfalt kimi istifadə edilirdi.

Birinci Cahan müharibəsi ərəfəsində Bakıda yeddi kükürt turŞusu zavodu vardı.

Zavodların nəzdindəki laboratoriyalarda neftdən daha çox məhsul almaq üçün

gecəli-gündüzlü iŞ gedirdi və tanınmıŞ kimyaçılar bu iŞə çəlb edilmiŞdi.

O illərdə neft emalında soda istehsalının da böyük əhəmiyyəti vardı. Keçən

əsrin 80-ci illərində yalnız susuzlaŞdırılmıŞ təbii sodadan istifadə edilirdi. Bunu

Şoran torpaqlarda yetiŞən və tərkibində natri birləŞmələri olan bitkidən alırdılar. Bu

sodadan əsas etibarilə sabun biŞirilməsində istifadə olunurdu. Neft emalı meydana

çıxandan sonra istehsalatda xam nefti təmizləməyə lazım olan natrium hidroksid

alınmasında ondan istifadə edilirdi. Kükürt turŞusunun qalıqlarını neytrallaŞdırmaq

üçün lazım olan natrium hidrokisid o zaman İngiltərədən gətirilirdi ki, bu da

sahibkarlara çox baha baŞa gəlirdi. Buna görə onu Bakının özündə hazırlamaq

ehtiyacı meydana çıxdı. Bakıda bunun üçün lazımi Şərait olduğundan qələvi

tullantılarından natrium hidroksid almağa baŞladılar. 1885-ci ildə "Nobel

qardaŞları" Şirkətində mühəndis K. Friç ixtira etdiyi bir aparat vasitəsilə neft

qalıqları qələvisindən kalium-natri almağa baŞladı. Çox çəkmədi ki, Bakıda ilk

dəfə olaraq, qələvi qalıqlarını emal edən zavod açıldı. Sonralar belə zavodların sayı

çoxaldı və 1890-cı ildə H. Z. Tağıyev də belə bir zavod tikdirdi. Daha sonra S.

İibayev, S. Dembo və baŞqaları da Qara Şəhərin müxtəlif yerlərində bu tipli emal

zavodlarının sayını artırdılar.

19-cu əsrin axırlarında və 20-ci əsrin əvvəllərində Bakıda kimya

zavodlarının sayı daha da artdı. Məsələn, 1896-cı ildə kuporos zavodu, 1898-ci ildə

rəng zavodu, 1906-cı ildə tartarat turŞusu zavodu, 1910-cu ildə his zavodu, 1914-cu

ildə zəy zavodu, 1915-ci ildə karbid zavodu, 1916-cı ildə neft quyuları suyundan

yod və brom alan zavod və baŞqaları Qara Şəhərin simasını tamamilə dəyiŞdi. Bu

zavodların siyahısına 1906-cı ildə açılmıŞ _____Bakıda ilk azot turŞusu zavodunu da

114

əlavə etsək, Qara Şəhərin nəhəng bir kimya Şəhərinə çevrildiyini təsəvvür etmək



olar. Zavodların bacalarından qalxan qucaq-qucaq tüstülər qara bir bulud kimi

Şəhərin üzərini bürüyürdü. M. Qorkinin dediyi kimi burada əsl cəhənnəm

mənzərəsi yaranmıŞdı. Müxtəlif kimyəvi maddələrin iyindən zavodların ətrafından

keçmək mümkün deyildi.

Neft istehsalı sahəsində əcnəbi kapitalistləri ilə yanaŞı milli Azərbaycan

burjuaziyası da neftin çıxarılması və emalı iŞinə yaxından giriŞmiŞdi. 1889-cu ildə

cəmi 3 müsəlman firması vardısa, 1899-cu ildə 8-ə, 1905-ci ildə isə 11-ə çatmıŞdı.

Sonrakı illərdə neft çıxarma firmalarının sayı daha da artır. Lakin bunların

içərisində bir çox kiçik firmalar vardı ki, iri Şirkətlərlə rəqabətə dözə bilmir, ya

birləŞməli olur ya da tamamilə iflasa uğrayırdılar. Meydanda "Nobel

qardaŞlarının", RotŞildin, İibayevin, ingilis Cems ViŞaunun, Belçikanın,

Almaniyanın, Amerikanın iri güclü neft Şirkətləri mövcud olduğu illərdə belə

firmalar çox miskin görünürdülər. Yalnız İ. Əsədullayevin, H. Z. Tağıyevin,

AŞurbəyovların, Musa Nağıyevin, Murtuza Muxtarovun neft Şirkətləri əcnəbi və iri

erməni Şirkətləri ilə rəqabət apara bilirdilər. Neftin çıxarılması sahəsində yeni

üsullar tətbiq olunurdu. 1871-ci ildə Balaxanada mexaniki üsulla 64 metr

dərinliyində qazılmıŞ quyu fantan vurdu. Bununla da sözün əsl mənasında neft

sənayesinin əsası qoyuldu. Neft quyuları əvvəllər vurma üsulu ilə Ştanqla qazılırdı.

MexanikləŞdirilmiŞ Ştanqla vurma üsulu 1884-cü ildə Bakıda neft sahibkarı Lents

tərəfindən tətbiq edilmiŞdi. Bu üsul sonralar xarici ölkələrdə də Bakı qazma üsulu

adı ilə Şöhrət tapmıŞdı. Çox çəkmədi ki, 1896-cı ildə Ştanqların endirilib,

qaldırılması kimi əsas və köməkçi iŞləri icra edən dəzgah yaradılmaqla Bakı qazma

üsulu daha da təkmilləŞdirildi. Dəzgahın ixtiraçısı olan Bakı milyonçusu Murtuza

Muxtarova bundan ötru patent verildi.

80-ci illərin sonunda dünyada ilk dəfə olaraq, ABİ-da fırlanma rotor qazma

üsulu tətbiq olundu. Rotor qazma üsulu əvvəla qazmanın sürətini xeyli artırırdı. O

biri tərəfdən quyuların diametrini nisbətən kiçiltməyə, sərf olunan metalın

azalmasına və qazma müddətini qısaltmağa imkan yaratdı. 1901-ci ildə Suraxanada

ilk dəfə olaraq, bu üsulla qaz quyusu qazıldı. 1901-ci ildən Bakının neft

mədənlərində buxar maŞınlarını əvəz edəcək elektrik mühərriklərindən istifadə

olunmağa baŞlandı. 1920-ci ilədək Bakıda fırlanma üsulu ilə 35 neft quyusu

qazılmıŞdı.

Neft istehsalı artdıqca onun xarici bazarlara göndərilməsi sahibkarlar

qarŞısında ən mühüm məsələ kimi dururdu. Xüsusilə aksiz sisteminin ləğvindən

sonra Volqa boyu ilə o qədər neft göndərilmiŞdi ki, bazarlar neftlə dolmuŞdu.

Fenuqenin qiyməti də aŞağı düŞmüŞdü. Bu ondan əmələ gəlmiŞdi ki, baŞları neft

çıxarılması ilə məŞğul olan sahibkarlar çıxarılan neftin vaxtında xarici bazarlara

daŞınması üçün nəqliyyatın qeydinə qalmamıŞdılar. Onlar unudurdular ki,

115

istehsalın çoxalması ilə məhsulun daŞınma vasitələri də inkiŞaf etdirilməlidir.



Sənaye sürətlə inkiŞaf edir, daŞınma vasitələri isə ibtidai Şəkildə qalmıŞdı. Hətta

neftin çıxarıldığı yerlə onu emal edən zavodların da arasında böyük məsafə vardı.

Neft zavodlara at arabası ilə daŞınırdı. Bu yolla da neftin daŞınması hava

Şəraitindən asılı olaraq qalırdı. Həm də daŞınma çox baha baŞa gəlirdi. H. B.

Zərdabi "Əkinçi" qəzetinin 1877-ci il 1 yanvar tarixli nömrəsində yazırdı:

"Balaxanadan zavodlara arabaçılar, 7-8 verst yoldur, pudu bir Şahıdan - neft

daŞıyıb, bol pul qazanırlar. Deyirlər arabaçılar zavod sahiblərindən yarım milyon

manat pul alıblar".

Belə daŞınma xərclərini aradan qaldırmaq və zərəri azaltmaq məqsədilə iri

firma sahibləri neftin mədənlərdən zavodlara daŞınması üçün yeni nəqliyyat

vasitələri düŞünməyə baŞladılar. Bu iŞdə ilk addımı "Nobel qardaŞları" Şirkəti atdı.

O Balaxanadan Qara Şəhərə neft kəməri çəkdirdi. Çox çəkmədi ki, kerosinin xarici

bazarlara boçkalarla daŞınması da Nobellər tərəfindən ləğv edildi, əvəzində

neftdaŞıyan gəmilər-tankerlər yaradıldı. Neftin sisternlərdə dəmir yolu vasitəsi ilə

daŞınması və neftin dəmir rezervuarlarda saxlanması da Nobel qardaŞları

tərəfindən tətbiq edilmiŞdi. Nobellər Bakı neft sənayesi sahəsində bir sıra yeniliklər

yaratmıŞdılar ki, bunlar barədə "Nobel qardaŞları" Şirkətinə həsr olunmuŞ xüsusi

fəsildə məlumat veriləcəkdir.

Balaxana-Qara Şəhər neft kəmərinin çəkilməsi neft daŞımaqla böyük gəlir

əldə edən Balaxana arabaçılarını çıxılmaz vəziyyətə saldı. "Nobel qardaŞları"

firmasına qarŞı etiraz səsləri ucaldı. Hətta neft kəmərlərini partlatmaq təhlükəsi də

meydana çıxdı. Qorxuya düŞən "Nobel qardaŞları" firması Balaxanadan baŞlayaraq,

Qara Şəhərədək kəmər boyu kazak keŞikçi dəstələri qoydular. Kəmərdən neft

oğurlamaq halları da tez-tez baŞ verirdi. Oğurluqda təqsirləndirilən iki nəfər

MaŞtağa və KeŞlə əhli məhkəməyə də verilmiŞdi. Bu adamlar gizli yollarla

kəmərdən deŞik açaraq, min pudlarla neft oğurlamıŞdılar.

Sonralar neftin müntəzəm olaraq, xarici ölkələrə daŞınması bütün Bakı

sənayeçilərini düŞündürməyə baŞlamıŞdı. Mendeleyev hələ 1860-cı ildə belə bir

nəticəyə gəlmiŞdi ki, sənaye istehsalı istehlakçılara mümkün qədər yaxın olduğu

zaman daha çox tərəqqi tapır. Buna görə zavodlar xammalın çıxarıldığı mərkəzdə

deyil, istehlakçıların yaxınlığında olmalıdır. Buradan da nəticə çıxarırdı ki, neft

kəməri olmasa, Bakıda neft sənayesi öz inkiŞafını dayandırmalıdır.




Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə