Suğra osmanova qılman İlkin. Baki və bakililar


ERMƏNİ NEFT SAHİBKARLARININ



Yüklə 2,16 Mb.
səhifə21/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   17   18   19   20   21   22   23   24   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

ERMƏNİ NEFT SAHİBKARLARININ

HƏYASIZLIĞI

Bakı neft sənayesində erməni sahibkarlarının həyasızlığı son həddini

aŞmıŞdı. Onlardan Mirzəyev, Sarkisov, Qukasov, İakedanov və onlarca baŞqaları

Bakının Balaxana, Sabunçu, Ramana, Zabrat kəndlərində yerli əhalini aldatmaq

yolu ilə çoxlu torpaq sahələri ələ keçirmiŞdilər. Ancaq iŞtahları bununla da

azalmamıŞdı. Bu kəndlərdə yaŞayan əhalini tamamilə köçürmək və kəndlərin bütün

torpaqlarına yiyələnmək üçün Qafqaz caniŞinindən tutmuŞ imperatoradək ard-arası

kəsilmədən ərizələrlə müracŞət edirdilər. 1905-ci ilin sentyabr ayında Peterburqda

neft sənayeçilərinin Bakı fəhlə nümayəndələri ilə (qeyd edilməlidir ki, Peterburqa

gedən fəhlələrin əksəriyyəti menŞevik Şendirikovçulardan ibarət idi) birlikdə

müŞavirə çağırılmasına nail olmuŞdular. Bu müŞavirədə Azərbaycan ziyalılarından

Əlimərdan bəy TopçubaŞov, Əhməd bəy Ağayev, İsrafil Hacıyev də iŞtirak edirdi.

Qəribə orası idi ki, torpaqlarının alınması nəzərdə tutulmuŞ kənd əhlindən isə bircə

nəfər də dəvət edilməmiŞdi. Erməni neft sənayeçiləri tələb edirdilər ki, Balaxana,

Ramana, Sabunçu, Zabrat kəndlərinin əhalisi baŞqa yerə köçürülsün və onların

bütün torpaqları neft istismarı üçün ayrılsın. Azərbaycan ziyalılarının qəti etirazı

nəticəsində sənayeçilərin təklif və tələbləri rədd edildi. Bir il sonra, yəni 1906-cı

ildə sənayeçilər bu dəfə Qafqaz caniŞininə müracŞət etdilər. Onlar Şikayətlənərək,

iddia edirdilər ki, mədənlərdə baŞ vermiŞ yanğın və təxribat həmin bu kəndlərin

əhalisi tərəfindən törədilir. Erməni sahibkarlarının həyasızlığı o dərəcəyə çatmıŞdı

ki, torpaqları əllərindən alınmıŞ kəndliləri mədənlərində iŞə də qəbul etmirdilər.

"Həyat" qəzetinin 1906-cı il tarixli 80 və 81-ci nömrələrində Əliağa Həsənzadənin

"Bakı neft mədənləri ətrafında olan kəndlərin köçürülməsi" barədə olan

məqaləsində deyilirdi: "...mədən sahiblərinin tamamilə erməni olması və kənd

camaatlarının tamamilə müsəlman olması cəhətdən bu məsələyə həddindən artıq

əhəmiyyət vermək lazım gəlir. Çünki ixtilaf və iğtiŞaŞ hələ sönməmiŞdir.

Bu cürə xilaf təkliflərlə yaranmıŞ fitnə və fəsadı oyadıb, cəmi Qafqaza od

vurub, yandırmaq kimidir".

118

Həmin ildə Tiflisdə çap olunan "Arç" erməni qəzeti adları yuxarıda çəkilmiŞ



dörd kənd əhalisinin hamısını quldur, soyğunçu, qaniçən kimi qələmə verib,

hökümətdən təkidlə tələb edirdi ki, gərək həmin kəndlər köçürülsün.

Bəzi kəndlilər güc-bəla erməni sahibkarlarının mədən və zavodlarında iŞə

düzələ bilsələr də sahibkarlar tərəfindən həmiŞə sıxıŞdırılırdılar. Ümumiyyətlə

fəhlələrin vəziyyəti ağır idi. Azərbaycanlı fəhlələrin vəziyyəti isə iki qat çətin idi.

O illərdə, yəni 1900-cü illərdə Bakı fəhləsinin əsas tərkibini yerli azərbaycanlılar

(bunların da əksəriyyəti Bakı kəndlərindən idi), həmŞərilər (o zaman Cənubi

Azərbaycandan iŞləməyə gəlmiŞ adamları belə adlandırırdılar), ləzgilər, ruslar və

tatarlar təŞkil edirdi. Tatarlar ümumi fəhlələrin cəmi 7 faizini təŞkil edirdi. Onlar

bir qayda olaraq, açarçı, dartalçı, ocaqçı, əksər hallarda isə mehtər, nökər, arabaçı,

suçu və süpürgəçi iŞləyirdilər. İranlı fəhlələr (həmŞərilər) isə Bakıda çox

qalmırdılar. Azca miqdarda pul əldə edən kimi İrana öz ailələrinin yanına

qayıdırdılar. İŞlədikləri yerdə məzuniyyətdən heç cür istifadə edə bilmirdilər.

Çünki məzuniyyətdən qayıtdıqları zaman bəzən onları iŞə qəbul etmirdilər. Ya da

əvvəlki vəzifəsindən xeyli aŞağı vəzifəyə qəbul olunurdular. Əvvəllər əgər ayda

22-24 manat maaŞ alırdılarsa, indi 17-19 manat alırdılar. İranlılardan sonra Bakıya

iŞləməyə gələnlər ləzgilər idi. 1897-1899-cu illərdə Bakıda fəhlələrin 13-15 faizini

təŞkil edirdilər. Əksəriyyəti mədənlərdə keŞikçi iŞləyirdi. Bəzi hallarda isə

sahibkarların sadəcə olaraq, silahlı dəstələrinə çevrilirdilər. Bu ancaq onların

əksərən savadsız olmaları və həyatda gerilikləri ilə izah olunurdu.

YaŞayıŞ mənzilləri və kazarmalar acınacaqlı vəziyyətdə idi. Bir kazarmada

30-40-ı yatırdı. Gecələr də kazarmalar ancaq hisli çıraqlarla iŞıqlandırılırdı. QıŞ

aylarında pəncərələrin ŞüŞələri həmiŞə sınıq olardı. Böyük kazarmalar adətən

manqalla isinirdi. Neft firmalarının əksəriyyətində hamam yox idi. Su ya çatıŞmır,

ya da çirkli olurdu. Bibiheybətdə Xetisovun kazarmalarında, Balaxanada

Məlikovun, AŞurbəyovun mədənlərində, Rus "Neft" Şirkətində, Ramanada "Molot"

firmasında, Sabunçuda MantaŞovun firmasında vəziyyət daha ağırdı. O zaman

Şirkətlərin dükanlarında fəhlə nəqd pulla mal alanda ona nisbətən ucuz baŞa

gəlirdisə, nisyə alanda bahalaŞırdı. Məsələn, nəqd alanda ətin girvənkəsi 12 qəpiyə,

nisyə alanda isə 15 qəpiyə baŞa gəlirdi.

Fəhlələrin iŞ Şəraiti də çox ağırdı. XX əsrin əvvəllərinədək iŞ müddəti 10-12

saat idi. Sənayedəki böhran isə fəhlələrin vəziyyətinə xüsusilə ağır təsir

bağıŞlayırdı. Müəssisələrdə fəhlələr kütləvi surətdə qovulur, iŞsizlik artır və əmək

Şəraiti daha dözülməz olurdu.

1901-1903-cü illərdə Bakı fəhlələrinin təxminən 30 faizi iŞdən qovulmuŞdu.

O biri tərəfdən Rusiyanın mərkəzi quberniyalarından iŞ axtarmaq məqsədilə

Bakıya axıŞıb gələnlər iŞsizlər ordusunun sayını daha da artırırdı. Böhran dövründə

Bakıya axıŞıb gələnlərin sayı o dərəcəyə çatmıŞdı ki, Şəhər hakim dairələri

119

HəŞtərxan qubernatorundan tələb etməyə baŞladılar ki, Bakıya gələnlərin qarŞısını



almaq üçün ciddi tədbirlər görsünlər.

Həmin illərdə mədən və zavodlarda əmək mühafizəsi də acınacaqlı halda

idi. Fəhlələr arasında xəstəliklər artmıŞdı. Xüsusilə göz və mədə xəstəlikləri geniŞ

yayılmıŞdı. Şəhərdəki iŞsizlikdən istifadə edərək, sahibkarlar fəhlələri dəqiqəbaŞı

iŞdən qovmaqla hədələyirdilər. Fəhlələrlə kobud rəftar adi bir hal olmuŞdu.

Mirzəbegyansın tütün fabrikində əgər bir iŞçi bir neçə gün xəstələnirdisə, dərhal

iŞdən qovulurdu.

Böhran əmək ilə kapital arasında ziddiyyəti daha da dərinləŞdirdi. Bu da öz

növbəsində Şəhərdə inqilabi hərəkatın vüsət tapmasına səbəb oldu. 1901- ci ilin 24

martında Ter-Qriqoryevin tənbəki fabrikində, Sabunçuda "Remont" mexaniki

emalatxanasında tətil edən fəhlələrin əsas tələbi əmək haqlarının vaxtında

verilməməsi idi. Lakin polislər tətili yatırtdılar və onun bəzi iŞtirakçılarını həbsə

aldılar. 1901-ci ilin 6 iyununda Balaxanada Luberskinin mexaniki

emalatxanasında, 18-20 sentyabrda Balaxana yolunda olan Xetisovun mexaniki

emalatxanasında da fəhlələr tətilə baŞladılar. Sonrakı aylarda belə tətillər tez-tez

təkrar olunur və fəhlələr artıq siyasi tələblər irəli sürürdülər. Bu cəhətdən 1902-ci

ildə Bakıda keçirilmiŞ siyasi nümayiŞ xüsusilə diqqətə Şayan idi. 21 apreldə

Bakının bütün rayonlarından 5 min fəhlə Şəhərin Parapet meydançasına

toplaŞmıŞdı. NümayiŞçilərin əllərində "Məhv olsun mütləqiyyət", "YaŞasın

azadlıq" sözləri yazılmıŞ Şüarlar vardı. Mürtəce qüvvələr nümayiŞi dağıda bildilər,

ancaq fəhlə kütlələrində yaranmıŞ ruh yüksəkliyini və onların öz qüvvələrinə olan

inamı qıra bilmədilər. Tətil ruhu hətta ən geridə qalmıŞ Şəhər fanarçılarını da ayağa

qaldırmıŞdı. Onların tətili nəticəsində Şəhərin çox hissəsi bir neçə gün qaranlıqda

qalmıŞdı.

Hələ 1900-cü ildə Bakıda inqilabi ədəbiyyatı yaymaq məqsədilə Tiflis

sosial-demokrat təŞkilatı Lado Ketsxoveli adlı bir inqilabçını Bakıya göndərmiŞdi.

O Bakıda mövcud olan sosial-demokrat dərnəklərinin iŞini qüvvətləndirməklə

yanaŞı Şəhərdə gizli mətbəə də təŞkil etməli idi. Lado Ketsxoveli ilə birlikdə bir

neçə nəfər mürəttib də gəlmiŞdi. Ketsxoveliyə kiçik bir çap maŞını da verilmiŞdi.

Ancaq o Bakıya gələndən sonra bu maŞınla kifayətlənməyib, yerli mətbəə

sahiblərindən ikinci kiçik bir maŞın da satın almıŞdı. Lakin bu maŞın o dərəcədə

kiçik idi ki, onda ancaq Şagird dəftərinin iki vərəqi həcmində qəzet və ya inqilabi

vərəqə çap etmək olardı. Beləliklə Bakıda gizli mətbəənin əsası qoyuldu. Bu

mətbəə sonralar Bakının tarixində "Nina" mətbəəsi adı ilə Şöhrət tapdı.

Mətbəə üçün indiki Füzuli küçəsi ilə Əzizbəyov küçələrinin tinində bina

kirayə edilmiŞdi. Mənzil bir neçə otaqdan ibarət idi. Ketsxoveli ev sahibinə bu

binada karton emalatxanası açacağını bildirmiŞdi. Mətbəədə inqilabi vərəqələr çap

edilib, gizli yolla fəhlələr arasında yayılırdı. Sonralar Leninin göstəriŞi ilə "İskra"

120

qəzetinin matritsaları xaricdən gətirilərək, "Nina"da çap olunurdu. Matritsalar



Vyanadan Təbrizə, Təbrizdən isə Bakıya gətirilirdi. Burada çap olunan "İskra"

Rusiyanın hər tərəfinə yayılırdı. Polis qəzetin Bakıda çap olunmasından

Şübhələnərək, onun izinə düŞməyə çalıŞdı. Çar məmurları bərk təŞviŞə

düŞmüŞdülər. Nə yolla olursa-olsun mətbəənin yerini öyrənmək istəyirdilər. Lakin

nə qədər səy edirdilərsə, axtarıŞ heç bir nəticə vermirdi. 1901-ci il dekabrın 31-də

baŞ vermiŞ hadisə Bakı jandarmasını sanki yuxudan ayıltdı və məlum oldu ki,

mətbəə Bakıdadır. Həmin gün Bakı gömrükxanasında yüklər boŞaldılarkən gizli

gözü olan birqutu sınıb, içindən "İskra"nın oktyabr, noyabr və dekabr nömrələrinin

matritsası yerə tökülmüŞdü.

Bu hadisədən sonra Şəhərdə ciddi axtarıŞ baŞlanır. Mətbəənin izinə düŞmək

üçün baŞqa Şəhərlərdən də xəfiyyə və casuslar çağırılır. Aydındır ki, belə Şəraitdə

mətbəəni əvvəlki yerində saxlamaq olmazdı. Mətbəə üçün Çadrovıda, indiki M. A.

Əliyev küçəsində mənzil kirayə edildi və çap avadanlığı buraya daŞındı. Həmin

aylarda mətbəənin hürufatı Hacıqabul stansiyasında gizlədilmiŞdi.

Hürufatın Hacıqabul stansiyasından Bakıya daŞınması V. Bakradze adlı bir

maŞinist köməkçisinə tapŞırılmıŞdı. Hürufatın bir hissəsi, təxminən 10 puda qədəri

sağ-salamat gətirilib, "Nina" mətbəəsinə verilmiŞdi. Yerdə qalan 4 pud 16

kirvənkəsi isə Hacıqabul stansiyasında Bakıya göndərilmək üçün parovoza

daŞınarkən yeŞik yerə düŞüb, parçalanmıŞ və hürufat platformaya səpələnmiŞdi.

MaŞinist köməkçisi elə oradaca, həbsə alınmıŞdı. Çox keçmədi ki, polis Lado

Ketsxovelini də ələ keçirə bildi. Tiflisin Metex həbsxanasında saxlanan Ketsxoveli

həbsxana pəncərəsindən güllə ilə vurulub öldürüldü.

Ketsxovelidən sonra mətbəə Şəhərin Təzəpir, indiki M. F. Axundov

küçəsindəki 77 nömrəli evə köçürüldü. Polis xəfiyyələri hələ də onun yerini axtarıb

tapmaq üçün dəridən çıxırdılar. Buna görə mətbəə yenə də yerini dəyiŞməli oldu.

Bu dəfə 1-ci Paralel küçəsindəki 102 nömrəli evə köçürüldü. Bu küçə indi Salatın

Əsgərova küçəsi adlanır. Mətbəənin binası isə muzeyə çevrilmiŞdir.

Bina bir mərtəbəli idi. Qabağında kiçik bir həyəti də vardı. Dal tərəfdən isə

bir tövlə binaya bitiŞik idi. Burada at, fayton və saman saxlanılırdı. Mətbəə iŞçiləri

bu tövlənin altını qazıb, bir yer düzəltmiŞdilər. Sonra isə tövlənin birtərəfi içəridən

kərpiclə hörülmüŞdü. Bu iŞ elə ustalıqla edilmiŞdi ki, tövləyə girənlər onun yuxarı

baŞında kərpiclə hörülmüŞ otaq olduğunu heç cür güman etməzdilər. Tövlə

tərəfdən isə heç bir Şey dəyiŞməmiŞdi. Yenə də həmin atlar, həmin fayton və həmin

samanlıq dururdu.

Yerin altında qazılmıŞ bu mətbəəyə gizli bir yol gedirdi. Bu yol mətbəə

iŞçilərinin tövlə ilə bitiŞik olan mənzilinin rəfindən açılmıŞdı. Camaxatanın iki qat

qapısı və taxtadan ləmələri vardı. Camaxatanda qab-qacaq və baŞqa Şeylər

121


qoyulmuŞdu. AŞağıya, yəni gizli mətbəəyə gedən yolun ağzı taxta ilə bağlanmıŞ və

üstünə yorğan-döŞək yığılmıŞdı.

Bu gizli qapı ancaq mətbəə iŞçilərinə məlumdu. Mətbəənin 8 nəfər

iŞçisindən iki-üç nəfəri rəsmi kirayəniŞin hesab olunurdu. O birilər isə burada gizli

yaŞayırdılar.

Mətbəədə iŞ rejiminə ciddi riayət olunurdu. Hər gün azı on saat iŞləyirdilər.

Onlardan heç birinin küçəyə çıxmağa ixtiyarı yox idi. Ancaq həftədə bir dəfə, o da

axŞamlar tək-tük bayıra çıxa bilərdilər.

Çap olunan ədəbiyyat o zaman D. Əliyeva küçəsində bir nəfər sosialdemokrat

fəhlənin dülgər emalatxanasına daŞınır və burada yeŞiklərə vurulub,

dəniz və ya dəmir yolu vasitəsilə Rusiyaya göndərilirdi.

Mətbəənin belə vüsətli və geniŞ fəaliyyəti Şübhəsiz ki, böyük xərc tələb

edirdi. Bakı sosial-demokratlarının maddi köməyindən əlavə görkəmli Şəxsiyyətlər

də bu iŞdə öz köməyini əsirgəmirdilər. Maksim Qorki və habelə 1903-cü ildə

Bakıda qastrolda olmuŞ məŞhur rus aktrisası Komissarjevskaya mətbəəyə böyük

maddi kömək göstərmiŞdilər.

"Nina" mətbəəsi 1906-cı ilin əvvəllərinədək öz fəaliyyətini davam

etdirmiŞdi.

Bakı fəhlələri içərisində görkəmli inqilabçılarla yanaŞı bacarıqlı neft

mütəxəssisləri də yetiŞmiŞdi. Bunlardan Piri Quliyev, Səməd Rzazadə, Zeynal

Zeynalov (sonralar Dövlət Dumasına deputat seçilmiŞdi), Cənnətəli Əliyev, Hacı

İirəli Şərifov, Əsgər Kərimov, Amanulla Əliyev və baŞqaları neft istehsalı

tarixində böyük Şöhrət tapmıŞdılar.

XX əsrin əvvəllərində Bakı neft sənayesi sahəsində mövcud olan 167 neft

sənayesi müəssisələrindən cəmi 49-u milli Azarbaycan kapitalistlərinin əlində idi.

Ermənilərin isə 55 firması vardı. Qalan 21 firma rusların, 10 firma əcnəbilərin, 17

firma yəhudi kapitalistlərinin, 6 firma isə gürcü sahibkarlarının əlində idi.

Azərbaycan milli kapitalistlərinin ixtiyarında əksərən xırda müəssisələr idi, az

miqdarda orta səviyyədə duran müəssisələr də vardı. İnhisarçı kapitalın neft

sənayesində hakim kəsildiyi illərdə Azərbaycan milli kapitalının mövqeyi çox zəif

idi. Neft istehsalı və neft emalı sahəsində fə_____aliyyət göstərən yerli milli kapitalistlər

əsasən aŞağıdakılar idi: H. Z. Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev, Murtuz

Muxtarov, Manafov, Əliyev, Sultanov, Cəbiyev, Əmir-Aslanov qardaŞları,

AŞurbəyov qardaŞları, İ. B. Hacınski, Məmmədov, Hüseyn Məlikov, Mustafayev,

Səlimov, Səlimxanov, N. M. Nuriyev, Mir Tağı Babayev, Məlik Ağamirov və

baŞqaları.

Neftin mədənlərarası daŞınması, onun vaxtlı-vaxtında emal zavodlarına

çatdırılması sənayeçilər üçün çox mühüm və vacib məsələ idi. Nahayət, 1880-ci

ildə Bakıda dar dəmir yolu çəkilib, istismara verildi. 45 verst uzunluğunda olan bu

122


yol Şəhəri Balaxana-Sabunçu-Suraxana neft mədənləri ilə birləŞdirirdi. Dar dəmir

yolu birinci növbədə neftin zavodlara daŞınmasına xidmət etməli idi. Sonralar neft

kəmərləri çoxaldıqca dar dəmir yolu ancaq neftçi sərniŞinləri daŞımaqla məŞğul

olurdu. Hər gün orta hesabla 6 sərniŞin qatarı Şəhərə və habelə Şəhərdən mədənlərə

neftçi daŞıyırdı.

1883-cü ildə Bakı ilə Tiflis arasında da dəmir yolu istismara verildi.

Beləliklə İrandan, Orta Asiyadan gəmilərlə daŞınan yüklərin Tiflisə və Batuma

daŞınması üçün böyük Şərait yaradıldı. HəŞtərxandan göndərilən yüklər də dəmir

yolu vasitəsilə Gürcüstana daŞınırdı. Su yolu ilə quru yollar bir harmoniya təŞkil

etmiŞdi. İki ölkə arasında əmtəə mübadiləsi gündən-günə artırdı.

1905 inqilabı ərəfəsində kapital tədriclə iri bankların əlində toplaŞmağa

baŞladı. Banklar sənaye müəssisələri ilə əlaqələrini möhkəmlədərək, onların

fəaliyyətini idarə etməyə baŞladılar. Bank kapitalı sənaye kapitalı ilə birləŞərək,

maliyyə kapitalı yarandı. Şəhərdə tezliklə sənaye banklarının Şəbəkəsi geniŞləndi.

KeçmiŞ Vorontsov, hazırki Əzizbəyov küçəsində Bakı Şəhər kredit cəmiyyəti

açıldı. Bundan sonra Bakı qarŞılıqlı kredit cəmiyyəti yaradıldı. Bu Baratınski,

indiki Ə. Əlizadə küçəsi ilə Milyutin, indiki Əliyarbəyov küçəsinin tinində

AŞurbəyovun mülkündə yerləŞirdi. Daha sonra bir-birinin dalınca aŞağıdakı kredit

cəmiyyətləri və banklar açıldı:


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə