Suğra osmanova qılman İlkin. Baki və bakililar


KÜÇƏLƏRİN İİIQLANDIRILMASI



Yüklə 2,16 Mb.
səhifə29/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   25   26   27   28   29   30   31   32   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

KÜÇƏLƏRİN İİIQLANDIRILMASI

Şəhər abadlaŞdıqca küçələri iŞıqlandırmaq Şəhər idarəsi qarŞısında ciddi bir

məsələ kimi dururdu. Çünki qaranlıq küçələrdə cinayətlər törənir, adamları tez-tez

soyurdular. Bundan əlavə Şəhərə gecə daxil olmuŞ adamlar lazım olan ünvanları

tapa bilmirdilər. Buna görə küçələrə dirəklər basdırılıb, fanarlar asıldı. 1878-ci ildə,

yəni dumanın təŞkil olunduğu ildə Şəhərdə cəmi 86 belə fanar vardı. Bu dirəklərdən

144

72-si çürümüŞ Şalbanlar idi. Yalnız 14 ədədi neft sahibkarı Kokerovun qubernator



Kolyubakinə bağıŞladığı çuqun dirək idi. Aydın Şeydir ki, 86 dirəklə Şəhərin təzə

salınmıŞ və hər tərəfində əzəmətli uca binalar yüksələn küçələrini iŞıqlandırmaq

qeyri mümkün idi. Böyük mərkəzi küçələr iŞıqlandırılsa da, kənar ucqar küçələr

axŞam düŞən kimi qaranlığa bürünürdü. Fanarlarda adətən 5-lik kerosin lampalar

yandırılırdı. Yalnız mərkəzi küçələrdə 7-lik lampalara rast gəlmək olardı. Hər iki

məhəllədən birində fanar yanırdı. Lampaların yandırılması və söndürülməsi Şəhər

idarəsi tərəfindən icarəyə verilərdi. 70-ci illərdə bu iŞ Ağahüseyn adlı bir nəfərin

icarəsində idi. AxŞamlar icarədar nərdivanı qoltuğuna vuraraq, fanarları yandırır,

səhərlər söndürürdü.

Küçələrin pis iŞıqlandırılması barədə Şəhər idarəsinə gələn Şikayətlərin ardıarası

kəsilmirdi. Nəhayət Şəhər idarəsi məcbur olur ki, Şəhərdə fanar dirəklərinin

sayını artırsın. Dumanın icazəsi ilə Şəhər idarəsi 1882-ci ildə dirəklərin sayını 698-

ə qədər artırdı. Bunlardan 162 ədədi çuqun dirək, 223 ədədi çuqun kronŞteyn, 28

ədədi divara vurulan çuqun kronŞteyndən ibarət idi.

Bakıya dəmir yolunun çəkiliŞinə Şəhər idarəsi bərk tələsirdi. Onu da

bilirdilər ki, yolun çəkiliŞi ilə Şəhərə axın çoxalacaq, onların içərisində oğru və

cinayətkarlar da tapılacaqdı ki, Bakının qaranlıq küçələri onların fəaliyyəti üçün

əlveriŞli Şərait yaradacaqdı. 1892-ci ildə Bakıda olmuŞ B. Brandt yazırdı ki, "Bakı

ilk nəzərdə adi böyük əyalət Şəhəri təsiri bağıŞlayır. Bir və iki mərtəbəli evlər,

çirkin küçə və səkilər. Kerosinlə zəif iŞıqlandırılan küçələrdə getmək qorxuludur".

Sonralar Şəhər əhlinin təkidi ilə Şəhər idarəsi Kastroma Şəhərinin İipov

zavodunda və Peterburqun Kumberq zavodunda təzə çuqun dirəklər sifariŞ verdi.

1895-ci ildən kerosin lampaları elektrik çıraqları ilə əvə_____z olunmağa baŞladı.

1895-1903-cü illər arasında Bakıda AR Şəhəri çıxmaq Şərtilə 64 irili-xırdalı

elektrik stansiyası yaradılmıŞdı. Bunların əksəriyyəti ayrı-ayrı sahibkarlar

tərəfindən öz istehsalat müəssisələrini iŞlətmək məqsədilə yaradılmıŞdı. Məsələn,

Musa Nağıyevin, DadaŞovun, Skobelevin, Əsədullayevin və baŞqalarının

stansiyaları. Bunlardan elələri də vardı ki, Şəhərə ancaq iŞıq vermək məqsədilə

tikilmiŞdi. 1899-cu ildə "Elektriçeskaya sila" aksioner Şirkəti təŞkil olundu. Bu

Şirkət Bakı Şəhərini və mədənləri elektrik enerjisi ilə təmin edirdi. "Elektriçeskaya

sila"nın iki stansiyasından biri Bibiheybət rayonunda, o biri isə Ağ Şəhərdə idi.

Bibiheybət stansiyası 1901-ci ildən, Ağ Şəhər stansiyası isə 1902-ci ildən

enerji verməyə baŞlamıŞdılar. Bu stansiyaların iŞə düŞməsi nəinki fabrik və

zavodların, habelə Şəhərin də elektrik enerjisinə olan ehtiyacını təmin edirdi.

Məsələn, Şəhərin mərkəzi küçələrindən biri hesab edilən II Aleksandr Sahil

küçəsinin əvvəllər ancaq yarısı elektrik iŞığı, qalan hissəsi isə kerosin lampaları ilə

iŞıqlandırılırdısa, stansiyaların iŞə düŞməsindən sonra küçə baŞdan ayağa çıraqban

edilmiŞdi. İŞıqların sayı o qədər çoxalmıŞdı ki, körfəzə daxil olan gəmilər Qız

145

qalasının baŞında olan mayağın iŞığını sahil iŞıqlarından ayıra bilmirdilər. Buna



görə 1907-ci ildən Qız qalasının mayağı tamamilə ləğv edildi. Şəhərin yuxarı

məhəllərindən çoxu isə hələ də qaranlıq içərisində qalmıŞdı.

1883-cü ildə duma Bakıda yanğın komandasının yaradılmasını müzakirə

etmiŞdi. Lakin bu böyük xərclə əlaqədar olduğu üçün qlasnıların əksər səsi ilə bu

iŞin təxirə salınması qərara alınmıŞdı. Bir ildən sonra, yəni 1884-cü ildə Şəhər

idarəsi təzədən bu məsələnin üstünə qayıtmıŞ və komandanın yaradılması üçün

lazım olan 10 min manatlıq smetanı dumada təsdiq etdirir. Qanlı təpənin Şərq

tərəfində komandan üçün bina tikilir. Beləliklə yanğın idarəsi Şəhərin ən uca bir

yerində yerləŞir. Şəhərin hər hansı bir tərəfində baŞ vermiŞ yanğın buradan aydın

görünürdü. Sonra at, qoŞqu alətləri alınır, iri boçkalı arabalar sifariŞ verilir və iŞə

baŞlanır. O zaman Şəhərdə yanğın tez-tez baŞ verirdi. Elə gün olmazdı ki, yanğın

arabaları zəng çala-çala Şəhərin küçələrində görünməsin.




Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə