Suğra osmanova qılman İlkin. Baki və bakililar


ŞƏHƏR ATLI DƏMİR YOLU (KONKA)



Yüklə 2,16 Mb.
səhifə28/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   24   25   26   27   28   29   30   31   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

ŞƏHƏR ATLI DƏMİR YOLU (KONKA)

Məlumdur ki, Bakıda ta keçən əsrin axırlarınadək Şəhər nəqliyyatı baŞlıca

olaraq, fayton, tək-tük ekipaj, kazalaq və arabalardan ibarətdi. Bunlardan baŞqa

evlərə ulaqlarla da yük, su və kerosin daŞınırdı. 1893-cü il 18 yanvarda Şəhərdə atlı

dəmir yolunun (konka) yaradılması barədə Şəhər idarəsinin qərarı çıxır. Konkanın

təŞkili aŞağıdakı Şərtlər əsasında müəyyən edilirdi: sərniŞinlərin rahat minibdüŞməsi

üçün konka aram hərəkət etməlidir. UŞaqlar və qadınlar minib düŞdükdə

isə konka mütləq dayanmalıdır. Bir neçə vaqon birlikdə hərəkət etdikdə onların

arasındakı məsafə 10 sajından az olmamalıdır. SərniŞin daŞıyan atların yeriŞi

yortma olmalıdır, saatda 10 verstdən artıq olmamaq Şərtilə. YoxuŞ yerlərdə

konkaya mütləq üçüncü at qoŞulmalıdır. Küçələrin kəsiŞdiyi yerlərdə, küçələri

dönərkən, döngələrdə, eniŞ yerlərdə atlar mütləq yortma getməlidir. Təhlükəli

yerlərdə sürücü zəngi tez-tez basmaqla piyadaları xəbərdar etməlidir. Beləliklə

sübh tezdən ta hava qaralanadək küçələri konkanın zəng səsləri bürüyərdi. YaŞlı

adamlar konka gedə-gedə minib düŞürdülər.

Atlı dəmir yolunda qıŞ üçün örtülü vaqonlar, yay ayları üçün isə açıq

vaqonlar ayrılmıŞdı. Vaqonlar çox kiçikdi. 12 nəfərdən artıq adam tutmurdu.

Sürüçünün yanında isə ancaq dörd adamın durmasına icazə verilirdi. GediŞ haqqı ta

1918-ci ilədək 20 qəpik idi.

143


Konka bütün küçələrdən keçmirdi. Onun öz marŞrut xətti vardı. Birinci xətt

vağzaldan baŞlayırdı: Telefon küçəsi ilə (indiki 28 may) keçərək BolŞoy morskoy

(Bülbül) küçəsinə çıxır, oradan Malakan küçəsinə (indiki Xaqani) dönür, bu

küçənin qurtaracağında sağa tərəf burularaq, Musa Nağıyevin _____uca mərtəbəli binası

qarŞısından keçərək, Parapetə (Fəvvarələr meydançası çıxır, sonra yenə sağa

burularaq, Bazar (indiki Hüsü Hacıyev) küçəsi ilə Quba (Füzuli) meydanına tərəf

gedirdi.

Burdan İamaxı yolu ilə üzü yuxarı qalxaraq, İah döngəsi yanından qeri

dönürdü. İamaxı yolu ilə aŞağı enərək, indiki Füzuli küçəsinə çıxırdı. Buradan da

düz gedərək vağzala çatırdı.

Səhərlər vağzala gedərkən konka neft mədənlərinə gedən fəhlələrlə dolu

olurdu. AxŞam da həmin marŞrutla evlərinə qayıdırdılar. İkinci marŞrut xətti

Azərneft meydanından baŞlayırdı. II Aleksandr Sahil küçəsilə (Neftçilər prospekti)

keçərək, Mixail küçəsinə (indiki Əziz Əliyev) dönür və buradan da Merkuri (indiki

Azərbaycan prospekti) küçəsinə burularaq, Mariya (indiki R. Rza) küçəsinədək düz

gedir. Tində sağa burularaq, Malakan bağının yanında Malakan (Xaqani) küçəsinə

dönür və buradan da BolŞoy morskoy küçəsinə istiqamət alır. Telefon küçəsinə

çatarkən sağa burulur, küçə boyu düz gedərək vağzala çıxırdı. Qayıdan baŞ Füzuli

küçəsi ilə gələrək, Quba meydanından keçib H. Hacıyev küçəsinə daxil olurdu. Ta

qəssab bazarınadək gedir. Buradan sola aŞağı dönərək, qəssabbazarla Əzizbəyov

küçəsinə çıxır. Burada Parapetin yanında Əhməd Cavad küçəsinə çıxır, Mixail

(indiki Əziz Əliyev) kiiçəsi ilə zəngin mağazaların qabağından ötərək, Sahil

küçəsinə burulur və bu küçə ilə qubernator evinin (indiki həkimlər evi) qabağına

çıxırdı.


Konkanı səhərdən axŞamadək Şəhərdə daŞımaq atları əldən salırdı. Buna

görə də tez-tez sıradan çıxırdılar. Konkadan açılan at daha heç nəyə yaramırdı. O

vaxtdan bakılıların arasında arıq, taqətsiz adamları həmiŞə konkadan açılan atlara

oxŞadırdılar: "Elə bil konkadan açılıb" deyirdilər.

Şəhərdə konkanın təŞkil edilməsi barədə qərardan sonra onun çəkiliŞi və

istismarı həmiŞə ayrı-ayrı adamlara icarəyə verilmiŞdi. İlk icarədarlardan biri Hacı

Zeynalabdin Tağıyev idi.


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə