Suğra osmanova qılman İlkin. Baki və bakililar



Yüklə 2,16 Mb.
səhifə27/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   23   24   25   26   27   28   29   30   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

BAKIDA KANALİZASİYA

Bakıda kanalizasiya ilk dəfə təxminən 1880-ci illərdə çəkilmiŞdir. O

vaxtadək həyətlərdən və ictimai yerlərdən, hamamlardan axıdılan sular Şəhərin

küçələri ilə özbaŞına axır, çökək yerlərə, çuxurlara dolur və buradan da ətrafa

yayılırdı. 1892-ci ildən isə əhali çirkli suları dənizə axıtmaq üçün kanovlar

çəkməyə baŞladı. Ancaq belə kanalizasiyanın heç bir planı yoxdu. Biri kanov çəkir,

o biri də öz həyətinin suyunu ona qoŞurdu. Vaxtı ilə doktor V. N. Bequn tərəfindən

yazılmıŞ "Bakı Şəhərində sanitar iŞinin inkiŞafı barədə qısa oçerk" kitabında Bakıda

ilk kanalizasiyanın necə yaranması barədə məlumat verir. O yazırdı ki, 34-ə qədər

müsəlman və 6 Avropa hamamlarının sahibləri çirkli suyu dənizə axıtmaq üçün

kanov çəkmiŞdilər. Lakin bu kanovlar suyu özündən buraxan materiallardan

çəkildiyindən sular dəniz kənarına çatmamıŞ torpağın canına hopurdu. Sonralar

həyətlərin də suları bu kanovlara qoŞuldu. Beləliklə, Şəhərdə kanalizasiya Şəbəkəsi

geniŞlənməyə baŞladı.

Dənizə tərəf uzadılan belə kanovların sayı 12-dən artıq deyildi. Kanovlarla

su ancaq dəniz sahilinədək çatırdı. Sahildə çirkab sulardan böyük gölməçələr

əmələ gəlirdi. Bərk xəzrilərdə üfunətdən yaxın evlərdə nəfəs almaq çətinləŞmiŞdi.

Təxminən keçmiŞ Tağıyev teatrının yerləŞdiyi və kukla teatrının ətrafı həmiŞə

üfunətli gölməçələrlə əhatə olunurdu, bərk küləklərdə Xəzərin sahilə hücum çəkən

suları da bu gölməçələrin çirkablı sularına qarıŞaraq, ətrafı basırdı. Kanovlar çox

səliqəsiz tikilirdi. Bunun nəticəsində çirkab sular həyətlərə, evlərin zirzəmilərinə,

aŞağı mərtəbələrinə sızır, küçədə hərəkət etməyə mane olurdu. Məsələn, 1892-ci

ildə Tatar küçəsində bir neçə həyət və mənzilləri su basmıŞdı. Həyətlərdə ayaq

yolları da bərbad halda idi. Şəhərin yuxarı məhəllələrindən, İçəriŞəhərdən ayaq

yollarının zibilli suları açıq kanovlarla dənizə axıdılırdı. Bəzi hallarda isə küçələrin

tən ortası ilə süzülürdü. Belə natəmizlik nəticəsində idi ki, 1892-ci ildə Şəhərdə

vəba xəstəliyi baŞladı. Şəhər idarəsinin gördüyü tibbi tədbirlərə baxmayaraq,

əhaliyə böyük zərər dəydi. Yalnız bundan sonra Şəhər idarəsi kanalizasiya iŞlərini

qaydaya salmaq üçün xüsusi komissiyon təŞkil etdi. Kanalizasiya dənizə qədər

141


uzadıldı. Bununla belə çirkab sular yenə sahilə yayılırdı. Həyətləri yenə tez-tez su

basırdı. 1904-cü ildə təzədən baŞ vermiŞ vəbadan sonra Şəhər idarəsi kanalizasiya

iŞləri ilə yenə də ciddi məŞğul olmadı. Sonrakı illərdə də Bakı vəba epidemiyasının

mərkəzinə çevrilmiŞdi. O illərdə Bakıda olan ingilis mühəndisi Lindleyə yeni

kanalizasiya üçün layihə hazırlanması tapŞırıldı. Ancaq onun tikilməsi üçün bir

qəpik də pul buraxılmadı.

Həyətlərdə nəcis çalalarının müntəzəm boŞaldılmasına fikir verilmirdi.

İamboların miqdarı çox az idi. Vəba xəstəliyi isə əhaliyə gözünü açmağa imkan

vermirdi. 1907, 1908; 1909, 1910-cu illərdə baŞ verən vəba xəstəliyi xeyli insan

qırğınına səbəb olmuŞdu. Kanalizasiya Şəbəkəsi geniŞlənsə də Şəhərdə elə

məhəllələr vardı ki, əhali hələ də kanalizasiyanın olmaması üzündən dözülməz

əziyyətə düçar olmuŞdu. Kanalizasiya iŞləri ta 1914-cü ilədək ləng gedirdi. Elə

məhəllələr vardı ki, kanalizasiyadan tamamilə məhrum idilər. Məsələn,

Ermənikənddə, İamaxinkada, Qanlı təpədə, Şəhərin Zavağzal hissəsində,

Kərpicxanada bircə kanalizasiya xətti də yoxdu. Çəmbərəkənd, Təzə Pirin ətrafı və

hətta Bayıl da bu vəziyyətdə idi.

Həyətlərdən nəcis adətən gecələr daŞınırdı. Bu iŞ boçkalı arabalar vasitəsilə

görülürdü. Şəhərdə xüsusi müəssisələr vardı ki, bu iŞlə məŞğul idilər. Belə

müəssisələr - "Bakı nəcis nəqliyyatı" adlanırdı. 1914-cü ildə cəmi üç belə müəssisə

vardı. Şəhərin nəcisi əvvəllər daŞınıb, Qanlı təpənin ətəyindəki dərəyə tökülürdü.

Bu dərə əhali içərisində "Poxlu dərə" (indiki Mərkəzi kolxoz bazarının yeri)

adlanırdı. Bu yerlər o zaman Şəhərin kənarı idi. Sonralar Şəhər böyüdükcə nəcis

daha uzağa daŞınırdı.

KÜÇƏLƏR

Yeni salınmıŞ Şəhərin küçələrini qaydaya salmaq üçün Şəhər idarəsi bir sıra

tədbirlər görürdü. Bakının məŞhur xəzrisi əsdiyi zaman (bu bəzən həftələrlə davam

edirdi) küçələrdə tozanaqdan göz açmaq olmurdu. Arabaların, faytonların

çarxlarından qalxan toz buludları adamların üst-baŞını, evlərin pəncərələrini boz bir

pərdəyə bürüyürdü. Burulğan kimi burulan külək qarŞısına çıxan hər Şeyi qabağına

qatıb sovururdu. Bəzən qadınların çadralarını baŞından qoparıb, uçururdu.

Tozanağın qarŞısını almaq üçün ilk tədbir ondan ibarət oldu ki, küçələrə daŞ

döŞəməyə baŞladılar. Bu iŞə Sahil küçəsindən baŞlandı. 1878-ci ildə ilk dəfə olaraq,

buraya əhəng daŞları düzüldü. Bir müddət sonra məlum oldu ki, bu yolla tozanağın

qarŞısını almaq mümkün deyil, əksinə; fayton çarxlarından, at dırnaqlarından

parçalanan daŞlar toza dönərək, Şəhəri daha eybəcər Şəklə salırdı. Bunun qarŞısını

almaq üçün küçələrə neft çiləməyə baŞladılar. Doğrudur bu tozanağın qarŞısını ala

bildi. O biri tərəfdən yağıŞlı havalarda canına neft hopmuŞ torpaq suyu

142

buraxmadığından küçələrdə gölməçələr əmələ gəlirdi. Bəzən elə olurdu ki, bu



səkidən o biri səkiyə keçmək də olmurdu. Bundan sonra Şəhər idarəsi belə qərara

gəldi ki, küçələrə neft səpmək əvəzinə Biləcəridə tapılmıŞ möhkəm çay daŞlarından

istifadə edilsin. Lakin Biləcəri daŞ yataqları tez tükəndi. Bu daŞlardan ancaq üç il

istifadə etmək mümkün oldu. Sonra Krasnovodskdan barjlarla porfiriti daŞınmağa

baŞladı. Bu da Biləcəri daŞları kimi çox möhkəmdi. Aradan bir müddət keçəndən

sonra Şəhər idarəsi çay daŞlarını (bakılılar bunu qənbər adlandırırırlar) daha üstün

tutdular. Çünki qənbər daha möhkəm və daha etibarlı idi. Azərbaycan rayonlarında

da istədiyin qədər qənbər ehtiyatı vardı. O vaxtdan bu günədək bu möhkəm çay

daŞından istifadə edilir. Qənbər də ancaq mərkəzi küçələrdə və dövlət idarələrinin

qabağındakı meydançalara döŞənirdi. Kərpicxanada, Qanlı təpədə, Təzə Pirin ətraf

küçələrinə hələ də neft çilənirdi, Qənbər döŞənmiŞ küçələr qaldırımlı olduğu üçün

küçənin ortalarında daha su durmur, qaldırımın hər iki yanı ilə axıb gedirdi.

Bakıda asfaltdan ilk dəfə 1906-cı ildə istifadə edildi. Bu da Şəhərdə Qala

bəyi (qradonaçalstva) idarəsinin yaranması ilə əlaqədardı. Həmin ildə qubernatorun

binası Sahil küçəsindən indiki M. Muxtarov küçəsi ilə Füzuli küçələrinin tinindəki

Əmircanovun binasına köçür. Onun keçmiŞ binası isə qalabəyi Martınovun

ixtiyarına verilir. Asfalt da ilk dəfə bu binanın qarŞısına salınmıŞdı.


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə