Suğra osmanova qılman İlkin. Baki və bakililar



Yüklə 2,16 Mb.
səhifə35/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   31   32   33   34   35   36   37   38   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

Sahil bulvarı Şəhərin ən iri bulvarı idi.

Dəniz havası ilə nəfəs almaq və yayın isti aylarında sərinləmək üçün sahildə

bulvar yaradılması Bələdiyyə idarəsini çoxdan düŞündürürdü. Bu barədə ilk addım

1909-cu ildə atılmıŞdır. Bulvarın salınması təŞəbbüsçüsü Bakının görkəmli

mühəndisi M. H. Hacınski olmuŞdur. Hacınski bu illərdə Bələdiyyə idarəsində

inŞaat Şöbəsinə baŞçılıq edirdi. Onun səyi ilə bulvarın salınması məsələsi dumanın

iclasına qaldırıldı. Duma bu iŞ üçün 60 min manat vəsait ayırmağı qərara aldı,

Hacınski Şəhər memarlarından Adolf Eyxerin yaxından köməyi ilə bulvarın

salınması layihəsinin hazırlanması ilə məŞğul oldular. Onlar təkcə bulvarın

salınması və orada meyvə və bəzək ağaclarının əkilməsini deyil, qəŞəng pavilyon

və binaların tikilməsi barədə də müsabiqə elan edirlər. Müsabiqədə 30 nəfərədək

memar və mühəndis iŞtirak edirdi. Müsabiqədə birinci mükafatı memar Q. M.

Termikelov almıŞdı.

163


Şəhər idarəsi bulvarın salınması, orada yardımçı binaların - pavilyonların,

restoran və dəniz hamamının tikilməsi ilə sahilin yalnız özəlləŞməsini deyil, eyni

zamanda əldə edilən gəliri də nəzərdə tuturdu. Bulvarın yaradılması ilə Şəhər

idarəsi daha bir çətin məsələ qarŞısında durmuŞdu. Bu da çirkab suların axıdılması

idi. O vaxtadək Şəhərin çirkab suları birbaŞa dənizə axıdılırdı. İndi isə bu sular

borularla axıdılmalı idi. Tikiləcək dəniz hamamı nümunəvi və Şəhər əhlinin

istirahəti üçün rahat olmalı idi.

Bulvarın salınması üçün xeyli iŞ aparılandan sonra dumada qlasnılar təzə

məsələ qaldırdılar ki, bulvar sahilindən bütün körpülər yığıŞdırılmalıdır. Həqiqətdə

də bulvarın salınacağı sahədə taxta körpülər çox idi. Xəzərin qərb sahilində olan 75

körpüdən 25-i Şəhərin məhz bu mərkəzi hissəsində idi.

Bulvar DaŞ körpünün yanından, daha doğrusu qubernator evinin qabağından

baŞlayaraq, Sahil küçəsinin bağlandığı "Qafqaz və Merkuri" ellinqinədək küçə

boyu uzanmalı idi.

1910-cu ildə hazır olan bulvar və dəniz hamamı Sahil küçəsinə ayrıca bir

gözəllik verdi. Yük daŞımaq məqsədilə tikilmiŞ taxta körpülər də bir neçəsindən

baŞqa Şəhərin mərkəzi hissəsindən yığıŞdırıldı. Yalnız bulvardan dəniz hamamına

gedən körpü, Tamojnı körpüsü və bir də camaatı dəniz gəzintisinə çıxaran qayıqlar

üçün kiçik bir körpü saxlandı. Dəniz hamamının idarə edilməsi də hərrac yolu ilə

xüsusi bir adama tapŞırıldı.




Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə