Suğra osmanova qılman İlkin. Baki və bakililar


MEHMANXANA VƏ RESTORANLAR



Yüklə 2,16 Mb.
səhifə38/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   34   35   36   37   38   39   40   41   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

MEHMANXANA VƏ RESTORANLAR

Bakıda neft sənayesinin inkiŞafı ilə əlaqədar Şəhər həyatı gündən-günə yeni

Şəkil alırdı. Zəngin, aynalı mağazalarla yanaŞı rahat mehmanxana və gur iŞıqlı

restoranlar Şəhərə xüsusi gözəllik, verirdi. Rusiyadan və Avropanın bir çox

Şəhərlərindən axıŞıb gələn qonaq və iŞgüzar adamları qəbul etmək və yerləŞdirmək

iŞində mehmanxanalar sanki yarıŞa girmiŞdilər. 1840-cı ildə Bakıda cəmi bir

mehmanxana olduğu halda əsrin əvvəllərində onların sayı birə on qat artmıŞdı.

Şəhərin ən gözəl mehmanxanaları hesab edilən "Metropol" və "Qrand Otel"

mehmanxanalarının sahibi Lalayev idi. Hər iki mehmanxana Şəhərin mərkəzi hesab

edilən Olqa küçəsində idi. "Qrand Otel" bütöv bir kvartalı əhatə edirdi.

Mehmanxanadakı nömrələr mebelli, xalılarla döŞənmiŞ, rahat, iŞıqlı və baha idi.

1918-ci ildə Bakını iŞğal etmiŞ ingilislərin hərbi qərargahı bu mehmanxanaya

düŞmüŞdü. Musa Nağıyevin tikdirdiyi ucamərtəbəli "Yeni Avropa" mehmanxanası

da bu arada, yaxınlıqda idi. "Yeni Avropa" mehmanxanası ilə "Metropol"

mehmanxanası arasında Lalayev döngəsi adlanan yerdə "Avropa" adlı iki mərtəbəli

bir mehmanxana da vardı. Bu mehmanxana əvvəllər "Qafqaz" mehmanxanası adı

ilə məŞhurdu. Şəhərdə ən ucuz mehmanxana hesab edilirdi. Əsrin əvvəllərində

Bakıda olmuŞ Zeynəlabdin Marağayi özünün "Səyahətnaməyi İbrahimbəy" adlı

kitabında bu restoran barədə belə yazırdı: "Ertəsi gün səhər biz Bakıya çatdıq və

qatardan birbaŞa "Qafqaz" mehmanxanasına yollandıq. Burada nömrə olduqca

ucuzdu. Sutkası təxminən bir manata baŞa gəlirdi. Nömrələr çox çirkli, xidmətçiləri

nəzakətsiz olsalar da mehmanxananı dəyiŞmək istəmədik. Çünki burada cəmi iki

gün qalmalı idik.

Mehmanxana sakinlərinin əksəriyyəti müsəlmanlardı. Onlardan çoxu otaqda

özlərinə yemək hazırlayır, bəzən də tiryək çəkirdilər".

Musa Nağıyevin uca mehmanxanası hazır olandan sonra Lalayevin

"Avropa" mehmanxanası camaat içərisində "Köhnə Avropa", Musa Nağıyevin

mehmanxanası isə "Yeni Avropa" adlanırdı. Lalayevin "Avropa"

mehmanxanasında hər nömrənin qiyməti sutkada 1 manat 50 qəpikdən 7

manatadək, "Qrand Otel"də 1 manat 50 qəpikdən 8 manatadək, "Metropol"da isə 1

manat 50 qəpikdən 5 manatadək idi.

Bu mehmanxanalardan baŞqa Lalayevin passajının üst qatında (indiki

"Yazıçı" nəŞriyyatı) "Bristol" adlı mehmanxana yerləŞirdi ki, hər nömrəsinin

qiyməti 1 manat 50 qəpikdən 5 manata qədər idi. "Avropa" mehmanxanasında 40

nömrə, "Qrand Otel" mehmanxanasında 60 nömrə, "Metropol"da 38 nömrə,

"Bristol"da 35 nömrə vardı. Adları çəkilən mehmanxanaların yaxınlığında Şəhərin

Şimal-qərb hissəsində daha 3 mehmanxana vardı. Bunlar aŞağıdakılar idi: "Böyük

171


Moskva mehmanxanası" 33 nömrədən ibarət olub, hər nömrənin qiyməti 1 manat

50 qəpikdən 3 manatadək. Mehmanxana Qoqol küçəsində yerləŞirdi. "Ermitaj"

mehmanxanası Merkuri (indiki Azərbaycan prospekti) küçəsində DadaŞovun

mülkündə yerləŞib, 20 nömrədən ibarət idi. Hər nömrənin də qiyməti 1 manat 50

qəpikdən 3 manata qədər idi. "London" mehmanxanası Torqovı küçəsində

(Nizami) yerləŞib, 18 nömrədən ibarət idi. Hər nömrənin qiyməti 50 qəpikdən 3

manatadək idi. Malakan (indiki Xaqani) küçəsində Musa Nağıyevin binasında

"Yar" adlı bir mehmanxana yerləŞirdi. Onunla yanaŞı binada isə "Kazino" idi.

KeçmiŞ Krasnovodsk, indiki Səməd Vurğun küçəsində "Dvortsovıye

nomera" adlı bir mehmanxana da fəaliyyət göstərirdi. Onun dəbdəbəli adına

baxmayaraq, adi bir mehmanxana idi. Nömrələri də ucuzdu..

"Marsel" və "Madrid" mehmanxanaları da baŞqa mehmanxanalardan

fərqlənmirdilər. Ancaq hər iki mehmanxanada xidmət iŞi yaxŞı təŞkil edilmiŞdi.

Şəhərin Bazar küçəsində (indiki Hüsü Hacıyev) bir cərgə salınmıŞ üç

mehmanxana vardı: "İslamiyyə" mehmanxanası, sahibi Hacı Mustafa Rəsulov,

"İskəndəriyyə" mehmanxanası, sahibi Hacı Məmməd Sadıq Zərbəliyev və

"Dağıstan" mehmanxanası. Onlardan bir az aŞağıda qala qapısı ağzında Hacı

Hacıağanın "Təbriz" mehmanxanası vardı. Bu mehmanxananın nəzdində olan

"Şəms" restoranı bütün Şəhərdə Şöhrət qazanmıŞdı. Burada ancaq ləziz Şərq

yeməkləri hazırlanırdı. Həmin mehmanxana ilə üzbəüzdə, bir mərtəbəli dükanlarda

cızbızxanalar yerləŞdirilmiŞdi. Bu dükanlarda ocaq ortada qurulmuŞ və üstünə iri

tava qoyularaq, cızbız hazırlayırdılar. Cızbız qoyunun içalatından və ciyərlərindən

hazırlanırdı. MüŞtərilər də elə oradaca ocağın dövrəsində oturub, nahar edirdilər.

Nəhayət, "Nobel" adlı bir mehmanxana vardı ki, Sahil küçəsi ilə Sadovı

(indiki Niyazi) küçələrinin tinində yerləŞirdi. İki mərtəbədən ibarət olan bina indi

sökülmüŞ və sahəsi İnqilab bağına qatılmıŞdır.

Zəngin Bakı restoranlarının Şöhrəti bütün Qafqaza yayılmıŞdı. AxŞamlar

gecəyədək onların gur əlvan iŞıqları ətrafa yayılır, xoŞ musiqi səsləri kəsmək

bilmirdi. Neftdən varlanan, cibləri pulla dolu Şəhər varlıları gecə yarıyadək iŞıqlı,

rahat, bərbəzəkli, ləziz yeməklər və misilsiz nemətlərlə zəngin olan bu

restoranlarda kef çəkirdilər. Çil-çıraqban otaqlarda xoŞ musiqi sədaları altında

zərrin paltarlara bürünmuŞ yarımçılpaq qız və qadınlar Şərqilər oxuyur və rəqs

edirdiləyr. Belə yüksək səviyyəli restoranlarda təkcə içəri daxil olmaq qızıl pulla

idi.


Rəngbərəng ipək paltarlar geymiŞ gözəl rus və yəhudi qızları xörək

paylarkən öz naz və qəmzələri ilə çoxlarının ürəyinə od salardı. Sonralar bu

qızlardan çoxu sərvətdarların, tacir və neft sahibkarlarının məŞuqələrinə

çevrilmiŞdilər. Onların üstündə tez-tez savaŞma və atıŞma da baŞ verirdi. Bakı

varlıları içərisində matiŞka (məŞuqə) saxlamaq dəb idi. Qəribə görünsə də həmin

172


varlıların kəbin-talaqlı arvadları da bu vəziyyətə dözür və hətta bəziləri ərlərinin

matiŞkası olması ilə fəxr edirdilər. MatiŞkası olmayanı kiŞi hesab etməzdilər.

KiŞilər məŞuqələri üçün ayrıca mənzil kirayələyər və dünyanın naz-neməti onların

mənzillərinə daŞınardı. Öləndə də məŞuqələr kiŞilərin halal, kəbinli arvadları ilə

bərabər dərəcədə vərəsəlik payı alırdılar. Məsələn, Musa Nağıyev öləndən sonra

onun rus arvadı kəbinli arvadı ilə bir səviyyədə vərəsə hesab olunmuŞdu.

Bakı restoran və lokantları içərisində ən zəngin, restoran "Medved"

restoranı idi. Burada xörəklər həm ləziz və həm də baha idi. Xidmət isə əla

dərəcədə təŞkil olunmuŞdu. Gələnlərin cibləri gen olmalı idi. Çünki müŞtərinin hər

bir addımı və hər bir hərəkəti qızıl pula baŞa gəlirdi. Bu restoran Şəhərin izdihamlı

küçələrindən birində - Milyutin (Əlyarbəyov) küçəsi 14 nömrəli binada yerləŞirdi.

İçəri girərkən çilçıraqlı iŞıqlardan və bədənnüma aynalardan göz qamaŞırdı.

Bundan baŞqa Vorontsov (Əzizbəyov) küçəsində 5 nömrəli binada, Parapetlə

üzbəüzdə "Dardanel" restoranı, əvvəllər "Metropol" mehmanxanasının aŞağısında,

sonralar isə yerini dəyiŞmiŞ Sadıqov qardaŞlarının "Çanaqqala" restoranı Şəhərin

kübar adamlarının daimi yeri idi. "Elbrus" restoranı isə Olqa və Merkuryev

küçələrinin tinində Yusif DadaŞovun mülkündə yerləŞirdi. Bura Şəhərin mərkəz

küçəsi olduğu üçün və bulvara yaxın olduğundan həmiŞə adamla dolu olurdu.

"Novıy svet" restoranı Qoqol və Torqovı (Nizami) küçələrinin tinində zirzəmidə

yerləŞirdi. Bura Dəmir yolu vağzalına yaxın olduğu üçün Şəhərə gələn qonaqlarla

həmiŞə dolu olurdu. 1919-cu ilin sentyabrında hümmətçilərdən Mir Fəttah Musəvi

və HaŞım Əliyev bu restoranda öldürülmüŞdü.

Sahil küçəsində Seyid Mirbabayevin mülkündə də "Nord" adlı kiçik bir

restoran yerləŞirdi.

Bunlardan baŞqa Şəhərin müxtəlif yerlərində ikinci və üçüncü dərəcəli

restoranlar, aŞpazxanalar, pitixanalar mövcud idi.




Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə