Suğra osmanova qılman İlkin. Baki və bakililar


Orucov qardaŞlarının mətbəəsi



Yüklə 2,16 Mb.
səhifə41/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   37   38   39   40   41   42   43   44   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

Orucov qardaŞlarının mətbəəsi.

Bakıda ən iri mətbəə Oruc, Qənbər və Abuzər Orucov qardaŞlarının elektrik

mətbəəsi olmuŞdur. Sonralar bu mətbəə əsasında Orucov qardaŞları əsl nəŞriyyat da

yaratmıŞdılar ki, bu Azərbaycan mədəniyyəti tarixində ilk nəŞriyyat hesab

olunurdu. Orucovlar mətbəəsi texniki avadanlıqla təmin olunduqca nəŞriyyat iŞi

daha çox rəvac tapırdı. Mətbəədə "Miilə" markalı, özüyığan maŞın, "Amerikanka",

"Aqzburq" və "Frangental" çap maŞınları quraŞdırılmıŞdı. Bundan baŞqa

Orucovların öz sinkoqrafiyası vardı. Mətbəə güclü tikən və kəsən maŞınlarla da

təmin olunmuŞdu.

Orucovlar nəŞriyyatı Azərbaycan mədəniyyətinin inkiŞafında, Azərbaycan

kitablarının nəŞrində və təbliğində də böyük rol oynamıŞdır. NəŞriyyat təkcə bədii

ədəbiyyat deyil, siyasi və tədris ədəbiyyatının da çapına və yayılmasına böyük

qayğı ilə yanaŞırdı. Nəriman Nərimanovun demək olar ki, bütün əsərləri, Ə. B.

Haqverdiyevin, Abbas Səhhətin, Abdulla İaiqin, Çəmənzəminlinin, Ü.

Hacıbəyovun və baŞqalarının əsərləri müntəzəm olaraq, burada çap olunurdu.

NəŞriyyatın buraxdığı kataloqlarda çap olunmuŞ bütün əsərlərin adları sadalanırdı.

Dünya və rus ədəbiyyatından tərcümələr də nəŞriyyatın planında mühüm

yer tuturdu. L.Tolstoyun bir sıra xırda əsərlərini, Defonun məŞhur "Robinzon

Kruzo", Molyerin "Zorən təbib" və baŞqa əsərləri nümunə göstərmək olar.

Bunlardan əlavə Orucovlar dini və ŞərŞət kitablarının çapı ilə də məŞğul olurdular.

Orucov qardaŞları nəŞriyyatının fəaliyyət dairəsi ildən-ilə geniŞlənirdi. Belə ki,

kitab nəŞri ilə yanaŞı bir sıra qəzetlər də, məsələn: "Kəlniyyət", "Həqiqət", "GünəŞ"

kimi qəzet və jurnallar da burada çap olunurdu. Çap olunmuŞ kitabların yayılması

və satıŞı ilə də nəŞriyyat özü məŞğul olurdu.

Orucov qardaŞlarınm mətbəə və nəŞriyyatı Tağıyevin qız məktəbinin

zirzəmisində yerləŞirdi.




Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə