Suğra osmanova qılman İlkin. Baki və bakililar



Yüklə 2,16 Mb.
səhifə44/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   40   41   42   43   44   45   46   47   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

"Açıq söz" mətbəəsi.

Bu mətbəə çox kiçik bir mətbəə olub, "Kaspi" mətbəəsinin sağ tərəfındə

yerləŞirdi. 1915-ci ildə Məmmədəmin və Məmmədəli Rəsulzadələr bu mətbəəni

alıb, birlikdə "Açıq söz" qəzetini nəŞr etməyə baŞlayırlar. O zamandan da mətbəə

"Açıq söz" mətbəəsi adlanırdı.

XEYRİYYƏ VƏ MAARİF CƏMİYYƏTLƏRİ

Hələ keçən əsrin 70-ci illərində Həsən bəy Zərdabi Azərbaycanda ilk dəfə

xeyriyyə cəmiyyəti yaratmaq fikrinə düŞmüŞdü. Güman edirdi ki, yoxsul

uŞaqlarının təhsil və tərbiyəsində, onların məktəblərə qəbul edilərək, pulsuz

oxumalarına bu cəmiyyətin böyük xeyri dəyəcəkdir. Bu məqsədlə xeyriyyə

175


cəmiyyətinin proqramını tərtib edib, hökümətə təqdim edir. Böyük çətinlik və

süründürmədən sonra onu təsdiq etdirə bilir. Hər Şey hazır olandan sonra Zərdabi

Bakı varlılarından bir dəstəsini qazi molla Cavad axundun evinə toplayaraq,

proqramı onlara oxuyur. Hamı bəyənir. Lakin cəmiyyətin yaranması üçün maddi

yardım lazım olduğunu söyləyərkən, məclisdəkilər bir nəfər kimi aradan çıxırlar.

Bu Həsən bəyi qətiyyən ruhdan salmır. 1812-ci ildə Qafqazı Şəhər-Şəhər gəzərək,

cəmiyyətə üzv toplamağa baŞlayır. Üzv yazılanlar ona üzvlük haqqından baŞqa

əlavə ianə də verəcəklərini vəd edirlər. Beləliklə Həsən bəy Zərdabi Azərbaycanda

ilk Xeyriyyə cəmiyyətinin əsasını qoyur. Bakıya qayıdan Həsən bəy Cəmiyyətin

baŞqa iŞlərini də sahmana salmaqla məŞğul olur. Bu müddətdə Qafqaz

Şəhərlərindən cəmiyyətin xəzinəsinə xeyli pul daxil olur. Hətta Bakıda məktəbə

düzəlmək üçün onun yanına iki uŞaq da göndərirlər. Həsən bəy çətinliklə olsa da,

onları Şəhər məktəblərinə düzəldə bilir. Ancaq təəssüf ki, bu vəziyyət çox davam

etmir. Bir müddətdən sonra göndərilən üzvlük haqları xeyli azalır. Hətta iŞ o

dərəcəyə çatır ki, cəmiyyətin xərci gəlirindən çox çıxır. Nəticədə Həsən bəy

cəmiyyəti bağlamalı olur. Cəmiyyətdən xatirə olaraq, Həsən bəyə ancaq üzvlərin

siyahısından ibarət qaytanlı bir dəftər qalır.

Zərdabinin arzusu yalnız 1905-ci il inqilabından sonra çar hökümətinin

verdiyi Oktyabr bəyannaməsinin yaratdığı Şərait nəticəsində yerinə yetir. H. Z.

Tağıyev Xeyriyyə cəmiyyətinin yaradılması barədə hökümət qarŞısında təŞəbbüsdə

olur. Birinci təŞəbbüs nəticə verməsə də ikincidə, nəhayət, cəmiyyətin yaranmasına

icazə ala bilir. 1905-ci ildə yaranmıŞ bu "Müsəlman Xeyriyyə cəmiyyətinin"

məqsədi fəqir və möhtac müsəlmanlara kömək etmək, məktəblərdə oxuyan fəqir və

yetim uŞaqlara müavinət göstərmək, taqətdən düŞmüŞ qoca müsəlmanlara himayə

etmək, yoxsul uŞaqlarını sənət məktəblərində oxutmaq və sairdən ibarət idi.

Cəmiyyət əsasən Bakı varlılarının və varlı ziyalıların cəmiyyəti idi. Onun

müəssisələri H. Z. Tağıyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy TopçubaŞov,

Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, İsmayıl bəy Səfərəliyev, Hacı Aslan

AŞurov, İsa bəy Hacınski, Kamil bəy Səfərəliyev, Əbdülxalıq Axundov,

Məmmədrza Vəkilov, Həsən bəy Ağayev Nəcəfqulu Sadıqov, İsrafil Hacıyev,

Həsənağa Həsənov, Mirzə Əsədullayev, Əsəd bəy Səlimxanov, Ağabala Quliyev,

Əsədullah Əhmədov, Hacı Həsən Ağamalıyev, Nəcəf Əmiraslanov olmuŞlar.

Birinci iclasda H. Z. Tağiyev sədrliyə, İsrafil Haciyev müavinliyə, Haci

Mustafayev xəzinədarlığa, Əhməd bəy Ağayev katibliyə, İsmayil bəy Səfərəliyev,

Əlimərdan bəy TopçubaŞov və Əsədullah Əhmədov idarə heyəti üzvlüyünə

seçilirlər.

Birinci Cahan müharibəsi illərində "Müsəlman Xeyriyyə cəmiyyətinin"

fəaliyyəti xeyli geniŞlənmiŞdi. Qaçqın və acları yedirmək, pal-paltarla təmin etmək

sahəsində onun böyük xidməti olmuŞdu. Cəmiyyət Nargin adasında saxlanılan əsir

176


türk əsirlərinə də öz köməyini əsirgəmirdi. "Müsəlman Xeyriyyə cəmiyyətinin"

kontoru "İsmailiyyə"nin binasında idi. Onun yardımçı təsərrüfatları da elə burada

yerləŞirdi.

Bu illərdə, daha doğrusu, 1906-cı ildə yaranmıŞ "NəŞr və maarif" cəmiyyəti

də xeyriyyə məqsədilə təŞkil edilmiŞdi. Bu cəmiyyətin də əsas tərkibini Bakı

varlıları və görkəmli varlı ziyalılar təŞkil edirdi. Çox zaman "Müsəlman Xeyriyyə

cəmiyyəti" ilə əlbir fəaliyyət göstərirdi. Cəmiyyət tərəfindən Bakı kəndlərində 17,

Şəhərdə isə 3 məktəb açılmıŞdı. Yoxsul və yetim uŞaqlar bu məktəblərdə pulsuz

təhsil alırdılar. "NəŞr və maarif"də neft sahibkarları əksəriyyət təŞkil edirdilər.

Onların məqsədi öz müəssisələrində iŞlətmək üçün savadlı fəhlələr yetiŞdirmək idi.

Dövrün qabaqcıl demokratik Şəxsiyyətləri Həsən bəy Zərdabi,

bolŞeviklərdən Nəriman Nərimanov, MəŞədi bəy Əzizbəyov və baŞqaları elmisiyasi

bilikləri, inqilabi ideyaları yaymaq üçün bu cəmiyyətdən tez-tez istifadə

edirdilər. "NəŞr və maarif' cəmiyyətinin fəaliyyəti 1917-ci ilədək davam edir.

"Nicat" mədəni-maarif cəmiyyəti 1906-cı il mart ayının 8-də təŞkil olunub.

Bəzi qəzetlər isə yazırlar ki, guya avqustun 22-də yaranmıŞdır. Həmin gün

cəmiyyət üzvləri Bakının M. Muxtarov küçəsində Əjdər bəy AŞurbəyovun evini

icarəyə götürüb, iŞə baŞlayırlar. Cəmiyyətin üzvləri Üzeyir Hacıbəyov,

Məmmədəmin Rəsulzadə, Cahangir Zeynalov, Mirzəağa Əliyev, Hüseynqulu

Sarabski, Murad Muradov, Hüseyn Ərəblinski, Mehdi bəy Hacinski, Bədəl bəy

Bədəlbəyov, Həbib bəy Mahmudbəyov, Abbasqulu Kazimzadə, Məmmədəli

Rəsulzadə, Qulam Mirzə Şərifov, Soltan Məcid Qənizadə, Əliİskəndər Cəfərov,

Mirmahmud Kazimov, İbrahim Əbilov, Sidqi Ruhulla, Məmmədəli Sidqi, İmran

Qasimov elə o gün idarə heyətini seçdilər. Cəmiyyətin sədrliyinə Məmmədəlibəy

Səlimxanov seçilir, baŞqa bir mənbədə isə göstərilir ki, doktor X. B. Ağayev

seçilib. Sonra ianə toplanmağa baŞlanır. H. Z. Tağıyev beŞ min manat verib, Musa

Nağıyevi də beŞ min yazdırır və əlavə olaraq bildirir ki, əgər Musa Nağıyev beŞ

min verməkdən imtina edərsə, onun əvəzinə verməyə hazırdır. "Nicat"ın ən fəal

üzvlərindən biri İmran Qasımov olmuŞdur. Cəmiyyətə "Nicat" adını da o

vermiŞdir. İmran Qasımov əslində podratçılıqla məŞğul olurdu. Murtuza

Muxtarovun Əhməd Cavad və M. Muxtarov küçələrinin tinindəki əzəmətli sarayını

tikdirərkən yıxılıb, ayağını sındırmıŞ və sonra bundan da ölmüŞdür. 1907-ci il

martın 9-da idarə heyətinin sədrliyinə doktor Həsən bəy Ağayev seçilir. Noyabrın

12-də onun İrana getməsi ilə əlaqədar olaraq, sədri Məmmədəmin Rəsulzadə əvəz

edir.

"Nicat"ı təŞkil edənlərin əksəriyyəti göründüyü kimi ziyalılar idi. Əlbəttə,



içərilərində varlı və sahibkarlar da vardı. Cəmiyyətin əksəriyyəti azərbaycanlıları

savadlandırmaq və maarifləndirmək, yoxsul uŞaqlarına kömək etmək, onları

məktəblərə cəlb etmək, ehtiyacı olanlara maddi kömək göstərməkdi. Cəmiyyət

177


Bakıda və Bakı kəndlərinin bəzisində kitabxana və qiraətxanalar açmıŞdı. Bakıdakı

kitabxana və qiraətxananın müdiri Məmmədbağır Axundov idi. Kəndlərdə açılmıŞ

bir və iki sinifli məktəblərin sayı otuza çatmıŞdı. Belə məktəblərdən biri də

Balaxana kəndində açılmıŞdı, M. Ə. Sabir həmin məktəbdə bir neçə il dərs

demiŞdi.

Cəmiyyət fəhlələr üçün gecə kurslarının, gecə məktəblərinin açılmasına da

xüsusi fikir verirdi. Binalar kirayələyir, ictimai-siyasi mövzularda leksiyalar təŞkil

edirdi. Bəzi vaxt "NəŞr və maarif" cəmiyyəti ilə əlbir iŞləyir, birgə tədbirlər həyata

keçirirdilər.

"Nicat"ın teatr bölməsi xüsusilə böyük həvəs və enerji ilə iŞləyirdi.

Cəmiyyət gənc aktyor truppaları yaradır və onların ətrafına teatr həvəskarlarını

cəlb edirdilər. Dövrün tanınmıŞ aktyorlarından Hüseyn Ərəblinski, A. M.

Şərifzadə, Mirzəağa Əliyev, Sidqi Ruhulla və baŞqaları bu truppalarda nəinki

yaxından iŞtirak edir, eyni zamanda truppaya rəhbərlik də edirdilər. Benefislər

təŞkil edilərək, yığılan pullar ehtiyacları olan məktəb uŞaqlarına verilirdi. Görkəmli

yazıçı və dramaturqlar da bu cəmiyyətin ətrafına toplaŞmıŞdılar. N. B. Vəzirov, Ə.

B. Haqverdiyev, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov və baŞqaları həm öz

əsərlərini və həm də rus və dünya ədəbiyyatından tərcümə etdikləri dram əsərlərini

səhnəyə çıxarır və onların məŞqlərində yaxından iŞtirak edirdilər. Milli musiqi

mədəniyyətinin inkiŞafında da "Nicat"ın böyük xidməti olmuŞdur. Məsələn 1908-ci

ildə Bakıda "Leyli və Məcnun" operası məhz "Nicat"ın təŞəbbüsü ilə

göstərilmiŞdir.

"Nicat" cəmiyyəti eyni zamanda həftədə bir dəfə "Nicat" adlı qəzet də

buraxırdı. Qəzet İsa bəy AŞurbəyovun vəsaiti və redaktorluğu ilə dərc olunurdu.

Cəmiyyətdə maliyyə və habelə siyasi fikir və ideya məsələləri üzrə tez-tez

ixtilaflar baŞ verirdi. Bu baŞlıca olaraq, cəmiyyətin demokratik əhval-ruhiyyəli

qabaqcıl nümayəndələri ilə varlı təbəqə nümayəndələri arasında gedirdi. Belə

ixtilaf və toqquŞmalar 1917-ci ilədək, yəni cəmiyyətin bağlanmasınadək davam

etmiŞdi. Belə ixtilaflardan birini göstərmək olar. İsa bəy AŞurbəyov özünü

maarifpərvər kimi göstərsə də fəaliyyətində sinfi mənafeyi həmiŞə üstün gəlirdi.

1916-cı il mart ayının 24-də "Nicat" cəmiyyətinə yeni seçkilər keçirilirdi.

AŞurbəyov seçkilərdə qalib gəlmək üçün seçiciləri pulla satın almaq yolu ilə

özünün bütün yaxın adamlarını idarə heyətinə seçdirə bilmiŞdi. Mart ayının 24-də

"Açıq söz" qəzetində "Nicat" cəmiyyətinə seçilənlərə açıq məktub" adlı məqalə çap

edilmiŞdi. Məktubu imzalayanlar içərisində Nəriman Nərimanovun, MəŞədi

Əzizbəyovun, Əsədulla Axundovun da imzaları vardı. Məktubda İsa bəyin və onun

yaxın adamlarının idarə heyətinə hansı yollarla seçildikləri ifŞa olunurdu. Həmin

məqaləyə AŞurbəyov küçə söyüŞləri ilə cavab vermiŞdi.

178

"Nicat" cəmiyyəti vəsait əldə etmək üçün baŞqa vasitələrə də əl atırdı.



Məsələn, Şəhər bağında arabir gəzintilər təŞkil edir və toplanan vəsaiti xeyriyyə

iŞlərinə sərf edirdi. Bir dəfə də belə bir gəzinti düzəltmiŞ və toplanmıŞ dörd min

manat pulu Cənubi Azərbaycana mücahidlərə göndərmiŞdi. Əlbəttə, bunu açıq edə

bilməzdilər. Çünki polis hər dəfə toplanmıŞ pula nəzarət edir və onun haraya

göndərilməsini yoxlayırdı. Nicatçılar vəziyyətdən çıxıŞ yolunu pulun

oğurlanmasında gördülər. Pulu toplayan Əsədulla Axundov əldə edilmiŞ bütün

vəsaiti gizlətdikdən sonra hay-küy salmıŞdı ki, pulu oğrular çalıb apardılar. Ara

sakitləŞəndən sonra həmin vəsaiti özü aparıb, Cənubi Azərbaycanda mücahidlərə

təhvil vermiŞdi.

"Bakıda Müsəlman maarif cəmiyyəti "Nicat"ın 1907-1908-ci illər hesabatı"

kitabında "Nicatın fəaliyyətinə qiymət verilərək deyilirdi: "Nicat maarif cəmiyyəti

Bakıda olan cəmiyyətlərin ən köhnəsi olub, yerdə qalan bütün cəmiyyətlərin

müvəllidi adını almağa müstəhəqdir". "Səadət" cəmiyyəti Bakı tacirləri və

ruhanilərinin cəmiyyəti idi. 1906-cı ildə təŞkil olunmuŞdur. Əsas baniləri bunlar

idi: Kərbəlayi Məhəmmədəli Salayev, Molla ƏlŞəkbər mərdəkanlı, axund Molla

ağa, Hacı Mustafa Rəsulov, doktor Əbdülxalıq Axundov, Məmmədəli bəy

Səlimbəyov, ƏlŞəsgər DadaŞov və baŞqaları. Sədri mərdəkanlı axund ƏlŞəkbər idi.

Cəmiyyət 1907-ci ildə "Səadət" adlı təkcə bir məktəb açmıŞdı. Lalayevin iki

mərtəbəli kiçik bir binasında yerləŞirdi. 14 otağı vardı. Əli bəy Hüseynzadə

1910-cu ildən 1916-cı ilədək, yəni Türkiyəyə gedənədək bu məktəbdə direktor

iŞləmiŞdir. "Səadət müdiriyyəti sonralar köhnə müsəlman qəbiristanlığında (indiki

göz xəstəxanası) böyük bir bina tikdirir. Ancaq bina tikilib qurtarmamıŞ Birinci

Cahan müharibəsi baŞlayır. Hökümət üstünü tələm-tələsik örtərək, onu hərbi

xəstəxanaya çevirir. Bu zaman "Səadət"in dərsləri onun Şöbələrində keçirilirdi.

Onun bir Şöbəsi Suraxana küçəsi ilə Tatar küçələrinin tinində Hacı İmamverdi

məscidinin nəzdindəki "Nur" adlı məktəb idi. Müdiriyyət "Nur"un üstündə ikinci

bir mərtəbə tikdirərək, uŞaqların oxuması üçün geniŞ imkan yaradır. "Səadət"in

ikinci Şöbəsi isə AŞağı priyut küçəsində bakılı Hacı Səmədin binası idi. Bu binanı

Hacı Səməd Heydərov 55 minə tikdirib, kupçisi ilə birlikdə məktəbə bağıŞlamıŞ və

vəd etmiŞdi ki, yenə iki mərtəbəli bir bina tikdirib, məktəbin ixtiyarına verəcəkdir.

("An" jurnalı №6, 1911).

Yuxarıda adları çəkilən cəmiyyətlərdən "Müsəlman Xeyriyyə cəmiyyəti",

"Səadət və "Səfa" cəmiyyətlərinin öz xüsusi binaları vardı. "Müsəlman Xeyriyyə

cəmiyyəti" İsmailiyyədə, "Səadət" göz xəstəxanasında, "Səfa" cəmiyyəti böyük

Çəmbərəkənd küçəsindəki imarətində yerləŞirdi. "NəŞr və maarif" cəmiyyəti ilə

"Nicat" cəmiyyətlərinin binaları yoxdu. "Nicat bir neçə dəfə dumaya müracŞət edib,

yer istəmiŞsə də nəticəsiz qalmıŞdı.

179


Bunlardan baŞqa hələ 1904-cü ildə general-qubernator Fadeyevin icazəsi ilə

Bakıda "Hidayət" adlı bir cəmiyyətdə yaradılmıŞdı.

Bu cəmiyyətin təŞkilatçıları əsasən ruhanilər və ziyalılardan ibarətdi. Bakıda

qaniçən qoçular və qatillər ilə mübarizə aparmaq, dini fanatizmin qarŞısını almağı

"Hidayət" cəmiyyəti öz qarŞısına əsas məqsəd qoymuŞdu. Camaatı incidən,

küçələrdə qadınları təhqir edən quduz qoçular cəmiyyət tərəfindən müəyyən edilir

və onların barəsində cəza tədbirləri görülməsi üçün adları general-qubernatora

təqdim olunurdu. Cəmiyyətin nizamnaməsi Əhməd bəy Ağayev tərəfindən tərtib

edilmiŞdi.

Bakı qoçularının harınlığı o dərəcəyə çatmıŞdı ki, Şəhərin mərkəzində

xüsusi kontorlar açaraq, pulla adam öldürmək üçün sifariŞlər qəbul edirdilər. Belə

kontorlardan biri indiki Kukla teatrının qabağında olan iki mərtəbəli evin birinci

mərtəbəsindəki dükanlardan birində yerləŞirdi. Camaat arasında bu kontorlar

"adam öldürən kontor" adlanırdı. Belə azğın qoçularla mübarizə "Hidayət"in

məramnaməsində əsas yer tuturdu.

"Hidayət"in on nəfərdən ibarət idarə heyəti vardı. Onun üzvlərindən H. Z.

Tağıyev, İsa bəy Hacınski, Şəhərin hörmətli ruhanilərindən Bakı qazisi Mir

Məhəmməd Kərim, ruhani-alim, axund molla Ruhulla, ziyalılardan Əhməd bəy

Ağayev, Mustafa bəy Əlibəyovu göstərmək olar. Bu sonuncu sonralar cəmiyyətin

katibi seçilmiŞdi. 1906-cı ilin 17 noyabrında "Hidayət" cəmiyyətinin üzvləri

bakılılara divan tutan qoçuların siyahısını tutub, general-qubernatora təqdim

edirlər. Bu qoçuların içərisində axund molla Ruhullanın kəndlisi - novxanalı

MəŞədi Hacı oğlunun da adı vardı. Qoçuluqla məŞğul olmaqdan baŞqa MəŞədinin

Binəqədidə neft mədənləri də vardı. Cəmiyyət üzvləri qubernatordan xahiŞ

edirdilər ki, MəŞədi Hacı oğlu da qatil qoçu kimi Qafqazdan sürgün edilsin.

Qubernator onun həbs edilməsi barədə sərəncam verir. MəŞədi adının siyahıya

düŞməsində axund molla Ruhullanın barmağı olduğunu baŞa düŞərək ondan

intiqam almağa hazırlaŞır. Axund üç il yayı Novxanada olan bağına köçə bilmir.

MəŞədi güclü vəsait qoyaraq, Qafqazdan sürgün edilmək əvəzinə Hökməli kəndinə

(bu kənd Novxanadan cəmi 10 verst aralıda idi) sürgün edilməsinə nail olur.

MəŞədi axund Ruhulladan intiqam almaq üçün fürsət axtarır. Nəhayət 1912-ci il

yanvarın 16-da günün günorta vaxtı axundun Poçtovaya (indiki S. Tağızadə)

küçəsində olan 151 nömrəli evinə soxulub, onu namaz üstündə öldürür.

Dövrünün qabaqcıl maarifpərvər ruhanilərindən olan axund Ruhulla eyni

zamanda ərəb və fars dillərindən gözəl tərcüməçi idi. O məŞhur "İngilis xanımı"

və "ZərgüzəŞti yetiman" romanlarını fars dilindən Azərbaycan dilinə tərcümə

etmiŞdi.

"Hidayət" cəmiyyəti dini fanatizm adətlərinə qarŞı çıxırdı. Müsəlmanların

Şaxsey-vaxsey və sair bu kimi xürufat və din mərasimlərinin insanlara zərərdən

180


baŞqa heç bir Şey vermədiyini Cəmiyyət camaata olan müracŞətnaməsində açıq

qeyd edirdi. MüracŞət Şəhərin əyyan və əŞrəfi tərəfindən imzalanmıŞdı. Cəmiyyətin

katibi Mustafa bəy Əlibəyov isə bu barədə "İrŞad" qəzetində məqalə ilə çıxıŞ

etmiŞdi. MüracŞət Şəhərin fanatik dindarları tərəfindən qəzəblə qarŞılanmıŞdı. Hətta

qərarə gəlmiŞdilər ki, qazi Mir Məhəmməd Kərimin və Mustafa bəy Əlibəyovun

baŞı kəsilsin. QəzəblənmiŞ qara kütlə Mir Məhəmməd Kərimin ev qapısına od

vurub, yandırırlar Əlibəyov isə evdən bayıra çıxa bilmirdi.

"Səfa" mədəni-maarif cəmiyyəti 1910-cu ildə təŞkil olunmuŞdu.

Hələ 1909-cu ilin mart ayında "Kaspi" qəzeti Çəmbərə kəndində və köhnə

müsəlman qəbiristanlığında məscid və məktəb binası tikilməsi üçün ianə

toplanması barədə xəbər verirdi. Məscidin tikilməsini Əjdər bəy AŞurbəyov öz

üzərinə götürmüŞdü. Murtuza Muxtarov isə məktəbin tikilməsi üçün 10 min manat

pul ayırmıŞdı. Həmin məktəb binası "Səfa" cəmiyyəti üçün tikilmiŞdi. Onun

təŞkilatçıları əksərən maarifpərvər ziyalılar idi. Cəmiyyət milli mədəniyyəti və

maarifi inkiŞaf etdirmək məqsədi daŞıyırdı. Onlar Şəhərdə və bir neçə kənddə

kitabxana və qiraətxana açmıŞdılar. Bakıda "Səfa" yeganə bir məktəb idi. İki

mərtəbəli bu məktəb binası 1910-cu ildə varlı ziyalılardan Əlibala Zərbəliyev

tərəfindən tikilmiŞdi (hazırda Lermontov küçəsində bu məktəbin yerində bağ

salınmıŞdır).

"Səfa" milli teatrın _____inkiŞafı ilə daha çox maraqlanırdı. Özünün xüsusi teatr

truppası vardı. Dövrün görkəmli aktyorları və tanınmıŞ yazıçı və dramaturqlar bu

truppa ətrafında toplaŞmıŞdılar. Verdikləri tamaŞalara "Nicat" cəmiyyətinin ayrıayrı

aktyorlarını da dəvət edirdilər. Cəmiyyətin fəaliyyətində Səməd Mənsur,

DadaŞ Bünyadzadə, M. Ə. Rəsulzadə, Əliabbas Müznib, H. Ərəblinski, A. M.

Şərifzadə, Cahangir Zeynalov və baŞqaları yaxından iŞtirak edirdilər.

Bəzən görkəmli aktyorları cəlb etmək üstündə "Səfa" ilə "Nicat"

cəmiyyətləri arasında tez-tez ixtilaf baŞ verirdi. Hərə istəyirdi ki, məŞhur aktyorları

öz tərəflərinə çəksinlər. Lakin "Səfa" cəmiyyətinin aktyorlarını hər vasitə ilə

ŞirnikləŞdirib öz tərəflərinə çəkmək istəyən "Nicat" cəmiyyətinin cəhdləri hər dəfə

puça çıxırdı. Məsələn, "Nicat" çox çalıŞirdı ki, Səməd Mənsuru öz tərəfinə çəksin.

Səməd Mənsur isə "Səfa"ya sadiq idi. Səməd Mənsurun getməməsi "Səfa"nın

mövqeyini daha da möhkəmlətdi. Bundan əlavə "Səfa" görkəmli aktyor Abbas

Mirzə Şərifzadənin də tez-tez baŞ rollarda çıxıŞ etməsinə nail oldu. Doğrudur, A.

M. Şərifzadə "Nicat"ı həmiŞəlik tərk etməmiŞdi. Lakin onun "Səfa" qruppasında

baŞ rollarda çıxıŞı və hətta rejiosorluq etməsi tamaŞaçılar qarŞısında "Səfa"

truppasının nüfuzunu xeyli qaldırmıŞdı.

"Səfa" cəmiyyəti 1917-ci ildə öz fəaliyyətini bitirir. Adları çəkilən

cəmiyyətlərdən əlavə Bakıda "Müqəddəs Nina" xeyriyyə cəmiyyəti də vardı.

181

Cəmiyyətin əsas təŞkilatı Tiflisdə yerləŞirdi. Onun nizamnaməsi də hələ 1846-cı il



dekabr ayının 17-də Tiflisdə təsdiq edilmiŞdi. Bakıda isə onun Şöbəsi vardı.

1848-ci ilin 30 aprelində İamaxı Şəhərində Şöbəsi açılıb. 1859-cu ildə Bakı

Şəhəri quberniyanın paytaxtı olandan sonra "Müqəddəs Nina" xeyriyyə cəmiyyəti

və onun eyni adlı məktəbi də Bakıya köçür.

"Müqəddəs Nina" qadın xeyriyyə cəmiyyətinin Bakı Şöbəsi idarəsinin sədri

keçən əsrin 80-ci illərinin əvvəllərində Bakı qubernatoru iŞləmiŞ D. S.

Staroselkinin arvadı Yekaterina Staroselskaya idi. Üzvlüyünə isə qubernator

Dmitri Semyonoviç Staroselski, Çimnaz xanım Səlimxanova, H. Z. Tağıyev, Hacı

Mirzə Qulu, Hacı Hüseyn Qulu, Səfər Əli oğlu, Məlikməmməd Əliyev, Ağahüseyn

Tağıyev və baŞqaları daxildi.




Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə