Suğra osmanova qılman İlkin. Baki və bakililar



Yüklə 2,16 Mb.
səhifə45/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   41   42   43   44   45   46   47   48   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

ŞƏHƏR BƏLƏDİYYƏ İDARƏSİ

BAKI KƏNDLƏRİ

Bakı Şəhəri ətrafında salınmıŞ kəndlərin sayı ayrı-ayrı zamanlarda müxtəlif

miqdarda göstərilirdi. I Pyotrun səfəri ərəfəsində Bakıda olmuŞ katolik

missionerlərindən birinin yazdığına görə, Bakı əyalət Şəhəridir və onun 34 kəndi

vardır.

1870-ci il siyahısında isə Bakıda 41 kənd olduğu qeyd edilir: Bibiheybət,

KeŞlə, Əhmədli (bəzi mənbələrdə isə bu Qulam Mahmud, ya da Küley Mahmud da

adlanır), Zığ, Hövsan, Türkan, Zirə, Qala, Binə (yaxud Kürkənd), Suraxana,

Əmirhacıyan, Ramana, Balaxana, Sabunçu, Bülbülə, Dərnəgül, Binəqədi, Digah,

Məhəmmədli, Zabrat, Fatmayı, Novxana, Saray, Masazır, Corat, Goradil, PirŞağa,

Kürdəxana, MaŞtağa, Nardaran, Bilgəh, Buzovna, İağan, Mərdəkan, Güzdək,

Hökməli, Xırdalan, Xoca Həsən, PirəköŞkül, Biləcəri, Qobu.

Bunlardan baŞqa 1865-ci ildə Bakı - Quba poçt yolu üstündə Mixail kənd

adında təzə bir kənd də salınmıŞdı. Bu kənd o illərdə Bakı general-qubernatoru

olmuŞ Mixail Petroviç Kolyubakinin Şərəfinə belə adlandırılmıŞdı. Sonralar

baxımsızlıq üzündən bu kənd dağılmıŞdı.

1813-cü ilin məlumatına əsasən o zaman Bakı kəndlərində aŞağıdakı

miqdarda əhali yaŞayırdı: Bakının ən böyük kəndi olan MaŞtağada 582 nəfər,

Sarayda 183 nəfər, Novxanada 202 nəfər, Fatmayıda 777 nəfər, Əmirhacıyanda

276 nəfər, Balaxanada 286 nəfər, Qalada 332 nəfər, Qobuda 735 nəfər, Buzovnada

263 nəfər, Mərdəkanda 94 nəfər, İağanda 57 nəfər, Binəqədidə 738 nəfər, Qulam

Mahmudda (Əhmədli) 77 nəfər.

Bakı kəndlərində yaŞayanların xeyli hissəsi tatlardı. Tatlar İrandan

çıxmadırlar. Daha çox talıŞlara yaxın idilər, onlar pozuq fars dilində danıŞırdılar.

Hələ sasanilər dövründə İranın cənubundan Şərqi Azərbaycana köçürülmüŞdülər.

182


İran höküməti İranın Şimal hüdudlarının köçəri türk tayfalarından qorunmasında

onlardan istifadə edirdi. Öz köçəri həyatları ilə öyünən türk tayfaları sonralar tatları

öz hakimiyyətləri altına alaraq, onlara "tat" adını vermiŞdilər. İah Abbas da

tatlardan cəngavər, döyüŞkən adamlar kimi istifadə edərək, onlara hətta İahsevən

adını da vermiŞdi. Beləliklə, əsl Şahsevənlərlə sonralar Şahsevən adlandırılmıŞ

tatları bir-birindən fərqləndirmək lazımdır. Bir vaxt Fətəli xan öz xanlığını

qorumaq üçün Şahsevən tayfalarının bir hissəsini Quba torpaqlarına köçürmüŞdü.

Tatlar Azərbaycana köçdükdən sonra baŞqa xırda millət və tayfaları güclü

təsirləri altına ala bilmiŞdilər. Onlara təkcə dillərini deyil, öz milli adət və

ənənələrini də qəbul etdirmiŞdilər. Vaxtilə Massakit tayfası da (MaŞtağa kəndi

əhalisi) bu yolla tatlaŞdırılmıŞdı.

Qədim zamanlardan bəri Azərbaycanda yaŞayan yerli yəhudilər də (bunların

Qafqaza nə vaxt köçdükləri barədə heç bir sənəd yoxdur) öz yaxalarını tatlaŞmadan

qurtara bilməmiŞlər. Ancaq o məlumdur ki, ərəblər Azərbaycanı iŞğal etdikləri

zaman tatlar və yəhudilər İslam dinini qəbul etmiŞdilər. Bəziləri isə Musa dininə

sadiq qalaraq "dağ cühudu" adı ilə tanınmıŞdı. "Qafqaz Şöbəsinin əxbarı kitabında"

(X cild, səh. 62) göstərilir ki, təxminən 1670 - 1671-ci illərdə onlar 21 min nəfər

idi. Dağıstanda, Terek və Kuban oblastlarında, Bakı və Yelizavetpol

quberniyasında yaŞayırdılar. Onlardan çoxu, yəni 6,282 nəfəri Azərbaycanda -

Qubada yaŞayırdı. Sonralar Rusiyadan, Avropadan, Ukraynadan da Azərbaycana

yəhudilər köçüb gəlmiŞdilər.

Adları çəkilən tayfalardan baŞqa ermənilərin də bir qismi tatların təsiri

altına düŞərək, onların dillərini qəbul etmiŞdilər. Fətəli xan tərəfindən Qubaya və

Xaçmaza köçürülmüŞ ermənilər 19-cu əsrin axırlarınadək ancaq tat dilində

danıŞırdılar. Ermənicə bir kəlmədə bilmirdilər. Bu yaxınlaradək İamaxı və Mərəzə

tərəflərdə erməni ailələrinə rast gəlmək olardı ki, hamısı öz aralarında tat dilində

danıŞırdılar. Ancaq bununla belə qeyd edilməlidir ki, tatlar baŞqa tayfa və

millətlərə öz dillərini qəbul etdirsələr də, onları öz dillərindən döndərə

bilməmiŞdilər. Bakıda tatların yaŞadıqları kəndlər əsasən bunlardır: Balaxana,

Suraxana, Zirə, Qala. Lakin Balaxana və Suraxana kəndləri istisna edilərsə, tatlar

bu kəndlərdə öz hegemoniyalarını axıradək hifz edə bilməmiŞdilər. Bu kəndlərdə

onlar müxtəlif tayfalarla qaynayıb, qarıŞmıŞ və birgə həyat Şəraitində öz dillərini

yadırğamağa baŞlamıŞdılar. Məsələn, Zirə, Türkan, Qala kəndlərində hazırda ancaq

qocalar tatca danıŞırlar. Balaxana və Suraxana kəndlərində isə tat dili dərin kök ata

bilmiŞdi. Balaxanada bu axır illərə qədər uŞaqlar Azərbaycan dilini ancaq məktəb

skamyası arxasında öyrənirdilər. Bu onunla əlaqədardır ki, Balaxanada,

Suraxanada tatlar baŞqa tayfalarla az təmasda olublar. Vaxtilə tatlaŞdırılmıŞ

massakitlər (indiki maŞtağalıların babaları) onların təsirindən xilas ola bilmiŞdilər.

183

Bunun nəticəsindədir ki, MaŞtağada tat dilini bu yaxınlaradək ancaq qocalar



bilirdilər.

Bakı kəndlərinin adları da əsasən tat dili əsasında yaranıb.

***


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə