Suğra osmanova qılman İlkin. Baki və bakililar



Yüklə 2,16 Mb.
səhifə46/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   42   43   44   45   46   47   48   49   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

MaŞtağa kəndi. MaŞtağa Bakının ən böyük kəndidir. 1813-cü il

məlumatına görə həmin illərdə bu kənddə 582 nəfər əhali yaŞayırmıŞ, daha sonra,

19-cu əsrin əllinci illərində Bakı qəzası təkcə bir ucastokdan - MaŞtağa

uçastokundan ibarət imiŞ ki, bu da qırx kəndi əhatə edirmiŞ. MaŞtağa (və ya

MəŞqətə) toponimi vaxtilə burada məskən salmıŞ massakit tayfasının adı ilə

bağlıdır. Eramızdan 5 əsr əvvəl yaŞamıŞ herodot massakit tayfaları barədə xəbər

verir. Onlar ilk əvvəllər türk tayfalarının beŞiyi olan Türküstanda yaŞayırdılar.

Sonralar Aralıq və Xəzər dənizinin Şimalını və Qırğızıstan torpaqlarını iŞğal

etmiŞdilər. Bir müddətdən sonra yeni türk tayfaları tərəfindən sıxıŞdırılan

massakitlər Azərbaycana yayılmıŞdılar.

A. A. Bakıxanov özünün "Gülüstani-İrəm" kitabında MaŞtağa kəndi

əhalisinin massakitlərdən qaldığını təsdiq edir. AbŞeronda tatlar arasında yaŞayan

massakitlər, tatlaŞaraq öz doğma dillərini unutmuŞdular. Buna da əsas səbəb uzun

müddət İran hakimiyyəti altında olmaları idi. KeçmiŞ əsrin axırınadək vəziyyət

belə idi. Sonralar tat dili sıxıŞdırılıb aradan çıxarıldı. İndi MaŞtağada tat dilini bilən

tək-tük adam tapılar, bəlkə də heç yoxdur. MaŞtağa bir müddət Bakı xanlarının

babası olan yüzbaŞı Dərgahqulu xanın iqamətgahı olmuŞdur. Dərgahqulu xanla

baŞlayan yüzbaŞılar nəsli sonralar Bakının ictimai həyatında böyük rol oynamıŞlar.

Onlar əslən İrandan gəlmə idilər. 1592-ci ildə Gilan xanı Əhməd xanın Şah Abbas

birincinin əleyhinə olan uğursuz üsyanından sonra bu nəsil Gilan mühacirləri ilə

birlikdə İirvana gəlmiŞdilər. Onların içərisində ən görkəmli sərkərdə Dərgahqulu

xan idi. Bakı yüzbaŞıları nəsli AbŞeronun bir neçə kəndini və o cümlədən

Ramananı da ələ keçirərək, orada məskən salmıŞdılar. Vaxtilə A. A. Bakıxanov da

bunu təsdiq edirdi.

Bakı xanlarından Mirzə Məhəmməd xan ikinci ilə Hüseynqulu xan arasında

xanlıq üstündə mübarizə getdiyi illərdə Hüseynqulu xan Bakıda, Mirzə Məhəmməd

xan isə MaŞtağada yaŞamıŞlar. Tarixdən məlum olduğu uzrə Mirzə Məhəmməd xan

ikinci MaŞtağada özünə möhkəm bir qala da tikdirmiŞdir. Təəssüf ki, indi bu

qaladan heç bir əsər qalmamıŞdır. Tarixi mənbələrin göstərdiyinə görə maŞtağalılar

çox zəhmətkeŞ və mərd olmuŞlar. Onlar baŞlıca olaraq, əkinçilik, maldarlıq və

bağçılıqla məŞğul olurlarmıŞ.

"Gülustani-İrəm" kitabında Bakıxanov maŞtağalıların massakitlərdən

törədiklərini təsdiq edir. MaŞtağa sözünü səhvən MaŞtağı yazırıq. Bakı

kəndlərindən bəzilərinin adları kimi MaŞtağa sözündəki A saitinin I ilə əvəz

184

edilməsi rus dilinin təsirindən əmələ gəlib. Biz bu tələffüzə ancaq 19-cu əsrin



ortalarından rast gəlirik. Həmçinin Balaxana və Suraxana sözləri də rusların

tələffüz etdiyi Şəkildə, yəni Balaxanı və Suraxanı kimi yazılır. Əslində iki sözdən

əmələ gəlmiŞ bu adlar xana sözü ilə bitir.

***



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə