Suğra osmanova qılman İlkin. Baki və bakililar



Yüklə 2,16 Mb.
səhifə31/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   27   28   29   30   31   32   33   34   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

MEYDAN VƏ MEYDANÇALAR

153


Vaxtı ilə Bakıda 16-ya qədər meydan və meydançalar olmuŞdur.

Quba meydanı (və yaxud Bazar meydanı). Böyük və tanınmıŞ meydan idi.

Şəhərə gələn yollar məhz bu meydanda birləŞirdi. Bir tərəfdən Bakı kəndlərindən

gələn arabalar və baŞqa nəqliyyat vasitələri, o biri tərəfdən Quba və İamaxıdan

gələn öküz arabaları əsasən bu meydanda düŞərdilər. Qubanın cırıltılı öküz

arabaları öz yüklərini məhz bu meydanda boŞaldardılar. Buna görə də bu Bazar

meydanı Quba meydanı kimi tanınırdı. Sübh tezdən axŞam düŞənədək burada

qızğın alver gedirdi. Qubadan əsasən alma, armud və baŞqa meyvələr gətirilərdi.

Bakı kəndlərindən isə göyərtidən tutmuŞ yer-yemiŞədək daŞınıb, burada satılardı.

Ətrafında bir cərgə dükanlar vardı. Sonralar meydanın mərkəzində də taxtadan

dükanlar tikilmiŞdi. Malakan furqonları ilə meyvə və tərəvəz, xüsusilə kələm

daŞınardı. Türkmənistandan gətirilən Cərco yemiŞləri qıŞın ortalarınadək

dükanların qabağında asılıb, satılardı. Meydanda ayaq basmağa yer olmazdı.

Buradan keçən konkalar camaatı xəbərdar etmək üçün zənglərini müttəsil

çalırdılar. Səs-küydən qulaq batardı. Mallarını tərifləyənlərin çığırtısı, konkanın

zəng səslərinə, müəzzinlərin minarələrdən eŞidilən azanına qarıŞaraq, qulaqbatırıcı

uğultuya çevrilirdi. Bir az aralıqda iri bir karvansara vardı ki, bazara daxil ola

bilməyən Bakı arabaçıları araba və atlarını burada açardılar. İvleydan xüsusilə

yağıŞlı havalarda zığ palçığa bulaŞardı. YeyilmiŞ meyvələrin qabıq və qalıqları

ayaq altına atılardı. Süpürgəçilər bu zibilləri yalnız axŞamlar camaatın əl-ayağı

bazardan yığıŞandan sonra süpürməyə imkan tapırdılar. Burada dükan və taxta

köŞklərdə alver edənlərdən baŞqa bazara gətirdiyi mallarını kisə-kisə yerə qoyub,

satanlar da olurdu. Polisin qadağan etməsinə baxmayaraq, məharətlə onların

gözlərindən yayınaraq, öz alverlərini davam etdirərdilər.

İkinci böyük meydan Vorontsov, yaxud Kömür meydanı idi. Vaxtı ilə bu

yerdə kömür yandırıldığından meydan camaat arasında Kömür meydanı kimi

tanınırdı. _____Hökümət tərəfindən isə bu meydana rəsmi olaraq, Vorontsov meydanı

adı verilmiŞdi. Bakıya satmaq üçün komür gətirən kömürçülər bir qayda olaraq

həmiŞə buraya düŞərdilər. Dəvə karvanları üçün meydanda əlveriŞli Şərait vardı.

Yükləri boŞaldılmıŞ dəvələr geniŞ meydanın bir kənarına çəkilərək, köyŞək

vururdular. Əvvəllər kömür qala divarlarının yanında, burada hələ nə Tağıyevin qız

məktəbi, nə də Realnı uçuliŞe və Bakı Bələdiyyə İdarəsinin binaları tikilməmiŞdən

geniŞ açıqlıqda satılırdı. Bununla da bu yer Kömür meydanı adlandırılmıŞdı. Azca

aralıda kömür tayalarını çəkmək üçün qapan qoyulmuŞdu. Həmin yerə Qapandibi

deyirdilər.

Kömür meydanında Quba meydanından fərqli olaraq, alverdən baŞqa

müxtəlif əyləncələr də keçirilirdi. Burada tez-tez pəhləvanlar da güləŞərdilər. Xeyli

əvvəllərdə isə meydanda taxtadan hündür bir masa düzəldilərək üstündə oğru və

154


cinayətkarlara cəza verilərdi. Kömür meydanı daha çox köhnə və nimdaŞ

palpaltarların, ayaqqabıların, müxtəlif ev əŞyalarının satıldığı yer idi. Hər

addımbaŞı yerə sərilmiŞ müxtəlif ev müxəllifatına rast gəlirdin. Burada paslı

mıxdan tutmuŞ bərbəzəkli çil-çırağadək hər Şey satılırdı. Bir tərəfdə dərviŞ oxuyur,

o biri tərəfdə camaat hay-küylə xoruz döyüŞdürürdülər. Dağıstandan gələn

kəndirbazların oyunu daha maraqlı olardı. Kəndirbazlar əsasən üç nəfər olurdu.

Biri basdırılmıŞ iki dirək arasında tarım çəkilmiŞ ipin üstündə oyunbazlıq edir, o

biri onun hərəkətini musiqi ilə müŞaŞət edərdi. "Yalançı pəhləvan" adı ilə məŞhur

olan üçüncüsü isə əl-qolunu ataraq meydan qızıŞdırardı. Meydanda adam əlindən

tərpənmək olmazdı. Cümə günləri bura xüsusilə basırıq olurdu. Bir adam özünə

lazım olan Şeyi almaq üçün əldən-ayaqdan düŞürdü.

Cızbızxanalar həmiŞə adamla dolu olardı. BaŞqa bir tərəfdə kabab biŞirib

satırdılar. Toyuq-cücə çığırtısından, satılmağa gətirilmiŞ qoyun mələrtisindən qulaq

batırdı. Ancaq bütün bu natəmizlik içində qaynayan həyatın da öz məziyyəti vardı.

İarmanka çalanlar adamları öz bəxtlərini yoxlamağa çağırırdılar. TutuquŞunun

qutudan dimdiyi ilə götürduyü paketlərdə adamlar öz talelərini yoxlayırdılar. Belə

izdiham içərisində bəzən bir küncdə Şirma düzəldib, kukla teatrı göstərənlər də

olurdu.


Boyunlarından asılmıŞ kiçik qutularda rəngbərəng kağızlarda konfet satan

uŞaqlar səhərdən axŞamadək bazarda adamların əl-ayağına dolaŞırdılar. Xüsusilə

Şirədən xoruz Şəklində düzəlmiŞ və taxta çöpünə keçirilmiŞ sorma konfetlər

uŞaqların çox xoŞuna gələrdi. Bamiyə, Şərbət, iri mis çayniklərdə səələb satılardı.

Bazarın toz-torpağı üstüaçıq satılan bu Şeylərin üstünə qonsa da, alıcıların heç biri

buna əhəmiyyət verməzdi. Səələb adətən payızın son aylarında satılardı. O

öskürəyə və sinə ağrısına qarŞı yaxŞı dərman idi. Səələb səələb göyərtisi ilə süddən

hazırlanırdı. QıŞda Şəhərin böyük küçələrində olduğu kimi meydanda da Şabalıd

qovrulub satılırdı.

Birja (Azadlıq) meydanı Şəhərin iri meydanlarından biri idi. Təxminən

səkkiz hektar ərazini əhatə edən meydan o zamankı birja idarəsinin yaxınlığında

yerləŞdiyi üçün onun sağ tərəfindəki küçə də (indiki Üzeyir Hacıbəyov küçəsi)

Birja küçəsi adlanırdı.

Meydan boŞ və çılpaq bir düzənlik idi. Bərk xəzrilərdə burada toztorpaqdan

göz açmaq olmazdı.

Sağ tərəfdə Malakan küçəsi ilə (indiki Xaqani) L. İmidt (indiki R.

Behbudov) küçələrinin tinində yerləŞən əsgər kazarmasının əsgərləri burada təlim

keçərdilər.

Meydan at və arabaların duracaq yeri idi. Lakin dənizə yaxın olduğu üçün

havası təmiz olardı. Kömür meydanı və Quba meydanlarında olduğu kimi burada

da tez-tez həftə bazarları keçirilərdi. Meydanı abadlaŞdırmaq Şəhər Bələdiyyə

155


idarəsinin imkanı xaricində idi. Buna görə də beŞ hektar sahə yaŞayıŞ binaları

tikmək üçün xüsusi adamlara satıldı və tezliklə meydanın dörd tərəfində uca

binalar tikildi.

Gözləmək olardı ki, satılmıŞ sahədən əldə edilən pul meydanın

abadlaŞdırılmasına sərf olunacaqdır. Ancaq pul nəinki baŞqa yerə xərcləndi, hətta

dumanın iclasında həmin ərazidə boŞ qalmıŞ üç hektarlıq sahədə də binalar

tikilməsi məsələsi irəli sürüldü. Bu məsələ 1904-cü ildə dumanın iclaslarında

böyük mübahisələrə səbəb oldu.

Qlasnıların varlı sinifləri təmsil edən hissəsi meydanın qalan ərazisində də

yeni binalar tikilməsinə tərəfdar çıxır. Həsən bəy Zərdabi bu fikrin əleyhinə olaraq

meydanın Şəhər əhalisinin dincəlməsi üçün yaŞıllaŞdırılıb abadlaŞdırılmasını təklif

etdi və sübut etməyə çalıŞdı ki, meydan Şəhər əhalisi üçün yaxŞı istirahət yeri ola

bilər, buna görə də orada binalar tikdirmək cinayətdir.

H. Zərdabinin haqlı sözləri nəzərə alınmadı. Duma səs çoxluğu ilə iki

hektara yaxın sahəni idarə binası tikdirməkdən ötrü birja komissiyasının ixtiyarına

verdi. Lakin komissiya meydanda bina tikdirməkdən imtina etdi. Meydan 1912-ci

ilədək əvvəlki vəziyyətində qaldı.

1912-ci ildə Nikitin qardaŞlarının Torqovı (indiki Nizami küçəsi) və BolŞoy

morskoy küçələrinin (indiki Bülbül) tinində olan sirk binası yandığından yeni bina

tikilməsi məsələsi ortaya atılır. Dumanın iclasında qərar qəbul olunur ki, meydanda

yeni sirk binasının tikilməsinə icazə verilsin. Bu vaxt Həsən bəy Zərdabi həyatda

yox idi; o, 1907-ci ilin noyabr ayında vəfat etmiŞdi.

1912-ci ildə meydanda taxtadan sirk binası tikilir. 1914-cü ildə həmin bina

geniŞləndirilərək "Rekord" adlı kinoteatr yaradılır. Dairəvi formalı bu bina

təxminan iki min tamaŞaçı tuturmuŞ.

1918-ci ildə erməni-müsəlman qırğını günlərində ermənilər ətraf evlərdə

yaŞayan azərbaycanlıları taxta sirk binasına toplayaraq, yandırmaq istəyirlərmiŞ.

YaxŞı ki, Qızıl qvardiya hissələri vaxtında özlərini çatdırıb, onları azad edir.

Birja meydanı inqilab ərəfəsində fəhlə yığıncaqlarının əsas mərkəzinə

çevrilmiŞdi. Çar mütləqiyyəti devrildikdən sonra, 1917-ci il oktyabrın 28-də

(noyabrın 11-də) burada Bakı fəhlə, əsgər və matroslarının izdihamlı mitinqi

keçirildi. Mitinqdə yekdilliklə qəbul edilmiŞ qətnamədə deyilirdi ki, hakimiyyət

təxirə salınmadan Sovetlərə verilməlidir. O vaxtdan da bura hüriyyət (Azadlıq)

meydanı adlandırılırdı.

1920-ci ilin sentyabrında 26 Bakı komissarının sümükləri AŞqabaddan

Bakıya gətirilir. Komissarların cənazələri Şərq xalqlarının birinci qurultayı

nümayəndələrinin iŞtirakı ilə hürriyyət meydanında dəfn edilir. O vaxtdan

hürriyyət meydanı 26 Bakı komissarının adını daŞıyır.

156

1923-cü ildə komissarların ölümünün beŞ illiyi ilə əlaqədar meydan rəssam



Q. Yakulovun layihəsi əsasında yenidən quruldu. "Rekord" kinoteatrının taxta

binası söküldü, meydanın dörd tərəfində ağaclar əkildi, qəbirlərin üzərində abidələr

ucaldıldı. Abidələrin müəllifləri heykəltəraŞ Y. Tripolski və memar İ. Pavleviç idi.

Ortada ucaldılmıŞ divarın Şərq və cənub-qərb tərəflərində qəzəblə düyünlənmiŞ

yumruqlarını qabağa uzatmıŞ fəhlə fiqurları qoyuldu.

Eyni üslubda hazırlanmıŞ fəhlə fiqurları meydanın sol tərəfində, Xaqani

küçəsindəki sütunlu evin fasadında da vardır. Hazırda bu binada Türk səfirliyi

yerləŞir. O vaxt isə bura Neft Sənayesi Fəhlələri Həmkarlar İttifaqının

sərəncamında idi. Görünür elə buna görə də onun fasadına fəhlə fiqurları əlavə

olunmuŞdu.

Meydanın dörd tərəfinə iki cərgə yoğun zəncir çəkilmiŞdi. Buna görə də

buranı bəzən "Zəncirli bağ"da adlandırırdılar. Meydanda düzəldilmiŞ iri hovuzun

ortasında yer kürəsinə sarınmıŞ zəncirləri əlindəki linglə qoparmaq istəyən fəhlənin

tuncdan tökülmüŞ fiquru var idi.

1958-ci ildə meydanın abidələr kompleksinə heykəltəraŞ S. D. Merkuryevin

qırmızı qranitdən düzəltdiyi "26 Bakı komissarının güllələnməsi" qorelyefi də

əlavə olundu.

1968-ci ildə 26 Bakı komissarı adına bağ əsaslı surətdə yenidən quruldu.

Burada kommunarların xatirə ansamblı yaradıldı. Əzəmətli kompleksin müəllifləri

memar H. Ələsgərov, Ə. Hüseynov, heykəltəraŞlar İ. Zeynalov və N.

Məmmədovdur. Dairəvi abidənin ortasında əbədi məŞəl yanır.

Böyük meydanlardan biri də Pyotr meydanıdır. Bu meydanın yaranması I

Pyotr dövrünə aiddir. Güman etmək olar ki, 1723-cü ilin iyununda Rusiya

qoŞunlarının sahilə çıxdığı bu yer sonralar I Pyotrun adı ilə adlandırılmıŞdır. XIX

əsrin ortalarından baŞlayaraq ədəbiyyatda (və o cümlədən "Kavkazski kalendar"da)

Petrovski ploŞŞad ifadəsinə tez-tez rast gəlmək mümkündür.

XIX əsrin əvvəllərində bu yer bataqlıq və qamıŞlıq olmuŞdur. Xəzərdə bərk

fırtınalar zamanı dəniz səthindən o qədər də hündürdə olmayan bu yerləri tez-tez su

basarmıŞ. Bakı quberniya mərkəzinə çevirildikdən sonra Şəhər qala divarlarını aŞıb

böyüdükcə, görünür, bu yerlər də təmizlənib sahmana salınmıŞdı. Bakının bütün

taxta-Şalban körpüləri bu meydançada yerləŞirdi. Keçən əsrin ikinci yarısında

yaŞayıŞ evlərinin əhatəsində qalmıŞ bu boŞ yerdən müxtəlif məqsədlər üçün istifadə

olunurdu. Burada səyyar heyvanxanalar açılır, müxtəlif tamaŞalar göstərilirdi.

QarŞı tərəfdə - sahildə taxta körpülər tikiləndən sonra meydanda xüsusilə böyük

canlanma əmələ gəlir.

Keçən əsrin ortalarında burada taxtadan sirk qurulması barədə mətbuatda

xəbər vardır. Sirk Antuaneta Volf familiyalı bir qadına məxsus imiŞ. Bu o zamanlar

Bakıda yeganə ictimai əyləncə müəssisəsi olubdur

157

"Bakinskaya izvestiya" qəzeti 1877-ci ildə çıxan 15-ci nömrəsində



yazmıŞdı: "Bakıda sirkdən baŞqa heç bir ictimai əyləncə ocağı yoxdur".

Mətbuatdan məlum olur ki, meydan uzun müddət baxımsız qalıbmıŞ.

1918-ci ildə Bakı Xalq Komissarları Sovetinin hakimiyyəti dövründə

meydanda tez-tez mitinq və yığıncaqlar keçirilirmiŞ. Həmin ilin avqust ayında

Bakıda Sovet hakimiyyətinin süqüt etdiyi günlərdə Bakı Xalq Komissarları Soveti

HəŞtərxana yola düŞmək üçün bütün qüvvələrini bu meydana toplamıŞdı. Şəhər

artıq "Sentrokaspi" hökümətinin əlində idi. Yalnız Pyotr meydanı və ona bitmiŞ

küçələr Bakı Xalq Komissarları Sovetinin hakimiyyəti altında qalırdı.

Avqustun 4-də ingilis qoŞunları eser, menŞevik və daŞnaqların dəvəti ilə

Şəhərə daxil oldu. Qızıl qvardiya hissələri isə düŞmənə qarŞı döyüŞləri hələ də

davam etdirirdilər.

Beləliklə, Bakı Xalq Komissarları Sovetinin fəaliyyətinin son günləri bu

meydanla sıx bağ!ı olmuŞdur. 1918-ci il avqustun 14-də Bakıdakı Sovet

hakimiyyətinin baŞçıları, Qızıl Ordu hissələri HəŞtarxana yola düŞdülər. 1918-

1919-cu illərdə bu meydanda müsavat əsgərlərinin məŞqi keçirilirdi.

1920-ci ildə Bakı Sovetinin gördüyü ilk tədbirlərdən biri Pyotr meydanının

26 Bakı komissarının adı ilə adlandırılması oldu. Lakin 1920-ci ilin sentyabrında

Bakı komissarlarının cənazələri Bakıya gətirilib Hürriyyət meydanında (indiki 26-

lar bağı) dəfn edildiyindən yeni ad həmin meydanın üzərindən götürüldü.

KeçmiŞ Pyotr meydanı Sovet hakimiyyəti illərində yaŞıllaŞdırılıb xalqın

ixtiyarına verildi. Sahilə yaxın olan meydan istirahət üçün gözəl guŞə oldu. Böyük

Vətən müharibəsindən əvvəl burada böyük bir tribuna tikilmiŞdi. Bayramlarda bu

meydanda hərbi parad və Şəhər zəhmətkeŞlərinin nümayiŞi keçirilirdi.

1955-ci ildən burada V. İ. Lenin Mərkəzi muzeyi Bakı filialının binası

yerləŞirdi. Hal-hazırda bu bina muzeylər kompleksidir.

Yarmarka meydanı. Meydan indiki S. Vurğun bağının və Dəmir yolu

idarəsinin ərazisində yerləŞirdi. Şəhərdə iŞləyən, konkalar burada dövrə vurub, geri

qayıdırdılar. Buranı Saldat bazarı da adlandırırdılar. Bu da onunla əlaqədardı ki,

saldatlar burada öz köhnə pal-paltarlarını, yırtıq ayaqqabılarını satır, ya da nəyə isə

dəyiŞirdilər. Meydanda Ümumrusiya Nikolay yarmarkası keçirilən günlər xüsusilə

izdihamlı olurdu. Rusiyanın böyük Şəhərlərindən, məsələn Nijni-Novqoroddan,

Yaroslavldan, Saratovdan, Moskvadan, VarŞavadan, Tiflisdən buraya mallar

daŞınır, alver baŞlardı. Yarmarka günləri meydanda səhərdən axŞamadək musiqi

çalınır, kəndirbazlar öz məharətlərini göstərir, pəhləvanlar güləŞir, kukla tamaŞaları

göstərilirdi. Camaat ilboyu pul yığırdı ki, Nikolay yarmarkasında pal-paltar, bəzək

avadanlığı alsınlar. Belə təntənəli Nikolay yarmarkalarından biri 1902-ci ildə

keçirilmiŞdi. Yuxarıda adları çəkilən meydanlardan baŞqa Şəhərin müxtəlif

səmtlərində yerləŞmiŞ bu aŞağıdakı meydan və meydançalar da vardı: Belvü

158

meydanı - Dəmir yolu vağzalının arxasında idi. Batum meydanı, Qolovin meydanı,



Vladimir meydanı, Duma meydanı (indiki Gənclik meydanı), Qız qalası meydanı,

Peterburq meydanı (Nijni Bulvar küçəsi ilə Səməd Vurğun küçələrinin tinində),

Qanlıtəpə meydanı, Kilsə meydanı, Tiflis meydanı, Pavlov meydanı (UŞaq dəmir

yolu vağzalından aŞağıda), İran meydanı, Sisianov meydanı (AzərnəŞrin

aŞağısında), KeŞlə meydanı, Lüksemburq meydanı, Zavod meydanı (Qara Şəhərdə),

Yasamal meydanı, İnqilabdan qabaqkı mətbuatda Teatr meydanı sözünə tez-tez

rast gəlmək olardı. Əslində bu meydanın ömrü çox qısa olub. H. Z. Tağıyev

teatrının yanında yaŞayıŞ evləri tikilməmiŞdən boŞ qalan sahəni hamı Teatr

meydanı adlandırırdı. Teatrın dörd tərəfində uca yaŞayıŞ binalarının tikilməsi ilə

meydan ləğv olunmuŞdu.

Yuxarıda adları çəkilən meydanların əksəriyyəti sonralar yaŞayıŞ

mənzillərinin tikilməsilə ləğv olunmuŞdular.




Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə