Suğra osmanova qılman İlkin. Baki və bakililar



Yüklə 2,16 Mb.
səhifə32/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   28   29   30   31   32   33   34   35   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

ŞƏHƏR BAĞLARI

Bakıda bağ salmaq böyük əzab və əziyyətlə baŞa gəlirdi. Şəhərə xas olan

isti və küləkli havalar, suyun çatmaması və bəzi yerlərdə torpağın münbitsizliyi

üzündən küçələrdə və meydançalarda yaŞıllığı artırmaq çox zəhmət tələb edirdi.

Bununla belə bağbanların qayğı və səyi hər Şeyə qalib gəlirdi. Görülən tədbirlər

nəticəsində Şəhər bağlarında yaŞıllıq artır və ağacların sayı çoxalırdı.

Şəhərin ən böyük bağı Mixail (Qubernator) bağı hesab olunurdu. Onun

əsası hələ 1830-cu illərdə İçəri Şəhər iki divar əhatəsində olduğu zaman

qoyulmuŞdu. Qalanın cənub-qərbində birinci hündür divarla ikinci alçaq divar

arasında olan on beŞ addımlıq ensiz zolaqda 40 sajın uzunluğunda və 5 sajın enində

bir bağ salınmıŞdı. Ayrı-ayrı adamların saldığı bu bağ sonralar Bakı Şəhər

komendantı R. R. Xoven tərəfindən xüsusi bir qayğı ilə geniŞləndirilmiŞdi. Bakıya

gələn tacirlər komendant tərəfindən məcbur edilirdi ki, özləri ilə münbit torpaq da

gətirsinlər. Bunun sayəsində yaŞıl zonada torpaq çox münbitləŞmiŞdi. Sonralar

qalanın ikinci alçaq divarı söküldükdə yaŞıl zolaq daŞ qəfəsdən azadlığa çıxır.

Onun sahəsi geniŞləndirilir, əlavə ağac və kollar basdırılır. Lakin ağaclar

susuzluqdan gec inkiŞaf eləyirdi. 1859-cu ildə bağda rəqs üçün meydançalar

düzəlir, meyvə ağadarı əvəzinə bəzək ağacları basdırılır. Qubernator evinin

qabağında daŞ körpüyə su kəməri çəkilir və onun suyu ilə ağaclar və kollar vaxtlıvaxtında

sulanır. Çox çəkmir ki, bağda püstə, armud və zeytun ağacları qol-budaq

atıb, bağa kölgə salır. Üzüm tənəklərindən kölgəliklər düzəldilir. Bağın cənub-qərb

tərəfində böyük hovuz tikilir, xiyabanlarda dincəlmək üçün skamyalar qoyulur.

Yayın isti aylarında əhali ağacların kölgəliklərində rahat dincələ bilirdilər.

AxŞamlar sərin düŞdüyü zaman bağda orkestr çalardı.

159

Beləliklə bağ keçən əsrin axırlarında Şəhərin yaŞıl bir adasına çevrilmiŞdi.



Bağa II Nikolayın qardaŞı Mixailin adı verildi. Lakin bağ qubernatorun evinə

bitiŞik olduğu üçün onu hamı Qubernator bağı kimi tanıyırdı.

Bağda təxminən indiki "Bakı Soveti" metrosunun yanında taxtadan bir klub

tikilmiŞdi. Burada kino göstərilir, konsert verilir və sairə əyləncəli tamaŞalar

göstərilirdi. Sonralar bu taxta klub ehtiyatsızlıq üzündən alovlanıb yanır.

1907-ci ildə "ObŞestvennoe sobranie" cəmiyyətində ağsaqqallar Şurası

bağda yanmıŞ taxta klubun əvəzinə fundamental bir yay klubu (indiki

filarmoniyanın binasını) tikmək qərarına gəlir. Bu məsələ Bakı Bələdiyyə

idarəsinin inŞaat komissiyasında böyük mübahisəyə səbəb olur. Komissiya bu

fikrin əleyhinə çıxaraq göstərirdi ki, klubun tikilməsi bu ictimai bağın bütövlük və

gözəlliyinə böyük zərbə ola bilər. Çünki binanı tikmək üçün bağda yüzlərcə ağacı

qırmaq lazım gələcəkdir. Lakin duma birinci gündən yay klubunun tikilməsi

tərəfdarı idi. O inŞaat komissiyasının fikri ilə qətiyyən razılaŞmır, hətta Şəhərin

baŞçısı N. V. Rayevskinin rəyi ilə də razılaŞmadan bağda yay klubunun, tikiliŞi

üçün 3,640 km torpaq sahəsi ayırır. Binanın tikiləcəyi yerdə bütün ağacları qıraraq,

memar Q. M. Termikelovun hazırladığı layihə əsasında binanın tikiliŞinə baŞlanır.

Bina 1910-cu ildə baŞlanıb, 1912-ci ildə baŞa çatdırıldı. Beləliklə, İtalyan

intibahı üslubunda tikilmiŞ bu nəfis, gözəl bina Nikolay (indiki İstiqlal) küçəsindən

Sadovı küçəsinə (indiki Niyazi küçəsi) burulan yerdə küçədəki məiŞət və ictimai

binalar ansamblına gözəl bir əlavə oldu.




Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə