Suğra osmanova qılman İlkin. Baki və bakililar



Yüklə 2,16 Mb.
səhifə33/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   29   30   31   32   33   34   35   36   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

Malakan (Mariya) bağı. Xaqani, Qoqol, Ü. Hacıbəyov və R. Rza

küçələrinin arasında yerləŞmiŞ bu bağın vaxtilə Malakan bağı adlandırılması

təsadüfi deyil. Bu o zamanlar Bakıya sürgün edilmiŞ malakanların adı ilə bağlıdır.

XVIII əsrdə Rusiyada yaradılmıŞ malakan təriqəti, məlum olduğu kimi

kilsəni, dini ayin və rüsumları inkar edirdi. Buna görə də çarizm həmin təriqətdən

olanları - babtisləri, PeŞkovçuları Rusiyanın içərilərindən (məsələn, Tavriya,

Saratov, Tambov, Orenburq quberniyalarından) uzaqlaŞdırırdı. Onlar Sibirə,

Amura, Volqaboyuna və Zaqafqaziyaya sürgün olunurdular. 1843-cü ildə Qafqaza

sürgün olunmuŞ ilk malakan ailələri Azərbaycanın Xızı rayonunda, Altıağac

kəndində yerləŞdirildi. Onların belə ucqar yerə göndərilməsi təsadüfi deyildi. Çar

məmurları çalıŞdılar ki, onlar xristian olmayan yerlərdə məskən salsınlar.

Azərbaycana sürgün olunanların sonrakı dəstələri isə Mərəzədə və

Astraxanbazarda (indiki Cəlilabad) yerləŞdirildi. Təkcə İamaxı qəzasında o

zamanlar doqquz malakan kəndi yaradılmıŞdı.

Malakan ailələri əsasən əkinçiliklə məŞğul olurdular. Ancaq malakan

kiŞilərinin baŞlıca məŞğuliyyəti arabaçılıq idi. Onların dördçarxlı, üstü yarımdairə

Şəklində örtülü arabaları azərbaycanlılar arasında "malakan furqonu" adlanırdı.

1853-cü il rus-türk müharibəsində onlar öz furqonları ilə cəbhəyə hərbi sursat

160

daŞıyırdılar. Zaqafqaziyada dəmir yolu çəkilənədək Bakıdan Tiflisə, oradan da



Qara dəniz sahillərinə yükü malakan furqonları aparırdı.

Malakanlar doğma yurdlarından ayrı düŞsələr də güzəranlarını yaxŞı

qurmuŞdular. İçərilərində varlananlar da az deyildi. Hətta XIX əsrin axırları və XX

əsrin əvvəllərində Bakı kapitalistləri içərisində malakanların da nümayəndələri var

idi.

Xızı malakanlarının Bakı ilə əlaqəsi xüsusilə möhkəm idi. Malakanlar



yetiŞdirdikləri məhsulları satmaq üçün Bakıya gətirirdilər. Bakıya İamaxıdan yük

daŞıyan malakan furqonlarının ardı-arası kəsilmirdi. Furqonsürənlər indiki 9

Yanvar bağının yerini (sonralar bura Malakan bağı adı ilə məŞhurlaŞdı) özlərinə

dayanacaq seçmiŞdilər. O zamanlar Bakı Şəhəri qala divarlarından xaricə çıxmağa

baŞlasa da, bura hələ ucqar hesab olunurdu. Sonralar malakan ailələrindən bəziləri

köçüb burada özlərinə məskən saldılar. XIX əsrin 50-60-cı illərində isə bu yer

malakan qəsəbəsi (slobodası) kimi Şöhrət tapmıŞdı. Sahənin ortasında bağ da

salınmıŞdı.

Bakıda neft sənayesi inkiŞaf etdikcə neftin baŞqa Şəhərlərə daŞınması

mühüm məsələyə çevrilirdi. Nefti və neftdən alınan məhsulları uzaq Şəhərlərə

tuluqla daŞımaq mümkün deyildi. Neftin daŞınması üçün davamlı qab lazım idi.

Taxta və metal çəlləklərdən istifadə olunmağa baŞlandı. Malakan qəsəbəsində

yaŞayanlar taxta çəlləklər hazırlamağa baŞladılar və bu sahədə ixtisaslaŞdılar.

Bağın ətrafında açılmıŞ dükanlarda və bəzi evlərin qabağında qaynar iŞ gedirdi.

Çəlləklərin böyürlərinə vurulan dəmir çənbərləri düzəltmək üçün dükanların

qabağında böyük çalalar qazır və su ilə doldururdular. Bu su aylarla

dəyiŞdirilmirdi.

Şəhər Şərqə tərəf geniŞləndikcə bağın ətrafında uca binalar tikilir, küçələr

salınırdı. Buna görə də çəlləkçi dükanlarının, ümumiyyətlə malakan qəsəbəsinin

baŞqa yerə köçürülməsi zərurəti meydana çıxırdı. 1872-ci il yanvarın 31-də Bakı

qubernatoru V. M. Pozenin Şəhər Bələdiyyə idarəsi rəisinə göndərdiyi sərəncamda

Malakan bağı ətrafında yaranmıŞ natəmizlik barədə belə deyilirdi: "Şəhərin ŞimalŞərq

və Şərq hissələrində, Marinski bağından baŞlayaraq bir çox evin qabağında

çəlləkçi dükanları açılıb. Bu, Şəhərdə ağcaqanad yaranması təhlükəsini artırır.

Çənbərləri islatmaq üçün yerdə çalalar ilboyu qalır və Şəhərdə malyariya

xəstəliyini artırır".

Bağın ətrafını abadlaŞdırmaq Bələdiyyə idarəsinin qarŞısında ciddi və

müŞkül bir məsələ kimi dururdu. Çox keçmir ki, malakan qəsəbəsi Şəhərin kənarına

(indiki Səttarxan adına zavodun yanına) köçürülür. Çəlləkçi dükanları da Şəhərin

mərkəzinə çevrilməkdə olan bu yerdən indiki İ. Bədəlbəyli (Dimitrov) küçəsinin

yerinə köçürülür. Ora sonralar Bondamı küçəsi adlandırılır. XIX əsrin axırlarında

dörd tərəfdən uca binalarla əhatə edilmiŞ Malakan bağı gəzinti yerinə çevrilir.

161

1891-ci ilin "Qafqaz kalendarı"nda həmin bağ barədə belə deyilirdi: "Marinski



(Malakan) bağı dayələrin körpələrlə gəziŞdiyi sevimli bir yerdir".

Sonralar Malakan bağı (Marinski bağı) və onun cənub tərəfində olan küçə

(indiki Rəsul Rza küçəsi) Marinski küçəsi adlandırılır. Lakin bağ əhali içərisində

yenə də Malakan bağı kimi tanınırdı.

Beləliklə, Marinski (Malakan) bağı Şəhər əhalisinin gəzinti və istirahət

yerinə çevrilir. Bağda yeni ağaclar əkilir. Lakin su olmadığından bu ağaclar nə boy

atır, nə də kölgə salır. Bayır Şəhərdə yeganə bir su kəməri (Sisianov su kəməri) var

idi. O, İçəriŞəhərdə olan Xan su kəmərindən ayrılmıŞ bir qol idi. 1869-cu ildə

Sisianov su anbarından Marinski küçəsinə xüsusi kəmər çəkilir. Bu kəmərlə su

parapetin altından keçərək Marinski və Malakan küçələrinin tinində tikilmiŞ su

fantanına dolurdu. Əsas anbarda suyun azalacağı nəzərə alınaraq bir neçə təzə quyu

qazılır və onların suyu da kəmərə axıdılır. Beləliklə, anbarda (o, AzərnəŞr binasının

arxa tərəfində indi də durur) su çoxalır, Marinski və Malakan küçələrinin tinində

tikilmiŞ fəvvarədə xeyli su ehtiyatı əmələ gəlir. Gündüzlər bu sudan əhali istifadə

edir, gecələr isə bağın ağaclarını sulayırdılar. Malakan varlılarından olan KaŞeyev

sonralar fantanı öz hesabına bağın ortasına köçürdür.

Şəhərin bu hissəsinə su kəməri çəkilməsi ətraf küçələrdə böyük canlanmaya

səbəb oldu. Malakan və Qoqol küçələrinin tinində Mikado və ya Pel-Mel teatrının

(indiki Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı) və onunla

üzbəüz "Ampir" kinoteatrının açılıŞı adamları bu yerə daha çox cəlb etməyə

baŞladı.

Əlamətdar hadisələrdən biri də 1903-cü ildə bu ətrafda, Ü. Hacıbəyov

küçəsi tərəfdə Hacı Nemətulla Səidovun mülkündə yeni bir qiraətxananın açılması

idi. Bu, Bakıda açılmıŞ ikinci qiraətxana idi. O, Nəriman Nərimanov, Həbib bəy

Mahmudbəyov, Əsədulla Axundov, Əbdüləli bəy Vəlibəyov və baŞqalarının

təŞəbbüsü ilə yaradılmıŞdı. Onların birgə səyi nəticəsində qiraətxana nəinki yerli

qəzetləri, habelə Rusiyanın müxtəlif Şəhrlərində nəŞr edilən bütün qəzet və

jurnalları da alırdı. Ancaq qiraətxana cəmi iki il fəaliyyət göstərdi. 1905-ci ildə

çarizm tərəfindən qızıŞdırılan və fevralın 6-dan 9-dək davam edən ermənimüsəlman

qırğınında qiraətxana bir dəstə daŞnaq qaragüruhçusu tərəfindən

dağıdıldı.

Konka xəttinin də buradan keçməsi Malakan bağının ətrafını gur bir yerə

çevirmiŞdi. Vağzaldan gələn konka xətti bağın yanında iki yerə haçalanırdı: biri

Bayıla gedirdi, o birisi isə İamaxı yoluna qalxırdı.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Malakan bağı 9

Yanvar adlandırıldı, daha sonralar ona HaŞım Əliyevin adı verildi.

Bakıda yaŞıllığı o qədər əziz tuturdular ki, bir evin və ya bir ictimai binanın

qabağında salınmıŞ on-on beŞ ağacdan ibarət yaŞıllığı da bağça kimi qoruyub

162

qayğısına qalırdılar. Belə kiçik bağçalardan üçünü göstərmək olardı. Bağırov



bağçası. Bu bağça indiyədək Səməd Vurğun küçəsi ilə Vidadi küçələrinin arasında

Ali Məhkəmənin qarŞısında durur. Sisianov bağçası (hazırda AzərnəŞrin binasının

aŞağısındakı bağ) və nəhayət, İamaxı yolunda Azad Azərbaycan qadını heykəlinin

açılıŞınadək onun yerində olan kiçik Adamov bağçası. Bağırov və habelə Adamov

bağçaları ev sahiblərinin yaŞadıqları evlərinin qabağında salındıqları üçün ev

sahiblərinin adı ilə də adlandırılmıŞdı. Sisianov bağçası Sisianovun öldürüldüyü

yerdə onun xatirəsinə düzəldilmiŞ abidənin qabağında idi.


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə