Suğra osmanova qılman İlkin. Baki və bakililar



Yüklə 2,16 Mb.
səhifə26/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   22   23   24   25   26   27   28   29   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

ŞƏHƏRİN SU DƏRDİ

Qədim zamanlardan baŞlayaraq, Bakının həyatında su məsələsi ən böyük

problem olmuŞdur. Şəhəri dövrələyən çılpaq boz təpələr, sinəsi cadarlanmıŞ torpaq,

barmaqla sayılası cılız ağaclar Şəhərə miskin bir görkəm verirdi. Xəzrinin boz

buludları Şəhərin üzərinə yayıldığı zaman burada həyatdan bir əsər qalmazdı.

Həyətlərdə quyular qazılmıŞdı. Suyu dəniz suyundan da Şor və acı. Bakı hələ ikiqat

divar arasına sığınmıŞ İçəri Şəhərdən ibarət olduğu zaman Şəhərdə cəmi iki su

kəməri vardı. Hər iki kəmər öz suyunu ətraf dağlardan alırdı: İah su kəməri və

Cümə məscidi su kəməri, Birinci kəmərlə gələn su İirvanŞahlar sarayı yanındakı su

hovuzuna, ikinci kəmərin suyu isə Cümə məscidi yanındakı ovdana tökülürdü

(ovdan sözü abdan sözünün təhrif olunmuŞ forması idi. Abdan isə fars dilində su

qabı deməkdir). Bu kəmər öz baŞlanğıcını Şəhərin Şimal-qərb tərəfindəki təpələrdən

alır və kəhriz üsulu ilə Şəhərə axıdılırdı. İah su kəməri isə öz mənbəyini Şəhərin

Şimal hissəsindəki daha uzaq yaylalardan, eyni zamanda üç bulaqdan aldığı üçün

136

suyu daha keyfiyyətli idi. O, indiki Bakı Soveti binasının yanından Şəhərə daxil



olur. İirvanŞahlar sarayını, habelə ətraf yaŞayıŞ yerlərini təmin edirdi. Bu sudan

həm içmək, həm də xörək biŞirmək üçün istifadə edilirdi. Cümə məscidi kəmərinin

suyu Şorməzə olduğundan ancaq əl-üz yumaq və dəstəmaz almağa yarayırdı.

Bakı xanları dövründə Şəhərə daha iki su kəməri çəkildi: Məmmədqulu xan

su kəməri və Hüseynqulu xan su kəməri. Məmmədqulu xan su kəməri öz

mənbəyini Dağüstü parkın yerindən, Hüseynqulu xan su kəməri isə indiki Hüsü

Hacıyev küçəsinin yuxarısındakı iki bulaqdan alırdı. Yolun yarısında bu kəmərə

üçüncü bir bulağın da suyu əlavə olunurdu (Hüsü Hacıyev küçəsində yazıçıların

evi üçün özül atılarkən, bu kəmərin bir hissəsi aŞkara çıxmıŞdı). Bu kəmər ancaq

Bakı xanları sarayının ehtiyacını təmin edirdi.

Şəhərin əsas su kəməri olan İah su kəməri 15-ci əsrin təxminən iyirminci

illərində çəkildiyindən tez-tez gözü tutulur və təmirə saxlanılırdı. Belə hallarda

camaat bütün günü susuz qalırdı.

Şəhər böyüdükcə, İçəri Şəhərin divarlarını aŞıb, forŞtatda çıxdıqca əhalinin

su ilə təmin edilməsi daha da çətinləŞirdi. Xüsusilə 1860-cı ildə Bakı quberniyanın

paytaxtına çevrildikdən sonra su problemi daha kəskin Şəkil aldı. İçəri Şəhərdən

kənara çıxmıŞ əhalini su ilə təmin etmək məqsədilə İah su kəmərindən Bayır

Şəhərə Sisianov meydanına (indiki AzərnəŞrin aŞağı hissəsinə) bir qol ayrıldı.

Şəhərin o zamankı hərbi qubernatoru general-mayor knyaz Mouravovun sərəncamı

ilə burada ilk dəfə olaraq su anbarı yaradıldı. Bu anbar Bakıda ilk su fantanı oldu.

1864-cü ildə general Kolyabakin Bakıya hərbi qubernator təyin ediləndən

sonra Şəhərdə su kəmərinin geniŞləndirilməsi sahəsində bir sıra yeni tədbirlər

görüldü.

Məlum olduğu kimi, bu illərdə Xəzər dənizinin mərkəzi limanı

HəŞtərxandan Bakıya köçürülmüŞdü. Yük gəmilərini indi Bakıda su ilə təmin

etmək lazım gəlirdi. Bu məqsədlə Sisianov su kəmərindən Sahil küçəsində,

qubernator idarəsinin yerləŞdiyi (indiki həkimlər evi) binanın qarŞısındakı DaŞ

körpüyə (bu körpü Xəzər sahilində daŞdan tikilmiŞ yeganə körpü olduğu üçün belə

adlanırdı. Bu təxminən indi Azneftin yerləŞdiyi binanın böyründə idi) xüsusi bir

qol çəkildi. Bu qol həm gəmiləri, həm də Sahil küçəsində yaŞayan əhalini su ilə

təmin edirdi. Bununlə belə, suya olan tələbat yenə də kifayət dərəcədə ödənilmirdi.

Əvvəla, gəmilərə çoxlu su sərf olunurdu. Bundan əlavə Sisianov meydanındakı su

kəməri forŞtatdın mərkəzində olduğundan bundan uzaqda yaŞayanlar sudan çox

korluq çəkirdilər. Xüsusilə su kəmərləri təmir edildikdə camaat susuzluqdan

yanırdı. Məcbur olurdular ki, həyətlərində qazdıqları quyunun Şorməzə suyundan

içsinlər. Bu da müxtəlif xəstəliklərə səbəb olurdu. Buna görə yeni su mənbələrinin

axtarılması və Şəhərə əlavə su kəmərləri çəkilməsi üçün Qafqaz caniŞini generalfeldmarŞal

knyaz Baryatınski tərəfindən Şəhər idarəsinə 6 min manat vəsait ayrıldı.

137

Şəhərin ətrafındakı yaylalarda yeni quyular qazılaraq, suyu köhnə



kəmərlərlə axıdılandan sonra Sisianov su anbarında suyun səviyyəsi xeyli çoxaldı.

Hətta su boŞ-boŞuna axmağa baŞladı. Çoxalan sudan səmərəli istifadə etmək

məqsədilə 1869-cu ildə Sisianov fantanından Mariya bağına (Malakan bağına)

kəmər çəkilməsi qərara alındı. Əvvəlcə daŞ, sonra isə saxsı borularla çəkilən bu

kəmər 1870-ci ildə baŞa çatdırıldı. Təzə su kəməri Quru bağın (Parapetin) altından

keçərək, Mariya və Malakan (indiki R. Rza və Xaqani) küçələrinin tinində tikilmiŞ

fantana tökülürdü. Beləliklə, Sisianov anbarında su daimi bir səviyyədə saxlanıldı.

Malakan (Xaqani) və Mariya (R. Rza) küçələrinin tinindəki su anbarında o qədər

su ehtiyatı əmələ gəlmiŞdi ki, hətta gecələr bağın ağaclarını da sulayırdılar.

Yeni su kəmərindən suyun axarı qaydaya düŞəndən sonra bu ətrafda

yaŞayan ev sahiblərinə qadağan edilmiŞdi ki, su kəmərlərinin həndəvərində,

müəyyən məsafədə heç bir quyu qazılmasın və habelə qazılmıŞ quyular

dərinləŞdirilməsin, çünki bu, kəmərlə axan suyun keyfiyyətini dəyiŞə bilərdi.

Şəhər böyüyür. Hündür binalar, yaraŞıqlı imarətlər ucaldılır, təzə küçələr

salınırdı. Təbiidir ki, forŞtatdakı əhalinin artması suya olan tələbatı da artırmıŞdı.

Suyun azlığından bağlar və küçələr sulanmırdı. Şəhərə kənardan su gətirmək və

yeni mənbələr axtarmaq barədə tərtib edilən layihələr Şəhər dumasında aylarla

gecikdirilir və axırda da baha baŞa gələcəyi bəhanə edilərək, geri qaytarılırdı.

Həmin illərdə duma qlasnısı Həsən bəy Zərdabi "Kaspi" qəzetində yazırdı: "Bizdə

içməli su yoxdur. Buna müqəssir bizim Şəhər idarəsinin iŞçiləridir. Küçələr

sulanmır və yanğın söndürmək üçün də su yoxdur. Bu da Şəhər idarəsinin günahı

üzündəndir. Şəhər bağlarında ağacları sulamaq üçün də su yoxdur. Bizim baŞçıların

ixtiyarında texnika və milyonlar olduğu halda, su çatıŞmır. Bu o deməkdir ki,

burada nə isə var".

1893-cü ildən dəniz suyundan da istifadə edilməyə baŞlandı. Sahilə yaxın

bir yerdə dəniz suyunu təmizləyib, ŞirinləŞdirmək üçün xüsusi qurğu düzəltdilər.

Burada təmizlənmiŞ su nasosla Şəhərin cənubundakı yüksək təpənin üstündə

quraŞdırılmıŞ su anbarına vurulur və oradan da borularla üzü aŞağı Şəhərə

axıdılırdı. (Bu iri hovuz-anbar bu yaxınlaradək Dağüstü parkın ətəyində qalmıŞdı).

Qurğuda gündə 30 min vedrə dəniz suyu təmizlənib ŞirinləŞdirilirdi. Bununla belə,

əhalinin ehtiyacı yenə də ödənilmirdi. Suyun qiyməti də bahalaŞmıŞdı. 1895-ci il

martın 11-də duma qərar çıxardı ki, ŞirinləŞdirilmiŞ suyun qiyməti barədə 1893-cü

il 2 dekabr tarixli əmr ləğv edilir və su yarım qəpiyə satılsın.

Eyni zamanda barjlarla Kürdən də su daŞınırdı. Bu iŞlə "Kür suyu" adlanan

aksioner Şirkəti məŞğul olurdu. İirkət sonralar Bakı varlılarından Saruxanovun

əlinə keçərək, "Saruxanov Kür aksioner Şirkəti" adı ilə öz fəaliyyətini xeyli

geniŞləndirdi. 1911-ci ildə həmin Şirkət vasitəsilə Bakıya 5.644000 vedrə Kür suyu

daŞınmıŞdı. Suyun vedrəsi yolun uzaqlığından asılı olaraq, 2 qəpiyə satılırdı.

138

Kasıblar bu suyu ala bilmirdilər. Buna görə məcbur olurdular ki, hökümət



tərəfindən qadağan edilmiŞ quyu suyunu içsinlər. Çox zaman ovdan suyundan da

istifadə edirdilər. O illərdə belə ovdanlar Şəhərin üç yerində idi. Onlardan ən

dərininin yüzdən çox pilləsi vardı.

Bakını əsaslı surətdə su ilə təmin etmək məqsədilə eyni zamanda üç layihə

hazırlanırdı.

Birinci layihədə Kürdən Bakıya su kəmərinin çəkilməsi nəzərdə tutulurdu.

İŞə Meyniman kəndinin yaxınlığından baŞlamaq planlaŞdırılmıŞdı. Buradan Bakıya

120 kilometr idi. Bakıya qədər uzanacaq bu yolda iki stansiya tikilməsi nəzərdə

tutulmuŞdu. Bunlardan biri Hacıqabulda, ikincisi isə Şəhərin yaxınlığında "Qurd

darvazası"nda olmalı idi. Hacıqabulda suyu təxminən 120 metr hündürlüyündə

olan durulducu çənə qaldırandan sonra kəmər dəmir yolu boyu "Qurd

darvazası"nadək uzanacaq və burada qurulacaq stansiyada su təzədən 125 metr

hündürlüyə qaldırılaraq, yeraltı yolla Şəhərə axıdılacaqdı. Kəmərin çəkiliŞi fransız

mühəndisi Dimona tapŞırılmıŞdı. Layihə dumanın iclaslarında uzun müddət

müzakirə olunsa da, nəticə vermədi, qəbul olunmadı. Vedrəsi 0,7 qəpiyə baŞa

gələcək Kür suyu əvəzinə duma Volqadan barjlarla su daŞınmasını üstün tutdu.

Halbuki Volqa suyunun vedrəsi bakılılara 2 qəpiyə otururdu.

Dadlı suyu olan Zuqulbadan kəmər çəkilməsi fikri də baŞ tutmadı. 1870-ci

ildə Bakının qubernatoru Kolyabakinin sərəncamı ilə mühəndis-hidravlik İebanov

Zuqulbadan çəkiləcək kəmərin keçəcəyi ərazini öyrənmək üçün Zuqulbaya

göndərilir. Zuqulbada suyun keyfiyyət və kəmiyyətini yoxlamıŞ və kəmərin

keçəcəyi ərazini öyrənmiŞ olan İebanov həmin ilin avqust ayında dumaya yazılı

məlumat verir. Bu məlumatla deyilirdi ki, Buzovnanın qərb tərəfində, Zuqulbada

bir neçə yerdə qayadan su çıxıb, dənizə axır. Bu su camaat tərəfindən iŞlədilmək

üçün çox əlveriŞlidir. Buradan sutkada 26.849 vedrə su almaq olar. İebanovun

fikrincə, buradan su kəməri çəkilərsə o, 95,5 verst uzunluğunda olmalıdır. Çünki o,

İüvəlan, Zirə, Hövsan və Zığ kəndlərindən keçib, Şəhərə daxil olmalıdır. Kəmərin

keçəcəyi ərazi qumsallıq və qayalıq olduğu üçün çoxlu xərc tələb olunur. Yolu

qısaltmaq da mümkün deyil. Qısaldılarsa daŞlıq və qayalıq yerlərdə bir neçə tunel,

qazmaq lazım gələcək. İebanov əlavə olaraq, onu da göstərir ki, Zuqulba suyu

dəniz səthindən ancaq 1014 fut hündürdədir. Əgər bu su lazımi hündürlükdə

olsaydı da bu uzunluqda kəməri çəkmək 157 min manata baŞa gələcəkdir. Bunları

nəzərə alaraq, İebanov kəmərin çəkilməsini məsləhət bilmir. Duma da onun fikri

ilə razılaŞır.

Qəribə orasıdır ki, dumanın bu qərarından sonra Bakı varlılarından Ağabəy

Məlikov İebanovun öz yazılı məlumatında göstərdiyi manŞə və çətinliklərə

baxmayaraq, öz hesabına Zuqulbadan Sabunçu və Ramanaya su çəkdirdi. Yalnız

bundan sonra duma iŞə giriŞərək Məlikovun çəkdirdiyi kəməri davam etdirdi.

139

1903-cü ildə Zuqulba suyu Şəhərin Balaxana küçəsinədək gətirildi. Ramana və



Sabunçu kəndləri o vaxtadək ancaq quyu suyundan istifadə edirdilər. Mədənlərə su

neft sahibkarlarının Qurultaylar Soveti tərəfindən dəmir yolu vasitəsilə gətirilirdi.

Sutkada gətirilən cəmi 2.500 vedrə su 40 min əhalisi olan Sabunçunu qətiyyən

təmin etmirdi. DaŞınan su da antisanitar Şəraitdə saxlanılırdı. Su doldurulmuŞ iri

çəlləklərin altı heç bir Şeylə örtülməmiŞdi. Çəlləklərin dibi torpağın səviyyəsindən

aŞağı olduğu üçün ətrafdakı xəndəklərdən onların altına çirkab su sızırdı. Bunun da

nəticəsində o illərdə Sabunçuda qarın xəstəlikləri xeyli çoxalmıŞdı.

Nəhayət, üçüncü layihə Samurdan Bakıya su çəkilməsi layihəsi idi. Əvvəlcə

komissiya yaradılmıŞ və yaxŞı layihə üçün konkurs elan edilmiŞdi. Konkursda

ingilis mühəndisi Lindleyin layihəsi bəyənildiyi üçün müəllif Londondan Bakıya

dəvət edilmiŞdi. Mühəndis hesablamadan sonra Bakıya Samurdan su gətirilməsinin

Kürdən Bakıya su gətirilməsinə nisbətən baha baŞa gələcəyini söylədikdə

komissiya, onun arxasınca da duma layihəni rədd edirlər. Komissiyanın

üzvlərindən təkcə H. Z. Tağıyev təkid edir ki, Samurun suyu təmiz bulaq suyu

olduğu üçün kəmər çəkilməlidir. Bu dəfə duma baŞqa bəhanə tapır: deyirlər ki,

İahdağın ətəyindəki bulaqların suyu kifayət qədər deyildir. Şəhər əhalisinin sudan

son dərəcə korluq çəkdiyi bir Şəraitdə Şəhər dumasının məsələyə laqeyd

yanaŞdığını görən Tağıyev Şəhər idarəsinə məktub yazaraq bildirir ki, o, Lindleyin

fikrinə inandığı üçün kəmərin çəkiliŞinə təcili baŞlamaq üçün öz cibindən 25 min

manat pul ayırır. Bu Şərtlə ki, duma üzvləri göstərilən mənbədə kifayət qədər su

olmasına inanandan sonra Şəhər idarəsi onun pulunu geri qaytarsın. Məktubunda

daha sonra yazırdı ki, əgər onun təklifi sentyabr ayınadək dumaya təqdim

edilməzsə, Şəhər idarəsi su təchizatı komissiyası ilə birlikdə təcili surətdə onun öz

hesabına quyu qazmağa baŞlayacaqdır. Əgər sentyabrda duma Şəhər idarəsi və

komissiyanın bu qərarını da bəyənməzsə, o verdiyi 25 min manatdan imtina

edəcəkdir. Məktubunun axırında yenə təkidlə bildirirdi ki, Samurdakı yeraltı sular

İahdağın daimi buzlaqlarıtək tükənməz və əbədidir.

1904-cü ildə kəmərin çəkiliŞi ingilis - Amerika firmasına tapŞırıldı və iŞə

baŞlandı. Lakin 1905-1907-ci illərdə ölkədə baŞ vermiŞ ictimai-siyasi hadisələr iŞə

mane olaraq, çəkiliŞi xeyli ləngitdi. Vətəninə qayıdan Lindley bir də 1909-cu ildə

geri dönərək təzədən iŞə baŞladı. Həmin ilin axırında hökümət Bakı üçün 27

milyonluq istiqraz buraxılmasına icazə verdi. Bu pulun 23 milyon yarımı su

kəmərinin çəkiliŞinə sərf ediləcəkdi. Sonralar daha 15 milyonluq istiqraz buraxıldı.

insafla desək, Şəhərin varlılarından Murtuza Muxtarov, Ağabala Quliyev və

AŞurbəyovlardan da bəziləri bu iŞdə öz köməklərini əsirgəməmiŞdilər.

1916-cı ildə Bakı-İollar su kəməri baŞa çatdı və 1917-ci ilin yanvar ayından

tam istismara buraxıldı. İollar suyu Bakıya təxminən 180 kilometr uzaqdan gəlirdi.

Xudad dəmir yolu stansiyasının yaxınlığında təxminən 1 metr diametri olan sement

140

trubalarla Nasosnıyadək öz axarı ilə gəlirdi. Nasosnıdan baŞlayaraq su hərəsi 600 at



gücü qüvvəsində olan güclü dizel vasitəsilə Bakıya vurulurdu.

Kəmərin iŞə düŞməsi ilə Şəhərdə su fontanlarının sayı çoxaldı. Ayrı-ayrı

məhəllələrdə tikilmiŞ belə daŞ fontanlardan bəziləri bu vaxtadək qalmıŞdır.

Fontanlara gündə üç dəfə su buraxılırdı: səhər, günorta və axŞam. Fontanlardan

uzaq olan evlərə isə xüsusi adamlar çəlləklə arabalar və ya da ulaq belində su

daŞıyıb, satırdılar. Evlərin çoxunda suyu saxlamaq üçün iri küplər vardı.

Yalnız 1920-ci ildən evlərə də su kranları çəkildi.


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə