Suğra osmanova qılman İlkin. Baki və bakililar


İüvəlan toponimi haqqında



Yüklə 2,16 Mb.
səhifə50/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   46   47   48   49   50   51   52   53   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

İüvəlan toponimi haqqında. Qədim zamanlarda İüvəlanda bahar

aylarında o qədər gölməcə yaranarmıŞ ki, burada dəniz quŞları, vəhŞi ördəklər

əlindən tərpənmək olmazmıŞ. Bəziləri buna əsaslanaraq, iddia edirdilər ki,

İirvanŞahlar tez-tez buraya ova gələrlərmiŞ. Guya o vaxtdan bu yer "İaholan"

adlanmıŞ və zaman keçdikcə "İüvəlan"a çevrilmiŞdir. Bu ehtimal əlbəttə,

əsassızdır. Çünki tarixdən bizə məlumdur ki, İirvanŞahların, onlardan sonra isə

Bakı xanlarının ov məskəni Zirə tərəf olmuŞdur. Bundan baŞqa Bakı kəndlərinin

adları bir qayda olaraq ancaq fars, yaxud tat dili tərkibi ilə düzəldilirdi. Əslində isə

"İüvəlan" sözü buranın coğrafi Şəraiti ilə əlaqədar olaraq, yaranmıŞdır. İüvəlanda

olanlar yəqin fikir veriblər ki, bu yerdən dənizə tərəfə eniŞlər baŞlayır, həmin

eniŞlərə görə də bu yer İüvəlan adlanır. Farsca "Şivə" sözünün mənası eniŞ

deməkdir. Həmin sözün axırına məkan bildirən "lan" hecasını artırmaqla İüvəlan

sözü yaranmıŞdır.

Vaxtilə içmək üçün ən yararlı su Mərdəkanla İüvəlanda idi. Burada su

qayanın altından çıxırdı. Buna görə də burada çoxlu pambıq əkilərdi. AbŞeronda

əkilən pambığın çox hissəsi İüvəlanın hesabına düŞürdü. Pambıqla birlikdə bu

yerdə zəfəran da əkilərdi. İüvəlanın təmiz iqlimi, Şirin suyu sonralar adamların bu

yerlərdə məskən salmalarına səbəb oldu. Xüsusilə 19-cu əsrin ortalarından

baŞlayaraq, bakılılar bu yeri özlərinə yaylaq yeri seçdilər. Hələ Bakı xanlıqları

dövründə burada salınmıŞ üzüm bağlarının Şöhrəti tarixdən də bizə məlumdur.

İndiki Elmlər Akademiyasının Dendroparkının yeri vaxtilə xan bağı olub. Bakı

milyonçularından Murtuza Muxtarov bu yeri alanda bağın dörd dövrəsində kiçik

188

bürclər varmıŞ. Keçən əsrin axırlarından baŞlayaraq, bu yerlərdə bağ salmaq qızğın



bir ehtirasa çevrildi. Bakı milyonçularından Hacı Zeynalabdin Tağıyev, Şəmsi

Əsədullayev, Səfərəliyev, İsa bəy Hacınski və baŞqaları sanki bəhsə giriŞərək, birbirindən

gözəl villalar tikdirdilər. Burada torpağın qiyməti birə üç qat bahalaŞdı.

Varlılarla ayaqlaŞa bilməyənlər isə sal qayalıqların üstünə torpaq tökdürərək, bağ

salırdılar. İüvəlan yaxınlığında AğdaŞ deyilən yerdən çıxarılan möhkəm ağ daŞlar

tikilən binalara yaraŞıq verirdi. Varlıların bağları bir-birindən əzəmətli daŞ

darvazalar, arkalarla fərqlənirdi. Bu bağlarda tikilmiŞ dərin, nəhəng hovuzlarda

bəzən varlılar qayıqla üzürdülər.

"Ət Ağa" kimi tanınan seyid övladı bakılı Mir Mövsüm Ağa İüvəlan

qəbiristanlığında dəfn edildikdən sonra İüvəlan müqəddəs yer sayılır. Qəbrin

üstündə içərisi ayna qırıntıları ilə göz qamaŞdıran əzəmətli bir günbəz inŞa

edilmiŞdir. O vaxtdan qəbri ziyarətə gələnlərin ardı-arası kəsilmir. Ziyarətə

gələnlərə səliqəli xidmət də təŞkil edilmiŞdir. Ziyarətgah xidmətinə baŞçılıq edən

Hacı Nizamın səyi ilə qəbrin yaxınlığında böyük xidmət binası inŞa edilmiŞdir.

Burada dəstəmaz almaq, namaz qılmaq, uzaqdan gələnlər üçün istirahət etmək və

hətta gecələmək üçün səliqəli-sahmanlı otaqlar vardır. Binanın yeməkxanasında

yetimxanaların uŞaqlarına tez-tez pulsuz yeməklər verilir.

***



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə