Suğra osmanova qılman İlkin. Baki və bakililar



Yüklə 2,16 Mb.
səhifə51/136
tarix28.01.2022
ölçüsü2,16 Mb.
#83213
1   ...   47   48   49   50   51   52   53   54   ...   136
4A.Q.İlkin-Bakı və bakılılar-Lat

Mərdəkan kəndi. Bu kənd keçmiŞdə çox kiçik olmuŞdur. Burada 19-cu

əsrin baŞlanğıcında cəmi yüz nəfərədək adam yaŞamıŞdır. İirvanŞah I Axsitanın

dövründə, yəni 1175-ci ildə İüvəlan və Mərdəkan sahillərindən İirvan torpaqlarına

basqın etmiŞ düŞmənin 70 gəmidən ibarət donanmasının darmadağın edilməsində

mərdəkanlılar da böyük mərdlik göstərmiŞdilər. Mərdəkanda qədim zamanlardan

iki qala mövcuddur. Bunlardan biri dörd künclü olub, 12-ci əsrdə İirvanŞah

Mənuçəhrin oğlu Axsitan tərəfindən tikilmiŞdir. Görünür ki, bu qala Axsitanın

düŞmən üzərindəki parlaq qələbəsi Şərəfinə ucaldılmıŞdır. Qalanın hündürlüyü

təxminən 22 metrdir. Bundan baŞqa onun ətrafında təxminən 6-7 metr

hündürlüyündə hasar da olmuŞdur. Qala divarının qalınlığı aŞağıda 2,10 yuxarıda

isə 1,60 metrdir. İçəri tərəfdən qala beŞ yarusa bölünür. Qalanın ətrafında otuza

qədər qayada qazılmıŞ quyu tapılmıŞdır ki, bunlar qalanın müdafŞəçiləri üçün taxıl

anbarları imiŞ. Qalanın yuxarısına daŞ pillələrlə qalxılır. AŞağıdakı pilləkən yerdən

təxminən 2 metr hündürdədir. Qala 12-ci əsrdə tikilmiŞdir.

İkinci qala dairəvi qaladır. Yerlilər bu qalanı İıx qalası adlandırırlar. Bunun

da səbəbi odur ki, qalanın ətrafındakı bağ Bibiheybət məqbərəsinin vəqf yeridir.

Qalanın hündürlüyü 12 metr yarımdır. İçərisi üç yarusdan (mərtəbədən) ibarətdir.

Qalanın üstündəki ərəb dilində olan tarixdən məlum olur ki, o 1232-ci ildə

tikilmiŞdir. Qalanın üstündəki ikinci yazılı daŞ isə onun memar Əbdülməcid Məsud

oğlu tərəfindən inŞa edildiyini göstərir. İkinci mərtəbəyə olan qapı yerdən üç metr

189

hündürlüyündədir. Belə vəziyyətə AbŞeronun baŞqa müdafŞə qalalarında da təsadüf



etmək mümkündür. Görünür ki, qalanın müdafŞəçiləri kəndir və taxta pilləkənlə

ikinci mərtəbəyə qalxandan sonra pilləkəni də özləri ilə bərabər yuxarıya

qaldırırlarmıŞ.

Hazırda Mərdəkan kəndində olan qədim Tuba İahi məscidi də 15-ci əsrin

görkəmli abidələrindən biridir.

Daha sonra, yəni 13 və 14-cü əsrlərdə AbŞeronun Şimal-Şərq və Şərq

hissələrində və habelə az da olsa cənubunda qala, qüllə və istehkamlar Şəklində

ucaldılan tikililər zəncir kimi bir-birilə bağlanıb, sanki ön müdafŞə xəttini təŞkil

edirdi. Əgər düŞmən bu müdafŞə xəttini yara bilərdisə, yarımadanın içərilərində

Qala, Ramana, MaŞtağa, KeŞlə, Biləcəri, Fatmayı kəndlərindəki istehkamlarla

üzləŞməli olurdu.

Şəhəri dövrələyən dağlarda yerləŞdirilmiŞ istehkamlar isə Şəhərə giriŞ

yollarını qoruyurdu. Çünki Bakı bütün AbŞeronun müdafŞə sisteminin mərkəzini

təŞkil edirdi. Belə istehkamlardan biri də Əmirhacıyanla KeŞlə arasında idi. Bu

istehkam hundür bir yerdə salındığından qalalar arasındakı siqnallaŞmada böyük

rol oynayırdı. Dəniz tərəfdən təhlükə baŞ verdikdə, ya Mərdəkan və ya da Bilgəh

qalasının baŞında tonqal qalanırdı. O biri qalalar da bu iŞarəni bir-birinə; İağana,

Ramanaya, Bilgəhə, Balaxanaya, KeŞləyə ötürməklə Bakıya çatdırırdılar.




Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə