Qeyd: Punktirlə əhatə olunan qutulardakılar yaxında olan xilasedicilər tərəfindən yox, tibb
işçiləri tərəfindən icra edilir,
Şəkil 22. Pediatrik ƏYD alqoritmi
____________________________________________
Braxial
arteriya nəbzinin
təyin edilməsi
Körpədə nəbzi təyin etmək üçün, braxial nəbzi əlləyin. Hər bir zərərçəkəndə nəbzin təyin
edilib/edilməməsini ayırd etmək tibb işçilərinə çətin ola bilər, körpələrdə isə özəlliklə çətin ola
bilər.
Əgər körpə reaksiya vermir və nəfəs almır ya boğulursa, və 10 saniyə ərzində siz nəbzi aydın
təyin edə bilmirsinizsə, ÜAR-sını başlayın.
10 saniyə ərzində nəbzi aydın təyin edə bilməyib ürək massajı başlamanız çox vacibdir.
Braxial arteriyanın nəbzini təyin etmək üçün aşağıdakı addımlara riayət edin:
Addım
Fəaliyyət
1
2 ya 3 barmaginizı qolun yuxarı iç hissəsinə, körpənin dirsəyi ilə çiyni arasına,
qoyun.
2
Şəhadət və orta barmaginizla qolun yuxarı iç hissəsini incə şəkildə basın. Nəbzi
təyin etmək üçün azı 5, amma 10 saniyədən çox vaxt sərf etməyin (Şəkil 23).
Şəkil 23. Körpədə mərkəzi nəbzin palpasiyası; braxial arteriyanın tapılması.
____________________________________________
Körpələrdə kompressiyaların dərinliyi
Körpələrdə tövsiyyə edilən kompressiya dərinliyi döş qəfəsinin ön-arxa dərinliyinin azı üçdə bir
hissəsi, təxminən 4 sm təşkil edir. Bu böyüklərdə
(ən azı 5 sm) və uşaqlarda (döş qəfəsinin dərinliyinin azı üçdə bir hissəsi, təxminən 5 sm)
tövsiyyə edilən rəqəmlərdən fərqlidir.
____________________________________________
Tək Xilasedici üçün
Körpələrdə ÜAR-sı
____________________________________________
Tək Xilasedici üçün Kompressiyaların
Tezliyi və Nisbəti
Tək xilasedici istənilən yaşda olan zərərçəkənlərə ÜAR-sı zamanı universal olan 30
kompressiyaya 2 nəfəs kompressiya –ventilyasiya nisbətini istifadə etməlidir.
Universal termini
tək işləyən xilasedicilər üçün sabit nisbət yaratmaq cəhdini ifadə edir.
Tək Xilasedici üçün Körpələrdə Əsas Yaşam Dəstəyi (ƏYD)
Ardıcıllığı
Tək xilasedici körpədə aşağıdakı ƏYD ardıcıllığına riayət etməlidir:
Addım
Fəaliyyət
1
Körpəni cavab (reaksiya) verib-verməməsinə və körpənin nəfəsini yoxlayın.
Əgər körpə cavab vermir və nəfəs almır ya boğulursa, kimsəni köməyə çağırın.
2
Kimsə köməyə gəldisə, onu təcili yardım sisteminə zəng etməyə və AXD
gətirməyə göndərin.
3
Körpənin braxial nəbzini yoxlayın (buna azı 5, amma 10
saniyədən çox vaxt sərf
etməyin).
4
Əgər siz nəbzi aydın təyin edə bilmirsinizsə, və əgər, adekvat oksigenləşmə və
havalandırmaya ramən, ürəyin vurğu sayı, perfuziyanın pis əlamətləri ilə,
dəqiqədə 60/dan az qalırsa, onda 30:2 nisbəti ilə, ürək massajından başlamaqla,
kompressiya və nəfəs dövrələrini icra edin.
5
5 dövrədən sonra, kimsə hələ etməyibsə, təcili yardıma zəng edin və AXD/ya
defibrillator əldə edin.
2- Barmaqla Ürək
Massajı Texnikası
Körpədə 2- barmaq texnikası ilə ürək massajını etmək üçün
aşağıdakı addımlara riayət edin:
Addım
Fəaliyyət
1
Körpəni sərt, yastı yerə qoyun
2
2 barmaginizı körpənin döş qəfəsinin mərkəzinə, həmən məməcik xəttdən aşağı
qoyun. Döş sümüyünün alt hissəsinə təzyiq etməyin (Şəkil 24).
3
Möhkəm və tez-tez basın. Ürək massajını etmək üçün, körpənin döş sümüyünü
azı döş qəfəsinin üçdə bir dərinliyinə qədər basın (təxminən 4 sm). Massajı
hamar qaydada, dəqiqədə azı 100/dəq. sürəti ilə edin.
4
Hər kompressiyadan sonra döş qəfəsinin tam yerinə qayıtmasından (yenidən
genişlənməsindən) əmin olun. Döş qəfəsinin tam yerinə qayıtması (yenidən
genişlənməsi) ürəyə qanın axıb daxil olmasına imkan verir, və kompressiyalar
zamanı qan dövranının yaranması üçün vacibdir. Döş qəfəsinin tam yerinə
qayıtmaması kompressiyaların yaratdığı qan dövranını azaldacaq. Döş qəfəsi
kompressiyaları və döş qəfəsinin tam yerinə qayıtması/relaksasiyası zamanı
təqribən bərabər olmalıdır.
5
Kompressiyalararası fasilələri (məsafələri) mümkün qədər qısaldın.