Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə43/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   39   40   41   42   43   44   45   46   ...   54

konfliktin    daha  çox    ekzistensional  keyfiyyətlərindən    qaynaqlanıbdır  .Zaman  
etibarı ilə  araşdırılan  dövrə  aid olmayan , amma  mahiyyətcə məhz bu  dövrün 
yaradıcı    məhsulu    sayılan  “Aydın”    (1919)    və  “  Oqtay  Eloğlu  “(1922)  “sehr”  
poetikasının    yeni  imkanlarını    kəşf  etdi.  Təəssüflər  ki,    bu  istiqamət      sonradan  
bəlli səbəblərdən kəsilmişdi... 
Bu    dövrdəki  teatr  prosesinin  “müstəmləkədən    müstəqilliyə”    istiqaməti 
böyük    Mirzə  Cəlilin    dünya  teatr  prosesinin  düşüncəsində    nadir  hadisə  olan  
“ssehrli  seyr” poetikasının  yaranmasında  özünü göstərdi. Məhz  bu dö  “Molla 
Nəsrəddin  “  jurnalını    ətrafında  birləşən    ,  sözün  dəqiq    mənasında      milli 
düşüncəmizin  intellektual elitasının  nümayəndələri  M.Ə.Sabir , Ə.F. Nemanzadə , 
Ə.Qəmküsar  ,Ə.Nəzmi  ,  M.Ə.Möcüz  .Y.V.Çəmənzəminli      və  başqaları  teatr  
prosesinin  yüksək intellektual  səv iyyəsini təmin etdilər.Prosesin dinamikası  və o 
cümlədən  ziddiyyətləri      də  onun  baxımsız  ,  indi    “bazar    iqtisadiyyatı 
“    adlandırdığımız  kapitalist    münasibətlərini    siyasi-  iqtisadi    stixiyası    idi:    hər 
hansı teatr  hadisəsi  məhz mədəniyyət  və incəsənət  qanunlarıyla  dəyərləndirilib  
“yaşamaq hüququnu “ , ya da  “ölüm hökmü “ qazanırdı..Burada iqtisadi  şərtlər  , 
senzura  təzyiqi  ,  əqidə  fərqləri    və  s..    qeyri-yaradıcı    meyarlar    və  amillər  teatr  
prosesinin    yalnız  ahəngə    ,  formal  tərəflərinə    təsir    göstərə  bilərdi.Prosesin  
başlıca  tendensiyaları  və üzvi keyfiyyətləri  isə yalnız  ictimai-siyasi  , mənəvi  və 
bədii    -estetik    proseslərlə    təmin    olunurdu.Məhzo  bunun  nəticəsində    teatr 
prosesimiz    musiqili    təzahürünü    də  tapdı    :    1908  –ci    il  yanvarın    12-si  
Azərbaycan    milli  sənət    təfəkkürü    və  dünya  mədəniyyət    tarixində    misilsiz  
hadisə  baş  verdi -  H.Z. Tağıyevin  teatr  binasında  ilk muğam operası “Leyli  və 
Məcnun”  birinci dəfə səhnəyə qoyuldu.Teatr  prosesinin  dinamikası  elə güclü idi 
ki,  Üzeyir  Hacıbəyov  1908-1915-ci illərdə  (cəmi  7 ildə)  bir-birinin  ardınca  
“Şeyx  Sənan”  ,”Rüstəm    və  Söhrab”  ,”Əsli    və  Kərəm”  ,”Şah    Abbas    və 
Xurşudbanu “, “Harun  və Leyla”  kimi operalar, 1913-cü ildə  isə dünya  şöhrətli  
“Arşın  mal  alan  “operettasını    yaratdı....”Mətbuat    bu  teatr    sənətinin    inkişafı  
Azərbaycan    təsviri    incəsənətinin    tərəqqisinə    xeyli    şərait    yaratdı”.Bu  ifadəni 
genişləndirib   bütünlükdə milli  düşüncəmizə  aid etmək  olar.Hötenin  məşhur  bir 


ifadəsi    burada  tam    yerinə  düşər    ,  teatr  hakkında    söhbətlərində    o  demişdi  : 
“Milləti yaratmaqdan öncə , teatrı yaratmaq lazımdır”. Tarix elə gətirdi  ki,  XIX 
əsrin  ikinci    yarısı    vəXX    yüzilliyin    əvvəllərində    Azərbaycanda    milli  azadlıq  
hərəkatı    teatrı    yaratdı  ,  teatr    isə    millətin    yaranması  ,  özünü  dərk  etməsi    və 
təsdiqlənməsinə xidmət etdi. 
Olduqca    canlı  ,  dialektik    təzadlara    səciyyələnən    teatr  prosesinin    bir 
başlıca  keyfiyyəti    də  onun    müəyyən  mənada    aşkarlığı    ,  tolerantlığı    və 
pluralizmində  idi:  üst qatda baş verən  qızğın bəzən korrekt  olmayan   polemika  , 
kəskin   rəqabət və konfliktlər   prosesin dinamikasını    artırır  , onu ictimai  həyatın  
aktual faktına  çevirib təsirini  gücləndirirdi.Bu prosesin  üzvi  inkişafında  janr və 
üslub    iyerarxiyası    da  qurulmağa  başlayırdı  :təbəqələşmə      bu  sahədə  də  özünü  
göstərib    “aşağı”    və”yuxarı”    səviyyələri    müəyyənləşdirirdi.Bununla  belə  üç 
poetika  öz mədəni  “taxçasını “  tapıb onun  məzmun  çərçivəsində sərbəst inkişaf 
etmək    imkanını    qazanmışdı.Belə  ki,Əsəd    Məmmədov    -Əhliyev  “Kaspi”  
qəzetinin  1917-ci il  27  oktyabr  sayında  “Səhnənin  tərbiyəvi  əhəmiyyəti”  adlı  
məqaləsində  yazırdı : “Operetta  və yüngül  sujetli  başqa əsərlər  təbir  caiz  isə  
şirniyyata bənzər ki,  bununla  ac  adamı  doyurmaq olmaz .Mənəvi aclıq  çəkən 
bizlərə    fərli  xörək  ,  yəni  dram    lazımdır  “.  13  noyabr    sayında  isə  Üzeyir  
Hacıbəyovun    “Opera    və    dramın    tərbiyəvi    əhəmiyyəti    tərbiyəvi  əhəmiyyəti  
haqqında “ adlı  məqaləsində  cavabı  dərc olunur : “Mən danışmaq dilinə  nisbətən 
musiqi    dilinin  ,  xüsusən  lirik    anlarda  .  daha  böyük    təsir  qüvvəsinə  malik  
olduğunu  etiraf    etməklə  yanaşı    ,  musiqisiz  əsərlərin    öz  məzmununu    əxlaqi 
cəhətlərini    parlaq  ifadə  etməyə  yararlı    olduğunu  da  inkar    etmirəm”.  Teatr  
prosesinin  əhəmiyyətinin    və  mənəvi    statusunu    açıqlayan  bir    örnək    də  verək: 
Simferepolda çıxan  “Millət”  qəzetinin  1918-ci il  avqustun 29-da   dərc edilmiş 
məqaləsində    deyilir  :    “Bakı    bütün  Rusiya    müsəlmanlarının    həyaatında  da  
mənəvi rollar  oynamışdır.Rusiya türk-tatarlarının  birinci qəzeti “Əkinçi”  əlli sənə 
əvvəl    Bakıda nəşr   olunmağa    başlanmış  ,  burada birinci  türk    teatrı    (qabartma 
mənimdir – M.Ə.) vücuda gəlmiş , İslam  aləmində  birinci milli  opera  da  burada  
yazılıb ,  səhnədə  oynanmışdır...” 


Müstəqil    Azərbaycan    Demokratik    Respublikasının    yaranmasını    rəsmi 
elan edən   “İstiqlal  bəyannanməsi” XIX  əsrin sonu , XX əsrin  əvvəllərində  baş  
verən  milli  azadlıq  hərəkatının  başlıca  məqsədlərinin  əldə olunmasını da bəyan  
etdi.Bu  məqsədlər    “müstəqillik  ,  dövlətçilik  ,  demikratiya  ,  bütün  millətlərin  
nümayəndələrinin  dinindən  , cinsindən  və sosial  vəziyyətindən  asılı  olmayaraq  
vətəndaşlıq    və  siyasi    hüquqlarının    təmin  edilməsi    ,Azərbaycan    Demokratik 
Respublikası  öz ərazisi  daxilində  yaşayan  bütün millətlərə  azad  inkişaf üçün  
geniş  imkanlar  verir “ bəndləriylə  təsdiqləndi. 
Azərbaycan hökümətinin  bir sıra mühüm  tədbirlərinin  sırasında milli  sənət  
təfəkkürü  və teatr  düşüncəsi üçün  çox  əlamətdar  bir  faktı  xüsusilə  vurğulamaq 
istərdik    :  bu  1918  –ci  il    noyabrın  9-da    üçrəngli    -  yaşıl  ,  qırmızı    və    mavi  
zolaqlarından  ibarət  dövlət  bayrağının  qəbul edilməsidir. “ M.Ə.Rəsulzadənin  
qeyd  etdiyi  kimi    Azərbaycanın  dövlət    bayrağındakı    bu  üç    rəng    türk    milli 
mədəniyyətinin    ,  müasir  Avropa    demokratiyasının    və  İslam  sviizasiyasının  
simvoludur “.  Bu üç  rəng  həm də milli sənət  təfəkkürünün , o cümlədən teatr  
prosesinin    bazis    əsasları    və  inkişaf    istiqamətlərini    rəsmi  dövlət    səviyyəsində  
təsdiqləyib  heç bir  radikalizm , şovinizm  və s. mənfi  hallara  yol  vermirdi :bu  
triadanın    millətçi  və  dini    səciyyələri    demokratik    düşüncənin    başlıca  
prinsipləriylə  tənzim olunur ,  tarazlaşır  və  üzvi  inkişsfın  şərtlərinə  yiyələnir. 
Azərbaycan  Demokratik  Respublikası  dövründə teatr  prosesi  keyfiyyətcə  
dəyişməmişdi      və  dinamikasını    itirməmişdi.Teatr    prosesinin    ictimai-siyasi  
proseslərə  bağlılığı özünü  müxtəlif  strukturlarda  birləşən  və fəaliyyətini  daha 
çox    institussionallaşdırmağa  ,peşəkarlaşdırmağa    yönəldən    birliklərin  
yaranmasında    göstərir  .Bu    dövrdə    teatr    sənəti    surətlə    öz  ictimai  statusunu  , 
hüquq  və vəzifələrini  təsdiqləmək  uğrunda  mübarizə aparır. 
Bu  mübarizə  bəzən    ölüm-dirim    həddinə    çıxır  :  “1919-cu  ilin    28 
yanvarında    Tiflisdə    “Ölülər”    tamaşsında    Şeyx    Nəsrullah    rolunu  oynayan  
Əliqulu  Nəcəfov  gecə öz  qapısında  güllə  ilə  öldürülmüşdü.” Həmin ilin  martın 
4-də “Bakıda , Çadrovaya  küçədə , 121  nomrəli evdə  artist Hüsseyn  Ərəblinski  


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə