Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə39/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   35   36   37   38   39   40   41   42   ...   54

 
M.F.AXUNDOV 
“ Hacı  Qara” 
 
Araşdırmamızın  1850-ci ildən  başlaması  təsadüfi  deyil : məhz  1850-ci 
ildə    Mirzə    Fətəli  Axundov    öz  birinci  dram  əsərini    -“Hekayəti  Molla  
İbrahimxəlil  kimyagər  “  komediyasını  yazmaqla    ənənəvi    teatr  düşüncəmizdə  
institussional    mədəniyyətin    hadisəsi    olan    dramaturji    ədəbiyyat  və  onun  
poetikası    anlayışlarını   gətirdi.Məhz    bu tarixdən    sənət    təfəkkürümzdə    “  teatr 
poetikası “ elmi-nəzəri predmetinin  yaranması , formalaşması  və sonrdan praktik  
teatr sənətinin  tarixi  inkişaf prosesində  realizəsi problemindən  elmi  dəqiqliklə  
danışa bilərik.Əvvəlki  fəsillərdə “ M.F.Axundov  poetika “sını  araşdırarkən  biz 
bəlli    səbəblərdən    onu  ictimai-siyasi  ,  tarixi  kontekstdən    ayrılıqda    təhlil  
etdik.Monoqrafiyamızın    bu  fəslində    “  seyr”  poetikasını  ,  eləcə  də    “sehr”  
və”sehrli  seyr”  poetikalarını ictimai –siyasi proseslərlə bağlılıqda təhlil edəcəyik 
ki,    bu  metodoloji  üsul    poetika    problemlərini  dinamikada    ,  proses  halında  
açıqlamağa  kömək  edəsidir. 
Göründüyü  kimi,  bu    xronoloji    prinsip    tariximizin    siyasi-    ictimai  
mərhələsinə  ,  yəni    çarizmin    əhatə  etdiyi    dövrə    söykənir    ki,    bu  üsul-idarənin  
qanun  və  qaydaları    teatr    düşüncəmizə    də  danılmaz    təsir    göstərib  .Tarixi 
“şıltaqlığıyla “ teatr prosesimizin bu mərhələsi  70  il  çəkdi  və bu illər  ərzində  
teatr  poetikamızın  ən vacib  dövrü-  formalaşması  baş verdi.Təbii  ki, ilk  əsər  
ictimai-siyasi    vakumda  ,  boşluqda    yaranmamışdı,  odur  ki,  XIX    əsrin    başlıca  
tarixi  hadisələrində    diqqət  yetirməli  olacağıq  .Bəri  başdan  bildiririk  ki,  tarixi 
faktları    və  bəzi  qənaətləri    Z.M.Bünyadovun    və  Y.B.Yusifovun    redaktəsi  ilə 
“Azərbaycan tarixi( ən qədim zamanlardan XX əsrədək) “ .B.Azərnəşr , 1994  və  
İqrar  Əliyevin  “  Azərbaycan    tarixi  (ən  qədim  dövrlərdən    XX  əsrin  əvvəllərinə 
qədər)” .B.Elm, 1993  kitablarından  götürmüşük... 
1801  –ci  ildə    Şərq    Gürcüstanla    birlikdə    Qazax    və    ŞƏmşəddil  
sultanlıqlarını  Rusiyaya  birləşdirməklə  Azərbaycanın işğalı  başlandı.1828-ci il  


fevralın    10-da    İranla  Rusiya    arasında    Türkmənçay    sülh  müqaviləsi  
imzalandı  .Həmin      ilin    aprelində    Türkiyə    Rusiyayla    müharibədə    məğlub  
oldu.Beləliklə    də,    Türkiyə    Bəriqafqazın(    Zaqafqaziyanın  )    zəbt    olunmasını  
təsdiq  etməli  oldu    və  düz    27    il    ərzində  bir    xalq      həm  də  öz    dövlət  
müstəqilliyini      itirdi,  həm  də  zorla    iki    yerə    bölündü.”Bu  tarixi    ədalətsizlik   
nəticəsində  vahid xalq   bölündü  və  onların  hər biri bir –birindən  fərqli sosial –
iqtisadi    siyasi    və  mədəni      inkişaf  yoluna  düşməyə    məcbur  oldu”.Odur  ki,  
Azərbaycan    mədəniyyəti      deyəndə  ,  biz  yazıqlar  olsun  ki,  yalnız    Şimali  
Azərbaycanı    nəzərdə  tutmaq  mədəniyyətindəyik.Maraqlı    fakt    kimi    nəzərinizə  
çatdırırıq    :  “Türkmənçay    danışıqlarında    rus  yazıçısı  A.S.Qribeyodov    və  
Azərbaycan   maarifçisi  A.Bakixanov  da iştirak etmişdilər ...” 
Ən    sadə    hesablamalar    göstərir  ki,  M.F.Axundovun    ilk  dram  əsəri  
yazılanda    Azərbaycan    artıq  22  il    idi  ki,  müstəmləkə    halında    yaşıyırdı    və 
müəyyən  mənada  “ müstəmləkə  düşüncəsinin”  sosiopsixoloji  səciyyələri  ona 
öz təsirini  göstərməyə bilməzdi. 
XIX əsrin  30-40  cı illərindən  Azərbaycanda  artıq  müəyyən  inzibati  idarə  
sistemi    və  ona    bağlı      təsərrüfat  həyatı    dəqiqləşdirilmiş    və 
təsdiqləndirilmişdi.Azərbaycanda    mərkəzi    Şuşa  şəhəri  olan    “Müsəlman  
əyalətləri rəisliyi” yaradıldı  və  bəlkə  də  o tarixdən  psixologiyamıza “ əyalətçilik 
“ mikrobları  daxil edildi.Birdən –birə  “əyalət”  halına  düşən  və metropoliyanın  
hər  cür    dəyərlərini    üstün    tutmaq    ,  onlara    könüllü    ya    könülsüz    tabe  olmaq  
məcburiyyəti    milli  psixologiyamıza    ,  o  cümlədən    institussional    incəsənət 
düşüncəmizə    bu  günə  qədər    açıqlanıb  təhlil    olunmamış    hal    və    sistemləri  
pərçim  etmişdi.Ənənəvi    sənət    növləri    bu  amansız    əməliyyatdan    nisbətən    az  
zərər  çəkibsə , yeni  yaranmaqda  olan  və sosiuma  bağlı  instutissional  sənət  yox, 
mürəkkəb   “ start  imkanlarına” malik    oldu. 
“Komendant    üsul-idarəsi  “  camaati    ağır    istismara  ,  zülmə    və    öz-
başınalığa  məruz  qoyurdu...Hətta çar  məmurlarının   özləri də  komendantların 
zorakılığını   etiraf etməyə  məcbur olmuşdular: “ Dairə  rəsiləri  , komendantlar və 
başqa  başçılar  mənfəətpərəstlik və qızğın özbaşınalıq əsasında hərəkət etmişlər.” 


Hamımıza çox bəlli olan  üsuli- idarənin   mənfur  ənənəsi  belə qoyulmuşdu və 
M.F.Axundovun    onun  yaranış    məqamlarında    dram  yaradıcılığına  
başlamışdı.Düzdür , 40-cı illərin  islahatları   nəticəsində  komendant idarə üsulu  
ləğv    olundu    ,  çünki  bu  üsul      üsyanlara  qalxan    “  təkcə    xalq  kütlələrini    deyil,  
hətta monarxiyanın  əsas istinadgahı  olan  feodal –bəylərin  də narazılığına   səbəb 
olmuşdu”.Quberniya  və qəzalarda  azərbaycanlı  məmurlar  işdən kənarlaşdırılaraq   
rus  məmurlarıyla    əvəz  olundu.Sonradan  bütün    Qafqaz    əyalətlərini    bir  inzibati  
idarədə    birləşdirib  ,  qafqaz    canilişinliyinin    yaradılması  da    müstəmləkə  
bərkitmək  xarakterini   daşıyırdı. 
Bu    dövrdə    Azərbaycanda  A.A.Bakıxnov,  Mirzə    Cəfər    Topçubaşov 
(  London  Kral  Asiya    cəmiyyətinin    üzvü!...) ,Mirzə    Məhəmmədəli    Kazımbəy  , 
Hacı    Zeynalabdin  Şirvani  ,  Mirzə  Adəgözəl    bəy,Mirzə  Camal    ,  Kərim    Ağa  
Fateh ,Seyid  Əbdülhəmid  və başqaları kimi  elm  xadimlərinin  bütöv bir nəsli  
yetişmiş  ,  30-cu  illərin    əvvəllərində  isə  Azərbaycan      mətbuatının      əsası 
qoyulmuşdu.Tiflisdə    həftədə    bir    dəfə    “  Tatar    xəbərləri    “    qəzeti    çıxmağa  
başlamışdı( 1832 –ci  ildən) .Maraqlıdır ki, “A.T .-93”  kitabında  XIX  yüzilliyinin  
birinci      yarısında  ,  yəni  ilk  pyes    yazılana  qədərki      dövrdə    Azərbaycan 
ədəbiyyatınınn    iki  istiqamətdə  -romantik    və  realist    cərəyanlar    çərçivəsində  
inkişaf etməsi   qeyd olunur   və  bu bölgü  belə dəyərləndirilir : “ birinci cərəyanın  
nümayəndələri olan onlarla  şair dini  ideyaları təbliğ edir ,  onların  çoxu   feodal  
ideologiyası  ilə      bağlı    idi.  Realist    mütərəqqi    cərəyanın    nümayəndəlləri    - 
ədəbiyyatın      inkişafında      xüsusi  mərhələni  təşkil  edən    A.Bakıxanov  , 
M.F.Axundov ,Mirzə  Şəfi  Vazeh ,  Qasım bəy  Zakir  və başqaları  Azərbaycan  
ədəbiyyatını  ölməz əsərlərlə  zənginləşdirmişdilər.”Sonuncu  ifadəylə tam  şərik  
olsaq da ,  mədəniyyətimizin  nümayəndələrinin  mürtəce  və mütərəqqi  qütblərə  
ayrılmasına      heç  razı  deyilik  :    ənənəvi    islamın    yüksək    dəyərlərini  təbliğ  
edənlərə    ,Dədə    Qorqud    ənənəsini    yaşadanlara      yalnız  ideologiyalaşmış  
meyarlarla    yanaşanda  onlar    mürtəce  adlandırıla  bilər  .O  ki,    qaldı  realist  –
mütərəqqi  cərəyanın    nümayəndələrinə  ,  onların  ən    ülvi  niyyətlərindən    doğan  
fəaliyyətlərinin      faciəvi  nəticələrini    tam  həcmdə    araşdırmamışıq  .Başqa 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə