Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə36/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   32   33   34   35   36   37   38   39   ...   54

səpkili    (  fəlsəfi,    publisist,  karnaval    və  s..)  kateqoriyalarıdır.Məsələnin  
mürəkkəbliyi  ondadır ki,  Mirzə Cəlil  bu  sistemliyi elə canlı , rəngarəng  dil, çox  
tanış    həyat    situasiyaları  ,  məlum  həqiqətlər    və  nandırıcı    uydurumlar  içində  
“əridib”  ki,  bəzən    kauzallıq    guya  ki,    ekzistensional    qatı    canlılığya  ötür  ,  
kölgədə qoyur. 
“ Sehrli  seyr “  poetikası  milli sənət  təfəkkürümüzdə  , teatr prosesimizdə  
iki bir –birinə müəyyən mənada  zidd olan , qarşı  duran  poetikaları  “ barışdırır” : 
hər  ikisindən  ustalıqla    faydalanan  Mirzə  Cəlil    nəinki  ənənəylə      müasirlik 
arasında  , hətta böyük  mənada Qərb  və Şərq  mədəniyyətləri  arasında   körpü  
salmış  nadir  dahilərdir.Əfsuslar  olsun  ki,  obyektiv   və  subyektiv  səbəblərdən 
Mirzə Cəlil  poetikası  XX əsr  Dünya  teatr  prosesi  kontekstində  özünə layiq  yer  
tutmadı  .Amma    tam    məsuliyyətlə    proqnoz    verə    bilərik  ki,    astanasında 
dayandığımız XXI əsrin  Dünya sənət  və elmi  təfəkkürü  özü üçün  Mirzə Cəlili  
açacaq , onun poetikasından  yaradıcı tərzdə  faydalanacaq  və dahi sənətkarımızın  
adı Şekspir , Molyer , Çexov  kimi  dühaların  adlarının  hkk olunduğu  siyahıda  
qızıl  hərflərlə  yazılacaq ! 
Çünki  Mirzə Cəlilin  düşüncəsi  nə zaman , nə məkan  , nə milli , nə mədəni , 
nə fəlsəfi , nə də ki, dini  sərhədlərə  sığmayan  bir dünyadır ... 
Monoqrafiyamızın      bu  fəslinə  qısaca    yekun  vuraraq  ,  Azərbaycan    milli 
teatrının    tarixi    poetikasının    təməli    əsaslarının    ikili    xassəsini  qyd      edə  
bilərik.Bu ikililik həm  ənənəvi  mədəniyyətlə  institussional  mədəniyyətin , həm 
də  Qərb    və  Şərq    sənət      təfəkkürlərinin  ,  həm  də    tarixi    ikişafın    təzadlı  ,  ikili  
təbiətindən    qaynaqlanır.Bu    ikililik  M.F.Axundovun  “  seyr”  və  Cavidin  “sehr” 
poetikalrının  fərqlənməsində  , Mirzə  Cəlilin “sehrli seyr”  poetikasının  dialektik  
mürəkkəbliyində  özünü  göstərir. 
Azərbaycan milli   teatr  prosesinin  vahid  kontekstində  bu üç poetika  tam  
hüquqlu    inkişaf  səmərələri    kimi  qavranılaraq    teatr    prosesinin    aparıcı  
tendensiyaları  kimi çıxış  etməkdədirlər. 
Bu üç poetikanın  dünyagörüşü  və amllar  bazisini milli   sənət  təfəkkürü  
təşkil  edir ki,  bu da  mədəniyyətimizin   geniş yaradıcı  poetikasını  sübuta  yetirir. 


Müstəqil  Azərbaycanın    mədəniyyət    və  incəsənəti      qarşısında    yeni  
çağların  , yeni məqsəd  və  vəzifələrin  yaradıcı həllində  teatr  sənətinin  rolu , 
əhəmiyyəti  və imkanları  çox genişdir. 
Məhz  bu  imkanları    zamanlarında    dərk  etmiş    dahilərimiz    teatr  sənətinin  
mənəvi    ,  tərbiyəvi  və  sosiopsixoloji    əhəmiyyətini  yüksək    dəyərləndiri  yüksək   
dəyərləndirib  milli  mədəniyyətimizin  incilərini  yaratmışdır. 
Milli  sənət  ətəfəkkürümüzn    üçünteatrımızın    tarixi    nə  qədər  vacibdirsə  , 
onun  gələcəyi    bir  o  qədər    önəmlidir.Burada  təqdim  olunan  elmi    mülahizə    və 
qənaətlər    teatr    sənətimiz    və  teatr    düşüncəmizin      gələcək  inkişafının  
problemləriylə  bağlılıqda aktuallaşır.   
Metodoloji    baxımdan    isə  tədqiqatımızın  bu    bölməsində    bir  daha  milli  
teatr  prosesinin  məhsuldarlığını  obyektiv surətdə  qeyd  etməliyik .Çünki  yalnız  
sintezin    nəticəsində    prinsipial    olaraq    hər  hansı  yenilik    (nəsnə,  düşüncə  ,  hal, 
fenomen  və s. və i.a.)  yarana bilər.Bu isə  hər hansı  prosesin  canlılığından  xəbər 
verir. 
Azərbaycan    milli  teatr    prosesinin    üzvi    inkişafında    yaranan    xassəcə  
sintetik    “sehrli  seyr”  poetikası    teatr    düşüncəmizin    yeni  mərhələsindən    xəbər 
verir  :    bu  mərhələdə    artıq  teatr    düşüncəsi    müxtəlif  .  bəzən    bir-birinə  zidd  , 
bəzən  isə  bir- birindən uzaq  olan  anlayışlara  yaradıcı   əməliyyatlar  aparmağa 
qadir  olduğunu  təsdiqlədi.Bəlli olduğu  kimi, yaradıcı  palitrada  ironiya,  kinayə , 
rişxənd , özünü  parodiya  və  bu kimi  vasitələr  yer tapanda  bu hal  hər hansı  
bədii-estetik düşüncənin  sağlamlığını  aşkarlayır.Bu  sağlamlığı  da yalnız  sağlam  
proses  təmin  edə  bilər  .Mirzə    Cəlilin    “sehrli  seyr”  poetikası    M.F.Axundov- 
Cavid  –Məmmədquluzadə    istiqamətində    inkişaf    eləyən  milli    teatr    prosesinin  
ümumilli  mədəni proses  çərçivəsində  məntiqli və ən  ümdəsi  sağlam  şəraitdə  
təzahür   tapmasına  tutarlı  dəlildir. 
Bu    elmi    qənaətimizi    daha    da    əyaniləşdirmək    üçün    ədəbiyyatşünaslıq 
elmində  dövriyyədə  olan  yeni  ideyalara  müraciət edək. 
Görkəmli  alim  və tədqiqatçı  Yaşar Qarayevin  çağdaş Azərbaycan  ədəbi  
prosesinin  hadisəsi  sayılan  “Tarix :  yaxından  və uzaqdan “ kitabında  açıqlanan  


konsepsiya  ilk növbədə  milli ədəbi  prosesimizin  canlı  və  müstəqil  olmasını  
bir  daha  təsdiqlədi.Məsələ    yalnız    onda  deyil    ki,  alim    dövrün    imkanlarından  
istifadə  edərək      dövrə  uyğun    fikirləri    irəli    sürür    :  konsepsual    düşüncənin  
keçilməz  şərtlərinə  görə bu  fikirlər  bir günün  içində  yarana bilməzdi  , alim 
qənaətləri    uzun    illərin  gərgin  ,  mübarizəli  ,  ağır    düşüncələrinin  
nəticəsidir.Məsələnin    bir  aspektini  də    göstərməliyik  :    mədəniyyətimizin    qeyri-
rəsmi    qatında    hər  zaman    obyektiv    həqiqətlər    mövcud  idi    və  onların    rəsmi 
qatda    səslənməməsi    heç  də  düşüncənin    üzvi    inkişafına      təsir  göstərmədi.İndi  
açıq   görünür ki, əsil zərbə  rəsmi  elmə dəydi , məhz o ,  canlılığını  itirərək  bu 
qədər  asanlıqla    çökdü  və    hakim  mövqeyindən      imtina  etdi.Yeni,    əslində    isə  
klassik  ədəbiyyatşünaslığımız   həm tarixin  qırılmış  bəndlərini  bərpa etdi, həm 
də    yeni  dövrün      tələblərinə    vaxtında  cavab  verdi.Bu  hal    həm  də 
teatrşünaslığımızdan  ötrü  örnək  və  təkan  kimi  faydalı  sayılmalıdır. ... 
...Ədəbiyyatşünaslığımız      yeni    tarixi    konsepsiyanı    tərtib    edəndə    quru, 
formal,    ideologiyalaşdırılmış    sistemlərin    paslanmış    zəncirlərini    əvvəl-axır   
qırmalı idi,Yaşar Qarayev   və məsuliyyətli  olduğu qədər  cəsarətli  konsepsiyanı  
bəyan  edəndə    ilk  növbədə    milli  mentaliteti    gerçəkləşdirən    fərdi    yaddaşımıza  
söykənir  ,  onu  fəallaşdırmağa    çalışır    və    alimin    bu    cəhdi  cavabsız      qalmır  :  
məlum    olur ki,  uzun  müddətli    mənfi  təsirlərə   baxmayaraq    , tarixi  yaddaşımız  
bizə  yabançılaşmayıb  ,  yadlaşmayıb  ,  özgələşməyib    və  biz    elmi  mülahizələri  
hisslərimizlə  qavramağı hələ  ki,  bacarırıq.Yaşar Qarayevdən  ötrü  bu hal  heç də  
paradoksal  deyil,çünki  “həm    mənəvi  -əxlaqi  ,  həm  də  elmi  –nəzəri    metedoloji  
cəhət  tarixə , yaddaşa  münasibətdə  bir-birini tamamlayır”. 
Teatr    prosesini    aydın    dərk    etməkdən    ötrü    Yaşar    Qarayevin    bu 
konseptini  (    konsept-konsepsiyasının    vahidi,    önəmli  səviyyəsi  ,  tərtib  hissəsi) 
tam  həcmdə    qəbul  edərək    milli  teatrımızın    tarixini  (hərçənd  ,  ədəbiyyatımızla  
müqayisədə o çox  “gəncdir”...), həm də “ yaddaşımızda  faydalanan   tarix “ kimi  
qavrayıb    teatr  prosesini    canlı  hərəkət    halında    təhlil  etmək  mümkündür.Bəri 
başdan deməliyik ki, bu baxış  bucağı  günümüzə  qədər teatr  tariximizin  bizdən  
ötrü aydın   və şübhəsiz  olan bir  çox fakt  və olaylarına  yeni gözlə  baxmağa  və 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə