Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə34/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   30   31   32   33   34   35   36   37   ...   54

M.F.Axundov,H.Cavid  ,  C.Məmmədquluzadə    yaradıcılığının    başlıca 
məsələləri    ədəbiyyatşünaslığımızın    ən geniş    , dəqiq   və  dərin    analiz   predmeti  
olduğundan  onların  ədəbi  poetikası , fəlsəfi  görüşləri , tarixi əhəmiyyətləri  və 
başqa  tədqiqat  məziyyətləri    öyrənilib    sistemləşdirilmiş,  ədəbi  konsepsiyaların  
yaranmasına  səbəb olmuşdur. 
Amma    nəzərə    alanda    ki,    bu  müəlliflərin    əsərləri    çox    konkret    olan  
“dramaturji  ədəbiyyatın” faktları kimi  teatr düşüncəsinin  kontekstində  və teatr 
prosesinin  yaradıcı transformasiyası  üçün  yazılıb,  deməliyik ki,  teatr poetikası  
və onun problemləri  ayrıca elmi  təhlili predmeti  kimi  sənətşünaslığımızda  hələ 
ki,  özünəlayiq    yer    tutmamışdır.Bu  halın  səbəblərinə  toxunmadın    burada  onun  
nəticələrini      göstərmək  istərdik.Birincisi:    tədqiqat    aparatının    elmi  dil    və 
terminoloji    lüğətinin    olmaması    məsələnin    aydın  və  dəqiq    təsvirinə    mane 
olur.İkincisi   :  vahid  “  teatr konsepsiyasının  “  hələ tərtib   olunmaması  (  mövcud  
olanı  isə hələ  ki,  siyasi  və ideoloji  cəhətdən  etibarsız sayılır ), bir çox bazisli  
məsələləri    sıfırdan  başlamaq    məcburiyyəti    problemi  tam    təhlil    etmək  üçün  
qeyri- səmərəli   və qeyri-məhsuldar  şərait yaradır .Üçüncüsü:  poetika  problemi 
drmaturji    ədəbiyyat    və  teatr    prosesi    məzmunlarının    kəsişmə  xəttində  
aktuallaşdığından  onu məhz teatr  prosesinin  hadisəsi  kimi dəyərləndirmək  daha 
məqsədəuyğundur.Amma  yenə də təəssüflə qeyd etməliyik ki,  bu elmi  sahənin də  
vahid  ,təməli    konsepsiyasının    olmaması    çox    zaman  təhlilin  ağırlıq    mərkəzini  
ədəbi  səciyyələr  tərəfə  istiqamətləndirir. 
Vahid, bitkin, mükəmməl konsepsiya yaratmaq  iddiasında olmayıb , indiki 
mərhələdə    elmi    suallar    ,  məsələlər  qoyuluşu  şəklində    bu  işin  mümkün  
istiqamətlərini    göstərmək  məqsədi  ilə    biz  problemin  ən  çox    gözə  çarpan 
məqamlarını    təhlilə    yönəldərək  ,  üstdə  olan    qanunauyğunluqları    aşkarlamaq, 
ilkin sistemliyini  və perspektivləri  göstərmək niyyətindəyik. 
Beləliklə  ,  teatr  prosesimizin    iki  bazisli    “seyr”    və  “sehr”    poetika 
sistemliyini    tamamlayan  üçüncü    önəmli    elementi  “sehrli  seyr”  poetikasının 
təməli  əsaslarını  təhlil etmək  cəhdimiz  göstərdiyimiz  niyyətdən qaynaqlanır  və 
ortaq  təhlil metedologiyasına  söykənir. 


Mirzə Cəlilin  dram yaradıcılığı  onun ədəbi , publisist  və ictimai  fəaliyyəti  
ilə sıx  bağlı  olduğu  qədər  özünəməxsus  səcoiyyələrə malikdir. 
Məlum olduğu kimi , Mirzə  Cəlilin  əlimizdə olan  dokkuz dram  əsərindən  
beşı  birpərdəli ,  “ Ölülər “, “ Anamın kitabı”,”  Danabaş kəndinin məktəbi”  və 
“ Dəlu  yığıncağı”  pyesləri  isə tam həcimlidir. 
Amma    araşdırdığımız    poetika    baxımından    ədibin    doqquz    əsərinin  
doqquzu  da    təhlil  üçün    geniş  materialdır    :    həm  ona  görə  ki,    bütövlükdə  bir 
sistem  təşkil  edirlər  ,inkişaf      istiqamətlərini    aydınlaşdırırlar  və  ən 
ümdəsi ,həcminə baxmayaraq hərəsi Mirzə Cəlil poetikasının  bazisli  əsaslarını  və 
səciyyələrini    özlərində  cəmləşdiriblər.Bu  isə    teatr    prosesinin      özəl  sahəsini 
açıqlamağa kömək edir. 
Öncə  fundamental    səciyyələri    müəyyənləşdirib    sonra  formal    bədii 
təcəssümün  təhlilinə keçək . 
Pyeslərin  struktur  analizi  göstərir  ki  Mirzə  Cəlil    başqa  yaradıcı  sahələrdə  
olduğu kimi  teatr  prosesində  formalaşan  teatr düşüncəmizdən  ötrü də  misilsiz  
yenilikçi (novator ) işini  görərik ənənəvi  konflikt  anlayışına  tam yeni  məntiqi 
əsaslar    gətirmişdir.Kateqorial    olaraq        dediyimiz  yeniliyi    bu  cür  təyin  edəb 
liərik  :  Mirzə  Cəlil    poetikasının    məntiqi    paramertlərində  (  çərçivələrində  ) 
aktuallaşıb    karnaval    estetikasının   kateqoriyalarında   təcəssümünü  . realizəsini  
tapır. 
Bu  təyini  açıqlamadan  öncə  Mirzə  Cəlil  pyeslərinin    müəllif  tərəfindən  
verilmiş  janr    təyinlərini    nəzərdən  keçirək    :  üç  əsərin    (  “  Kişmiş    oyunu”  , 
“  Yığıncaq  “  və”Çay  dəsgahı”  )  janr  təyini    verilməmişdi.”Anamın  kitabı”  – 
drama  ,”Kamança”  –faciə  ,”Ölülər  “  ,”Danabaş  kəndinin    məktəbi  “    və”Dəli 
yığıncağı”  -komediya,”Lal”  əsəri isə  tam yeni janr – “ teatr üçün bir pərdə “ kimi  
müəyyənləşdirilib. 
Klassik    janrları    müvəqqəti  kənara  qoyub  ,  janr  təyini    olmayan    pyeslərə  
diqqət  yetirək  .Mirzə    Cəlilin    iti    düşüncəsini    və  paradokslara    meylini  nəzərə 
alsaq  ,    görərik  ki,    üç  pyesin  janr  təyini    əslində  adında    gizlədilib  :  “  Kişmiş 
oyunu  “həm    fabulanı  ,  həm  əsərin  anekdotunu    ,  həm  də  janrını  göstərir  –bu  


“oyun”dur  ki,    bütün  səciyyələri    termin-  anlayışla    müəyyənləşdirili.Ənənəvi  
mədəniyyətin    göstərilən    mənəvi-estetik    dəyərlər    sistemində    “  oyun” 
kateqoriyasını  birinci fəsildə  araşdırmışıq , burada isə  M.Cəlilin  institussional  
mədəniyyətə  ənənəvi    mədəniyyətin  termin-  anlayışın        yaradıcı  tərzdə    daxil 
etmək  faktını   xüsusilə    vurğulayırıq.İkinci  janr təyini olmayan    əsər    “Yığıncaq” 
adlanır  və bu da elə özlüyündə  eyni sovet dövrünün  bir “ janrıdır” ki,  səciyyə və 
məqsədləri  artıq hamımıza  çox  gözəl bəllidir..Fəqət bu bir  pərdəli  “ Yığıncaq”ın  
qəhrəmanları  hələ bu janrın  içi boş olan formal tədbir  olmasını   bilmirlər  və bu 
mənasız    məclisi    heç  olmasa      azca    absurdluqdan    çıxarmaq    üçün    kəndçi  
cavabsız qalan  sualını verir : 
“ Kabla  Əliş ( təbliğatçıya) : Xub,  a yoldaş  bir zəhmət olmasa bizi  başa 
sal görək   necə yanı (Allah –M.Ə) yoxdur ;  yəni lap dibindən yoxdu, yoxsa  genə  
az –maz var?” 
S.Bekket və E.İoneskonun  stilistikasını  andıran  bu   səhnə  əsərinin non-
fintiliyi  (  bilərəkdən    tamamlanması  )    fantasmoqorik    təsir  bağışlayır  və    rəsmi 
qurultayların  əslində formal  məna daşımasını,  bitməyən  bir”  yığıncaq” olmasını  
bu gün  anlamağımızı  Mirz Cəlil  həmişə  olduğu kimi  burada  da qabaqlayıbdır. 
Üçüncü  janr    təyini  olmayan    əsərin  adı  -    “  Çay  dəsgahı”    birbaşa  janr 
təyininə  və onun ənənəvi  mədəniyyət  mənşəyinə  işarədir , yəni bu əsərin  janrı 
“  alleqorik    dəsgah”dır,  bir  ucu    şifahi    və  yazılı    ədəbiyyatda  geniş    yayılmış  
“  nəsnələrin söhbəti”  janrına (Füzulinin  “Meyvələrin söhbəti “ və” Yeddi cam” 
alleqoriyalarını    xatırlayaq    ),    digər    üçü  “dəsgah”    termin  anlayışının    geniş 
mənalarına  ( farsca : çalğı  məclisi , muğamat , qurma, quraşdırma , eyni  və yaxın  
növlü    qab,  paltar    və  s.  yığını    ,  dəsgah  ,  tərsanə..)  gedib  çıxır.Bu  məclisdə  
qırılmaq    təhlükəsiylə    üz-üzə    qalan    çay  dəsgahının    əşyaları    “məşvərət  
məclisini”  quraraq nəticədə  çox  “müdrik” çıxış  yolunu   tapırlar : 
 
“ Samavar         ... Xanımın  borcudur  çay tökmək, 
                                  Necə  xoşdur belə çay içmək! 
 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə