Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə42/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   38   39   40   41   42   43   44   45   ...   54

şəkildə  milli  teatr düşüncəmizin  daxili məntiqini  təşkil  edir.Bu məntiqin başlıca  
postulatı  da hər  hansı prosesin  obyektiv şərtinə  bağlıdır ki,  bunu hələ eramızdan 
əvvəl    Demokrit    formalizə  etmişdir.”Başqa    sözlə    :    teatr  prosesinin  
formalaşmasında    maarifçi  demokratçılıq    dövrü  üzvi  ,  mənalı  ,  səmərəli    və 
başlıcası , sonrakı inkişaf  üçün məntiqli , əlaqələndirici bir  hadisə oldu.XIX əsrin  
ikinci  yarısında    N.Vəzirovla    eyni  mədəni    məkan    və  zamanda  
Ə.B.Haqverdiyev  ,N.Nərimanov  ,  S.Ə.Şirvani  ,  Q.Zakir  ,  Xurşudbanu  Natəvan  , 
M.R.Fəna, Bahar Şirvani , M.Cürmi,   Aşıq  Ələsgər , Aşıq  Nəcəfqulu ,  Hüseyn 
Bozlaqanlı    kimi  qüdrətli    sənətkarların   yaşayıb    yaratmaqlarını    nəzərə  alsaq    , 
Azərbaycan  mədəniyyət və  incəsənətinin  o dövrdəki  keyfiyyətini  və maarifçilik 
ideallarının    zəminini    daha  aydın    görə  bilərik  :  müstəmləkə    şəraitində  inkişaf  
edən  milli mədəniyyət  mütləq  bu mərhələdən  keçməli . daha yüksək  səviyyəyə  
qalxmalı  idi.... 
“Seyr”  poetikası    məhz    bu  dövrdə    demək  olar  ki,  formalaşmasını  sona 
çatdırdı , əsas bazis  prinsiplərini , mövzularını  və dil-ifadə  vasitələrinin  sistemini  
təyinləşdirdi.Faciə  ,  dram    və  komediya    kimi    klassik  janrlar  milli  sənət  
təfəkkürünün    kontekstində  yeni    çalarlar  qazandı  ,  milli  teatr    düşüncəsinin    bir 
çox  ənənəvi    tələbləriylə    uzlaşdırılaraq    milli  teatr    prosesinin    institussional  
istiqamətlərini  müəyyənləşdirdi. 
Rus imperiyasında  olduğu  kimi Azərbaycanda  da  XIX  əsrin sonu  və XX  
əvvəlləri    mürəkkəb .  dinamik  ,  imperiyanın   dağılmasına    aparan   siyasi-ictimai  
və  iqtisadi  proseslərlə    səciyyələnir.”Rusiyada  .  o    cümlədən    Bakıda    və 
Azərbaycanın    başqa  yerlərində    fəhlələrin    təşəkkül  və    kapitalizm  
ziddiyyətlərinin    kəskinləşməsi  ,  milli-    müstəmləkə  zülmü    sinfi    mübarizəsinin,  
milli azadlıq hərəkatının  genişlənməsinə  səbəb  olmuşdu.” 1904-cü ildə  başlanan 
Rus  -Yapon  müharibəsi , 1905-ci ildə  “inqlabın baş məşqi “ və  Bakıda  fevralın 
6-dan    9-na    kimi    davam  etmiş    erməni-azərbaycanlı    qırğını    ,  Sovetlərin  
yaranması    və  sonralar  “irtica”  adlanan    siyasi-ictimai    hadisələr    və  hərəkatın  
səciyyələri idi. 


1910-1914 –cü  illərdə  güclənən  proseslər  yeni bir təkan  aldı : 1914-cü il  
iyulun  19-da  birinci  dünya  müharibəsi  başlandı. 
Bu  müharibədə  uğursuz    iştirak  edən    Rusiyada  inqlabi  şərait  
kəskinləşirdi.”Burjuaziyanın    çar  II  Nikolayla    uzun-uzadı    danışıqları    nəticə  
vermədi  .Bolşeviklər    zəhmətkeşləri  çarizmə    qarşı    silahlı    üsyana      çağırdı 
“.Fevralın  27-də    çar  höküməti    devrildi.Müxtəlif  siyasi    hadisələrin    dinamik  
inkişafı  nəticəsində  1918-ci il nəticəsində  1918-ci il mayın  28-də  Azərbaycanın  
dövlət  müstəqilliyi    elan  olundu    ,  dünya  xəritəsində    Azərbaycan    Demokratik  
Respublikası    yarandı  .Bu    qısa    təsvir    etdiyimiz  və  cəmi  18    ilə    yaxın  əhatə  
edilən    zaman  ərzində    tariximizdə  yeni    möhtəşəm    dönüş    ,  daha  doğrusu  , 
sıçrayış    baş    verdi  .Bütün  başqa    səciyyələrə    toxunmadan    bu  prosesi  
müstəmləkədən  müstəqilliyə    doğru  inkişaf  kimi    dəyərləndirib  ,  teatr  prosesinin 
səciyyələrinə  bu konteksdə diqqət yetirək. 
Məhz bu dövrdə    H.Cavidin    13  pyesindən  7-si    yarandı    məhz  bu    dövrdə  
Mirzə Cəlilin  və  dramaturgiyamızın  şah əsəri olan  “Ölülər “ pyesi yazıldı , gənc  
C.Cabbarlının    formalaşması    məhz    bu  illərə    təsadüf    edir    və  “Aydın”  (1919) 
pyesi yaranır. 
 Teatr  prosesinin    az  qala    gündəlik    səciyyələrini    əks  etdirən    “teatr  
salnaməsi”    onun    ictimai-siyasi      və    iqtisadi  proseslərə      sız  bağlılığını    da 
açıqlayır.Salnamənin  faktları    aydın  göstərir    ki,    1900-  1918-ci  illərin    teatr  
prosesi  çox dinamik   və rəngarəng idi  və ən başlıcası  Dünya teatr  prosesi ilə  
yaradıcı    təmas    şəraitində    baş  verirdi..Səhnəyə    çoxlu    tərcümə    əsərləri  gəlir  , 
müxtəlif truppaların  qastrolları  təşkil  olunur  , mətbuat teatr hadisələrini  geniş  
işıqlandırır  ,  teatr  tənqidi  fəal  işləyir-bir    sözlə  ,  teatr  prosesinin    institussional  
şərtləri  bu  prosesin  də  başlıca    ideya-məzmun    istiqamətinin    müstəmləkə  
düşüncəsinin  müstəqil düşüncəyə  tərəf  olunduğu  sübuta  yetirir. Bu proses  milli  
azadlıq  hərəkatının  bədii-  yaradıcı forması  olaraq milli  mədəniyyətmizin  teatr 
düşüncəsini    zənginləşdirirdi  ,  yeni  janr  və  problemlərin    mənimsəməsinə  geniş 
imkanlar açdı.Məhz  bu  dövrdə  H.Cavidin  “sehr”  poetikasının  ideyalar qatından  
“türk  ideyası  “  öz  bədii    təcəssümünü    tapdı.Sonradan    pantürkist    və  panimalist  


kimi  damğalanmış    Cavid  əslində    müstəmləkə    psixologiyası    və  fəlsəfəsini  
düşüncəmizdən yox  etmək  üçün hər hansı  milli sənət  düşüncəsi üçün  hər hansı  
milli sənət  düşüncəsi üçün  önəmli olan  ənənəvi  , tarixi köklərə  qayıdıb oradan  
gələcəyə  yönəlmənin zərurətini  təsdiqlədi .Bu məsələni  araşdırarkən  C.Cəfərov  
yazır  :  “1920-  1926  –cı  illərdə    Cavidin    səhnədə    ən  çox    oynanılan    əsərləri  
inqlabdan    qabaq  yazdığı    “İblis”  ,  “Şeyx    Sənan”  ,  “Şeyda”    və  “Uçurum”  
olmuşdur, yəni  o əsərlər  ki,  müəyyən ideoloji  zidiyyətlərinə  (təbii  ki,  marksist  
-leninçi    nəzəriyyəsinin    baxım  bucağından    -  M.Ə.)  baxmayaraq  ,  Cavid  
yaradıcılığının    ən  qiymətli    dövrlərindən    birini    təmsil  edir”.Cavidin  
yaradıcılığına    ,  poetikasının    qayəsinə    münasibətini  “partiyalılıq    və  xəlqilik 
“  kateqoriyaları    prizmasından  bildirməyə  məcbur  olan    C.Cəfərov    incə  
priyomlarla    məsələnin    mahiyyətini  açır    :  “Cavid    yeni    əsərləri    ilə  
( “ Peyğəmbər “ və  “ Topal Teymur “)  özünə qarşı  çox  kəskin  və ədalətli  (? – 
M.Ə.) bir tənqid  doğurduğu  dövrdə  teatr da öz  tamaşaları  ilə ,  “Topal Teymur” 
nəzərə  alınmazsa    ,    ona  şöhrət    qazandırmışdı    “  .Cəfər  Cəfərovun    göstərdiyi  
maraqlı   fakta  nəzər  yetirək  :  tənqidi  məqalələrdə  xüsusi qeyd edilir ki,  Cavid 
əsərlərinə  çox tamaşaçı gəlirdi , bir çoxları bilet olmadığından  geri  qayıdırdı.Bu 
fakt  onu göstərir ki,  artıq  teatr  prosesi  və hakim  ideologiya  arasında  ziddiyyət  
başlamışdı.... Təhlil etdiyimiz  dövrdə  isə teatr  prosesi və  onun poetikası  ictimai 
şüuru     düşündürən problemlərə       adekvat idi   və  ən  maraqlısı odur ki,   dövrün  
gərgin siyasi-ictimai  vəziyyətində  teatr prosesi  sərbəst və müəyyən mənada  açıq  
formada  inkişaf  edə  bilirdi.  “Sehr  “poetikası      çərçivəsində    milli  təfəkkürün  
qlobal  problemləri    ,  o  cümlədən    milli,  tarixi  . dini  –fəlsəfi    və  ədəbi    məsələlər  
bədii  formada qoyulurdu  və onların həlli   yolları    göstərilirdi.Bu da  poetikanın  
formalaşmasında    əvəzsiz  rol  oynadı –ekzistensional  konfliktin  mövcud  olması  
milli teatr düşüncəsinin  yüksək səviyyəsini göstərir. 
15-16    yaşlarında    ədəbiyyata    qədəm  qoyan    C.Cabbarlı    bu  düşüncənin  
məzmun çərçivəsində  formalaşaraq  dramaturji  yaradıcılığının  ilk mərhələsində  
məhz  “sehr”    poetikasından    faydalandı    :    onun    “Aslan    və  Fərhad  “,  “  Vəfalı 
Səriyyə”    və    “  Solğun    çiçəklər  “    pyeləri  melodrama  janrında    yazılmışdır  və 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə