Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə38/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   34   35   36   37   38   39   40   41   ...   54

Yaşar Qarayevin  qurduğu  konsepsiyanın  böyük  hissəsi  milli şüurumuzda  
İstiqlal    ideyası  kimi    son  dərəcə  mürəkkəb    və  eyni  dərəcədə      məsuliyyətli  
mövzuya    həsr  olunub    və  alimin  qələmi    açıq-aşkar    vətəndaş    publisistikasına  
tuşlanıb.Etiraf    edək    ki,    ilk  dəfə  bu  hissəylə    tanış  olanda  oxucuda    müəyyən 
mənada  tərəddüd    yaranır  :  son  zamanlar    bu  mövzu  ,  təbir-caizsə    o    qədər  
çeynənilib  ki, artıq  əvvəlki  təravət  və cazibəsini az qala  itirməkdə idi. 
...Alimin həyat  təcrübəsi , geniş  erudisiyası , yaradıcı  ehtirası ,  bəlkə də  
bunların  və sadalamadığımız   amillərin cəmi  öz həlledici rolunu oynadı:  Yaşar 
Qarayevin  dəqiq    elmi    və  bədii    təxəyyül    başlanğıclarının    sintezi  nəticəsində  
yaranmış   yeni   ədəbi  janrın  dəqiq  təyini  hələ  tapılmayıbsa  da , onun geniş  
imkanları    son    dərəcə    səmərəli    və  işləkdir.Başlıcası  -    yaddaşımızın    qutunu  
qorumaq  mənasında ! Yaşar Qarayev  bu vəzifənin  öhdəsindən  layiqincə  gəlir: 
“ Yerdəki  tanrı  evinin rəmzi heç də  təkcə məscid  deyil. Allahın  yaşadığı mehrab 
və məkan   hər şeydən əvvəl  məməviyyat  və  ruhdur.Odur ki, ən böyük işi  daşda  
divarda yox , ürəkdə  və düşüncədə görmək lazımdır.Vicdan , mənəviyyat   və din 
yenidən    həm    milli,  həm  də  fərdi    şəxsi  əxlaq  və    dəyər    halına  yalnız    bu  yolla  
çevrilə  bilər!” 
Mədəniyyətimizin ədəbiyyat  və incəsənətimizin  başqa yolu  yoxdur. 
Tarix bunu təsdiqləyir. 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
     Ü Ç Ü N C Ü    F Ə S İ L 
 
 
 
 
 
AZƏRBAYCAN  MİLLİ TEATR  PROSESİNİN  
 İNSTİTUSSİONAL  SƏCİYYƏLƏRİ 
 
 
 
                        “...HƏR ŞEY AXIR , HƏR ŞEY DƏYİŞİR “ 
 
                                                                  DEMOKRAT 
 
Bəşər    fəlsəfi    düşüncəsində    mədəniyyt    ictimai    -tarixi    hadisə  kimi  
qavranılıb  ,  insan    şəxsiyyətini    və  sosial  birləşmələrini      tarixi    prosesin  
subyektləri  kimi    qəbul  edir.Bu  prosesin  çərçivəsində    mədəniyyət    fenomeninin  
ümumi xarakteristikasını   verərkən alman filosfu  Ernst Kassirer yazır : “ Fəlsəfə  
bəşər mədəniyyətinin  individual  formalarının  analizi  ilə  kifayətlənə  bilməz .O, 
bütün    individual    formaları    özündə  cəm  eləyən    universal  sintetik    baxım  
bucağına  meyillidir  .Fələsəfi  sintez  ...nəticələrin    vəhdətini  deyil,    əməllərin  
vəhdətini  göstərir  ;  məhsulların    vəhdətini    deyil,    yaradıcı  prosesin    vəhdətini  
açıqlayır “. 
Mədəniyyətə    yaradıcı    prosesə    yanaşan    kimi    yanaşmaq    onun  tərkib 
hissəsi olan   incəsənətə də  eyni  fəlsəfi baxım  bucağından  yanaşmağın  labüd  və 


aktual    bir    mövqe    olmasını    təsdiqləyir  .Bu    baxım    bucağı    elm    və  incəsənəti  
mədəniyyətin 
  formaları    kimi  qavrayıb    təhlil    istiqamətlərini  
müəyyənləşdirir.Nəzərdə        tutduğumuz  istiqamətləri    dəqiqləşdirərək    M.Baxtin 
yazırdı: “Bəşər mədəniyyətinin  üç sahəsi  relm, incəsənət  və həyat yalnız  onları 
öz  birliyinə    qovuşduran  şəxsiyyətdə  (  qabartam    mənimdir-  M.Ə.)    vəhdətlərini 
əldə  edirlər...İncəsənət    və  həyat  eyni  deyildirlər”.Şübhəsiz  ki,    mədəniyyət    və 
incəsənətin    mənəvi-əxlaqi    aspektləri  teatr    düşüncəsinin  və  teatr    prosesinin 
başlıca  yaradıcı və təhlil  istiqamətlərindəndirlər. 
Bəşər  sivilizasiyası  inkişafının  tarixi səciyyələri  açıq –aydın   göstərir  ki,  
mədəniyyət    və  incəsənət    proseslərinin    istiqamətləri  və  başlıca    mərhələləri  
ümumbəşər  tarixi    prosesinin    eyni    göstəriciləriylə    üst-üstə  düşür.Bu  mənada  
müəyyən  fərqlərlə  teatr  prosesinin  də  svilizasiyasının  universal qanunlarıyla 
bağlılıqda  inkişaf  etməsi  danılmaz  obyektiv   elmi əsas  kimi  qəbul  olunmalıdır. 
Çağdaş    fəlsəfə    elmi    yeni    tarixi    şəraitdə    mədəniyyətin    yeni  mənəvi  
dəyərlərini  ,  yəni    qlobal    və  fundamental    vəzifələrini    təyin  edərək    qlobal    və 
fundamental    vəzifələrini    təyin  edərək    müxtəlif    qənaətlərə  gəlir.Belə  ki,    ispan 
filosofu X.Orteqa –i-Qasset  belə bir fikrə gəlir ki, “mədəniyyətin dəyərləri ölmür, 
lakin  dəyərlər  sisteminə  yeni    dəyər  –vital  (yaşam)  dəyəri  əlavə  olunur    və 
başqalarını “sıxışdırmağa” başlayır”. 
Fransız  filosofu  Pyer  Teyyar  de  Şarden  isə  “yaşamaq”  dəyərinin “düz 
yoldan”  sapdıra    biləcək    bir  cəhətini    vurğulayır  :bu  dəyər    individuallıq    və 
şəxsiyyətlilik    anlayışlarını  yanlış  olaraq    qarışdırıb    bəşər  inkişafını    geriyə  
yönəldə bilər .Bertran  Rassel  isə  gələcəyə inanaraq  insanlara  xəbərdarlıq  edir :” 
yadınızda saxlayın ki,  siz insansınız  və başq şeyləri  unudun.Bunu bacarsanız , 
önümüzdə yeni cənnətə  yol açılacaq , bacarmasanız  ümumi  ölümdən  başqa  heç  
nəyi gözləməməliyik” 
Bütün  bu  aspektləri    cəm  edərək    teatr    prosesini    tarixi-ictimai    proseslə  
bağlılıqda  fəlsəfi , mənəvi, əxlaqi , sosial-psixoloji , bədii-estetik  düşüncələrin , 
özəl  teatr sənətinin  məzmun və forma çərçivələrində  gələcəyə , “ uzaq proqnoza 


sarı”  –yəni    İdealına    tərəf  yönəldilmiş  vahid    yaradıcı    inkişaf    prosesi    kimi  
müəyyənləşdirə bilərik. 
Təbii  ki,    çox  dinamik    və  təzadlı    prosesdə    teatr  poetikası  ,  onun  bazisli  
əsasları , bədii- estetik səciyyə  və kateqoriyaları dəyişməz , sattik  vəziyyətdə  qala 
bilməzdi.Aydın  məsələdir  ki,    zaman-məkan    sənət    növü  olan    teatr    sənəti  
sosiuma  sənət  növlərindən  fərqli  olaraq daha çox  bağlıdır və buna  görə “həssas  
barometr” kimi  və ya  ulu  əcdadlı Dədə Qorqud  kimi “qaibdən  dürlü  xəbərlər  
söyləyə bilər “:  həm mövcud  durumu  əks etdirə bilər  , həm də baş verə biləcək 
proseslərdən xəbər verə bilər... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
1. İNQLABDAN  ÖNCƏKİ  ( 1850-1920)   
   TEATR PROSESİ   VƏ  POETİKANIN  
    FORMALAŞMA   PROBLEMLƏRİ 
 
 
                                                                
“ALLAH  KƏSSİN BELƏ BAZARI” 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə