Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə35/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   31   32   33   34   35   36   37   38   ...   54

 
                                PƏRDƏ SALINIR 
Mirzə  Cəlilin “Lal “əsəri  dram  tariximizdə  müstəsna  haldır.Müəllif  onun  
janrını  çox  ümumi  sözlərlə  ( “Teatr üçün  bir pərdə”) ifadə  etsə  də , aydındır  ki,  
bu  ilk    və  sonuncu  pantomim    librettosudur.Bu  əsərlərdə    Mirzə  Cəlilin    teatr 
düşüncəsi  teatr  sənətinin  özünəməxsus  təbiətini  anlamağından  xəbər verir .Yəni  
Mirzə Cəlil    çox  gözəl bilirdi ki, teatrın  öz “ xammalı “ vardır  və “söz”  onun  
yalnıa  tərkib  hissəsidir.Mənalı  və məntiqli  hərəkətlərin nəticəsində  yaranan  hal  
bütün    poetik    səciyyələrin    əks  etdirmək  qüvvəsinə    malikdir  :  nə  “  intelligent  
libasında  bir müsəlman” , nə  “mömin  müsəlman  taciri” , nə  “ bir  müsəlman  
çinovniki”  ağlayan  uşaqların  kövrək  qəlblərini ovuda  bilmir  və gedirlər ,” qalır  
uşaqların    yanında    bircə  lal.Bu  nə    zəngi  eşitdi,  nə  əzanı  :    ancaq    məşğuldur  
uşaqlara....əllərinin birinin  üstünə  uşaqların birini  və o birinin üstünə  digərini 
mindirib , durur  ayağa  və  başlayır getməyə “. 
Anamın kiatbı”  pyesinin  janrını  M.Cəlil  “drama” kimi  təyin edib  və bu 
təyin      baş  konfliktin    sosial-  ictimai    səciyyələrinə    işarədir  və    dramtuqr    bu 
səciyyələri    əyaniləşdirib  “üçüncü  sosial    təbəqəyə    mənsub  olan  adamların  
həyatlarında  sarsıntılı , üzücü  əhvalatları olan  adamların  həyatlarında  sarsıntılı , 
üzücü    əhvalatları  “  ustalıqla    təsvir  edir.Maraqlıdır  ki,  elə    jnar    təyinində  
dramaturq    poetikasının    ikili    təbiətini  ,  əsaslarını    (“sehirli    seyr”  )  açıq-aydın  
bəyan  edir.”Anamın    kiatbı”    pyesinin    tam  janr  təyini    belədir  :  “  Drama,  dörd 
məclisdə”  .Başqa    məziyyətlərə    toxunmadan    burada    onu    qeyd  edək    ki,    bu 
təyində  iki  institussional  mədəniyyətin  ( Qərb  və Şərq )  mədəni  fenomenləri  
“drama”  və məclis  üzvi şəkildə  birləşdirilir .Zəhrabəyimin  məcaz kimi  işlətdiyi 
“  Bala  ,    ayaqlarının    altında  ölüm  ,  qardaşlarından  ayrılma  “    ifadəsi    dəhşətli  
dərəcədə  əyaniləşir :  zavallı  ana  gerçəkdən  övladlarının  ayağı  altında ölür.... 
Mirzə Cəlilin “faciə”  kimi təyin  etdiyi  yeganə  əsəri  birpərdəli” Kamança 
“  pyesidir.Bu      janr     təyini  “faciə,  1 pərdədə  “  –  yenə  də    müəllif    poetikasının  
mürəkkəb  quruluşunda  xəbər   verir.Sujetdən  bəllidir  ki, hadisələrin gedişatında  
heç kim  ölmür.Qəhrəman  yüzbaşı  kamançaçı  Baxışını  salamat  buraxmır,  yəni  


hadisə      müəyyən  məanada    “  xoşbəxt    sonluq”la    bitir.Amma    başqa    bir  qatda  
hadisələrin    dəhşətli  ,  amansız  ,  yəni    faciəvi    mənası  açıqlanır  .Əsərin    finalına  
diqqət  yetirək : 
“  Baxışı   qorxa-    qorxa   baxır   adamların   üzünə  , kamança   və örtüyünü  
götürür,  teaz  çıxır  gedir.Hamı    sakit    öz    fikirli    halətində    qalır  .(  qabatma 
mənimdir – M.Ə.) Qəhrəman  yüzbaşı  haman buyurduğu yerində  durub,  dinməz- 
söyləməz    baxır    Baxşı    gedən  tərəfə  .Bir  qədər  də  baxandan  sonra    qəməsini 
tullayır  yerə  və guya özü-özlüyünə deyir : 
Qəhrəman yüzbaşı : Eh, namərd dünya !...” 
Mirzə  Cəlilin  üç  iri  həcmli  komediyası    məhz    müəllif    tərəfindən    bu  cür 
təyin  olunub    və  yenə  də    hər  birinin    təyinində    Avropa    institussional  
mədəniyyətinin    termin-    anlayışı    yanında    Şərq    institussional    mədəniyyətinin  
kateqriyal  anlayışı istifadə  olunur : “ Ölülər – 4 məclis  və 4 pərdəli  komediya” , 
“  Danabaş    kəndinin    məktəbi”    komediya    4  məclisdə  ,  “Dəli    yığıncağı”  
komediya 5 məclisdə. 
Xatırlasaq  ki,    hər  üç  “komediyanın  “    problemi    heç    də    gülməli    deyil,  
xatırlasaq ki,  hadisələr  heç də “xoşbəxt  sonluqla “  tamamlanmır .Mirzə Cəlilin 
gizli  məqsədlərini , “ qəsdini “açıqlaya bilərik. 
Cəlil  Məmmədquluzadənin  ədəbi  poetikasının    N.V.Qoqolun  “fantastik  
realizmdən  “  təsirləndiyini    danmadan  (  bunu  ədibin    gizlətmirdi),  milli    teatr  
düşüncəsi    kontekstində  Mirzə  Cəlil  poetikasının    tam  müstəqiliyyini    və 
orijinallığını  xüsusilə  qeyd etməliyik. 
Yuxarıda  Mirzə  Cəlil    poetikasının    bazisli    əsaslarını    təyin  edərək  ,  
göstərdik ki,  burada konflikt  ekzistensionaldır.Pyeslərin  janr  təyinlərindən , sujet, 
dil- ifadə  vasitələrindən  açıqlanan  informasiya  aydın  göstərir ki,  personaj ları 
hərəkətə  gətirən    məhz    “  Əndişeyi-  zatdır  “.Bu    məqamın    nəzərə    çarpmadığı  
pyeslərdə (məs : “Kişmiş  oyunu “ və “ Yığıncaq” ), müəllifin  özünü  düşündürən  
məsələ    adi    gerçəklik  ,  məişət    hadisələrindən    qat-qat    dəri    və 
mürəkkəbdir.”Ölülər”  və “Dəli  yığıncağı”  komediyasında  isə  məsələ  birbaşa  


ekzistensional    qatda    həll    olunur  ,  fiziki      və  mənəvi    ölüm,    ağıl,  (məna  )    və 
dəliliyin (mənasızlığı)şərtliyi  heç də  əyləncəli  əhvalatların  mövzusu deyil. 
Mirzə Cəlilin  böyüklüyü  orijinallığı  da  məhz  ondadır  ki,  o,  göstərilən  
konflikti    xalis    səciyyələrində    realizə  etməkdən    daha  mürəkkəb    bir  üsula  
üstünlük      verdi:    ekzistensional    konflikt    zaman-  məkanda    səbəb-nəticə  
bağlılığında  ,  yəni  kauzal    konfliktin    formal  –məntiqi    çərçivələrində  
aktuallaşdırılır. 
Pyeslərin    janr    təsnifatına    fikir    verəndə    aydın    görünür  ki,    müəllif  
prinsipial  olaraq “komediya”   janrına  üstünlük verir.Bu hal təsadüfi  deyil : milli  
karnaval  estetikasını  ,  xalq  gülüş  mədəniyyətinin    çoxlaylı    struktur    qurumunu  
anlayıb-duyan    Mirzə  Cəlil    bilərəkdən    və  böyük    ustalıqla    gülüş  stixiyasının 
sistem    halında    cəm    olunan    kateqoriyanın    mabivalebtliyini  (ikili  təbiətini) 
əsələrinin  bazis    əsaslarına      daxil  etdi.Qısaca    bir  örnək    kimi  xatırladaq    ki, 
“Novruz  Bayramı” şənliklərində  oynanılan  “Kosanın  ölüb-dirilməsi”  qaravəllisi  
başdan    ayağacan  iki  təbiətlidir  :  burada    həm    ibrətamiz    gülüş  ,  həm  də  
təbiətlidir : burada həm  ibrətamiz  gülüş , həm də  təbiətin  ədəbi  qanunları  oyun  
sujetini  müəyyənləşdirir .Burada faciə ( ölüm)  və şənlik  (dirilmə) , ağıl, (məna)  
və  ağılsızlıq    (mənasızlıq),  varolma      və  heçlik    demək  olar  ki,    eyniləşir  , 
aralarındakı  fərqlər  nisbiləşir  və öz  mütləq  hökmlərini  itirir.Təbiətlə, varlıqla  
ilkəl  əlaqəsini itirmiş  insanlar   həm gülməlidir , həm  ağlamalıdır , həm günahkar, 
həm də qurbandırlar.Bu hal  həm təbii inkişafın  acı  nəticələrdir, həm də insanların  
mənəvi    naqisliyindən    doğur.Avamlıq    burada  heç  də    yalnız    intellektual  
səviyyəsini    meyarı    deyil.Bu    və  bu    kimi  ilkin    tezislərdən  çıxış  edən    sənətkar  
təbii ki, birmənalı  , səthi  ,  birqütblü    Dünya    mənzərəsini   yarada bilməzdi.Mirzə 
Cəlilin poetikası XX əsrdə  böhran  keçirən insan  düşüncəsinin  aynasıdır.Tsadüfi  
deyil  ki,  dahiyanə “ Ölülər “ pyesinin  epiqrafını Mirzə  Cəlil  çoxmənalı  sözlərlə 
verib...”Sehrli  seyr”    poetikası    bu  təhlildən    ötrü    “şəffafdır  “.Onun    hər    hansı  
kateqoriyasında    iki    məna    eyni    anda    sezisdir.Bu  mənada    Mirzə  Cəlil 
poetikasının personajları  eyni zamanda  ətli –qanlı , psixoloji  dürüstlüklə  təsvir 
olunan  insan xarakterləridir , həm də  Mirzə Cəlil  düşüncə  sisteminin  müxtəlif 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə