PƏRDƏ SALINIR
Mirzə Cəlilin “Lal “əsəri dram tariximizdə müstəsna haldır.Müəllif onun
janrını çox ümumi sözlərlə ( “Teatr üçün bir pərdə”)
ifadə etsə də , aydındır ki,
bu ilk və sonuncu
pantomim librettosudur.Bu əsərlərdə Mirzə Cəlilin teatr
düşüncəsi teatr sənətinin özünəməxsus təbiətini anlamağından xəbər verir .Yəni
Mirzə Cəlil çox gözəl bilirdi ki, teatrın öz “ xammalı “ vardır və “söz” onun
yalnıa tərkib hissəsidir.Mənalı və məntiqli hərəkətlərin nəticəsində yaranan hal
bütün poetik səciyyələrin əks etdirmək qüvvəsinə malikdir : nə “ intelligent
libasında bir müsəlman” , nə “mömin müsəlman taciri” , nə “ bir müsəlman
çinovniki” ağlayan uşaqların kövrək qəlblərini ovuda bilmir və gedirlər ,”
qalır
uşaqların yanında bircə lal.Bu nə zəngi eşitdi, nə əzanı : ancaq məşğuldur
uşaqlara....əllərinin birinin üstünə uşaqların birini və o birinin üstünə digərini
mindirib , durur ayağa və başlayır getməyə “.
“Anamın kiatbı” pyesinin janrını M.Cəlil “drama” kimi təyin edib və bu
təyin baş konfliktin sosial- ictimai səciyyələrinə işarədir və dramtuqr bu
səciyyələri əyaniləşdirib “üçüncü sosial təbəqəyə mənsub olan adamların
həyatlarında sarsıntılı , üzücü əhvalatları olan adamların həyatlarında sarsıntılı ,
üzücü əhvalatları “ ustalıqla təsvir edir.Maraqlıdır ki, elə jnar təyinində
dramaturq poetikasının ikili təbiətini , əsaslarını (“sehirli seyr” ) açıq-aydın
bəyan edir.”Anamın kiatbı” pyesinin tam janr təyini belədir : “ Drama, dörd
məclisdə” .Başqa məziyyətlərə toxunmadan burada onu qeyd edək ki, bu
təyində iki institussional mədəniyyətin ( Qərb və Şərq ) mədəni fenomenləri
“drama” və məclis üzvi şəkildə birləşdirilir .Zəhrabəyimin məcaz kimi işlətdiyi
“ Bala , ayaqlarının altında ölüm , qardaşlarından ayrılma “ ifadəsi dəhşətli
dərəcədə əyaniləşir : zavallı ana gerçəkdən övladlarının ayağı altında ölür....
Mirzə Cəlilin “faciə” kimi təyin etdiyi yeganə əsəri birpərdəli” Kamança
“ pyesidir.Bu janr təyini “faciə, 1 pərdədə “ – yenə də müəllif poetikasının
mürəkkəb quruluşunda xəbər verir.Sujetdən bəllidir ki, hadisələrin gedişatında
heç kim ölmür.Qəhrəman yüzbaşı kamançaçı Baxışını salamat buraxmır, yəni