Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə33/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   29   30   31   32   33   34   35   36   ...   54

yuxarı  intellektual      səviyyə  mütləq  şərtdir.Klassik    poeziyamızı      xatırlasaq  
görərik ki,  eyni vəziyyət orada da  mövcuddur:mükəmməl, fəlsəfi ,tarixi  , ədəbi  
bilgiləri  olmayanlardan      ötrü      Nizami  ,Nəsimi,  Xətai,  Füzuli  və  b.dahilərimizin 
əsərləri demək olar ki,  qapalıdır.Bu intellektual   ənənə   İslam  mədəniyyətindən 
qaynaqlanır  :  hədislərin  birində    Həzrət  Əlinin  Qurani-Kərim    hakkında    sözləri  
xatırlanır  .Həzrət  Əli   buyurmuşdu: 
 
Quranın  birinci    qatı    bütün    savadlılara    açıqdır  ,ikinci  qatı    mərifətə 
yiyələnmişlərə  ,  üçüncü  qat    agah    olanlara  ,dördüncü  qat    isə  bircə    Allaha 
bəllidir... 
 
Təbii  ki,bu  çox    dərin    mənalı    deyimdə  söhbət    ekzistensional    və  sokral  
qatlardan      gedir  ki,  onları  dərk    etmək    üçün  heç  olmasa    aktual(gerçək)  qatda  
sərbəst qavrayışa   malik  olmalısan.Bazis  dili Qurani-Şərif  olan   ənənəvi  İslam 
mədəniyyətinin    bir  özəl  cəhəti    də  ondan  ibarətdir  ki, burada  eyham  ,  işarə    çox 
böyük  rol  oynayır.Cavid  poetikasının  işsrələr sistemi . bədii-estetik  və mənəvi  
eyhaamları    ənənəvi    düşüncəni  çox  konkret      bir  səmtə  yönəldib  hər    hansı  
problem  –konflikti  ,sujeti  və    fabulanı    məhz  mənəvi    dəyərlər    sistemliyində  
anlayıb  dəyərləndirməyə    dəvət  edir.Fikrimizə    qayıdıb    təkrar  edək    eləyək  ki,  
məhz bu səbəbdən  Cavid  poetikasının  konflikti  geniş  kütlələrin   qavrayışı üçün  
qapalı  deyil    :yetər  ki,  ənənvi  mədəniyyətin    kontekstində    duyum-düşüncə 
kontekstində    duyum-düşüncə      üsuluna  sahib    olasan  .Bu    mənada    Cavid  
poetikasının    müəyyən    mürəkkəbliyini    danmadan    onu  elitar    ,  ezoterik(qapalı)  
adlandırmaq  olmaz. 
 
Cavid    poetikasının    ədəbi  sintaksisində  “Osmanlı  ləhcəsi”nin    aparıcı  
mövqeyi    də  onun  romantik    vüsəti    ilə    izah    oluna    bilər  :qeyri-adi    adamların  
qeyri-adi    vəziyyətlərdə    qeyri-adi    dilləri  də    olmalıdır.Füzuli  və    Xətainin  
sintaksisini  xatırlasaq ,görərik ki,  burada məhz  ərəb-fars  ibarələri ,stilistik  və 
qrammatik    formaları  ,ahəng    özəllikləri    “sehr”  başlanğıcını    birə    on  artıran   
amillərdir.H.Cavid  də bu  yolla  getsəydi (bunun  üçün  isə onun  hər cür imkanları  
var idi),bu  anoxronizmə  (zaman  içində əksiliyə ,uyğunsuzluğa) gətirib  çıxarardı 
və yeni çağların  yeni  məqsəd  və vəzifələrinə  zidd  olardı.”Osmanlı  ləhcəsi” isə  


həm  qeyri-adiliyi    gücləndirib  ,həm  də  ənənəvi    Azərbaycan    mədəniyyətinin    üç  
mədəniyyətin  qovuşacağından    faydalanmasını    açıq  formada      təsdiqləyir  :üç  
mədəniyyətin    səlahiyyətli    nümayəndəsi      olan    H.Cavid    onları    geniş    Dünya  
mədəniyyətinə  qovuşdurmaq  məqsədiylə  özünü  Dünya  vətəndaşı elan etdi.Odur 
ki,  poetikasının    elmi-fəlsəfi  qatında    klassik  Qərb    fəlsəfi  düşüncəsinin    bir  çox 
ümumbəşəri  əhəmiyyətli  problem  və məsələləri  öz yaradıcı əksini  tapıb. 
 
Bolşevizmin    təcavüz  nəticəsində    düşüncəmiz    çox  ağır  zərbələr  
alıb.Onlardan    birisi  sənət  düşüncəmizin    son  dərəcə  adiləşdirilməsi  , 
bəsitləşdirilməsi    fəLkətidir  ki,    bunun  da    nəticəsində  Cavid    poetikası  
antidemokratik , sinfi baxımdan xalqa yad , ideoloji baxımdan isə  ziyanlı , düşmən 
elan  olundu.”Prolet-kult”  ideologiyası    baxımından    Nizami  ,Xətai,  Füzuli  
yaradıcılığı    da  mürəkkəb  və  anlaşılmazdır  .”Sosrealizm”  təliminin    başlıca 
kateqoriyalarına cavab verməyən  Cavidin idealistliyi  əslində ən ali  İdeala  aparan 
yaradıcı    yoldur.Bu  mənada    onun  əsərlərini  “qavrayış  üçün    mürəkkəb    olan” 
əsərlər    siyahısına    salamaq,ilk  növbədə    ənənəvi  mədəniyyətimizin  intellektual  
potensiya    və    imkanlarını    süni  şəkildə  alçatmaq    deməkdir.”Sehr”  poetikasıının  
qavrayışı  üçün    bircə  tutarlı    əngəl  var  :bu  poetikaya    yanlış  qənaətlərə  gəlmək  
olar  .M.F.Axundovun    Füzuli    və  Rumi    yaradıcılığına    verdiyi  mənfi  qiymət  
məddəniyyətimiz  üçün    ibrət  dərsi  olmalıdır.H.Cavidin  yaradıcılığının      məhsulu 
olan tam  mənada  bitkin  “sehr  poetikası”   nəticə etibarı ilə  milli teatr  prosesinin  
son  dərəcə  güclü    dinamikasından  xəbər    verir.Belə  ki,    Dünya  teatr  prosesini   
təşkil  edən    Avropa    teatr  düşüncəsinin    yüzilliklər  sərf    etdiyi    işi    milli  teatr 
prosesinin    Cavid  mərhələsi    eyni  zamanda    teatr  düşüncəmizin    dünyaya, 
inkişafa  ,faydalanmağa  ,  mənimsəyərək    prinsipcə    yeni    nümunələr    yaratmaq  
tendensiyalarına  açıq  olmasını təsdiqləyir. 
 
İnkişaf  etmiş    dünya  mədəniyyətlərində      teatr    düşüncəsinin    “sehr  
poetikası”na    yiyələnməsi    həmin    mədəniyyətlərin    yüksək    elmi  –fəlsəfi  , 
mənəvi  ,təşkilati    və  s.  səviyyələrinin  göstəricisidir,çünki  mücərrəd      düşüncə 
yalnız    yüksək  səviyyəli    cəmiyyətlərə    məxsusdur.Doğrudur    demək  olmaz  ki,   
avropada  ekzistensional   konfliktləri həll edən    əsərlər  geniş   populyarlığa    malik 


idi,  əksinə  ,bu  tipli  əsərlər  mədəniyyətin  daxili  iyerarxiyasını    qurub,ibtidai,  orta  
və  yüksək,elitar    qatlarını  müəyyən    edirdi.Avropa    mədəniyyəti    və  teatr  tarixi 
göstərir  ki,    bu  cür  təbəqələşmənin  heç  bir  ziyanı  yoxdur  :üzvi    teatr    prosesi 
axarında aşağıdan  yuxarıya hərəkət meyilləri  nəzərə çarpan  dərəcədə hər  hansı 
mədəniyyəti  qutlandırır, yəni dünən  ibtidai olan hal  bu gün  orta səviyyəyə qalxır 
və sabah  dahi ali pilləyə  qalxmaq potensiyasını itirmir və bu əslində  ədəbi olan 
proses  mexaniki,zorla  müdaxiləyə dözmür. 
 
Cavid    poetikası  milli    teatr    prosesimizin    dinamikası  ,  üzvi    inkişafı    və 
perspektivlərindən    xəbər  verən    mədəniyyət    və  incəsənətimizin    ən  parlaq  
fenomenidir.....  
 
 
 
 
 
 
 
  
3.AZƏRBAYCAN  MİLLİ TEATR PROSESİNDƏ 
                                 “SEHRLİ  SEYR “ POETİKASI  
 
                                        “Çaynik “(Ağlayır):düşdü  daş  başıma ,yıxıldı evim! 
                                           Heç rəvadır ki, mən bu yaşda ölüm? 
 
                                                                                     C.Məmmədquluzadə 
 
                                                                                                “Çay dəsgahı” 
Bir mədəniyyətin  kontekstində  müxtəlif  prosesləri  araşdırarkən hər hansı  
tədqiqatçını    önündə    prosesləri    araşdırarkən    hər  hansı    tədqiqatçının    önündə  
metidiliji  üsul    və  mexanizmlərin    dəqiqliyi      məsələsi  durur.Çünki  gec  ya  tez, 
metodoloji problemlər   əldə  olunan qənaətlərin  elmi dəqiqliyinə də  təsir göstərib  
onları etibardan  salmaq təhlükəsini  yaradır. 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə