Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə32/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   28   29   30   31   32   33   34   35   ...   54

personajların  dili, həm də  dialoqların kompozisiya  quruluşu  ritmik  prinsiplərlə  
əldə olunur .Məsələn: 
 
“Şeyda ...Bu gün  Yusiflə  Musanın  boğazlandığını  görüb də  qoyun sürüsü  
kimi  kənardan  seyr  edirsiniz;    halbuki    həpiniz  ,əvət,  həpiniz    bu  qanlı  ,  bu 
uçurumlu  keçiddən      keçməyə  məcbur  olacaqsınız.Əfsus  ki,  son  fəryad  heç  bir  
fayda verməyəcək. 
 
 
Birinci mürəttib. Nə yapmalı , əfəndim, nə yapmalı? Həpimiz aciz , həpimiz 
gücsüz... 
 
İkinci  mürəttib. Ah, bu istibdad  qorxusu ilə  keçinmək  bəlası  olmasaydı!... 
Bu    parçadan  göründüyü  kimi    nəsrlə  yazılan    əsərlərin    dili    heç  də  məişət  dili 
deyil , onun daxili  ritm quruluşu , özünəməxsus  melodikası  və müəyyən ahəng  
qanunlarıyla    yaradılan  özəl  arxitektonikası    mövcuddur.Bu  da    konfliktin  
ekzistensional  xassəsinə  güclü  işarədir. 
 
Əsərlərin  nəzm və ya nəsrlə  yazılma sistemliyini  araşdırarkən  burada da 
vahid  düşünülmüş    prinsip  aşkarlanır:  faciə  və  dramların    konfliktlərini 
ekzistensional  mənada  qabartmaq  üçün  H.Cavid bir  qayda olaraq nəzm  üsuluna  
müraciət  edərək  “  Şeyx  Sənan”,  “Uçurum”,”İblis”,”Peyğəmbər”,”Səyavuş”  və” 
Xəyyam”  əsərlərini    nəzmlə    yazır.Yuxarıda    verdiyimiz  janr    və  kompozisiya  
təsnifatlarına    müraciət  etsək  ,  görərik  ki,    bu  əsasən      faciələr    və  “cüt” 
kompozisiyasına  malik əsərlərdir. 
 
Göstərilən  əsərləri örnək  götürsək  aydın  görərik  ki,  buradakı  hadisələr 
(sujet) bədii  zaman  içində  qeyri-Aristotel (qeyri-formal)  məntiqiylə  inkişaf edir  
və  bədii  təxəyyülün    tələbləriylə  intriqa    gərginliyi    müxtəlif  və    çoxsaylı  
haşiyələrlə  -daxili  monoloqlar,düşüncələr  ,  fəlsəfi  mübahisələr  və  s..növ  ədəbi 
priyomlarla    zəiflədir.Təbii  ki,  bu  hal    peşəkar    naşılıqdan    doğmur  :  “seyr” 
poetikasından  fərqli olaraq  “sehr” poetikası  qoyulan  ekzistensional  məsələləri 
birgə həll etməyə “ dəvət” edir.Bu iş isə  tələsik  görülə bilməz.” Aşağı  janrlardan 
“ götürülən  “macəralı” fabulalar ümumi  prosesi  tənzimləyir, onun karkasını(əsas  
çevrəsini)  təşkil    edir.Əsl    məqsədlər    isə    onların  “bətnində”olan  üzvi    bədii-


yaradıcı  prosesin    nəticəsində    doğulmalıdır.Zamanla  sərbəst    mnaipulyasiyalar  
ənənəvi    sənət  təfəkkürünün    qəbul  olunmuş    priyomudur  və  nəzm  strukturunda  
vərdiş    edilmiş    psixoloji  qavrayış    müxanizmlərinə    malikdir.Hər  hansı  zaman  
növləri  (gerçək,  tarixi,  əfasnəvi      vəs..)  burada  nisbi    və  şərti    anlayışlardır  ,  bu 
müəyyən    relyativist  (  nisbi)  zaman-məkanda    zamanın  mütləq    və  obyektiv  
səciyyələrini  az  qala  heçə  endirən    yenə  də    ekzistensional    konfliktin    fəlsəfi  
kateqoriallığıdır. 
 
Məkanın  dekorativ  ,  ornamental    funksionallığı    Cavid  romantizmindən 
qaynaqlanır    :  qeyri  –adi  qəhrəmanlar  təbii  ki,    qeyri-adi  məkanlarda    qeyri-adi 
vəziyyətə düşə bilərlər.Bu “ qeyri –adilik” müxtəlif dərəcəli , müxtəlif  formalı ola 
bilər , amma bir qayda olaraq  burada fiziki məkanın  obyektiv  göstəriciləri  şərt  
deyil.Başlıcası  odur  ki,    məkan  ekzistensional    konfliktin    realizəsinə    mane 
olmasın. 
 
Əsərlərin  mövzu    və  tipoloji    analizi    göstərir  ki,    H.Cavidin  bir  aparıcı  
mövzusu  var  idi  və  o,    bu  mövzunu    müxtəlif  rakurslardan,  aspektlərdən  
dramaturji  təhlilə  çəkib   müxtəlif  formalarda  aktuallaşdırırdı.bu aparıcı  mövzu  
peyğəmbərlik  mövzusudur  ki,    “  sehr  “poetikasının    özülünü  ,  yaradıcı  
potensiyasını  müəyyənləşdirir.Cavid  poetikasının  müsbət  qəhrəmanı elçidir-yeni  
düşüncənin  ,  yeni  əqidənin  ,  yeni  mənəvi  dəyərlərin    və  yeni  münasibətlərin 
elçisi .Cavid mənəvi-estetik dəyərlər sisteminin  tanrısı  gözəllik və sevgidir.Daha 
doğrusu  ,  gözəllik  və  sevgi    mütləq  ideya  ,  mütləq  varlığın   
manifestassiyalılarıdır.Manifestassiyalılar    müxtəlif    formalarda  özlərini 
aktuallaşdıra bilir, amma hər zaman ali meyar gözəllik  və sevgini  yaradan  mütləq 
yaradıcı    Allahın    özüdür!  Burada  Cavid  düşüncəsi    ortodoksal  islamın  
konfessional    konsepsiyalarıyla    təzad  təşkil  edir  və  daha  çox    mistikaların 
germetik, ezoterik (qapalı, gizli)  təlimləriylə  əlaqəli  olduğundan xəbər verir.Baş  
qəhrəmanla    bağlılıqda    başqa    personajların  tipologiyası    müəyyənləşir  :I  tip-
peyğəmbərin    qatı    düşmənləri  ;  II  tip  –peyğəmbərin    bilincsiz  (təsadüfi)  
düşmənləri  ;III    tip    peyğəmbərə    şübhə    edənlər  ;IV  tip  –peyğəmbərə  loyal    və  
neytral   olanlar  ;Vtip-  peyğəmbərə    rəğbətlə    yanaşanlar    ;VI  tip- peyğəmbərlərin 


tərəfdarları;  VII  tip-peyğəmbərin  həmfikirləri,VIII tip-peyğəmbərin  fədailəri ;IX  
tip-  peyğəmbərin oxşarı  və  nəhayət   X  tip-peyğəmbərin sevgilisi. 
 
Bu    tipoloji    təsnifatda  ötərgi,köməkçi    funksyalar      daşıyan  personajlar  
nəzərə alınmır.Hərçənd ki,onları  da Cavid  bu sistemin   məntiqiylə dəyərləndirir, 
çünki  hər  halda  heç  bir  personaj    ekzistensional    konfliktin  cazibə  dairəsindən  
kənarda  qalmır.Ortodoksal    doktrinalara    tam  tərs  olaraq    Cavid    poetikasında 
“peyğəmbər”    termin-anlayışı    birbaşa    dini-ənənəyə  bağlanmır,  bu  yalnız  
“Peyğəmbər” dramında  eyniləşmiş  formada  mövcud   olur, başqa  əsərlərdə bu 
şair,  gözəl    qadın  ,  nəcib  zadəgan  ,şeyx  ,  sərkərdə  ola  bilər    və  Cavidə    görə bu  
qəhrəmanların    bəyan  etdikləri      və  gerçəkləşdirməyə    çalışdıqları    mənəvi  
dəyərlərlə  “cümlə  xəyanətlərə  bais”insanların  naqis    ,mənfi  ,yırtıcı  ,eqoist  
dünyagörüşləri    arasında    konfliktin  yaranması    labüddür.”İblis”  pyesinin  mifik 
qəhrəmanı  da  elçidir  –  bu  priyom  ənənəvi    düşüncədən  ötrü    nə  qədər  
gözlənilməzdirsə  ,dünya  sənət    təfəkküründə  sınanılmış  üsuludur.  “Faust”un  
qəhrəmanı    Mefistofel    özünü    təqdim    edərək      deyir:”Mən    şər  əməllər      üçün 
yaranmış ,fəqət  daimə  xeyir  yapan  qüvvəyəm...” 
 
Cavid  poetikasının  qəhrəmanlarına   fəlsəfi sistemli  prizmasından  baxanda  
onların  fəlsəfi alleqorik  təbiəti  aşkarlanır :”sehr” poetikasında  ətli-qanlı , məişətə 
bağlı adamlar  üçün yer  yoxdur ,onların hamısı personifikassiyalaşdırılmış  fəlsəfi  
kateqoriyalar  olaraq    “Əndişeyi  –zat”  prosesinin    formal  səciyyələrini  
gerçəkləçdirən funksyalardır.Buna görə Cavid   poetikasında   xarakterlər hakkında  
danışmaq  düzgün olmazdı, necə ki,”Kitabi Dədə qorqud”dastanları  və ya “ Leyli 
və  Məcnun”nın  personajlarını  psixoloji xarakterlər  adlandırmaq  elmi  baxımdan  
korrekt olmazdı. 
 
“Sehr”    poetikasının    konflikti    ekzistensional    olduğuna    görə    burada 
intellektual  (diskursiv)  və  intuitiv    qavrayışlar    mürəkkəb    iyerarxiya      sistemini  
yaradır:intellektual      səviyyəsi    yüksək      olmayanlar    intuitiv      qavrayışla  
kifayətlənərək    içlərində    yaşadıqları    ekzistensional  konflikti    dərk    edib,  onun  
dərin  psixoloji  həlli  ilə  əngəlsiz  məşğul  ola bilərlər .Amma  bu konfliktin hər 
üç   qatını  (ekzistensional  , aktual   və     sokral)  anlamaq  və   heç   olmasa  ortadan   


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə