Teatr: Seyr və sehr



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə40/54
tarix07.08.2018
ölçüsü1,35 Mb.
#61023
1   ...   36   37   38   39   40   41   42   43   ...   54

mətləblərə toxunmadan  bu cür şəraitdə  yaranan  poetikadan daha çox  barışdırıcı , 
sosial  tolerantliq  (dözümlülük)  və  dil-ifadə    vasitələrində    “Ezop    dilinin 
“elastikliyi  tələb  olunurdu.Bakıxanovun  ,M.F.Axundovun  ,  Vazehin  ,Zakirin    çar 
müstəmləkə  siyasətini  və  onun  əsl  mahiyyətini    anlamamaqlarını    düşünmək  
bağışlanmaz  sadəlövhlük  olardı,  əks təqdirdə onların  işıqlı zəkasına  şübhə ilə 
yanaşmalıyıq.Qətiyyən  inanılası    deyil  ki,  onlar    bu  müstəmləkəni  ürəkdən  
bəyənərək , onun könüllü təbliğatçıları  və tərənnümçüləri  olmuşlar :  azadlıq  və 
milli  ləyaqət    ,  dövlətçilik  və  tərəqqi    ideyaları    ənənəvi    İslam    və  türk 
düşüncəsinin    dəyərlər    sisteminin    ali  kateqoriyalarıdır.Burada    fransız    deyimi  
yerinə  düşər  :  “iki  şərdən  həcmcə  az  olanı  seçərlər  “.M.F.Axundov  poetikası 
gerçəklikdə    daha  az    görünəni    seçdi    ,Azərbaycanın    svilizasiyaya    qovuşmaq 
imkanını  Rusiya ilə bağladı və  özünəməxsus  formada realizə etdi.... 
Hər  halda  XIX  yüzilliyin   birinci yarısında Azərbaycanda xalq musiqisi , 
təsviri  və  tətbiqi  incəsənət  ,  memarlıq  inkişaf  edir,  teatr  sənəti    sahəsində  ilk 
addımlar  atıllırdı.Şuşa  ,  Lənkəran    və  Şamaxı    şəhərlərində  teatr  tamaşaları  
qoyulurdu. 
M.F.Axundovun    dramaturji    yaradıcılığını    ideoloji    çərçivələrə  
baxmayaraq,  dərindən    və  hərtərəfli  araşdıran    görkəmli    alimimiz  C.Cəfərov 
yazır : ...Azərbaycanda  teatr   yaranması heç  də gözlənilməz və təsadüfi  bir şey 
deyildi; 1873 cü  ildə  oynanan  ilk Azərbaycan tamaşası  mədəni mühitdə   çoxdan 
hazırlanmaqda  olan    qanuni    hadisə    idi  ki,  bu  hadisə  tarixin    hökmü    üzrə  
Axundovun  adıyla    bağlanmaya  bilməzdi.1873-cü  ildə    mart    və  iyun    aylarında  
göstərilən  “Lənkəran    xanln  vəziri”    və  “  Hacı  Qara”  tamaşaları  ilə  həm  
Azərbaycan  teatrının  ,  həm  də  Axundov  pyeslərinin    milli  səhnəmizdə  tarixi  
başlayır.Daha    sonra    C.Cəfərov    çox    haklı    olaraq    M.F.Axundov  
komediyalarının səhnə  tarixinin az  və səthi  öyrənilməsindən  gileylənir , bununla 
yanaşı    bu  əsərlərin    meydana  çıxması    zamanı    siyasi  –  ictimai    vəziyyətin  də 
önəmli  amil  olduğunu qeyd edir. 
Bütövlükdə  Rus  imperiyasında  olduğu kimi ,XIX  yüzilliyin  ikinci yarısı  
Azərbaycanda  da  burjua    islahatlarıyla    səciyyələndi  :  kəndli  izahatı    da  (1870),  


məhkəmə  islahatı  da  ,  idarəetmə  islahatları    da  (  1878)  yerlərdə    yalnız  
müstəmləkə  hakimiyyətini  möhkəmləndirmək   məqsədi  güdürdü.Məqsədlərinə   
nail    olan    metropologiya    müstəmləkələrdə    cəmiyyətin  daha  da    qütbləşməsinə  
təkan verdi , antoqonist  siniflər  yarandı, 
XIX  əsrin  70-ci illərində neft  verən torpaqlar qruplara   bölünüb  müzaidə 
(auksion) yolu  ilə  kapital  sahiblərinə  icarəyə  verildi.1870-1880-ci  illər arasında  
neft    çıxarılması    10  dəfə    artdı  ,  az  müddətə    Bakıda      onlarla    neft  sənayesi   
milyonçuları  meydana   çıxdı ki,  onların  arasında  azərbaycanlı  kapitalistlərdən  
H.Z. Tağıyev  , Musa Nağıyev , M.Muxtarov .Ş.Əsədullayev   və başqaları  da  var 
idi.Azərbaycanın  başqa  bölgələrində inkişaf  edən sənaye   sahələrində  meydana 
çıxan zənginlərlə  birlikdə  onlar  milli  burjuaziyanın  ilk nəsli  kimi  formalaşdılar  
və həyatın  müxtəlif  sahələrinə  təsir etməyə  başladılar.H.Z.Tağıyev öz kapitalını  
təkcə  neft    sənayesinə    deyil,    yeyinti  ,  tikinti    sənaye      sahələrinə  ,  hətta  kənd  
təsərrüfatına  da qoyuldu .” H.Z.Tağıyev Azərbaycan  burjuaziyası nümayəndələri 
arasında  Azərbaycan  iqtisadiyyatının  müstəmləkə  xarakterinə  zərbə vuran  , onu 
sındıran    kapitalist    olmuşdu  ,”    xalqımızın    maariflənməsində    öz    kapitalı    ilə 
mühüm  rol  oynamış    H.Z.Tağıyev    teatr  binasını  tikdi(1883-cü    ildə  -M.Ə.)  .Bu  
hadisə Bakıda  teatr  sənətinin  inkişafına  təkan  verdi  və tezliklə  dramaturqlar  
və  artistlər    nəslinin    yetişməsinə    səbəb  oldu.Buradaca  qeyd  etmək    lazımdı  ki, 
“Azərbaycanda  kapitalizmin  inkişafı burjuaziya  ilə eyni  vaxtda  fəhlə  sinfinin  
meydana  çıxıb  təşəkkül      tapmasına    səbəb    oldu”  və  “  sinfi  mübarizə”    ideyası  
milli düşüncəmizə  yol açdı. 
İndi    isə  teatr  prosesinin    bəzi  xüsusiyyətlərinə    diqqət    yetirək    :  teatr 
sənətinin ədəbi əsasının  (pyesin) ilk nümunəsinin  yaranışından  (1850) iyirmi  il 
sonra  o, (1873)  həvəskarlar tərəfindən  səhnədə gerçəkləşdirilir .Bu hadisədən də   
on  il  sonra  (1883-cü  ildə    Tağıyev  peşəkar    teatr    binasını    tikdirdirəndə)  teatr 
institussional    təzahür    və  təcəssümünü    tapır.Göründüyü  kimi  poetikanın    ədəbi-
nəzəri    cəhətdən    yaranması    və  realizəsi    arasında  30    il  var!  Təbii  ki,    bu  30  il  
ərzində  baş vermiş  mahiyyətcə  inqlabi olan (  feodallıqdan  kapitalizmə  keçid)  
siyasi-iqtisadi    tarixi    hadisələr  milli    düşüncəmizi    və  sənət    təfəkkürümüzü    də 


keyfiyyətcə    dəyişmişdi.”Azərbaycan    sosial-  iqtisadi    və  siyasi    həyatında    baş 
vermiş    dıyişikliklər  ,  ədəbiyyatda  da  öz    əksini    tapmışdı.Artıq    ədəbiyyatda  
aparıcı    cərəyan    realizm    idi  ki,  bu  da  demokratik    və  maarifçilik    ideyalarının 
təbliğini  ,  ədbiyyatda    sosial  həyatla    bağlı  mövzular    yer    verilməsi    uğrunda  
mübarizəni  ,  xəlqilik    ideyalarının    müdafiəsini    qarşısına  məqsəd 
qoymuşdu”.Bunu nəzərə  alsaq  deyə bilərik ki, “Axundov  poetikası”  əslində öz 
ilkin  təcəssümü  deyil,  dövrlə bağlı düşüncələr  və məqsədlər baxımından  yozum 
idi.Bu  yozumun özü də  bəlli səbəblərdən tam mənada sərbəst  , yalnız poetikanın  
yələblərinə    uyğun    şəraitdə    realizmə    olunmamışdı.  Tarixçilər  də    bu  dövrün  
mürəkkəbliyini  qeyd  edir  :  “  Bu    dövrdə  Azərbaycan    tarixinin    bir  sıra  
məsələlərinə    dair    rus    müəlliflərinin    də  əsərləri    çap  olunmuşdu.Bu  əsərlərdə  
çarizmin    müstəmləkəçi  siyasətinə    bəraət    qazandırılmasına    baxmayaraq 
(  qabartma  mənimdir  –  M.Ə.)  ,  onlarda    xalqımızın    sosial  –  iqtisadi    və  siyasi   
tarixinə  dair verilmiş  materiallardır ,  söylənilmiş  mülahhizələr  qiymətlidir.”  
Çarizmin  siyasi- ideoloji  sisteminə  bəraət qazandıran  və onun müəyyən  
müsbət amillərinin  göstərən liberal  -demokratik , maarifçi- millətçi  ideologiyanın  
yaranmasını  tarixi zərurət  kimi qəbul etmək  və başqa dünya müstəmləkələrinin  
tarixində  anologiyalar    görmək  mümkündür  .Bu    mənada  maarifçi    demokratları  
çox böyük şərtiliklə  inqlabçı adlandırmaq  olar :  onların başlıca  məramı  mövcud 
olan  sistemin    çərçivəsində    demokratik    islahatlar    yoluyla    milli  düşüncənin  
inkişafını    təmin  etmək  idi  (  Burda  “insan    sifətli  sosializmin”təəssübkeşlərini  
xatırlamaq olar ...) 
“Axundov poetikası”nı  klassik  örnək kimi  götürən  demokratik maarifçilər  
yuxarıda  göstərilən  ideya və  idealları   təbliğ və  tərənnüm  etmək üçün  ənənəyə 
söykənib , onun yeni mərhələsini  təşkil etmək uğrunda   mübarizəyə başladılar . 
Bu mübarizənin bir özəlliyinə  diqqət yetirək : milli azadlıq  hərəkatlarının  birinci 
mrəhələsi  bir  qayda    olaraq  milli  düşüncənin    başlıca    səciyyələrini  (dil,  milli  
identifikassiya  –özünü  təyin  ,  tarix  və  ədəbiyyat)  müəyyənləşdirməklə  
başlayır.Hələ  M.F.Axundovun    vaxtında    bu  məsələ    çox    mürəkkəb  idi  :İslam 
dəyərlər    sistemində    “milli  “    məfhum    dini  mənsubiyyət    içində  əriyir  , xalq  öz 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə