- 55 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 3 (68)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 3 (68)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 3 (68)
ƏFRUZ NƏSİROVA
AMEA Naxçvan Bölməsi
E-mail: anasirli@inbox.ru
UOT: 581.1
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏRAZİSİNDƏ YAYILMIŞ CAMPANULACEAE
JUSS. – ZƏNGÇİÇƏYİKİMİLƏR FƏSİLƏSİNƏ DAXİL OLAN BİTKİLƏRİN ŞAQULİ
ZONALLIQLAR ÜZRƏ YAYILMA QANUNAUYĞUNLUĞU
Naxçıvan MR ərazisində Zəngçiçəyikimilərin rastgəlmə tezliyi, yüksəklik zonaları üzrə
paylanma qanunauyğunluğu, alçaq dağlıq, orta dağlıq və yüksək dağlıq qurşaqlarında yayılma
dərəcələri müəyyən edilmişdir. Tədqiqatlar zamanı yalnız bir qurşaqda rast gəlinən növlərin sayı
alçaq dağlıq qurşaqda 2 [Campanula massalskyi Fomin, M. Laevigata Vent.] və yüksək dağlıqda 2
[C. tridentata Scherb., A. Amplexicaule (Willd.) Hand. – Mazz.] növ olmuşdur. Bundan başqa,
alçaq dağlıq-orta dağlıq üçün ümumi olan 3 [C. glomerata L., C. karakuschensis Grossh., C.
propinqua Fisch. & C. A. Mey.], orta dağlıq-yüksək dağlıq üçün 7 [C. latifolia L., C. bononiensis
L., C. coriaceae P. H. Davis, C. zangezura (Lipsky) Kolak. & Serdyuk., C. bayerniana Rupr., A.
campanuloides (Bieb. ex Sims) Boenm., A. rigidum (Willd.)], alçaq dağlıq-yüksək dağlıq üçün 1 [C.
daralaghezica (Grossh.) Kolak. & Serdjukova.] və hər üç qurşaq üçün isə 3 [C. rapunculoides L.,
C. stevenii Bieb., A. pulchellum (Fisch. & C. A. Mey.)] növ müəyyən olunmuşdur.
Açar sözlər: Campanulaceae, yayılma, cins, növ, zona, aşağı, orta, yüksək
Key words: Campanulaceae,spreading, type, species, zone, low, middle, high
Ключевые слова: Campanulaceae, распространение, род, вид, зона, нижний, средний,
высокий
Yer üzərində yayılmış bitki örtüyünün öyrənilməsi, floristik tərkibinin müəyyən edilməsi və
mühafizəsinin təşkili daim diqqət mərkəzində olmuşdur. Kiçik Qafqazın cənub-qərb qurtaracağında
yerləşən və tipik dağlıq ölkə olan Naxçıvan MR çox mürəkkəb təbii coğrafi şəraitə malikdir.
Relyefi əsasən düzənlik və dağlıq hissələrdən ibarətdir, dəniz səviyyəsindən orta yüksəkliyi 1400
m-ə bərabərdir. Ərazinin mütləq yüksəkliyinin amplituda fərqi 600 m-lə (Kotam kəndi) 3906 m
(Qapıcıq zirvəsi) arasındadır. Respublikanın ən alçaq sahəsi hesab edilən Arzaboyu düzənliyin orta
yüksəkliyi 800 m-ə yaxındır (1, s. 23). Kəskin kontinental iqlim, yağıntıların azlığı, sutqalıq və illik
temperatur amplitudunun yüksəkliyi Naxçıvan MR-də bitki örtüyünün formalaşmasına təsir
göstərən başlıca amillərdir. Ərazinin flora zənginliyi Aralıq dənizi və Ön Asiya o, cümlədən İran
florası ilə sıx əlaqədə olması ilə izah olunur. Dağlıq relyef torpaq, iqlim və bitki örtüyündə şaquli
zonallığın yaranmasına səbəb olmuşdur.
Campanulaceae Juss. fəsiləsinə daxil olan bitkilərin şaquli qurşaqlar üzrə paylanması
qanunauyğunluqları diqqət mərkəzində olan məsələlərdən biridir. Bununla əlaqədar ədəbiyyatlarda
bəzi məlumatlar verilsə də, hələlik bu məsələ tam araşdırılmamışdır. Bu məqsədlə Naxçıvan Muxtar
Respublikası ərazisində yayılmış Zəngçiçəyikimilər fəsiləsi bitkilərinin müxtəlif qurşaqlar üzrə
yayılma qanunauyğunluğunun öyrənilməsi məqsədilə 2012-2014-cü illər ərzində Bioresurslar
institutu tərəfindən və sərbəst şəkildə təşkil edilmiş ekspedisiyalar üzrə bir sıra marşrutlar
edilmişdir.
Naxçıvan MR ərazisinin relyefi maili düzənliklərdən, alçaq, orta və yüksək dağlıq
qurşaqlardan ibarətdir. Maili düzənliklər ərazinin ən alçaq hissəsi olan (600-1200 m) Arazboyunu
əhatə edərək şimal-qərbdən cənub-şərqə doğru dar bir zolaq şəklində uzanır. Bu sahənin ən geniş
yeri şimal-qərbdə 20 km, ən dar yeri isə cənub-şərqdə 4-5 km-dir. Arazboyu başlıca olaraq Sədərək,
- 56 -
Şərur, Böyükdüz, Naxçıvan, Culfa və Ordubad maili düzənliklərindən ibarətdir ki, bunlar da əsasən
dördüncü dövrün allüvial, allüvial-prollüvial çöküntülərindən və qismən üçüncü dövrün gillərindən,
qumdaşlarından, mergellərdən əmələ gəlmişdir. Burada eroziya – akkumlyasiya və arid denudasiya
mənşəli relyefəmələgətirici proseslər üstünlük təşkil edir (1, s. 38).
Arazboyu düzənlikdən şimala doğru 1000-1500 m mütləq yüksəklikdə alçaq dağlıq sahə
başlanır. Qaraçoban, Tənənəm, Tazıuçan, Duzdağ, Cəhriqaşı və s. maili düzənlikləri buraya
daxildir. İstər Arazboyu və istərsə də alçaq dağlıq sahələrdə gilli süxurlar geniş yayılmışdır.
Bildiyimiz kimi, bu süxurlar eroziya proseslərinin dağıdıcı təsirinə məruz qalır və alçaq dağlıq
zonada meylli yamaclarda eroziya nəticəsində əmələ gələn novalar onun şiddətli parçalanmasına
səbəb olur. Nəticədə bendlend relyef forması əmələ gəlir. Bu relyef forması alçaq dağlıq zonanın
yamacları üçün xarakterikdir. Duzdağ, Ağqaya sahəsini, Badamlı rayonunu və s. buna misal
göstərmək olar (1, s. 38-40).
Alçaq dağlıq zonadan şimalda 1500-2300 m mütləq yüksəklikdə orta dağlıq qurşaq
yerləşmişdir. Bu qurşaq şimal-qərbdən başlayaraq çox da geniş olmayan sahə şəklində cənub-şərqə
doğru uzanıb tədricən genişlənir. Ərazi üçün dərin dərələr, sıldırımlı yamaclar, kiçik dağarası
çökəkliklər və şiddətli parçalanma səciyyəvidir. Orta dağlıq qurşaqda Şada, Badamlı, Paradaş və
başqa dağarası çökəkliklər yerləşir. Bu qurşaq bir sıra çayların (Arpaçay, Naxçıvançay, Əlincəçay,
Gilançay, Vənəndçay, Əylisçay, Ordubadçay və s.) fəaliyyəti nəticəsində şiddətli parçalanmışdır.
Orta dağlıq qurşaqda müşahidə olunan maraqlı relyef formalarından biri də, karlar, moren və
flüvioqlyasial çöküntülərdir. Bu relyef formaları Dərələyəz və Zəngəzur silsilələrində müşahidə
olunur (1, s. 40-42).
Dağarası çökəkliklər arasında ən irisi Paradaş çökəkliyidir və 30 km² sahəni əhatə edir dibi,
1300 m mütləq yüksəklikdə yerləşir. Çökəkliyin dibi düz və bəzən kiçik təpəciklərdən ibarət olub,
erroziya və arid-denudasiya nəticəsində kəskin parçalanmışdır.
Muxtar respublikanın şimal və şərq hissələrini əhatə edən yüksək dağlıq qurşaq 2300-3904
m mütləq yüksəkliklər arasında başlıca olaraq Zəngəzur və Dərələyəz silsilələrinin suayrıcılarını
tutur. Morfoloji xüsusiyyətlərinə görə bu hissə torpaq və bitki örtüyündən demək olar ki, məhrum
olub, əsasən dik zirvələr və şiddətli parçalanmış qayalıqlardan ibarətdir. Bu zonada əsasən subalp
və alp çəmənləri geniş sahələr tutur (1, s. 42). Subalp çəmənlərinin xarakter bitkiləri Alopecurus
arundinaceus, Poa pratensis, Hordeum violaceum, Prangos ferulacea, Astrantia maxima və s. alp
çəmənlərinin əsas bitkiləri isə Bromopsis variegata, Catabrosella variegata növləri Dianthus,
Jurinea, Thymus, Silene və başqa cinslərin bir çox növləridir.
Alçaq dağlıq qurşaq üçün əsasən dağ kserofit bitkiliyi xarakterikdir. Naxçıvan MR-də dağlıq
kserofit zonası yovşanlı yarımsəhralarda qarışıq keçid tipi yaradaraq, yuxarılara doğru getdikcə
müstəqil dağlıq kserofit bitkilər qurşağını təşkil edir. Bir qayda olaraq kserofit bitkilər bir-birindən
aralı bitməklə, bütün vegetasiya müddətində açıq senoz təşkil edir. Burada çoxillik otlar hakim
mövqe tutur, müəyyən sahələrdə bir, çox zaman isə bir neçə örtük əmələ gətirir.
Baharın əvvəlindən başlayaraq bitki növlərinin biri digərini əvəz edir. Yazda əsasən birillik
kökümsov gövdəli, soğanaqlı bitkilər və bir sıra çoxillik otlar sürətlə inkişaf edir, çiçəkləyir və
toxumlayır. Kserofit senozların son dərəcə quraq şəraitdə inkişaf etməsinə baxmayaraq, onlar öz
inkişafını çox sürətlə başa çatdırır. Yayın əvvəlindən çoxillik otların kütləvi surətdə çiçək açdığı
dövrdə bu zona xüsusilə gözəl olur. Bir sıra kələmkimilərin, kərəvüzkimilərin və başqa bitkilərin
boyu 1-1,5 m-ə çatır. Yayın ikinci yarısında kserofitlərin əksəriyyəti toxumlayır, yalnız bəzi
paxlalıkimilər və asterkimilər fəsilələrinə aid bitkilər çiçəkləməkdə davam edir (1, s. 75-76).
Tədqiqatlar zamanı bu qurşaqdan toplanmış Zəngçiçəyikimilər fəsilə bitkiləri nümunələrinin
təyini
və ədəbiyyat məlumatlarının araşdırılması nəticəsində aşağıdakı növlər müəyyən
olunmuşdur:
Campanula glomerata L. Culfa rayonunun Əbrəqunus kəndi; Campanula rapunculoides L.
Culfa rayonunun Ərəzin, Əbrəqunus, Ordubad rayonunun Gənzə kəndi; Campanula daralaghezica
(Grossh.) Kolak & Serdjukova Culfa rayonunun Ərəzin, Əbrəqunus, Şahbuz rayonunun Qarababa
kəndi; Campanula coriacea P.H. Davis Kəngərli rayonunun Çalxanqala (02.05.2012), Babək
rayonunun Dərəşam adlanan ərazisi; Campanula karakuschensis Grossh. Babək rayonunun
Dostları ilə paylaş: |