TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   20   21   22   23   24   25   26   27   ...   86

- 50 - 
elementlərin  daxil  olduğu  Astraqaleto-acantholimonetum  formasiyası  geniş  yayılıbdır  ki,  bu 
tərkibdə  paxlalıkimilərin  Astraqalus  lagurus  və  qurşunçiçəyikimilərin  Acantolimon  karelinii    kimi 
növləri  üstünlük  təşkil  edirlər.    
       
Friqana  tipli  dağ-kserofit  bitkiliyinə  daxil  olan  bitkilərin  əksəriyyəti  suyun  buxarlanmasının 
qismən  qarşısının  alınmasına  xidmət  edən  vegetativ  orqanlarınında,  xüsusilə  yarpaqlarında  səthin 
azalmasına  təsir  edən  ekoloji  şəraitdə  yaşadıqlarından  qeyri-münbit  torpaqlara  və  daşlı-qayalı 
ərazilərə  yaxşı  adaptasiya  olunmuşlar  (7).  
Tərəfimizdən  aparılan  tədqiqatlar  nəticəsində  ilk  dəfə  olaraq  paxladənli-asrtakantalı  
növlərin  bozqır  bitkilik  tipində  1  formasiya  sinfi,  4  formasiya  və  11  assosiasiya  təşkil  etdiyi 
müəyyənləşdirilmişdir. 
Qariqa  tipli  bozqırlar  əsasən  ərazinin  şimal-şərq  və  cənub-qərb  ekspozisiyalarında  daha  çox 
yayılmışdır.  Bu  tip  formasiyalar  daşlı-çınqıllı  töküntülərdə,  qayalıqlar  arası  kiçik  sahələrdə  daha 
çox  nəzərə  çarpır.  Xüsusilə  antropogen  və  digər  təsirlər  nəticəsində  meşə  və  kolluqların  məhv 
olduğu  ərazilərdə  qariqa  elementləri  daha  çox  nəzərə  çarpır.  Bu  ərazilərdə  Rhamnus  spathulifolia, 
Rhamnus  pallasii,  Atraphaxis  spinosa,  Atraphaxis  angustifolia,  Amygdalus  fenzliana,  Juniperus 
foetidissima,  Astracantha  microcephala,  Astragalus  lagurus  və  s.  növlər  geniş  sahələr  əhatə  edərək 
açıq  fitosenozlar  əmələ  gətirirlər.
 
Friqanalarla  müqayisədə  bu  ərazilər  iqlimin  nisbətən  rütubətliliyi 
ilə  fərqlənsələr  də  dağ-bozqırlarından  az  fərqlənirlər.  Qariqa  komponentlərinin  yayıldığı  kolluqlar 
arasında  müxtəlif  tərkibdə  kserofit  bitkilərin  inkişafı  dağ  çölləri,  qaya  və  töküntü  bitkiliyi  ilə  daha 
çox  ortaq  xüsusiyyət  yaradır.  Bəzən  bu  ərazilərdə  paxlalı  bitkilərdən  Astracantha  aurea  və 
Astracantha  microcephala  növlərinin  müxtəlif  bitkilərin  iştirakı  ilə  əmələ  gətirdiyi  qruplaşmalara 
rast  gəlinir.  Nisbətən  aşağı  ərazilərdə  paxlalılardan  Astragalus  lagurus,  Astracantha 
stenonuchoides,  Astracantha  aurea,  Onobrychis  transcaucasica    Onobrychis  cornuta  kimi 
nölərin  üstünlüyü  ilə  formalaşan  qruplaşmaların  yayılması  müşahidə  olunur.  Bu  qruplaşmaların 
tərkibində  Thymus  collinus,  Thymus kotschyanus, Teucrium polium, Centaurea squarrosa, Pranqos 
ferulacea,  Pranqos  uloptera,  Senecio  vernalis,  Pyrethrum  chiliophyllum,  Stipa  hohenackeriana, 
Stipa  arabica  və  s.  kimi  ot  bitkiləri  də  yayılmışlar.  Astracantha    Onobrychis  növlərinin 
qruplaşmanın  tərkibində  olması  taxıl  və  mütəlif  ot  bitkilərinin  otarılmaya  qarşı  davamlıqlarının 
artmasına,  qorunub  saxlanmasında  yardım  etdiklərindən  bitkilərin  çoxalması  üçün  şərait  yaranır.  Bu 
fitosenozlarda  ali  bitkilərin  30-35%-i  iştirak  edir.  Otlaq  kimi  istifadə  edilən    bu  ərazilərdə  otlağın 
bolluğu  55-60%-dən 80-85%-ə çatır  (6). 
Kəklikotulu-gəvənli-topallıq 
(Thymus  kotschyanus  +Astragalus  euoplus+  Festuca 
sclerophylla)  qruplaşması  bu  ərazilərdə  daha  geniş  sahələri  əhatə  etməklə  yüksək  dağlıq  qurşağın 
çimli,  narıntorpaqlı  və  daşlı-qayalı  yamaclarında  yayılmışlar.  Batabat,  Əyriqar,  Salvartı,  Ağdaban, 
Keçəldağ,  Camalqala,  Ağabba  və  s.  ərazilərinin  dağ-  çəmən-  bozqır  torpaqlarının  yayıldığı  narın 
torpaqlı  dağ  yamaclarında  və  Ağ  karvansara  ətrafının  düzənlik  ərazilərində  kəklikotulu-gəvənli-
topallı  formasiyalar  daha  geniş  əraziləri  əhatə  edirlər.  Qruplaşmaya  daxil  olan  edifikatorların  hər 
üçü  ekoloji  şəraitdən  və  relyefdən  asılı  olaraq  bir-birini  əvəz  edir  və  birinin  digərinə  görə  üstünlüyü 
özünü  göstərir.  Lakin  bütün  hallarda  topal,  fitosenozların  formalaşmasında  digər  edifikatorlardan 
kəmiyyətcə  üstün  vəziyyətdə  çıxış  edir.  Edifikatorlardan  hər  hansı  birinin  üstün  nisbəti  mühit 
şəraitindən,  ərazilərin  meylliyindən,  sərtliyindən,  substratın  tərkibindən  və  ekoloji  şəraitdən  asılıdır. 
Belə  ki,  daşlı-qayalı  ərazilərdə  Astragalus  euoplus,  çınqıllı  yamaclarda  Festuca  sclerophylla+ 
Festuca  valesiaca,  torpaq  örtüyü  az  inkişaf  etmiş  skeletli  yamaclarda  isə  Thymus  kotschyanus 
növləri  üstünlük  təşkil  edir.  Çox  zaman  daşlı-qayalı  ərazilərdə  Astragalus  euoplus  növünə 
Astracantha  aurea  və  Astragalus  incertus  Ledeb.  kimi  növlər  də  əlavə  olunur.  Azdaşlı  və  narın 
torpaqlı  yamaclarda  kəklikotulu-topallı  qruplaşmalar  üstün  vəziyyətdə  olsalar  da  az-çox  dərəcədə 
bu  tərkibdə  Astragalus  incertus,  A.  saganlugensis,  A.  pinetorum    A,  euoplus növlərinə rast gəlinir. 
Yüksək  dağ  bozqırları  üçün  Thymeto-Astragaleto-Festucetum  qruplaşmaları  mütləq  xarakterə  malik 
deyildir,  belə  ki,  ərazilərdə  bu  qruplaşma  müxtəlif  variantlarda  təzahür  edir.  Göstərilən 
qruplaşmalar  üçün  Festuca  valesiaca  Gaudin,  Bromopsis  tomentella  Holub,  Poa  alpina  L., 
Scutellaria  sevanensis  Gross.,  Helichrysim  pallasii  Ledeb.,  Plantaqo  saxatilis  Bieb.,  Stachys 
macrostachya  Briq.,  Potentilla  arqaea  Bois.,  Alchemilla  erythropda  Juz.,  Nepeta  betonicifolia 


- 51 - 
C.A.Mey.,  Artemisia  splendens  Wild.,  Pimpinella  saxifraqa  L.,  Minuartia  oreina  Schischk., 
Astragalus  lagurus  Willd.,    Ajuga  orientalis  L.,  Astragalus  incertus  Ledeb.  kimi  növlər  daha  çox 
xarakterikdir.   
                                                                                                                               Cədvəl  4 
Kəklikotulu-gəvənli-topallı  dağ bozqırlarının  quruluşu   və növ  tərkibi 
№ 
Növlərin  adı 
Bolluq, 
balla 
Hündürlük,   
sm-lə 
Fenofaza 
Yarus 
1.
 
 Festuca sclerophylla  Boiss.  ex  Bisch. 
2-3 
65-120 
Çiçək 

2.
 
 Festuca valesiaca Gaudin 
      2 
60-125 
Çiçək 

3.
 
 Bromopsis tomentella Holub, 

30-50 
Çiçək 
II 
4.
 
 Helichrysim  pallasii  Ledeb. 

20-35 
Çiçək 
II 
5.
 
 Plantaqo saxatilis Bieb. 

10-25 
Çiçək 
III 
6.
 
 Stachys macrostachya Briq. 

25-30 
Qönçə 
II 
7.
 
 Thymus kotschyanus Boiss.  et Hohen. 
2-3 
8-16 
Çiçək 
IV 
8.
 
 Astragalus euoplus Trautv. 
2-3 
22-25 
Çiçək 
III 
9.
 
 
  Scutellaria sevanensis Sosn. ex Grossh. 
1-2 
15-20 
Qönçə 
III 
10.
 
 Campanula trautvetteri Grossh. 

45-90 
Çiçək 

11.
 
 Potentilla arqaea Bois. 

15-25 
Çiçək 
III 
12.
 
 Achillea millefolium L. 

15-70 
Çiçək 

13.
 
 Nepeta trautvetteri Boiss.et Buhse 

50-65 
Çiçək 
II 
14.
 
 Artemisia splendens Wild. 

15-25 
Çiçək 
II 
15.
 
 Pimpinella saxifraqa L. 

25-60 
Çiçək 
II 
16.
 
 Minuartia oreina Schischk. 

4-15 
Çiçək 
IV 
17.
 
 Astragalus lagurus Willd. 
2-3 
35-40 
Qönçə 
III 
18.
 
 Ajuga orientalis L. 

10-20 
Meyvə 
IV 
19.
 
 Astragalus incertus Ledeb. 

10-25 
Çiçək 
IV 
Assosiasiyanın  dominantı  topalın  (Festuca  sclerophylla  Boiss.  ex  Bisch.-valesiaca  Gaudin.
bolluğu  3-4  bal,  subdominantı–Koçi  kəklikotusu  (Thymus  kotschyanus  Boiss.  et  Hohen.)  və  tikanlı 
gəvən  (Astracantha  euopleus  Trautv.)  hesab  edilir.  Bu  assosiasiyada  fitosenozun  layihə  örtüyü  50-
70%-ə bərabərdir. 
Müşahidələr  göstərir  ki,  gəvən  cinsinə  daxil  olan  elementlər  arasında  senopapulyasiya 
əmələgətirən  növlər  çox  az  yayılıbdır.  Meşə  sahələrinin  daha  çox  olduğu  orta  qurşaqda  gəvən 
növləri  açıq  ərazilərdə  daha  çox  yayılıb  və  keyfiyyət  və  kəmiyyətcə  daha  üstün  vəziyyətdədirlər. 
Digər  tərəfdən  müxtəlif  növlər  vertikal  şəkildə  müxtəlif  dağ  qurşaqlarında  yayılan  müxtəlif  bitki 
formasiyalarının 
tərkibinə 
daxil 
olmaqla 
bitki 
qruplaşmalarının 
formalaşmasında 
mühüm 
əhəmiyyətə  malikdirlər.  Məsələn  Astragalus  arquricus  d.s.-dən  800-2000m  yüksəkliklərdə  yayılan  
müxtəlifotlu-topallı  çollərdə  və  dağ  palıdlıq  kolluqları  arasındakı  açıqlıqlarda,  Astragalus 
sevangensis  isə  d.s.-dən  1300-2500  m  hündürlüklərdəki  meşə  sonrası  topallı-müxtəlifotlu  və  şiyavlı 
(Stipa)-topallı  çöllərin  bitkiliyinin  tərkibinə  daxil  olur.  Eyni  qurşaq  daxilində  ekoloji-senotik 
müxtəlifliklərin,  mozaika  əmələ  gətirən  açıq  qruplaşmaların,  otlu-kollu  senozların  və  meşəaltı 
bitkilik  sisteminin  formalaşmasında  gəvənlərin  özünəməxsus  yeri  vardır.  Qeyd  etmək  lazımdır  ki, 
müasir  gəvən  növlərinin  əksəriyyəti  əsasən  meşəsiz  ərazilərdə  yayılıbdır.  Çox  az  sayda  gəvən 
növləri  meşə  mühitinə  uyğunlaşmışdır. 
Meşəaltı  ot  örtüyünün  formalaşmasında    Anthriscus  sylvestris,  Astrantia  maxima,  Poa 
nemoralis,  Dactylis  glomerata,  Campanula  latifolia,  Delphinium  szowitsianum,  Primula 
macrocalyx,  Chaerophyllum  macrospermum,    Dryopteris  filix -mas,  Polygonatum  verticillatum, 
Astragalus  glycyphyllos,  Astragalus  glycyphylloides    s.  bitki  növləri  xarakterikdir.
 
Bu  bitkilər  sıx 
ağaclı  meşə  altında  sıx  örtük  əmələ  gətirməyib,  sadəcə  qrup  şəklində  və  ya  tək-tək,  birbirindən  aralı 
yerləşirlər.  Lakin  bəzi  hallarda  ağacların  seyrəkləşdiyi  meşələrdə  sıx  örtük  əmələ  gətirmə  hallarına 
da  rast  gəlinir.  Seyrək  ağaclıq  ərazilərdə  Astragalus  glycyphyllos  Astragalus  glycyphylloides  növü 
meşəaltı  müxtəlif    bitki  növləri  ilə  qarışaraq  müxtəlif  assosiasiyalar  əmələ  gətirirlər.  Qruplaşmaların 
tərkibinə  müxtəlif  otluğun    Bromopsis  benekenii,  Milium  effusum,  Arrenatherum  elatius, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə