TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   18   19   20   21   22   23   24   25   ...   86

- 46 - 
aid  olan  növlərin  hündürlük  qurşaqlarında  faiz  nisbətlərinə  görə  paylanması  aşağıdakı  diaqramda  
göstərilmişdir. 
 
Diaqram  1: Astracantha Podlech  cinsinə  aid olan  növlərin  hündürlük 
qurşaqları  üzrə  paylanması 
 Diaqramdan  göründüyü  kimi  Astracantha  cinsinin  aşağı  dağlıq  qurşağı  üzrə  4  növü  A. 
andreji,  A.  alexeenkoana  və  s.  (19,04%)  yayilmışdır.  Ərazinin  orta  dağlıq  qurşağı  növlərinin  sayına 
görə  digər  qurşaqlardan  daha  zəngindir.  Bu  qurşaqda  12  növ  A.  barba  -  carpina,  A.  jucunda,  A. 
karabagchensis, A. karjaginii, A. microcephala, A. meyeri, A. vedica və s. (57,15 %), yüksək dağlıq 
qurşağı  üzrə    1  növü    A.  gudrathi  (4,76  %),  subalp  və  alp  qurşaqları  üzrə  cəmi  4  növ  A.  aurea,  A. 
insidiosa  və s. (19,04 %) qeydə alınmışdır.   
Səhralar  bitkilərin  yaşaması  üçün  az  əlverişli  olan  ərazilərdir.  Səhra  tipli  bitkilik  Arazboyu 
düzənliklərdə  yarımsəhra  bitkiliyinin  daxilində  kiçik  sahə  tutmaqla  ləkələr  şəklində  rast  gəlinir. 
Belə  lokal  ləkələr  ən  çox  Araz  çayına  yaxın,  aşağı  hissələrində  şorlaşmış  torpaqlarda  yayılmışdır. 
Muxtar  respublika  ərazisində  Astragalus  cinsinin  düzənlik  zonasında  6  növü  yayılmışdır.  Həmin 
növlər  A.  ammophilus,  A.  paradoxus,  A.  aduncus, A. asterias, A. arguroides, A. campylorrhynchus 
(8,33 %) düzənlik  və dağlıq  qurşaqlarda  formasiyalar  əmələ  gətirir. 
Dağətəyi  qurşaq  1000-1200  m  yüksəkliklərə  qədər  davam  edir.  Burada  rütubət  çatışmazlığı, 
yay  aylarında  temperaturun  çox  yüksək  olması  və  torpağın  duzlaşması  yarımsəhra  bitkilərinə  təsir 
edən  əsas  faktorlardır.  Yarımsəhra  zonasında  illik  yağıntının  miqdarı  200-300  mm  -  dən  artıq 
olmur.  Yağıntılar  əsasən  yaz  və  payız  aylarında  baş  verir.  Bu  dövrlərdə  birillik  efemer  bitkilər  gur 
inkişaf  edərək  qış  otlaqlarının  yem  dəyərini  artırırlar.  Burada  quraq  keçən  dövr  4-5  ay  davam  edir. 
Belə  sərt  ekoloji  şərait  yarımsəhralarda  sadə  tərkibli  bitki  qruplaşmalarının  inkişafına  səbəb  olur. 
Muxtar  respublika  ərazisində    Astragalus  cinsinin  dağətəyi  qurşağı  üzrə  6  növü    A.  longicuspis,    A. 
corrugatus,  A. psiloglottis A. tribuloides, A. hajastanus (8,33 %) yayılmışdır.   
Muxtar  Respublika  ərazisində  Astragalus  cinsinin  aşağı  dağlıq    qurşağı  üzrə  24  növü 
yayılmışdır.  Onlardan  13  növü-  A.  hamosus,  A.  odoratus,  A.  schelkovinikovii,  A.  montis-aquilae, A. 
conspiocus,  A.  candolleanus,  A.  nachitschevanicus  və  s.  (54,16  %)  aşağı  dağlıq  və  orta  dağlıq 
qurşağı,  11  növü-  A.  cancellatus,  A.  cicer,  A.  commixtus,  A.  ordubadensis,  A.  strictilobus,  A. 
szovitsii və s. (45,83 %) isə  orta dağ qurşağı   üzrə  paylanmışdır.   
Orta    dağlıq  qurşaq  müxtəlif  meyillikili,  nisbətən  aşınmaya  məruz  qalmış,  töküntülərin 
nisbətən  çoxluğu  xarakterizə  olunan,  intensiv  parçalanmış,  vulkanogen  çökmə  suxurların  yayıldığı 
ərazilərdir.  Meylliyi  az  olan  yamaclar  zəif  inkişaf  etmiş  strukturlu  boz-qəhvəyi,  qonur-gillicəli  və 
dağ-çəmən  torpaqlarla  örtülmüşdür.  Bu  qurşaq  mötədil  sərin  qurşaq  olub,  düşən  yağıntının  miqdarı 
600-650  mm-dir.  İyun,  iyul  və  avqust  aylarının  quruluğu  ilə  xarakterizə  olunur  ki,  bu  aylarda 
əraziyə  düşən  yağıntının  orta  miqdarı  45-50  mm-dən      artıq  olmur.  Ərazidə  nisbi  rütubət  adətən  50-
4. N/s: 2; 
(9,52)
5. N/s: 2; 
(9,52)
1. N/s: 4;
(19,05%) 
2. N/s: 12; 
(57,15%)
3. N/s: 1; 
(4,76) 
Növlərin  sayı-N/s
1. Aşağı dağlıq
1200-1500
2. Orta dağlıq
1500-2300
3. Yüksək  dağlıq 
2300-2800
4. Subalp 2800-
3200


- 47 - 
N/s:  6,
(6,89%)
N/s:  6,
(6,89%)
N/s:  24,
(27,59%)
N/s:  39,
(44,83%)
N/s:  8,
(9,20%)
N/s:  1,
(1,15%)
N/s:  3,
(3,45%)
Növlərin  sayı - N/s
Düzənlik
Dağətəyi
Aşağı dağlıq
Qrta dağlıq
Yüksək  dağlıq
Subalp
Alp
70  %  arasında  dəyişir.  Bu  qurşaqda  az-çox  dərəcədə  mezofit  dağ-bozqır  bitkiliyi  üstün  olub, 
Astragalus    Onobrychis  cinslərinə  məxsus  növlərin  əmələ  gətirdiyi  formasiyaların  bir-birini  əvəz 
etməsi  tez-tez  nəzərə  çarpır.Orta  dağlıq  qurşağı  üzrə  Astragalus  cinsinin  39  növü  yayılmışdır. 
Onlardan  10  növü-  A.  calycinus,  A.  glycyphyllos,  A.glycyphylloides,  A.  kochianus,  A.  persicus,  A. 
schachbuzensis,  A.  striatellus,  A.  takhtadzhjanii,  A.  aegobromus  aşağı  dağlıq  və  orta  dağlıq  (25,64 
%),  qalan  növlər  isə  A.  achundovii,  A.  angustiflorus,  A.  aznabjurticus,  A.  badamliensis,  A. 
chalilovii,  A.  choicus,  A. cornutus, A. compactus, A. erivanensis, A. fabaceus, A. grammocalyx, A. 
karakuschensis, A. lagurus, A. macrostachys, A. mesites, A. prilipkoanus, A. polyphyllus, A. regelii, 
A. robustus, A. sevangensis, A. viridis və s. (74,35 %)  orta dağlıq  qurşağı  üzrə  yayılmışdır.
   
Yüksək  dağ  qurşaqlarında  mexaniki,  kimyəvi  aşınmalar  və  eroziya  digər  qurşağa  nəzərən 
daha  intensiv  şəkildə  baş  verir.  Daha  sərt  yerlərdə  aşınma  ana  suxurların  üzə  çıxmasına  səbəb 
olmuşdur.  Bütün  bu  ərazilər  strukturlu  torpaq  qatı  ilə  örtülmüşdür.  Bəzi  ərazilərdə  torpaq  qatı 
tamamilə  sovrulmuş  çılpaq  qayalıqlara  da rast gəlinir. 
 
Yüksək  dağ  qurşaqlarının  bitkiləri  üçün  özünəməxsus  xüsusiyyətə  malik  ekoloji  faktorlar 
kompleksi  mövcuddur.  Yüksək  dağ  qurşaqlarında  havanın  təmizliyi  və  seyrəkliyi  nəticəsində  günəş 
radiyasiyasının  qiyməti  düzənlik  ərazilərə  nisbətən  yüksək  olur.  Xüsusən,  ultrabənövşəyi  şüalar 
düzənlik  ərazilərə  nisbətən  yüksək  dağlıq  ərazilərdə  nəzərən  çarpacaq  dərəcədə  yüksəkdir.  Digər 
tərəfdən  yüksək  dağlıq  ərazilərdə  temperaturun  aşağı  olması,  güclü  küləklər  bitkilərdə  vegetasiya 
müddətini  qısaldan  faktorlardandır.  Yüksək  dağlıq  ərazilərdə  rütubətlilik  rejimi  ərazinin  ümumi 
iqlim  fonuna  görə  formalaşır.  Buna  görədə  ümumi  halda  yüksək  dağ  qurşaqlarının  ekoloji  şəraiti, 
bütövlükdə  bitkilərin  həyat  fəaliyyətlərində,  xüsusən  onların  quruluşunda,  fiziologiyasında  və  fəsli 
inkişaflarında  mühüm  əhəmiyyət  kəsb edir.   
Yüksək  dağlıq  qurşağı  üzrə  Astragalus  cinsinin  8  növü  yayılmışdır.  Bunlardan  4  növü-  A. 
goktschaicus,  A.  pinetorum  və  s. (50 %) orta və yüksək dağlıq, 1 növü- A. polydala (12,5 %) subalp 
və alp,  3-ü, A. alpinus, A. gezeldarensis,  A. incertus (37,5 %) alp  qurşağı  üzrə  paylanmışdır. 
 
 
 
 
 
 
 
 
 
 
Diaqram  2: Astragalus L. cinsinə  aid  olan  növlərin  hündürlük 
qurşaqları  üzrə  paylanması 
Diaqramdan  göründüyü  kimi  düzənlik  və  dağətəyi  qurşaqlarına  cəmi  12  növ  daxildir.  Bu  da  
Astragalus  cinsinə  aid  növlərinin  16,66%-ni  təşkil  edir.  Aşağı  dağlıq  qurşağı  üzrə  24  növü  (33,33 
%)  yayılmışdır.  Ərazinin  orta  dağlıq  qurşağı  növlərinin  sayına  görə  digər  qurşaqlardan  daha 
zəngindir.  Bu  qurşaqda  39  növ  (54,16  %),  yüksək  dağlıq  qurşağı  üzrə    8  növü  (11,11  %)  qeydə 
alınmışdır. 
          Naxçıvan  MR  ərazisində  yayılan  Astracantha  və  Astragalus  növləri  əsasən  səhra,  yarımsəhra, 
dağ-kserofit,  bozqır,  alp  və subalp  bitkiliyində  müxtəlif  formasiyalar  əmələ  gətirir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə