Tələbə: Həsənova Gülçin Fakültə: İbtidai Təhsil İxtisas


Qeyd: Qeyri-müəyyən miqdar sayından sonra gələn isimlər -lar(-lər)



Yüklə 207,53 Kb.
səhifə5/5
tarix11.05.2022
ölçüsü207,53 Kb.
#86696
1   2   3   4   5
atmm

Qeyd: Qeyri-müəyyən miqdar sayından sonra gələn isimlər -lar(-lər) şəkilçisini qəbul edə bilir (yüzlərlə tələbələr, xeyli adamlar, çoxlu kitablar və s.).

2) Eyni isim təkrar olunaraq başqa bir ismin əvvəlində gəlir və kəmiyyətcə çoxluq məzmunu yaradır. Həm də onlardan sonra gələn isimlər kəmiyyət kateqoriyasının morfoloji əlamətini də qəbul edə bilir. Məs.: qatar-qatar (dəvələr), tövlə-tövlə (atlar), ətək-ətək (pambıq), vaqon-vaqon (taxta), qucaq-qucaq (güllər), maşın-maşın (cehiz). Tovla-tovla şahbaz atların kafir minmiş. ...Qatar-qatar dəvələrini sorar olsam, yüklət kimin?” (KDQ) Maşın-maşın cehizi var gəlinimin, ay gəlinimin. (“Qayınana”)

İsimlərin bir qismi yuxarıda qeyd etdiyimiz şəkilçiləri qəbul etmədən də çoxluq bildirir. Belə isimlərə toplu isimlər deyilir. Bu haqda əvvəlki mövzuda məlumat verilib. Belə tipli isimlər qrammatik cəhətdən tək isim hesab olunur.

Dilimizdəki isimlərin müəyyən bir qrupu məzmunca həm tək, həm də cəm kimi başa düşülür. Onları ancaq mətn, cümlə içərisində ayırmaq mümkün olur. Alma, gül, daş, un, su, balıq, üzüm, çiçək və s. kimi sözlər bu qəbildəndir.



  1. Dəftərim evdə qalıb – Mən dəftər aldım.

  2. Çiçək çox gözəl idi – Mən çiçək yığdım.

  3. Odun çox ağır idi – Meşədən odun topladıq.

  4. Tələbə gəldi – Universitet tələbə qəbul edir.

Sözlərin kəmiyyət etibarilə cəmlik bildirməsində II tərəfdə olan cümlələrin xəbərlərinin (aldım, yığdım, topladım, qəbul edir) semantik tutumunun da rolu vardır.
Yüklə 207,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə