Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə203/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   199   200   201   202   203   204   205   206   ...   214

Fəsil 21. Firmanın xarici iqtisadi fəaliyyəti 

 

543



xrac  kvotaları  yerli  istehlakçıları  nisbətən  ucuz  qiymətə  kifayət 

qədər əmtəə ehtiyatı ilə təmin etmək, təbii ehtiyatlardan səmərəli isti-

fadə,  həmçinin  ixracı  məhdudlaşdırmaqla  xarici  bazarlarda  qiyməti 

qaldırmaq məqsədi daşıya bilər. 

  xracın  «könüllü» məhdudlaşdırılması və minimal idxal qiymət-

lərinin  müəyyən  olunması  haqqında  müqavilələrin  bağlanması  vasi-

təsi kimi də kvotalardan istifadə oluna bilər.  xracın «könüllü» məh-

dudlaşdırılması zamanı ixracatçı idxalçı ölkəyə  müəyyən əmtəələrin 

həcmcə məhdudlaşdırılması haqqında öz üzərinə öhdəliklər götürür.  

Ticarəti  qadağan  edən  kvotalaşdırmanın  spesifik  tipi  embarqo  – 

qadağa adlanır. Embarqo konkret ölkəyə müəyyən məhsul növünün və 

ya bütün növ məhsulların idxalı və ixracı ilə əlaqədar tətbiq edilə bilər.  

Lisenziyalaşdırma  sistemi  dövlətin  səlahiyyətli  orqanları  tərəfin-

dən müəyyən məhsullar üzrə xarici iqtisadi əməliyyatların aparılma-

sına xüsusi razılığın verilməsini nəzərdə tutur. Müəssisə və ya firma 

lisenziya almaq üçün, adətən, əvvəlcədən xaricə öz məhsulunun nü-

munəsini  göndərir.  Lisenziyalaşdırma  birbaşa  imtina  ilə  əlaqədar 

ixrac  və  ya  idxalı  məhdudlaşdırır,  həm  də  əlavə  xərclərlə,  gecikdir-

mələrlə, qeyri-müəyyənliklə əlaqədar ticarətə mane olur. Lisenziya-

ların aşağıdakı iki əsas növünü fərqləndirirlər: 

1.  Müəyyən  müddət  ərzində  siyahıya  daxil  edilmiş  əmtəələrin 

maneəsiz idxal və ixrac olunmasına icazə verən baş lisenziya. Bu növ 

lisenziyalar,  adətən, bir il müddətinə tətbiq olunur və bir,  yaxud bir 

neçə kontrakt üzrə həyata keçirilə bilər.  

2.  Müəyyən  idxalçıya  və  ya  ixracatçıya  konkret  əmtəəni,  onun 

miqdarı, dəyəri, göndərildiyi və ya çatacağı ölkə, bir sıra hallarda isə 

əmtəənin idxal və ya ixracı həyata keçiriləcək gömrük məntəqəsinin 

ünvanı  göstərilməklə,  idxal  və  ixrac  əməliyyatlarına  icazə  verən 

birdəfəlik lisenziyadır – rəsmi razılıqdır.  

Lisenziyalaşdırmaya  uyğun  olan  tənzimləmə  vasitələrindən  biri  də 

valyuta nəzarətidir. Xarici iqtisadi fəaliyyətə valyuta nəzarəti formaları 

müxtəlifdir.  Məsələn,  bu  formalardan  biri  valyuta  nəzarətinin  tətbiq 

olunduğu ölkəyə idxalçı firmanın idxalın haqqını ödəmək üçün valyuta 

əldə  etmək  məqsədilə  dövlət  orqanına  müraciət  etməsidir.  Valyutanın 

ayrılması  imkanlarının  qeyri-müəyyənliyi  ilə  yanaşı,  bu  proseduraya 

sərf olunan əlavə xərc və vaxt da xarici ticarət üçün maneəyə çevrilir. 



Telman Huseynov 

 

544



 Xüsusi icazələrin tələb olunması ilə eyni olan vasitələrdən biri də 

inzibati  maneələrdir.  nzibati  maneələrin  mövcudluğu  qeyri-müəy-

yənlik yaradır və əmtəə-material ehtiyatlarının saxlanması xərclərini 

artırır. Bu  maneələrə  məhsulların  yoxlanılmasında vaxt itkisinə yol 

verilməsi, onların sənədləşdirilməsinin gecikdirilməsi, bəzi məhsulla-

rın yalnız bir gömrük məntəqəsindən qəbulu və s. aiddirlər. 

 Xarici  ticarəti  məhdudlaşdıran  maneələrdən  biri  də  idxal  olunmuş 

məhsulun  dəyərinin  yerli  məhsullarla  ödənilməsinə  olan  tələbdir.  Belə 

əməliyyatlar, artıq qeyd edildiyi kimi, barter əməliyyatları adlanır. 

Xarici  ticarətin  məhdudlaşdırılması  dövlətin  bu  əməliyyatlara 

qarışması ilə əlaqədardır. Bir sıra əcnəbi ölkələrdə firmalar məhsu-

lun satışından mənfəət qazanmaqla yanaşı, həmin məhsulların nəq-

lini, onların sığortalanmasını, konsaltinq və bank xidmətlərini həya-

ta  keçirməklə  də  gəlir  əldə  edirlər.  Bəzi  ölkələrdə  xarici  ticarətlə 

məşğul olan yerli firmalara belə xidmətlər daha tez və yüksək key-

fiyyətdə yerinə yetirilir. Bu işlər, adətən, dövlət tərəfindən yetərincə 

stimullaşdırılır. Digər tərəfdən, ölkəyə idxal olunan məhsullarla əla-

qədar qeyd edilən xidmətlərin yerli müəssisə və firmalar tərəfindən 

göstərilməsinin  tələb  olunması  da  xarici  ticarətin  tənzimlənməsi 

vasitələrinə daxildir. 

Əgər ölkənin ümumi xərclərində dövlət alış xərclərinin payı yük-

səkdirsə, bu, xarici ticarət üçün xüsusi əhəmiyyət kəsb edir. Ölkələ-

rin mütləq əksəriyyətində dövlət sifarişləri əsasında əmtəələr  alınar-

kən  yerli  istehsalçıların  məhsullarına  üstünlük  verilir.  Bəzən  dövlət 

orqanı  xarici  məhsulu  almaq  üçün  onun  qiymətinin  yerli  məhsulun 

qiymətindən müəyyən olunmuş kəmiyyətdə aşağı olması tələbini irəli 

sürə bilər.  



Xarici  ticarətdə  qiymət  səviyyəsinə  təsir  göstərən  əsas  vasitə-

lərdən biri dövlət tərəfindən müəssisə və firmalara verilən subsidi-

yalardır.  Dövlət  yerli  firmalara  subsidiyaları  ayırmaqla  onlara  öz  rə-

qabətqabiliyyətlərini artırmaq üçün kömək etmək məqsədini güdür. Hö-

kumət  çox  vaxt  firmaların  xaricə  məhsul  ixracı  zamanı  yaranan  zərəri 

ödəyir, lakin köməklərin əksəriyyəti adətən xarici ticarət əməliyyatları-

nın ucuzlaşmasına və gəlirliyinin artmasına yönəldilir. 

Qeyd  etmək  lazımdır  ki,  xarici  ticarətin  tənzimləmə  vasitələrin-

dən biri də idxal olunan məhsullara minimum qiymətlərin müəyyən 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə