Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə204/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   200   201   202   203   204   205   206   207   ...   214

Fəsil 21. Firmanın xarici iqtisadi fəaliyyəti 

 

545



edilməsidir. Belə ki, ölkələrin əksəriyyətində idxal olunan məhsulun 

qiymətinin  yerli  istehsalçıların  məhsullarından  əhəmiyyətli  şəkildə 

fərqlənməsinə  və  maya  dəyərindən  aşağı  satılmasına  yol  verilmir. 

Əgər  idxal  olunan  məhsulun  qiyməti  müəyyən  olunmuş  hədlərdən 

aşağı satılırsa, onda ona qarşı antidempinq rüsumu tətbiq edilir ki, bu 

da həmin məhsulların idxalının çətinləşməsi ilə nəticələnir. 



Hazırda xarici iqtisadi fəaliyyətin tənzimlənməsində kreditləşmə-

dən də geniş istifadə olunur. Burada əsas məqsəd yerli istehsalçıların 

ixrac  fəaliyyətinin  genişləndirilməsini  təmin  etməkdən  ibarətdir. 

Müasir  dövrdə  ixrac  kreditlərinin  verilməsində  kommersiya  bank-

ları ilə müqayisədə dövlət banklarının şərtləri daha güzəştli olur.  

Firmanın  xarici  iqtisadi  fəaliyyətinin  sığortalanması  ixracın  ge-

nişləndirilməsinin  mühüm  vasitələrindən  biridir.  Sığortalanma  siste-

mi  ixracatçıları  ticarət  əməliyyatlarının  həyata  keçirilməsi  zamanı 

əmələ gələ biləcək hər cür təhlükələrdən qorumaqda böyük rol oyna-

yır.  Dövlət  ixracı  stimullaşdırmaq  üçün  sığortalanma  sahəsində  gü-

zəştlər müəyyən edə bilər. Firmanın xarici iqtisadi fəaliyyətinin tən-

zimlənməsinin  digər  mühüm  vasitələrindən  biri  vergi  güzəştlərinin 

tətbiqindən ibarətdir.  xracatçılara vergi güzəştlərinin tətbiq olunması 

ölkədə həyata keçirilən vergi siyasətindən və vergi sistemindən asılı-

dır. Belə güzəştlərə bəzi məhsulların ixrac olunmasından əldə olunan 

mənfəətə  görə vergi  güzəştlərinin tətbiqi, ixrac olunan məhsulun is-

tehsalı  ilə  bağlı  istifadə  olunan  lakin  idxal  edilən  xammal,  material 

və dəstləşdirici məmulatların gömrük rüsumları və əlavə dəyər vergi-

sindən azad olması və s. aid ola bilər.  

5. Firmanın xarici iqtisadi fəaliyyətinin gömrük tənzimlənməsi 

Xarici  iqtisadi  fəaliyyətin  tənzimlənməsinin  əsas  forması  gömrük 

işinin  tənzimlənməsi  ilə  bilavasitə  bağlıdır.  Firmaların  xarici  iqtisadi 

əməliyyatlarının əsas hissəsi gömrük orqanlarında sənədləşdirilir, bura-

da dövlət büdcəsinə zəruri rüsumlar ödənir və gömrük nəzarətindən ke-

çir. Gömrük orqanlarında əmtəələr və nəqliyyat vasitələri ölkənin göm-

rük  rejiminə  uyğun  olaraq  gömrük  sərhədindən  keçirilir.  Gömrük  tən-

zimlənməsi məqsədilə gömrük rejimlərinin aşağıdakı növləri vardır: 

– sərbəst dövriyyə üçün buraxılış; 

– təkrar idxal; 




Telman Huseynov 

 

546



– tranzit; 

– gömrük anbarı; 

– rüsumsuz ticarət mağazası; 

– gömrük ərazisində emal; 

– gömrük nəzarəti altında emal; 

– müvəqqəti idxal (ixrac); 

– sərbəst gömrük zonası; 

– sərbəst anbar; 

– gömrük ərazisindən kənarda emal; 

– ixrac; 

– təkrar ixrac; 

– əmtəələri məhv etmə; 

– dövlətin xeyrinə əmtəədən imtina. 

Məhsulların sərbəst dövriyyə üçün buraxılışı onların ölkənin əra-

zisinə  birdəfəlik  gətirilməsini  nəzərdə  tutur.  Bu  zaman  həmin  məh-

sullara müvafiq gömrük rüsumları, vergilər və digər ödənişlər ödənir və 

bununla da iqtisadi siyasət tədbirləri ilə əlaqədar tələblərə riayət olunur. 

Qeyd etmək lazımdır ki, xarici iqtisadi əlaqələr üzrə ölkənin iq-

tisadi  siyasət  tədbirlərinə,  kvotalaşdırma,  lisenziyalaşdırma,  li-

mitləşdirmə, minimum və maksimum qiymətlərin müəyyən edil-

məsi və s.-dən ibarət olan xarici iqtisadi fəaliyyəti stimullaşdıran 

və ya məhdudlaşdıran tədbirlər aiddir.  

Məhsulların  təkrar  idxal-ixrac  üzrə  gömrük rejimi ölkə ərazi-

sindən aparılmış əmtəələrin müəyyən müddətdə gömrük rüsumları və 

vergilər alınmadan geriyə gətirilməsinə əsaslanan rejimdir. 

Məhsulların tranziti – əmtəələrin gömrük nəzarəti altında, ölkə-

nin iki gömrük orqanı arasında, o cümlədən xarici dövlətlərin ərazi-

sindən gömrük rüsumları almadan və həmin məhsullara iqtisadi siya-

sət  tədbirləri  tətbiq  edilmədən  keçirilməsindən  ibarət  olan  gömrük 

rejimidir. Bu rejim ölkə ərazisini tranzit kimi istifadə edərək məhsul-

ların bir xarici ölkədən digər xarici ölkəyə keçirilməsi zamanı tətbiq 

edilir. 

Gömrük anbarı, gətirilən əmtəələrin anbarlaşdırılması dövründə 

gömrük rüsumları, vergilər alınmadan və onlara iqtisadi siyasət təd-

birləri tətbiq edilmədən gömrük nəzarəti altında saxlanmasından iba-

rət gömrük rejimidir. 




Fəsil 21. Firmanın xarici iqtisadi fəaliyyəti 

 

547



Rüsumsuz ticarət mağazası, əmtəələrdən gömrük rüsumları, ver-

gilər alınmadan və onlara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən 

ölkənin  gömrük  ərazisində  müəyyən  olunmuş  yerlərdə  (məsələn, 

beynəlxalq  hava  və  dəniz  limanlarında)  onların  gömrük  nəzarəti  al-

tında satılmasını nəzərdə tutur. 

Gömrük  ərazisində  əmtəələrin  emalı,  ixrac  gömrük  rejiminə 

uyğun olaraq emal məhsullarının ölkənin gömrük ərazisinin hüdudla-

rından kənara aparılması şərtilə, iqtisadi siyasət tədbirləri tətbiq edil-

mədən  və  alınmış  idxal  rüsumları  və  vergiləri  qaytarılmaqla,  idxal 

olunan əmtəələrin ölkənin gömrük ərazisində müəyyən olunmuş qay-

dada emalına icazə verildiyi gömrük rejimidir. 



Gömrük  nəzarəti  altında  əmtəələrin  emalı,  ölkənin  gömrük 

ərazisində  idxal  olunan  məhsulların  gömrük  vergiləri  və  rüsumları 

alınmadan,  həmçinin  onlara  iqtisadi  siyasət  tədbirləri  tətbiq  edilmə-

dən gömrük nəzarəti altında istifadə edilməsi və sonradan emal məh-

sullarının sərbəst dövriyyə üçün buraxılışı və ya digər gömrük rejimi 

altında yerləşdirilməsinə əsaslanır. 



Məhsulların  müvəqqəti  idxalı  (ixracı),  ölkənin  gömrük  ərazi-

sində və ya ondan kənarda gömrük rüsumlarından, vergilərdən tama-

milə və ya qismən azad olunmaqla, həmçinin iqtisadi siyasət tədbir-

ləri  tətbiq  etmədən  əmtəələrdən  istifadə  olunmasına  yol  verilməsin-

dən ibarət gömrük rejimidir. Təbii təsirlərdən aşınma və ya əmtəələ-

rin  istifadə  edilməsi  nəticəsində  onlarda  baş  verən  dəyişikliklər,  ha-

belə normal şəraitdə daşınma və saxlanma ilə əlaqədar itkilər istisna 

edilməklə, müvəqqəti idxal (ixrac) edilən məhsullar dəyişməz halda 

geri qaytarılmalıdır.  

Sərbəst gömrük zonası və sərbəst anbar – idxal olunan əmtəə-

lər gömrük rüsumları və vergilər alınmadan, həmçinin iqtisadi siyasət 

tədbirləri tətbiq edilmədən, yerli məhsullara isə ixrac gömrük rejimi 

tətbiq  etməklə,  onların  müvafiq  ərazi  sərhədlərində  və  ya  binalarda 

(yerlərdə) yerləşdirilməsi və istifadəsinə əsaslanır.  

Ə

mtəələrin gömrük ərazisindən kənarda emalı, yerli məhsul-

ların  iqtisadi  siyasət  tədbirləri  tətbiq  etmədən  ixrac  edib,  onlardan 

ölkənin gömrük ərazisindən kənarda emal üçün istifadə olunmasın-

dan və sonra emal məhsullarının – tamamilə və ya qismən – göm-

rük  rüsumlarından,  vergilərindən  azad  etməklə  və  onlara  iqtisadi 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə