Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə207/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   203   204   205   206   207   208   209   210   ...   214

Telman Huseynov 

 

554



AVANS  gələcəkdə alınacaq istehsal vasitələrinə, yerinə  yetiri-

ləcək işlərə, göstəriləcək xidmətlərə görə əvvəlcədən ödənilən (veri-

lən) maliyyə vəsaitidir. 

 



BALANS  DƏYƏ    əsas  fondların  və  dövriyyə  vəsaitlərinin 

mühasibat balansınında təsbit olunmuş qiymətləridir. 

 BALANS  MƏNFƏƏ    məhsulun  satışından,  qeyri-istehsal 

xarakterli  iş  və  xidmətlərin  icrasından  və  satışdan  kənar  əməliyyat-

lardan (cərimə sahksiyaları və s.) əldə olunan və balansda təsbit olu-

nan gəlirlərin məcmusudur. 



BANK    pul  vəsaitlərinin  toplanması,  ödəmələrdə  vasitəçilik 

edən (passiv əməliyyatlar) və qiymətli kağızlar buraxılması, müxtəlif 

məqsədli  ssudaların  verilməsini  həyata  keçirən  (aktiv  əməliyyatlar) 

maliyyə  –  kredit  müəssisəsidir;  iqtisadiyyatın  inkişafına  və  əhalinin 

sosial  vəziyyətinin  yaxşılaşdırılmasına  xidmət  göstərən  müxtəlif  – 

səhmdar, əmanət, investisiya, kommersiya və s. – bank növləri vardır. 



BANK KRED T   əsas kredit növü kimi firma və müəssisələrə 

və  habelə  fiziki  şəxslərə  razılışdırılmış  şərtlər  əsasında  borc  kimi 

verilən pul vəsaitidir.  

BANK  FA Z   istehsal, kommersiya  fəaliyyəti  və  ya digər  məq-

sədlər  üçün  bankdan  verilən  kreditə,  alınmış  borca  görə  qaytarılacaq 

məbləğin hesablanması üçün əvvəlcədən məlum olan dərəcədir.  

BARTER    istehlak  dəyəri,  iqtisadi  təyinatı  müxtəlif  olan  məhsul 

və ya məhsul qrupunun dəyərlərinin bərabərliyi şərtilə onların baş-başa 

mübadiləsidir; dəyəri ödənilmədən, lakin ekvivalent məbləğdə qarşılıqlı 

məhsulların natural şəkildə qarşılıqlı dəyişdirilməsidir. 



BARTER ƏMƏL YYATI (SÖVDƏLƏŞMƏS ) xarici iqtisadi 

əlaqələrinin  inkişaf  etmədiyi  və  ya  zəif  inkişaf  etdiyi  həmçinin 

böhran  və  valyuta  məzənnəsinin  qeyri-sabitliyi  şəraitində  dövlətlər, 

firma və müəssisələr arasında, öz ehtiyaclarını ödəmək üçün, birbaşa 

və həmdə natural şəkildə əmtəələrin mübadilə formasıdır. 

BAZAR – məhsulların və xidmətlərin alqı-satqısı üzrə müqavilə-

lərin bağlanması yeri; alqı-satqı prosesi, əmtəə və xidmətlərin müba-

diləsi  ilə  əlaqədar  iqtisadi  əlaqələr,  nəticə  etibarilə,  tələb  və  təklif 

əsasında məhsulun qiymətini formalaşdığı məkandır; Satılan əmtəə-




“Firmanın iqtisadiyyatı”na dair məfhum və anlayışların izahlı lüğəti 

 

555



lərin  növünə  görə  bazarın  istehsal  vasitələri,  daşınmaz  əmlak,  qiy-

mətli  əşyalar,  istehlak  mallları  və  xidmət,  informasiya  və  əqli  (mə-

nəvi) məhsul, innovasiya, kapital, valyuta, qiymətli kağızlar, əmək, iş 

yeri və işçi qüvvəsi kimi növlərini, ərazi baxımından dünya, ərazi, re-

gional, ölkə və hər bir ölkəyə ayrı-ayrılıqda aid olunmaqla daxili və 

xarici  növlərini  və  rəqabətin  səviyyəsinə  görə  bazarların  yüksək  rə-

qabətli  (azad),  inhisar  rəqabət,  oliqopolist,  inhisarçı  (bağlı)  bazar 

növlərini fərqləndirirlər.  



BAZAR  NFRASTRUKTURU  bazara xidmət edən, ona nor-

mal fəaliyyət göstərmək üçün köməklik göstərən əmtəə və əmək bir-

jası, banklar və digər kommersiya təşkilatları, onun ayrı-ayrı qurum-

ları  (məsələn,  əmtəə  bazarı,  qiymətli  kağızlar  bazarı,  əmək  bazarı) 

aid olunur. 

BAZAR  QT SAD YYATI  tələb və təklif qanunlarının tələb-

lərinə  söykənən  bazar  iqtisadi  münasibətləri  əsasında  azad  sahib-

karlıq,  istehsal  vasitələri  üzrə  çox  mülkiyyət  müxtəlifliyi  bazar  qiy-

mət  əmələgəlmə,  təsərrüfat  subyektləri  arasında  müqavilə  əlaqələri, 

təsərrüfat fəaliyyətinə dövlət müdaxiləsinin məhdudlaşdırılması və s. 

bu kimi prinsiplərə əsaslanan iqtisadiyyatdır. 



BAZAR KONYUNKTURASI  bazarda yaranan iqtisadi situasi-

yanın  və  bazarın  fəaliyyətinin  əsas  xüsusiyyətləri;  tələbin  və  təklifin 

kəmiyyətini, qiymətin səviyyəsini, satışın həcmini, satıcı və  alıcıların 

bazar fəallığını əks etdirən və mövcud olan durumdur, vəziyyətdir. 



B RBAŞA  VERG LƏR    müəssisənin,  vergi  ödəyicisinin  bila-

vasitə gəlirindən və əmlakından ödənilən vergi növüdür; fiziki şəxs-

lərin  gəlir  vergisi,  müəssisə  və  təşkilatların  mənfəət  və  əmlak  ver-

giləri birbaşa vergilərdir. 



B RBAŞA XƏRCLƏR  ayrı-ayrı növ məhsulların istehsalı, işlərin 

görülməsi  və  xidmətlərin  göstərilməsi  ilə  bilavasitə  əlaqədar  olan  və 

onların maya dəyərinə müstəqim yolla daxil edilən məsrəflərdir. 

B RGƏ (MÜŞTƏRƏK) MÜƏSS SƏ – daha yüksək səmərə əl-

də etmək məqsədi ilə iştirakçıların əmlaklarının birləşməsinə əsasla-

nan  müxtəlif  ölkələrin  məhsul  və  xidmət  istehsalçılarının  xüsusi 

əməkdaşlıq formasıdır. 



B RJA  müntəzəm fəaliyyət göstərən, həmcins əmtəələrin topdan 

satışının  təşkili  formasıdır,  bazarıdır;  birjada  vasitəçilərin  iştirakı  və 




Telman Huseynov 

 

556



köməkliyi  ilə  müqavilə  qiymətləri  əsasında  böyük  partiyalarla  əmtəə-

lərin alqı-satqı aktları əsasında həyata keçirilən kütləvi istehlak olunan 

əmtəələrin topdan satış ticarətinin xüsusi formasıdır. 

B RJA ƏMƏL YYATI  məhsul, səhm, istiqraz və digər qiymətli 

kağızların alqı-satqısı üzrə birjada həyata keçirilən əməliyyatlardır. 



B RJA Q YMƏ  fond birjasında növbəti alqı-satqı nəticəsin-

də  müəssisələrin  səhmlərinin,  buraxdıqları  istiqrazların  və  digər 

qiymətli kağızların, xarici valyutaların formalaşmış dəyəridir. 

B ZNES    istehlakçıların  tələbatını  ödəmək  və  mənfəət  əldə  et-

mək məqsədi ilə təşəbbüskar və bacarıqlı insanların işgüzar əlaqələ-

rinin məcmusudur; o, hüquqi və fiziki şəxslər tərəfindən təbii ehtiyat-

lardan istifadə etməklə məhsul istehsalı və satışı, xidmətlər göstəril-

məsi  bu  işlə  məşğul  olanlara  mənfəət  və  cəmiyyətə  fayda  gətirən 

fəaliyyət  sferasıdır;  onun  istehsal,  investisiya,  innovasiya,  kommer-

siya və maliyyə və s. əsas növləri vardır. 

B ZNES- NKUBATOR  –  sahibkarlığa  yeni  başlayanlar  üçün 

hüquqi, iqtisadi və məsləhətlərlə köməklik göstərən təşkilatdır.  



B ZNES-PLAN  –  marketinq  tədqiqatları  əsasında  müəssisənin 

qarşıya  qoyduğu  məqsədə  çatmaq  üçün  strateji  və  taktiki  məqsəd-

lərini,  istehsalın  həcmini,  maliyyə  proqnozunu,  risklərin  qiymətlən-

dirilməsini və s.- ni özündə əks etdirən konkret tədbirlər planıdır; onun 

tərtibində məqsəd istehsal sahibkarlığı üçün maliyyə mənbəi tapmaqla 

investorları biznes fəaliyyətinə sövq etməkdir. 



BÜDCƏ  müəyyən dövr ərzində əldə olunacaq gəlir və çəkiləcək 

xərclər  nisbətinin  müqaisəli  qiymətləndirilməsi;  büdcə  iqtisadi  inkişaf 

və  sosial  tərəqqi  üçün  vacib  olan  xərclərin  planlaşdırılan  gəlirlərlə 

müqayisəsinin dərin təhlilində və qiymətləndirilməsində istifadə olunur.  



BÜDCƏ KƏSR   dövlət büdcəsi üzrə xərclərin gəlirlərdən artıq 

olması;  inflyasiya  səviyyəsinin  yüksəlməsinin  dövlət  maliyyəsinin 

böhran vəziyyətinin göstəricilərindən biri. 

 



CƏM YYƏT  –  aralarında  bağlanmış  müqaviləyə  əsasən,  birgə 

təsərrüfat fəaliyyəti göstərmək məqsədi ilə bir neçə fiziki və (və ya) 

hüquqi şəxslərin müəyyən müqavilə şərtləri əsasında birləşməsidir və 

yaxud onların yaratdıqları təşkilatdır. 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə