Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə210/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   206   207   208   209   210   211   212   213   214

“Firmanın iqtisadiyyatı”na dair məfhum və anlayışların izahlı lüğəti 

 

563



verməklə fəaliyyətini həyata keçirməkdə ona yardımçı olan iri fir-

madır.  


 FRANÇAYZ NQ  –  iri  və  kiçik  sahibkarlığın  qarşılıqlı  fayda-

lanmalarına əsaslanan əməkdaşlıq münasibətləridir.  



 



GER YƏ  XRAC  –  idxal  edilməzdən  əvvəl  emal  olunmamış 

əmtəələrin geriyə, xaricə çxarılması. 



GƏLƏCƏK DÖVRÜN XƏRCLƏ – müəssisə tərəfindən cari 

ildə  çəkilən  lakin,  məhsulun  maya  dəyərinə  növbəti  aylarda  və  ya 

ildə əlavə ediləcək xərclərdir.  

GƏL R  –  təsərrüfat  fəaliyyətinin  nəticəsi  kimi,  ayrı-ayrı  şəxs-

lərin, müəssisələrin və dövlətin əldə etdikləri pul vəsatidir; müəssisə-

nin gəliri onun məhsul istehsalı və satışından, iş görməkdən, xidmət 

göstərməkdən əldə etdiyi pul vəsaiti realizə olunmasına çəkdiyi xərc-

lərin fərqidir.  

GÖMRÜK  RÜSUMU  –  dövlətin  milli  sərhəddindən  keçirilən 

əmtələrə gömrük tarifi ödənişlərinə müvafiq olaraq gömrük orqanları 

tərəfindən alınan vergidir. 

GÖMRÜK  TAR F  – dövlət sərhədlərindən idxal və ixrac olu-

nan  məhsullara  görə  sistemləşdirilmiş  əmtəə  qrupları  üzrə  kömrük 

ödənişlərinin siyahısıdır.. 

 



HESABLAŞMA HESABI (BANK HESABI) – müəssisənin və 

təşkilatların bankda özlərinin sərbəst pul vəsaitlərini saxlamaq və ca-

ri xərcləri nağd və qeyri-nağd formada həyata keçirmək üçün açılan 

hesabıdır. 



HÜQUQ  ŞƏXS – qanunvericiliyə müvafiq olaraq, sərbəst səla-

hiyyət və öhdəlik daşıyıcısı qismində çıxış edən, bankda hesablaşma 

hesabı və gerbli möhrü olan təşkilat, müəssisə və firmalardır.  

 



XAL S MƏHSUL – müəssisə, firma və ya sahənin iqtisadi fəaliy-

yətinin  nəticələrini  xarakterizə  edən  göstəricidir;  o,  illik  ümumi 

məhsuldan  maddi  məsrəfləri  çıxmaqla  hesablanılır;  özünün  iqtisadi 



Telman Huseynov 

 

564



məzmununa  görə  xalis  məhsul  ölkənin  milli  gəliri  ilə  anoloq  təşkil 

edir; maddi istehsal sahəsində müəssisə və firmalarda istehsal olunan 

xalis məhsulun məcmuu ölkənin milli gəlirini formalaşdırır. 

XAR C   T CARƏT  S YASƏ – daxili bazarın qorunmasına və 

ya xarici ticarətin inkişafının stimullaşdırılmasına, onun strukturunun və 

əmtəə  axınının  istiqamətinin  dəyişdirilməsinə  istiqamətləndirilmiş-

yönəldilmiş tədbirlər sistemi; beynəlxalq ticarətin tənzimlənməsinin iki 

sistemi – proteksionizm və azad ticarət – mövcuddurlar. 

XƏRCLƏ– məhsulun istehsalı və tədavülü prosesində müxtəlif 

növ iqtisadi resursların istifadəsi ilə şərtlənən pul formasındakı məsrəf-

lərdir;  müəssisə  və  firmalarda  xərclərin  sabit,  dəyişən,  tam  (ümumi), 

istehsal, tədavül və son hədd xərc növlərini bir-birindən fərqləndirirlər. 



 

 

CARƏ  –  əmlakın  müqavilə  əsasında,  başqasına  istifadəyə  verən 

tərəfindən icarədara təsərrüfat və  ya digər fəaliyyət üçün əvəzi-haqqı 

ödənilməklə, razılaşdırılmış müddətə başqasına istifadə üçün veilməsi-

dir; torpaq, yaşayış və qeyri-yaşayış binaları, istehsal və ticarət müəs-

sisələri, müvəqqəti istifadə olunmayan avadanlıq  və nəqliyyat  vasitə-

lərinin  icarəyə  verilməsi  daha  geniş  yayılmışdır;  icarəyə  verən  öz 

əmlakı üzərində mülkiyyət hüququnu itirmir. 

CARƏ HAQQI – tərəflər arasında razılaşdırılmış müqavilə əsasın-

da icarəyə verilən əmlakdan istifadə müqabilində, nəzərdə tutulan məb-

ləğin icarəçi tərəfindən icarədara ödənən illik və ya aylıq məbləğdir. 

CARƏDAR  –  öz  əmlakını  yerli  və  xarici  ölkələrin  fiziki  və 

hüquqi şəxslərinə istifadəyə verən mülkiyyətçilərdir.  



CARƏÇ  – əmlakı icarəyə götürən yerli və əcnəbi ölkələrin fi-

ziki və hüquqi şəxsləridir. 



DXAL  –  hər  hansı  bir  ölkənin  daxili  bazarında  əmtəələrə,  xid-

mətlərə, qiymətli kağızlara, texnologiyaya, investisiya və s. Tələbatı 

ödəmək üçün digər ölkələrdən həmin növ resursların gətirilməsidir. 

XRAC – əmtəələrin satış məqsədilə əcnəbi ölkəyə (ölkələrə) çı-

xarılmasıdır. 



XT SASLAŞMA  –  konstruktiv  qurluşuna  və  hazırlanma  texno-

logiyasına  görə  oxşar,  tətbiq  sahəsi  məhdud  və  istehsalı  uzun  dövr 

təkrarlanan məhsul istehsalının bir müəssisədə təmərküzləşməsidir. 



“Firmanın iqtisadiyyatı”na dair məfhum və anlayışların izahlı lüğəti 

 

565



QT SAD YYAT – insanların çox geniş miqyaslı fəaliyyət gös-

tərə bildiyi və onların maddi və sosial ehtiyaclarını təmin edən yega-

nə təsərrüfat sferasıdır.  

QT SAD   SƏMƏRƏL L K  –  nisbi  kəmiyyət  olub,  istehsal 

fəaliyyətinin  iqtisadi  nəticəsi  ilə,  səmərəsi  ilə  həmin  fəaliyyətlə  əla-

qədar  olan  xərclərin  müqaisəsi  yolu  ilə  müəyyən  olunur;  iqtisadiy-

yatın bütün «mərtəbə»lərində hesablanması çox vacibdir. 



ND KAT V PLANLAŞDIRMA – sosial-iqtisadi inkişafın proq-

nozlaşdırılması, seçilmiş prioritetlər üçün zəruri olan iqtisadi şəraitin 

yaradılmasının elmi cəhətdən əsaslandırılması, iqtisadi təhlil etmək və 

qiymətləndirmək  üçün  meyar  və  göstəricilər  sisteminin  işlənib  hazır-

lanması və məlumatlar bankının yaradılması funksiyalarını həyata ke-

çirən tövsiyyə xarakterli planların tərtibidir. 



NFLYAS YA – təklif edilən əmtəə kütləsilə müqaisədə tədavül 

sferasında  pul  kütləsinin  həddən  artıq  çoxalması  nəticəsində  əmtəə 

və  xidmətlərin  qiymətlərinin  yüksəlməsilə  əlaqədar  olaraq  milli 

valyutanın məzənnəsinin aşağı düşməsidir. 



NVEST S YA – gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək 

məqsədi ilə sahibkarlıq və digər fəaliyyət növləri üzrə uzun müddətli 

əsaslı vəsait qoyuluşudur.  

  NVEST S YA  BANKI  –  iqtisadiyyatın  müxtəlif  sahələrinin 

maliyyələşdirilməsi  və  uzunmüddətli  kreditləşdirmə  ilə  məşğul  olan 

bank müəssisəsi. 



  NVESTOR – mənfəət almaq məqsədilə investisiya layihələrinə 

uzun müddətli əsaslı vəsait qoyuluşunu həyata keçirən dövlət, təşki-

lat və sahibkardır – fiziki və ya hüquqi şəxsdir. 

  NVENTAR – müəssisə və təşkilatlarda istifadə olunan istehsal 

alətləri, təsərrüfat əşyaları və müxtəlif ləvazimatlardır; bunların möv-

cudluğunu və yaralılıq vəziyyətini yoxlamaq üçün vaxtaşırı ünventar-

laşdırma adlanan tədbir həyata keçirilir. 

NVOYS – idxal olunan məhsulun dəyərini təsdiqləyən və göm-

rük orqanlarına təqdim edilən sənəddir. 



NFRASTRUKTURA  –  istehsal  və  qeyri-istehsal  (ticarət,sosial 

və  s.)  təyinatlı  firmalara,  onların  normal  fəaliyyətini  təmin  etmək 

məqsədilə,  xidmət  göstərən  müəssisə  və  təşkilatların  məcmusudur; 

praktikada istehsal və sosial infrastrukturları fərqləndirirlər. 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə