Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə206/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   202   203   204   205   206   207   208   209   ...   214

Fəsil 21. Firmanın xarici iqtisadi fəaliyyəti 

 

551



eyni məhsulları idxal edən ölkəyə satışı üçün səciyyəvi olan xərclərin 

(nəqliyyat, yükləmə, sığorta və s.), ölkəyə ixracı nəticəsində əldə olu-

nan mənfəətin toplanması yolu ilə müəyyən edilir.  

Ehtiyat  üsulu  vasitəsilə  məhsulun  gömrük  dəyəri  beynəlxalq 

təcrübəyə əsasən müəyyən edilir. 

Qeyd  etmək  lazımdır  ki,  məhsulun  gömrük  dəyərinin  müəyyən 

edilməsində  yuxarıdakı  ardıcıllıq  gözlənilir.  Yəni  əgər  birinci  üsul 

tətbiq oluna bilmirsə, ikinci üsuldan, əgər ikinci tətbiq oluna bilmir-

sə, üçüncüdən və s. istifadə edilir. 

 

 

 

F   K   R L Ə Ş   N

 

1. Xarici iqtisadi əlaqələr hansı zərurətdən doğur? 

2. Müəssisənin xarici iqtisadi əlaqələrinin hansı istiqamətləri vardır?  

3. Firmanın xarici iqtisadi fəaliyyətinin formalarını sayın və onla-

rın şərhini verin. 

4.  darəetmə  üzrə  xarici  iqtisadi  fəaliyyətin  növləri  haqqında  nə 

kimi  məlumatınız var? 

5. Firmanın ixrac əməliyyatlarına – faktiki ixraca, kredit ixraca və 

reksporta şərh verə bilərsinizmi? 

6. Konsiqnasiya və müvəqqəti ixrac əməliyyatlarının mahiyyətini 

aydınlaşdıra bilərsinizmi? 

7. Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi zəruriliyini izah 

edin. 

8. Ölkənin iqtisadi mənafeyini qorumaq üçün tətbiq edilən xüsusi 



növ rüsumlar hansılardır? 

 



 

 

552



 

 

 



 

 

“Firmanın iqtisadiyyatı”na dair məfhum və anlayışların 

izahlı lüğəti

 



AÇIQ T PL  SƏHMDAR CƏM YYƏT  – səhmləri sərbəst su-

rətdə özgəninkiləşdirilmə hüququna malik səhmdar cəmiyyətidir; cə-

miyyətin Nizamnamə fondunun minumum məbləği 4 min manatdan 

az olmamalıdır. 



AD  SƏHM – səhmdar cəmiyyətinin buraxdığı iki səhm növün-

dən  biridir;  səhmdar  cəmiyyətinin  ümumi  yığıncağında  səs  vermək 

yolu ilə onun idarə olunmasında iştirak etmək, mənfəətindən dividend 

almaq  və  səhmdar  cəmiyyəti  ləğv  olunarkən  onun  əmlakında  pay 

almağa hüquq verən qiymətli kağızdır.  

ADVALOR  RÜSUM  –  məhsulun  gömrük  dəyərinə  görə  faizlə 

hesablanan  rüsum  növüdür.  Başqa  rüsum  növləri  ilə  müqaisədə 

(spesifik, kombinə edilmiş) daha geniş miqyasda tətbiq edilir. 

AZAD SAH BKARLIQ ZONASI – ölkə və xarici müəssisə və 

sahibkarlar üçün güzəştli (əlverişli) vergi, gömrük, investisiya və di-

gər imtiyazlı şərtlər əsasında təsərrüfat fəaliyyəti üçün yaradılmış iq-

tisadi ərazidir; dünya ölkələri təcrübəsində üç tip sərbəst iqtisadi zo-

nalar mövcuddur: sənaye, iqtisadi və elmi-texniki inkişaf, sərbəst iş-

güzarlıq zonaları. 



AGENT  – müəyyən müddət ərzində başqasının tapşırığı və onun 

hesabına istehsal, satış, tədarük, topdansatış ticarəti üzrə fəaliyyət gös-

tərən (müvəkkilik edən) hüquqi və ya fiziki şəxsdir; agentin əqd sənəd-

lərinə imza etmək hüququ olmur; öz xidmətlərinə görə sifarişçidən – 

müqavilə əsasında – haqq alır.  

AKKORD ƏMƏK HAQQI  işçilərə ödənilən dənəmuzd əmək 

haqqı formalarından biridir; əmək haqqının bu formasında bağlanmış 

müqavilədə  həcmi,  əvvəlcədən  müəyyən  olunmuş  işin  tam  yerinə 

yetirilməsinə görə ödənilir. 




“Firmanın iqtisadiyyatı”na dair məfhum və anlayışların izahlı lüğəti 

 

553



 AKS Z  əsasən kütləvi istehlak mallarına (şəkər, tütün məmu-

latları,  duz,  benzin  və  s.)  dolayı  yolla  tətbiq  edilən  və  məhsulun 

qiymətinə əlavə olunan, nəticə etibarı ilə, məhsulun istehsalçısı və ya 

satıcısının dövlət büdcəsinə ödədiyi vergi növüdür. 

 AKT VLƏR – firma, müəssisə və ya şirkətə məxsus olan əmlak 

və pul vəsaitlərinin – binalar, qurğular, maşın və avadanlıqlar, mate-

rial  ehtiyatları,  lisenziyalar,  «nou-hau»,  bank  və  qiymətli  kağızlara 

qoyuluşlar, patentlər, müəllif hüquqları və s.-nin – məcmusudur; sa-

hibi üçün iqtisadi dəyərə malik olan, fiziki və ya maddi əsası olma-

yan müxtəlif hüquqlar da aktivlərin tərkib hissələridir. 



AKKRED T V  –  firma,  müəssisə  və  şirkətlərin  kommersiya 

əməliyyatları  üzrə  bankla  nağd  olmayan  hesablaşma  sənədidir;  o, 

bankla hesablaşma növlərindən biridir;  

ALICI  BAZARI    bazarda  əmtəə  təklifinin  tələbi  üstələdiyi  si-

tuasiyadır;  belə  bir  vəziyyətin  yaranması  iqtisadi  baxımdan  isteh-

lakçılar üçün faydalıdır.  

AMORT ZAS YA – əsas fondların dəyərinin bir qisminin məhsu-

lun istehsalı ilə əlaqədar xərclərə əlavə etməklə onun dəyərinin ödə-

nilməsidir;  o,  əsas  fondların  fiziki  və  mənəvi  köhnəlmələrinin  pulla 

ifadəsidir. 



AMORT ZAS YA NORMASI – əsas fondun köhnələn hissəsi-

nin  bərpası  üçün  zəruri  olan  məbləğin  həcmini  müəyyən  edir;  onun 

vasitəsilə əsas fondların dövr etməsi nizamlanır, onların təkrar isteh-

salı intensivləşdirilir. 

 AMORT ZAS YA  AYIRMALARI    mövcud  əsas  fondların 

təmirinə,  modernləşdirilməsinə  və  habelə  yeniləri  ilə  əvəzlənməsinə 

istqamətləndirilmiş  əsas  fondların  aşınmasının  pulla  ifadəsidir;  bu 

ayırmalar  əsas  fondların  ilkin  dəyərinə  görə  əvvəlcədən  müəyyən 

olunmuş faizlə hesablanır. 

AMORT ZAS YA MÜDDƏ  amortizasiya ayırmaları hesabına 

əsas  fondların  dəyərinin  tam  ödənilməsi  üçün  müəyyən  edilmiş  vaxt 

intervalıdır; ondan illik amortizasiya normalarının hesab-lanmasında 

istifadə olunur. 



AMORT ZAS YA FONDU  firma və müəssisələrdə köhnəlmiş 

əsas fondların bərpası və yeniləşdirilməsi üçün nəzərdə tutulan amor-

tizasiya ayırmaları hesabına yaradılan maliyyə mənbəədir. 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə