Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə209/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   206   207   208   209   210   211   212   213   214

Telman Huseynov 

 

560



Ə

MƏK  HAQQI    işçiyə  onun  maddi  və  mənəvi  ehtiyaclarını 

ödəmək üçün əməyinin kəmiyyəti və keyfiyyəti müqabilində ictimai 

məhsuldan  ayrılan  və  pul  ifadəsində  verilən  hissədir;  müəssisələrdə 

əmək haqqının düzgün təşkili üçün onun iki formasından – işəmuzd 

və vaxtamuzd formalarından istifadə olunur. 

Ə

MƏK  TUTUMU    əmək  məhsuldarlığının  əks  göstəricisidir; 

əməyin səmərəlilik səviyyəsini səciyyələndirən bu göstərici il ərzində 

maddi  istehsala  sərf  olunmuş  vaxtın  miqdarının,  istehsal  olunmuş 

məhsulun həcminə nisbəti kimi müəyyən olunur.  

Ə

MƏK KONTRAKTI  sahibkarla işə götürülən arasında müəy-

yən  şərtlər  əsasında  (işçinin  funksiyası,  iş  yeri,  əmək  haqqı,  işin 

başlanma vaxtı və s.) bağlanan müqavilədir, hüquqi sənəddir. 

Ə

MƏK HAQQININ AKKORD FORMASI – qüvvədə olan vaxt 

və istehsal normaları əsasında işin ayrı-ayrı əməliyyatlarına görə deyil, 

onun bütünlükdə həcminə görə qiymətləndirilir və ödənişin məbləği 

hesablanır; işəmuzd əmək ödənişinin bu formasında işin icra vaxtını 

qısaltmaq  üçün  fəhlələrin  stimullaşdırılması  əmək  məhsuldarlığının 

yüksəldilməsinə ciddi şəkildə təsir göstərir. 

Ə

MƏY N FOND S LAHLILIĞI  əməyin istehsal əsas fondları ilə 

təminat səviyyəsini xarakterizə edən göstəricidir; o, fondların orta illik 

dəyərinin işçilərin orta illik siyahı sayına bölünməsi yolu ilə hesablanır. 

Ə

MLAK  MƏSUL YYƏ    mülkiyyətin  iqtisadi  mahiyyətin-

dən irəli gəlir və firma, müəssisə, təşkilat və vətəndaşlar onlara məx-

sus  əmlakla  öz  iqtisadi  fəaliyyətlərinin  nəticələrinə  görə  məsuliyyət 

daşıdıqlarını göstərir.  

Ə

MTƏƏ – bazarda satılmaq və ya mübadilə edilmək üçün isteh-

sal olunan əmək məhsuludur.  

Ə

MTƏƏL K MƏHSUL  müəyyən dövrdə (adətən bir ildə), ba-

zarda satmaq üçün müəssisənin istehsal etdiyi məhsulun həcmidir. 

Ə

MTƏƏ  B RJASI    bazarın  növlərindən  biri  olmaqla  maddi 

dəyərlərin, əsasən xammal, taxıl, neft və neft məhsulları, metall və s. 

bu kimi əmtəələrin topdan satış ticarətini həyata keçirir. 

 Ə

MTƏƏN N  RƏQABƏT  QAB L YYƏTL L Y   –  müəssisə 

tərəfindən  bazarda  təklif  olunan  əmtəələrin,  rəqabətli  bazarın  tələb-

ləri  üzrə  mühüm  keyfiyyətlərə,  digər  analoji  əmtəələrlə  müqayisədə 

alıcıların ehtiyaclarını daha dolğun ödəmə qabiliyyətinə malik oma-




“Firmanın iqtisadiyyatı”na dair məfhum və anlayışların izahlı lüğəti 

 

561



sıdır;  o,  bir  tərəfdən  əmtəənin  keyfiyyəti  və  satışdan  sonrakı  servis 

xidməti,  istehsalçının  imici,  tələbin  dəyişkənliyi  və  digər  tərəfdən 

onun qiyməti ilə müəyyənləşir. 

Ə

MTƏƏ  N ŞANI  – bir müəssisənin əmtəələrinin digər müəssi-

sənin anoloji əmtəələrindən fərqləndirilməsinə imkan verən müəyyən 

qayda əsasında qeydiyyatdan keçirilmiş simvoldur; əmtəə nişanından 

yalnız onun sahibinin istifadə etmək hüququ vardır. 

Ə

SAS  FONDLAR – istehsal prosesində uzun müddət və bütöv-

lükdə iştirak edən, öz natural görkəmini saxlayan və dəyərini istehsal 

olunan  məhsulun  üzərinə  –  köhnəlmə  dərəcəsindən  aslı  olaraq  – 

hissə-hissə keçirən əmək vasitələridir. 

 ƏSAS FONDLARIN QALIQ DƏYƏ – istehsal prosesi zama-

nı  əsas  fondun  hələ  məhsul  üzərinə  keçirmədiyi  dəyərin  həcmi,  qiy-

mətləndirmə  məqamı  üçün  onun  amortizasiyalanmamış  dəyəridir;  bu 

əsas fondun həm ilkin və həm də bərpa dəyərinə görə hesablana bilər. 

Ə

SASLI  T K NT   –  yenilərinin  tikilməsi,  fəaliyyətdə  olanların 

rekonstruksiyası,  yenidən  qurulması  və  modernləşdirilməsi  yolu  ilə 

əsas fondların yaradılması və təkmilləşdirilməsi prosesidir. 



 



 FƏRD  MÜƏSS SƏ – sahibkarlıq fəaliyyətinin «klassik» növü, 

fərdin mülkiyyətinə əsaslanan, mənfəət əldə etmək məqsədilə məhsul 

istehsalı  üzrə  fəaliyyət  göstərən,  təşkilinin  sadəliyi  ilə  fərqlənən 

təsərrüfat subyekti və hüquqi şəxsdir. 



F RMA  –  müəyyən  mülkiyyətə  və  hüquqi  şəxs  səlahiyyətlərinə 

malik, məqsədi mənfəət əldə etmək olan bir və bir neçə müəssisədən 

ibarət, məhsulun istehsalı və həmdə satışını həyata keçirən müstəqil 

təşkilati – təsərrüfat vahididir; o müəssisədən fərqli olaraq istehsalla 

yanaşı  kommersiya  fəaliyyətilə  də  məşğul  olur  (öz  məhsulunu  özü 

satır);  bazarın  ilkin  həlqəsi  olmaqla,  rəqabət  mübarizəsi  aparır  və 

mənfəətin bölüşdürülməsi işini həyata keçirir.  

F RMA  N ŞANI  –  özünü  təqdim  etmək,  reklamlaşdırmaq  və 

tanıtdırmaq üçün onun özü tərəfindən müəyyən edilmiş simvol, şəkil, 

fərqləndirici rəng və ya işarədir. 

F RMA  VƏ  MÜƏSS SƏLƏR N  SƏHMLƏ  –  səhmdar  cə-

miyyətlər tərəfindən qeyri-məhdud vaxta buraxılan qiymətli kağızlar-




Telman Huseynov 

 

562



dır.  Səhmlər  cəhmdar  cəmiyyətinin  kapitalına  müəyyən  məbləğdə 

pul qoyuluşunu təsdiq edən və ötən dövrdə əldə edilən mənfəətin bir 

hissəsini  səhm  mülkiyyətçilərinə  dividend  şəkilində  əldə  etmək 

hüququ verən qiymətli kağız növüdür.  



FOND B RJASI – bazarın bir növü kimi qiymətli kağızların ra-

zılaşdırılmış  müqavilələr  əsasında  alqı-satqısı  üzrə  əməliyyatlar  hə-

yata keçirən qrumdur. 

FONDTUTUMU  –  fondveriminin  əksi  olan  göstəricidir.  l  ər-

zində istehsal olunmuş məhsul həcminin əsas fondların dəyərinə nis-

bəti kimi hesablanır. 

FONDVER M   –  əsas  fəndlardan  istifadə  səmərəliliyini  xarak-

terizə edən  göstəricidir;  stehsal olunmuş məhsulun ümumi dəyərinin 

əsas fondların orta illik dəyərinə olan nisbəti kimi hesablanılır. 

FRAXT –  yüklərin su  yolu daşınmasına görə nəqliyyat sahibinə 

ödənilən tarifdir, haqdır. 



FRANKO – italyan sözü olub «azadolma» mənasına uyğun gəlir; 

məhsulun  yüklənməsi,  nəql  olunması  (bəzən  sığortalanması)  ilə 

bilavasitə əlaqədar olan xərclərdən kimin – məhsul satanın və ya onu 

alanın azad olunmasını frankoların növləri müəyyən edir. 

 FRANKO-ALICI-MÜƏSS SƏ  –  frankonun  bu  növündə  yüklə-

mə,  nəqletmə,  boşaltma,  məhsulun  korlanması  ilə  əlaqədar  xərclər 

onun (məhsulun) qiymətinə əlavə edildiyindən istehlakçı müəssisə hə-

min xərclərdən azad olunur, məhsul isə istehsalçı tərəfindən istehlak-

çının anbarına qədər nəql olunur və ona təhvil verilir. 

FRANKO-AMBAR  (SATICI)  –  frankonun  bu  növündə  məhsul 

onu  istehsal  edənin  anbarından  istehlakçı  müəssisəyə  təhvil  verilir; 

yükün alcının anbarına çatdırılması ilə əlaqədar olan xərclər (yükləmə, 

nəqetmə, boşaltma) istehlakçı müəssisə tərəfindən çəkilir.  



FRANKO-VAQON-STANS YA – frankonun bu növündə məh-

sulun istehlakçının məskunlaşdığı stansiyaya çatdırılması ilə əlaqədar 

xərcləri  məhsulgöndərən  müəssisə,  bundan  sonrakı  xərclər  isə 

istehlakçı müəssisə tərəfindən ödənilir.  



FRANÇAYZER (iri müəssisə) – müstəqil bir kiçik müəssisəyə 

(françayziyə) özünün firma nişanından istifadə hüququnu satır, öz 

tərəfdaşı  olan  –  françayziyə  yarımfabrikat  və  dəstləşdirici  məmu-

latlar  göndərmək,  idarəetmə  xidməti  göstərmək  və  texnologiya 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə