Telman Huseynov
98
larla təchiz edilir və belə müəssisələrdə avtomatlaşdırılmış axın xət-
lərinin tətbiqi geniş yayılmışdır. Kütləvi istehsal şəraitində mexani-
ki emalın texnoloji prosesləri üzrə keçidləri daha dəqiq hazırlanır.
Hər bir dəzgaha az miqdarda əməliyyat təhkim edilir ki, bu da iş
yerlərinin nisbətən tam yüklənməsini təmin edir. Avadanlıqlar ayrı-
ayrı detalların emalı texnologiyasının gedişinə uyğun yerləşdirilir,
fəhlələr bir və ya iki əməliyyatın yerinə yetirilməsi üzrə ixtisaslaşır-
lar, detallar isə əməliyyatdan əməliyyata tək-tək verilir.
Kütləvi istehsal şəraitində əməliyyatlararası nəqletmənin və iş
yerlərinə texniki xidmətin təşkilinin əhəmiyyəti artır. Maşın, avadan-
lıq və alətlərin vəziyyətinə mütəmadi nəzarət istehsal prosesinin fasi-
ləsizliyini təmin etməyin əsas şərtlərindən birinə çevrilir. stehsalın
bütün həlqələrində müəyyən edilmiş ahəngdarlığın təmin olunması
zəruriliyi kütləvi istehsalın təşkilinin fərqləndirici cəhətlərindəndir.
Kütləvi istehsal avadanlıqlardan tam istifadəni, əmək məhsuldar-
lığı səviyyəsinin yüksək və hazırlanan məhsulun maya dəyərinin di-
gər istehsal tiplərilə müqayisədə aşağı olmasını təmin edir.
F K R L Ə
Ş
N
1. stehsal prosesinin mahiyyəti – istehsal prosesi nədir?
2. Əməliyyat, keçid, fənd və əməl haqqında nə bilirsiniz?
3. Əsas, köməkçi və xidmətedici prosesləri şərh edə bilərsinizmi?
4. Fərdi, seriyalı və kütləvi istehsalları fərqləndirə bilərsinizmi?
5. stehsalın təşkilinin axınlı, dəstəli və fərdi növlərinin hansı əla-
mətləri vardır?
6. stehsalın təşkili və tərkibini izah edin.
7. stehsal tsiklinin qısaldılmasının əsas istiqamətlərini şərh edin.
8. stehsalın təşkilinin əsas prinsipləri haqqında nə kimi məluma-
tınız vardır?
9. stehsalın təşkili formaları (texnoloji, predmet, düzxətli, fərdi
və qarışıq) haqqında nə bilirsiniz?
99
Fə
sil 4. stehsalin tə
mə
rküzləş
dirilmə
si və
müə
ssisə
nin
optimal ölçüsü
1. stehsalın təmərküzləşdirilməsinin mahiyyəti və formaları
2. stehsalın təmərküzləşdirilmə səviyyəsinin göstəriciləri
3. stehsal firmasının optimal ölçüsü və onu müəyyən edən amillər
4. stehsalın təmərküzləşdirilməsinin iqtisadi səmərəliliyi
1. stehsalın təmərküzləşdirilməsinin mahiyyəti və formaları
ctimai istehsalın intensivləşdirilməsi və səmərəliliyinin yüksəldil-
məsinin çoxsaylı amilləri içərisində onun (istehsalın) ictimai təşkili
və idarə olunmasının elmi cəhətdən əsaslandırılmış forma və metod-
larının özünəməxsus yeri və rolu vardır. stehsalın ictimai təşkili for-
maları, öz təzahürünü təmərküzləşmə, ixtisaslaşma, kooperativləşmə
və kombinələşmə proseslərində tapan əməyin bölgüsü və ictimailəş-
məsi ilə sıx surətdə əlaqədardır.
stehsalın ictimailəş
mə
si və
ə
mə
yin bölgüsü öz ə
ksini müə
ssi-
sə
lə
rin iriləş
mə
sində
– istehsalın tə
mə
rküzləş
mə
sində
; ə
mə
k böl-
güsünün də
rinləş
mə
sində
– ixtisaslaş
ma və
kooperativləş
mə
də
;
texnoloji cə
hə
tdə
n müxtə
lif istehsalların bir müə
ssisə
də
uzlaş
dı-
rılmasında – kombinə
ləş
mə
də
tapır.
stehsalın təmərküzləşməsi – məhsul istehsalının daha iri müəs-
sisələrdə toplanması prosesidir.
stehsalın təmərküzləşməsi, ixtisaslaşması, kooperativləşməsi və
kombinələşməsi arasında sıx qarşılıqlı əlaqələr vardır. stehsalın tə-
mərküzləşməsi istehsalın ictimai təşkili formaları içərisində ən mü-
rəkkəbidir, onun inkişafı digər formalarda da dəyişikliklərə səbəb
olur. O, istehsalın ixtisaslaşması üçün əsas yaradır, onun inkişaf
tempini və səviyyəsini müəyyən edir. xtisaslaşma isə öz növbəsin-
də əmək məhsuldarlığının artımı ilə nəticələnir, müəssisələrin ölçü-
Telman Huseynov
100
lərinin artımına səbəb olur, həmçinin kooperativləşmənin inkişafı-
nın şərti kimi çıxış edir. Kooperativləşmə ixtisaslaşmanın inkişafı
üçün əlverişli şərait, istehsalın ölçüsünün artması üçün isə əlavə im-
kanlar yaradır. Nəhayət, əmək bölgüsünün dərinləşməsi və müxtəlif
texnoloji proseslərin bir müəssisədə uzlaşdırılaraq təmərküzləşməsi
əsasında istehsalın kombinələşməsi yaranır.
Təmərküzləşmə, istehsalın ictimai təşkili formalarından biri kimi,
texnikanın inkişafı və səmərəli istifadəsinə, müəssisələrin iqtisadi
göstəricilərinin yaxşılaşdırılmasına təminat verir.
Təmərküzləşmə prosesinin mahiyyəti iqtisadiyyatın sahələrində
məhsul istehsalı üzrə iri müəssisələrin xüsusi çəkilərinin mütəmadi
artması ilə səciyyələnir.
Sahənin ümumi istehsalında iri müəssisələrin payının artmasına
nisbi təmərküzləşmə deyilir.
Təmərküzləşmə mütləq mənada da arta bilər. Belə halda sahəyə
daxil olan müəssisələrin ölçüləri artır.
Tə
mə
rküzləş
mə
prosesinin birinci cə
hə
ti (nisbi) müə
ssisə
lə
r
arasında ümumi mə
hsul istehsalının bölüş
dürülmə
si ilə
ə
laqə
dar-
dırsa, ikincisi – istehsal müə
ssisə
lə
rinin özlə
rinin ölçülə
rinin (müt-
lə
q) də
yiş
mə
silə
bağ
lıdır.
Mütləq təmərküzləşmə nisbi təmərküzləşməni doğurur və əməyin
ictimailəşməsi dərəcəsinin yüksəlməsində ilkin şərt kimi çıxış edir.
stehsalın təmərküzləşməsi və onun müxtəlif formaları müəyyən
məhsul növlərinə tələbatın artması və elmi-texniki tərəqqinin təsiri
nəticəsində inkişaf edir. Buna görə də, hər bir inkişaf səviyyəsində
istehsalın təmərküzləşməsi istehsalın optimal ölçüsünə və avadan-
lıqların məhsuldarlığına uyğun olmalıdır.
Təmərküzləşmə prosesinin təməlində dayanan elmi-texniki tə-
rəqqi həmin prosesin mürəkkəbliyindən asılı olaraq, onların müxtəlif
formada getməsi üçün həlledici təsir gücünə malik olur.
Təmərküzləşmənin aqreqat, istehsal-texniki və texnoloji formaları
mövcuddur ki, bunlar da intensiv və ekstensiv yolla inkişaf etmiş və
formalaşmışlar.
Aqreqat tə
mə
rküzləş
mə
si elmi-texniki tərəqqinin mövcud inki-
şaf səviyyəsi, aqreqat və avadanlıqların texnoloji strukturunda daha
güclülərin, məhsuldarlığı yüksək olanların payının artması və onların