Fəsil 3. Firmada istehsal prosesi və onun təşkili
95
ilə quraşdırılmasını göstərmək olar. stehsalın təşkilinin belə forması
bir sıra üstünlüklərə malikdir. stehsalın təşkilinin fərdi forması mə-
mulatın konstruksiyasını və emalı ardıcıllığını tez-tez dəyişməməyə,
istehsalın tələbatı ilə müəyyən edilən miqdarda müxtəlif nomenklatu-
ralı məhsullar istehsal etməyə, avadanlıqların yerinin dəyişdirilməsi
ilə əlaqədar vaxta və xərcə qənaət etməyə və habelə istehsalın çe-
vikliyini artırmağa imkan verir.
stehsalın təşkilinin qarışıq forması materialların istehsala ardı-
cıl, paralel və ya qarışıq şəkildə verilməsi ilə qarışıq və ya xətti
struktura əsaslanan əsas və köməkçi əməliyyatların vahid istehsal
prosesində birləşdirilməsinə əsaslanır. stehsalın təşkilinin qarışıq
(birləşdirilmiş) formasında sahələrdə emaletmə, nəqletmə, anbarlaş-
dırma və idarəetmə vahid istehsal prosesində birləşdirilir və bütün bu
işlər koordinasiya edilir. Bunlar isə, bütün iş yerlərinin «avtomatik
nəqliyyat – anbar kompleksi» vasitəsilə birləşdirilməsi yolu ilə təmin
edilir. Burada istehsal prosesinin idarə olunması elektron hesablama
maşınlarının köməyi ilə həyata keçirilir ki, bu da istehsal sahəsində
texnoloji prosesin bütün elementlərinin «anbarda zəruri xammal və
materialların axtarılması – onların iş yerlərinə nəqledilməsi – emalı –
emal edilmiş detalların anbara qaytarılması» sxemi üzrə fəaliyyətini
təmin edir. Ayrı-ayrı iş yerlərində detalların emalı və nəql edilməsi
zamanı yaranan vaxt fərqləri əməliyyatlararası və sığorta zadellərinin
bufer anbarlarını yaratmaqla nizama salınır. Qarışıq (birləşdirilmiş)
istehsal sahələrinin yaradılması, istehsal proseslərinin birləşdirilməsi
və avtomatlaşdırılması birdəfəlik xərclərin yüksək olması ilə nəticə-
lənir.
stehsalın təşkilinin birləşdirilmiş formasına keçidin iqtisadi sə-
mərəsi istehsal tsiklinin azaldılması, avadanlıqların yüklənmə səviy-
yəsinin artırılması, istehsal prosesinin tənzimlənməsi və ona nəzarə-
tin yaxşılaşdırılması hesabına əldə edilir.
stehsalın təşkilinin yuxarıda qeyd olunan formalarını – yeni
məhsulun buraxılışına uyğunlaşdırmaq qabiliyyətindən asılı ola-
raq – çevik və qeyri-çevik formalara bölmək olar.
stehsalın təşkilinin çevik formaları çox az vaxt və əmək sərf et-
məklə istehsal prosesinin elementlərini dəyişmədən yeni məhsul bu-
raxılışına keçidi təmin edir.
Telman Huseynov
96
stehsalın təşkilinin qeyri-çevik formaları bir neçə növ detalın de-
yil, yalnız bir növ detalın emalını nəzərdə tutur. Buraxılan məhsulun
nomenklaturasında dəyişiklik və məmulatın konstruktiv cəhətdən ye-
ni seriyasının buraxılışna keçid istehsal sahəsinin yenidən planlaş-
dırılmasını, avadanlıq və ləvazimatların dəyişdirilməsini tələb edir.
Fərdi istehsal şəraitində istehsalın təşkilinin özünəməxsus xü-
susiyyətləri vardır. Bu istehsal tipində detallar, onların emalının
üsulları müxtəlif olduğundan istehsal sahələri eyni təyinatdan olan
avadanlıqların qruplar halında yerləşdirilməsinə əsaslanan texnoloji
prinsip üzrə qurulur. stehsalın bu cür təşkilində detallar hazırlanma
prosesində müxtəlif istehsal sahələrindən keçirlər. Buna görə də, de-
talların istehsal sahəsinə (əməliyyatı həyata keçirmək üçün) verilməsi
zamanı onların emalının keyfiyyətinə nəzarətin həyata keçirilməsi,
nəqledilməsi, əməliyyatları yerinə yetirmək üçün iş yerlərinin müəy-
yən olunması məsələləri dəqiq müəyyənləşdirilməlidir. Fərdi isteh-
salda operativ planlaşdırma və idarəetmənin xüsusiyyətləri sifarişlə-
rin vaxtında yerinə yetirilməsi, əməliyyatlar arasında hər bir detalın
hərəkətinə nəzarət, istehsal sahələrinin və iş yerlərinin birqərarda
yüklənməsi ilə müəyyən olunur. Bu zaman müəssisədə maddi-texniki
təminatın təşkilində ciddi çətinliklər yaranır. Hazırlanan məhsulların
nomenklaturasının geniş olması, materiallardan iriləşdirilmiş məsrəf
normalarının tətbiqi fasiləsiz təminatda problemlər yaradır ki, bu da
müəssisədə, bəzən, materiallardan böyük həcmdə istehsal ehtiyatları-
nın yaranmasına gətirib çıxarır.
Fərdi istehsalın təşkili xüsusiyyətləri onun iqtisadi göstəricilərinə
də təsir göstərir. Bu istehsal tipinin üstünlük təşkil etdiyi müəssisələr
üçün nisbətən yüksək əməktutumluluğu və müxtəlif əməliyyatlar
arasında detalların uzun müddət toplanıb qalması hesabına bitmə-
miş istehsalın həcminin böyük olması səciyyəvidir.
Fərdi istehsalın texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılma-
sının əsas ehtiyatları onun texniki-təşkilati səviyyəsinə görə seriyalı
istehsal tipinə yaxınlaşdırılması ilə əlaqədardır. stehsalın təşkilinin
dəstəli üsullarının tətbiqi hazırlanan məhsulların sayca məhdudlaş-
dırılması, detal və qovşaqların unifikasiyası (eyniləşdirilməsi) yolu
ilə mümkündür ki, bu da ixtisaslaşmış istehsal sahələrinin təşkilinə,
istehsalın hazırlığına sərf olunan vaxtı azaltmaq üçün məhsulun kon-
Fəsil 3. Firmada istehsal prosesi və onun təşkili
97
struktiv quruluşuna və hazırlanma texnologiyasına görə oxşar olan
detalları qruplaşdırmağa və avadanlıqlardan istifadəni yaxşılaşdırma-
ğa imkan verir.
Seriyalı istehsalın təşkili üçün sexlərin, adətən, predmet üzrə ix-
tisaslaşmış qapalı istehsal sahələrindən ibarət olması, avadanlıqların
texnoloji proses üzrə ardıcıllıqla yerləşdirilməsi daha çox səciyyəvi-
dir. Bunun nəticəsində isə, iş yerləri arasında nisbətən sadə əlaqələr
yaranır və məhsulun hazırlanması prosesində detalların birbaşa hərə-
kətini təşkil etmək mümkün olur. Müəssisədə istehsal sahələrinin
predmet üzrə ixtisaslaşması əməliyyatların ardıcıl olaraq yerinə yeti-
rildiyi bir neçə avadanlıqlarda detallar partiyasının paralel emal edil-
məsinə şərait yaradır. Bütün detallar partiyasının emalı başa çatana
qədər ayrı-ayrı detallar üzərində bir əməliyyat qurtardıqdan sonra o,
onun üzərində digər əməliyyatın yerinə yetirilməsi üçün sonrakı mər-
hələyə verilir. Beləliklə, seriyalı istehsal şəraitində istehsal prosesinin
paralel-ardıcıl təşkili mümkün olur.
Seriyalı istehsal şə raitində istehsalın təş kilinin bu və ya digər
formasının tətbiqi istehsal sahəsinə təhkim edilmiş məmulatların
əməktutumundan və buraxılış həcmindən asılı olur. Məsələn, böyük
miqdarda hazırlanan və oxşar texnoloji prosesə malik iri, əməktu-
tumlu detallar dəyişən axınlı istehsalın təşkili ilə bir istehsal sahəsinə
təhkim edilir. Orta ölçülü, çoxəməliyyatlı və az əməktutumlu detallar
partiyalarda birləşdirilir. Əgər onların istehsalı müntəzəm təkrar olu-
nursa, bu detalların qrup şəklində emalı üçün xüsusi istehsal sahəsi
təşkil edilir. Kiçik, az əməktutumlu detallar onların istehsalı üzrə ixti-
saslaşmış istehsal sahəsinə təhkim olunur və bu zaman birbaşa axınlı
istehsalın təşkili forması mümkün olur.
Seriyalı istehsalda fərdi istehsala nisbətən məhsulların əməktutu-
mu və ya maya dəyəri əhəmiyyətli şəkildə aşağı olur və istehsal tsik-
lində fasilələrin xüsusi çəkisi nisbətən az olur ki, bu da bitməmiş is-
tehsalın həcmini xeyli azaldır.
stehsalın təşkili baxımından seriyalı istehsalda iqtisadi səmərəli-
liyin artırılmasının əsas ehtiyatlarından biri istehsalın axınlı təşkili
üsullarının tətbiqidir.
Kütlə vi istehsal şə raitində iş lə yə n müə ssisə lə rdə sexlər isteh-
salı tam avtomatlaşdırmağa imkan verən daha mütərəqqi avadanlıq-
Dostları ilə paylaş: |