Telman Huseynov
116
hissələrinin buraxılışının bu və ya digər bir müəssisədə təmərküz-
ləşdirilməsi ilə səciyyələnir. Hissə üzrə ixtisaslaşdırmaya diyircəkli
yastıq, bölüşdürücü val, karbürator, porşen və s. hissələrin istehsalı
təşkil olunmuş müəssisələri misal göstərmək olar.
Texnologiya üzrə və ya mərhələlər üzrə ixtisaslaşdırma forması
bu və ya digər müəssisənin əmək predmetinin emalı mərhələlərindən
birinin yerinə yetirilməsinə cəlb edilməsini səciyyələndirir.
xtisaslaşmanın bu formasında texnologiyanın mərhələlərindən
biri ayrılır, müstəqilləşir, daha doğrusu, "muxtariyyət" statusu alaraq
fəaliyyət göstərir. Texnoloji prinsiplər üzrə ixtisaslaşdırılmış müəssi-
sələrə mərkəzləşdirilmiş tökmə, mərkəzləşdirilmiş dəmirçi-press is-
tehsallarını, yığma zavodları və s. aid edirlər.
Müasir sənaye istehsalı şəraitində istehsal prosesinin funksional böl-
güsünün güclənməsi nəticəsində funksional ixtisaslaşdırma getdikcə daha
geniş vüsət alır. Köməkçi və xidmətedici işlərin müəyyən növlərinin mər-
kəzləşdirilməsi və onların yerinə yetirilməsinin ixtisaslaşdırılmış müəs-
sisələrdə cəmləşdirilməsi istehsal prosesinin funksional bölgüsü üçün
xarakterik haldır. Belə funksional ixtisaslaşdırılmış müəssisələrə təmir
və tara zavodlarını, energetika mərkəzlərini və s. misal göstərmək olar.
stehsalın ixtisaslaşdırılmasının dərinləşməsi bir sıra amillə-
rin təsiri nəticəsində baş verir ki, bunlara da aşağıdakılar aiddir:
– buraxılan məhsula perspektiv dövr üçün tələbatın artması və
satış bazarının genişlənməsi. Məhsulun kifayət qədər sabit və mütə-
madi olaraq təkrarlanan nomenklaturası müəssisənin istehsal proqra-
mının – sifarişlər portfelinin – sabitliyini müəyyən edir. stehsalın
bütün ünsürlərinin yüksək təkrar olunma dərəcəsi, onların daim art-
maqda olan həmcins məhsul buraxılışına uyğunlaşması istehsalın
ahəngdarlığının artmasına, istehsalın və əməyin təşkilinin mütərəqqi
metodlarının tətbiq edilməsinə səbəb olur;
– elmi-texniki tərəqqinin yüksək tempi. xtisaslaşdırma elmi-
texniki tərəqqinin mühüm şərtidir və eyni zamanda onun nəticəsidir
(bu iki proses arasında səbəb – nəticə əlaqələri mövcuddur), çünki
elmi-texniki tərəqqi ixtisaslaşdırılmış müəssisələrin yaradılması yo-
lu ilə əmək bölgüsünün dərinləşməsinə səbəb olan ciddi bir amildir;
– iqtisadi cəhətdən məqsədəuyğun səviyyədə ixtisaslaşdırılmış
müəssisədə məhsul buraxılışının təmərküzləşməsi və istehsalın opti-
Fəsil 5. xtisaslaşdirma və kooperasiyalaşma
117
mal ölçüyədək artması. Bu, məhsul istehsalı zamanı tətbiq edilən tex-
nikanı və iş qüvvəsini maksimal səviyyədə yükləməyə imkan verir;
– buraxılan məhsulun çeşidinin uzunmüddətli və məqsədəuyğun
konstruktiv sabitliyinin yaradılması, məmulatların mütərəqqi və pers-
pektiv tiplərinin işlənib hazırlanması, baza modellərinin və onların
əsasında qurulmuş məmulatların yeni modifikasiyasının istehsalına
başlanması və mənimsənilməsi. Mütərəqqi konstruktiv quruluşa ma-
lik avadanlığın istehsalın texnoloji dəyişkənliyi ilə sıx əlaqəsi, elmi-
texniki tərəqqi və bazarın tələbləri nəticəsində məhsul nomenklatu-
rasının tez-tez dəyişdiyi bir şəraitdə ixtisaslaşdırılmış maşın və ava-
danlıqlardan səmərəli istifadə etməyə şərait yaradır;
– müasir dövrdə elmi-texniki tərəqqi bir tərəfdən istehsal olunan
məhsulların nomenklaturasının artması və tez-tez dəyişməsi ilə, digər
tərəfdən isə qısa müddətdə ucuz məhsul istehsalının təmin edilməsi
məqsədilə istehsalın ixtisaslaşması, mexanikləşdirilməsi və avtomat-
laşdırılması ilə xarakterizə olunur. Bu ziddiyyət birtipli məmulat və
yarımfabrikatların kütləvi və iri seriyalı istehsalı ilə həll oluna bilər ki,
bu da standartlaşdırma və eyniləşdirmə ilə (unifikasiya) sıx bağlıdır.
Standartlaş dırma – istehsal olunan mə mulat və yarımfabrikat-
ların fiziki, kimyə vi, hə cm və digə r ölçülə rinə norma və tə lə blə rin
müə yyə n olunmasıdır. Bu norma və tələblər standart adlanan sənəd-
lər formasında rəsmiləşdirilir. Eyniləşdirmə isə məmulatın və onun
elementlərinin vahid forma, ölçü və struktura gətirilməsini əks etdirir.
Standartlaşdırma və eyniləşdirmə material və yarımfabrikat növlərinin
sayını – səmərəlilik baxımından – minimuma endirməyə, eyni cinsli
istehsalların ölçüsünü artırmağa və daha məhsuldar avadanlıqların tət-
biqinə imkan verir və nəticədə, iqtisadi səmərəliliyi yüksəltməyə səbəb
olan ixtisaslaşdırılmış müəssisələrin inkişafına şərait yaradır.
ctimai əmək bölgüsünün, ixtisaslaşmanın dərinləşməsi əməyin
məhsuldarlığının yüksəlməsinə, əmək vasitələrindən istifadə səmə-
rəliliyinin artırılmasına, əmək cisimlərindən qənaətlə istifadə olun-
masına müsbət planda təsir göstərir.
xtisaslaşmanın dərinləşdirilməsi istehsalın səmərəli təşkili for-
masına keçməyi nəzərdə tutan mühüm texniki-təşkilati tədbirdir. Bu
onunla nəticələnir ki, istehsalın həcmi artır, bir iş yerində eyni əmə-
liyyat dəfələrlə təkrar olunur, fəhlənin bu və ya digər əməliyyatı icra
Telman Huseynov
118
etmək vərdişi formalaşır – əmək məhsuldarlığı yüksəlir və həmin iş
yerində avtomat və xüsusi dəzgahlar tətbiq etməyə və onlardan istifa-
dənin yaxşılaşdırılmasına imkan yaranır.
Bir sözlə, ixtisaslaşdırma, xüsusi avadanlıqların tətbiqilə istehsal
olunan məhsulu kəmiyyətcə artırır, fəhlənin əmək vərdişlərinin inki-
şafı ilə əlaqədar olaraq istehsal edilən məhsun keyfiyyətini yüksəldir.
Kooperasiyala_şmanın_mahiyy_əti_v_ə_formaları'>2. Kooperasiyalaş manın mahiyyə ti və formaları
xtisaslaşdırma, artıq qeyd olunduğu kimi, məhsul istehsalı prose-
sinin ya mərhələlər və ya da məhsulun konstruksiyasını təşkil edən detal
və bağlamalar üzrə tərkib hissələrinə bölünməsi və bunlardan hər birinin
müstəqil istehsala çevrilməsidir. xtisaslaşma nəticəsində həmin isteh-
sallar məkanca ayrı düşsələr də, onlar sonradan həmin mürəkkəb məh-
sulun istehsalı üçün kooperasiya əlaqələrinə girirlər. Başqa sözlə, ixti-
saslaşdırma kooperasiyalaşdırma üçün texniki, iqtisadi və təşkilati zə-
min yaradır. stehsalın ixtisaslaşdırılmasının dərinləşməsi, bütöv bir
istehsalın öz tərkib hissələrinə parçalanaraq müstəqilləşməsi, onlar-
dan hər birinin ayrılıqda təsərrüfat nəticələrini yaxşılaşdırsa da,
onları bir-birindən asılı edir, bunların, ayrılıqda olsa da, ümumi
məqsədə çatmaq üçün səylərinin birləşdirilməsinə obyektiv ehtiyac
yaradır. Belə bir ehtiyacın təmin olunması təsərrüfat əlaqələrinin qurul-
ması və inkişaf etdirilməsi vasitəsilə həyata keçirilir.
xtisaslaşdırmanın dərinləşməsi eyni bir məhsul istehsalının işti-
rakçıları arasında təsərrüfat əlaqələrinin yaranmasını tələb edir ki,
buna da istehsalın kooperasiyalaşması deyilir.
Kooperasiyalaşma müəyyən bir məhsulun birgə istehsalı ilə
məşğul olan müəssisələr arasındakı uzunmüddətli təsərrüfat əla-
qələri formasıdır.
Təsərrüfat əlaqələri formaları kimi maddi-texniki təminatla koope-
rasiyalaşdırmanı bir-birindən fərqləndirmək lazımdır. Onlar zahirən
bir-birlərinə bənzəsələr də, mahiyyətcə ciddi fərqləri olan proseslərdir.
Firma və müəssisələr arasındakı kooperasiya əlaqələri uzun dövrü –
konkret məhsulun istehsalı dövrünü əhatə edir və bir növ müntəzəm xa-
rakterli olur. Müəyyən bir mürəkkəb məhsulun istehsalında birgə iştirak
edən firmalar (müəssisələr) onu tamamlayan baş müəssisənin xüsusi tə-
ləblərinə uyğun olaraq fəaliyyət göstərirlər. Kooperasiya qaydası ilə məh-
Dostları ilə paylaş: |