Fəsil 4. stehsalin təmərküzləşdirilməsi və müəssisənin optimal ölçüsü
113
ventilyasiyaların quraşdırılması və s. üçün əlavə xərclərə ehtiyac ya-
radır. Nəticədə təmərküzləşmənin verdiyi səmərə xərclərin çoxalması
səbəbindən istehsalın səmərəlilik səviyyəsinə ciddi təsir göstərə bil-
mir. Məhz bu səbəbdən də istehsalın ekstensiv yolla təmərküzləşdi-
rilməsi müəyyən həddə qədər aparılmalıdır.
Qeyd etmək lazımdır ki, təmərküzləşdirmənin səviyyəsinin art-
masını, yəni müəssisədə istehsalın miqyasını məhdudlaşdıran əsas
amil idarəetmə ilə əlaqədarlır. ri istehsalı kiçik istehsala nisbətən
idarə etmək çətindir. ri istehsalçıya çevrilmiş firmanın fəaliyyətinə
səmərəli nəzarətin və koordinasiyanın həyata keçirilməsi prosesində
əmələ gələn müəyyən çətinliklər miqyasdan "mənfi effektin" yaran-
masına səbəb olur. Çünki istehsalın miqyası artdıqca, əldə olunan
əlavə səmərə azalmağa başlayır, idarəetmə isə çətinləşir. Nəticədə is-
tehsalın müəyyən miqyasında miqyasdan əldə olunan səmərə idarəet-
mədəki çətinliklərlə əlaqədar yaranan itkilərə bərabər olur. stehsalın
belə səviyyəsi optimal səviyyə hesab edilir. Elmi-texniki tərəqqi həm
istehsalın miqyasının artmasından əldə olunan səmərəni çoxaldır,
həm də idaəetməni asanlaşdırır. Nəticədə, istehsalın optimal ölçüsü
artır və təmərküzləşmənin iqtisadi səmərəliliyi də yüksəlir.
F K R L Ə Ş N
1. Əmək bölgüsü və onun növləri;
2. Təmərküzləşmənin mahiyyətini izah edin;
3. Təmərküzləşmənin hansı formaları vardır?
4. Təmərküzləşmə və istehsalın ictimai təşkilinin digər formalar ilə
onun əlaqəni izah edin.
5. stehsalın təmərküzləşmə səviyyəsini xarakterizə edən göstəricilər
hansılardır?
6. Firmanın (müəssisənin) optimal ölçüsünün mahiyyətini izah edin.
7. Müəssisənin optimal ölçüsünə hansı amillər təsir göstərir?
8. Müəssisənin optimal ölçüsünə görə sənaye sahələri neçə qrupa
bölünür?
9. Təmərküzləşmənin iqtisadi əhəmiyyətini izah edin.
114
Fə sil 5. xtisaslaş dirma və kooperasiyalaş ma
1. xtisaslaşdırmanın mahiyyəti və formaları.
2. Kooperasiyalaşmanın mahiyyəti və formaları.
3. xtisaslaşdırma və kooperasiyalaşmanın səviyyəsini müəyyən
edən göstəricilər
4. xtisaslaşdırma və kooperasiyalaşmanın iqtisadi səmərəliliyi
1. xtisaslaş dırmanın mahiyyə ti və formaları
Məhsuldar qüvvələrin inkişafında əmək bölgüsü nəticəsində böyük
tərəqqi baş vermişdir. Əmək bölgüsü əmək fəaliyyətinin ixtisaslaş-
ması ilə əlaqədar olub, onun növlərə ayrılması, lakin birgə, möv-
cud qarşılıqlı əlaqə və asılılıqda qalması ilə nəticələnən ictimai-
iqtisadi prosesdir. ngilis iqtisadçısı Adam Smit insanın mübadilə-
yə, ticarətə meylliliyinin nəticəsində əmək bölgüsünün əmələ gəldi-
yini göstərirdi. Mübadilə etmək imkanı əmək bölgüsünün dərinləş-
məsinə səbəb olduğundan, onun (əmək bölgüsünün) səviyyəsi müba-
dilə imkanlarının hədləri ilə, yəni bazarın həcmi ilə məhdudlaşır.
Əmək bölgüsü texniki və ictimai əmək bölgüsü kimi 2 qrupa bö-
lünür. ctimai və texniki əmək bölgülərinin birlikdə baş verməsi pe-
şələr üzrə əmək bölgüsünün əsasını təşkil etmişdir.
Texniki əmək bölgüsü – müəssisə miqyasında istifadə olunan insan
əməyinin, tətbiq edilən texnikanın xüsusiyyətləri əsasında bir sıra funksi-
ya və əməliyyatlar üzrə öz tərkib hissələrinə parçalanmasıdır.
ctimai əmək bölgüsünün özünün 3 forması biri-birindən fərqləndirilir:
– ümumi ə mə k bölgüsü iqtisadiyyatın iri sahələrə – sənaye, kənd
təsərrüfatı, nəqliyyat və s. bu kimi sahələrə bölünməsində təzahür edir;
– xüsusi ə mə k bölgüsü özünü sənayenin, kənd təsərrüfatının və
başqa sahələrin daxilində müxtəlif müstəqil sahələrin (alt sahələrin)
əmələ gəlməsində tgöstərir;
Fəsil 5. xtisaslaşdirma və kooperasiyalaşma
115
– fə rdi ə mə k bölgüsü bilavasitə müəssisə miqyasında baş verdi-
yindən onu istehsal fəaliyyətinin müxtəlif növləri üzrə tərkib hissələ-
rinə – sex və istehsal sahələrinə ayırmışdır.
Beləliklə, əmək bölgüsünün inkişafı və dərinləşməsi bir neçə sə-
viyyədə – ölkə, sahə, müəssisə və müəssisə daxilində baş verə bilər.
Sahə üzrə ixtisaslaşma – ictimai və ya şəxsi tələbatı ödəmək
üçün məhdud nomenklaturada məhsul istehsalının nisbətən uzun
dövr üçün hazırlanmasını təmin etmək məqsədilə bu işə hər hansı sa-
hənin uyğunlaşdırılması, daha doğrusu təhkim olunması deməkdir.
Müə ssisə miqyasında ixtisaslaş dırma isə – özünün konstruktiv
quruluşuna, hazırlanma texnologiyasına görə analoq təşkil edən, tət-
biq sahəsi məhdud olan, istehsalı uzun dövr üçün təkrarlanan məhsul
istehsalının bir müəssisədə təmərküzləşməsidir. Belə ixtisaslaşma şə-
raitində istehsal prosesinin səmərəli və yüksək məhsuldarlıqlı texnika
ilə təmin olunması, istehsalın təşkilinin mütərəqqi metodlarından isti-
fadə edilməsi imkanları yaranır və kadrların peşə tərkibindən daha
səmərəli istifadə olunması təmin edilir.
Müə ssisə daxili ixtisaslaş dırma müəyyən texnoloji əməliyyat-
ların yerinə yetirilməsi üçün onların sex, istehsal sahəsi və iş yerləri
arasında bölüşdürülərək cəmləşdirilməsidir.
Beynəlxalq ixtisaslaşdırma isə iqtisadi əməkdaşlıq birliklərinə
daxil olan ölkələr arasında baş verir. Lakin beynəlxalq ixtisaslaşmanı
müəyyən edən amil ölkələrdən hər birinin özünün ölkədaxili ixtisas-
laşmasıdır ki, bunun da əsas səbəbi ölkənin malik olduğu mütləq və
müqayisəli üstünlüklərdir.
stehsalın ixtisaslaş ması bir çox hallarda ölkə nin ə razilə rində
də baş verir; buna misal olaraq sənaye mərkəzləri, iqtisadi regionları
və sənaye rayonlarını göstərmək olar.
Müə ssisə lə r üzrə istehsalın ixtisaslaş dırılmasının əş ya, hissə
və texnoloji ixtisaslaş ma formaları vardır.
xtisaslaşdırmanın əşya forması bilavasitə istehlakçıya çatan hazır
məhsul istehsalının bu və ya digər bir müəssisədə cəmləşdirilməsi
deməkdir. Əşya üzrə ixtisaslaşdırmaya avtomobil, dəzgah, soyuducu,
mebel istehsal edən firma və müəssisələri misal gətirmək olar.
Hissələr üzrə ixtisaslaşdırma forması sonradan istehsalda istifadə
edilmək və hazır məhsulu dəstləşdirmək məqsədilə onun ayrı-ayrı
Dostları ilə paylaş: |