Fəsil 5. xtisaslaşdirma və kooperasiyalaşma
121
keyfiyyətdə davam etdirilir. Başqa sözlə, autsorsinq prosesi yeni
keyfiyyətdə kooperasiya əlaqələrinin yaranmasını şərtləndirir.
3. xtisaslaş dırma və kooperasiyalaş manın sə viyyə sini müə yyə n
edə n göstə ricilə r
stehsalın ixtisaslaşma və kooperasiyalaşma səviyyəsini təhlil etmək və
qiymətləndirmək üçün müəyyən göstəricilər sistemindən istifadə edilir.
Göstəricilər sistemi ixtisaslaşdırma prosesinin aşağıdakı başlıca cəhət-
lərini özündə əks etdirməli və ya qiymətləndirilməlidir: əmək bölgüsünün
səviyyəsini, yəni istehsalın ixtisaslaşdırma formasını; məhsulun sahənin
və ya müəssisənin istehsal prosesinə uyğun gəlməsi dərəcəsini; məhsulun
nomenklaturası və ya çeşidinin genişliyini; məhsulun konstruktiv-texno-
loji cəhətdən ümumiliyini; texnoloji cəhətdən yekcins məhsulların isteh-
salının təmərküzləşmə və optimallıq səviyyəsini və başqalarını.
stehsalın ixtisaslaş ma sə viyyə sini qiymə tlə ndirə rkə n aş ağ ıda-
kı göstə ricilə r sistemi tə tbiq edilir:
– müəyyən növ məhsulun ümumi buraxılışında ixtisaslaşdırılmış
sahənin xüsusi çəkisi, ''əhatəetmə əmsalı'' adlanan əmsal. ''Əhatəetmə
əmsalı'' göstəricisi bu və ya digər sahənin formalaşması prosesini və
iqtisadi inkişaf səviyyəsini səciyyələndirir və ölkədəki ümumi istehsa-
lın həcmində ixtisaslaşdırılmış müəssisələr tərəfindən buraxılan məh-
sulun həcminin xüsusi çəkisi kimi hesablanır;
– sahənin və ya müəssisənin ümumi məhsul buraxılışında əsas
(profil) məhsulun xüsusi çəkisi, "sahə" və ya "müəssisə ixtisaslaşdı-
rılması əmsalı" adlanan əmsal. Müəssisənin əsas (profil) məhsulu onun
profilinə, yəni mövcud avadanlıqların, texnoloji prosesin və kadrların
ixtisaslaşması xarakterinə uyğun olan konstruktiv və texnoloji cəhət-
dən yekcins məhsuldur. Əsas məhsul müəssisənin təsdiq olunmuş layi-
həsinə uyğun olur və onun pasportunda öz əksini tapır. ''Əhatəetmə
əmsalı'' ilə ''sahə" və ya " müəssisə ixtisaslaşdırılması əmsalı'' qarşılıqlı
surətdə bir-birini tamamlayır. Onlar, bir tərəfdən, ixtisaslaşdırılmış sa-
hə və ya müəssisə tərəfindən müəyyən məhsula ümumi tələbatın necə
təmin edildiyini, digər tərəfdən isə, həmin sahənin profilinə uyğun
olmayan məhsulun xüsusi çəkisini səciyyələndirir;
– ayrı-ayrı detalların, qovşaqların, aqreqatların və pəstahların bu-
raxılışı üzrə ixtisaslaşdırılmış və ya mərkəzləşdirilmiş istehsalların
Telman Huseynov
122
müəssisə və sexləri tərəfindən buraxılan məhsulların istehsalın ümu-
mi həcmində xüsusi çəkisi. Bu göstərici hissələr üzrə və texnoloji ix-
tisaslaşdırmanın inkişaf səviyyəsini səciyyələndirir və ayrı-ayrı sahə-
lər, yaxud sahələr qrupu üzrə hesablanır;
– sahənin müəssisələri tərəfindən buraxılan konstruktiv və texno-
loji cəhətdən yekcins məmulatlar qrupunun miqdarı, növləri və tipləri.
Bu göstərici müəssisə tərəfindən buraxılan məmulatların nomenkla-
turası və ya çeşidinin genişliyini səciyyələndirir. Məhsulun nomenk-
laturası nə qədər məhdud olarsa, istehsalın yekcinslik dərəcəsi və
müəssisənin ixtisaslaşma səviyyəsi bir o qədər yüksək olar.
Müəssisədaxili ixtisaslaşma səviyyəsi aşağıdakı göstəricilər vasi-
təsilə öyrənilir və təhlil edilir:
a) ixtisaslaşdırılmış sex və sahələrin xüsusi çəkisi;
b) bir iş yerinə düşən hissə-əməliyyatların sayı;
c) əməliyyatların təhkimolunma əmsalı.
Sonuncu göstərici – təhkimolunma əmsalı (Ə
t.ə
) – aşağıdakı düs-
turun köməyi ilə müəyyən edilir.
Ə
t.ə
=
n
∑P
Burada, ΣP – sex və ya istehsal sahəsində ay ərzində yerinə
yetirilmiş istehsal işinin həcmi; istehsal işi – bir iş
yerində eyni fəhlə tərəfindən fasiləsiz icra olunan
bir və ya bir neçə texnoloji əməliyyatdır.
n – birnövbəli iş rejimində işə çıxmış fəhlələrin və ya
iş yerlərinin sayıdır.
kinci və üçüncü göstəricilər («b» və «c») iş yerlərinin eyni texno-
loji əməliyyatlarla yüklənməsi səviyyəsini, yəni ixtisaslaşmasını xa-
rakterizə edir.
Müəssisənin ixtisaslaşma səviyyəsini daha tam xarakterizə etmək
üçün istehsalın texniki və təşkilati səviyyəsini əks etdirən əlavə göstə-
ricilərdən də istifadə edilə bilər. Bu göstəricilərə aşağıdakılar aiddir:
hazırlanan məhsulun seriyalılığı və kütləvilik səviyyəsi; buraxılan
məhsulda standartlaşdırılmış, normallaşdırılmış və eyniləşdirilmiş his-
sə, qovşaq və ya aqreqatların xüsusi çəkisi; ümumi avadanlıqlar par-
kında avtomat və xüsusi avadanlıqların payı və s.
Fəsil 5. xtisaslaşdirma və kooperasiyalaşma
123
Kooperasiyalaş ma sə viyyə sini tə hlil etmə k üçün elə göstə ricilə r
tə tbiq edirlə r ki, onlar hə m ixtisaslaş dırmanın inkiş afını və hə m də
də rinləş mə sini sə ciyyə lə ndirir. Bu göstə ricilə rə aş ağ ıdakılar daxildir:
a) kooperasiyalaşma əmsalı, yaxud sahənin və müəssisənin buraxdı-
ğı ümumi məhsulun həcmində kooperasiya yolu ilə kənardan alınan ya-
rımfabrikatların və dəstləşdirici məmulatların xüsusi çəkisi;
b) baş müəssisə ilə kooperasiya əlaqələrinə girmiş müəssisələrin
sayı, o cümlədən rayondaxili və ondan kənar müəssisələrin sayı;
c) məhsul vahidinin maya dəyərində "satın alınmış yarımfabrikat
və məmulatlar'' adlı xərc maddəsinin xüsusi çəkisi;
e) bir müəssisə və sahə üzrə rayondaxili və rayonlararası koope-
rativləşmənin nisbəti və s.
4. xtisaslaş dırma və kooperasiyalaş manın iqtisadi sə mə rə liliyi
stehsalın ixtisaslaşdırılması onun ölçüsünün optimal səviyyəyə qə-
dər artırılmasına şərait yaradır ki, bu da öz növbəsində istehsala yük-
sək məhsuldarlıqlı texnika və texnologiya tətbiq etməyə, kadrların ixti-
sasını artırmağa, təchizatçı və istehlakçılarla sabit əlaqələr yaratmağa,
müəssisənin təşkilati və istehsal strukturunu təkmilləşdirməyə və s.
imkan verir. Beləliklə, istehsalın ixtisaslaşdırılması əsasında səmərəli-
liyinin artırılması sahə və müəssisədə həyata keçirilən təşkilati, texniki
və iqtisadi tədbirlərlə əlaqədardır. Bu baxımdan ixtisaslaşma və koope-
rasiyalaşdırmanın maksimal iqtisadi səmərəni təmin edən optimal va-
riantının əsaslandırılması böyük əhəmiyyət kəsb edir.
stehsalın ixtisaslaşdırılmasının iqtisadi səmərəliliyinin əsas
göstəricilərinə: məhsul istehsalına, cari məsrəflərə və onun isteh-
lakçılara çatdırılmasına çəkilən nəqliyyat xərclərinə qənaət;
ə
saslı vəsait qoyuluşlarına qənaət və onların ödəmə müddəti; is-
tehsalın ixtisaslaş dırılmasından ə ldə edilə n illik iqtisadi sə mə rə
və s. aiddir.
xtisaslaşdırma nəticəsində gözlənilən cari qənaət (Q
ix
) aşağıdakı
düsturla müəyyən edilir:
Q
ix
= [(M
1
+X
n1
) – (M
2
+X
n2
)]×B
1
Burada, M
1
və M
2
– ixtisaslaşdırma keçirilənədək və keçiriləndən
sonra məhsul vahidinin maya dəyəri, manatla;
Dostları ilə paylaş: |