Telman Huseynov
142
Bundan əlavə firmanın fəhlə kontingentinin say ilə, idarə aparatı
işçilərinin – «idarə olunanlarla idarə edilənlərin» – say nisbəti tədqiq
və təhlil edilir. Bu məqsədlə aşağıdakı düsturdan istifadə olunur:
П
ф
ф
Я
А
К
J
ap
+
=
Burada J
ap
– firmanın fəhlələrinin sayı ilə idarə aparatı işçilərinin
say nisbətidir;
A
P
– firmanın idarəetmə aparatı işçilərinin sayıdır.
Əgər – burada da – kəsrin qiyməti onun məxrəcinin azalması he-
sabına baş verirsə, bu o deməkdir ki, firmanın idarə aparatı sadələşir.
darəetmə ilə məşğul olanların sayı azalır və bilavasitə məhsul isteh-
salı ilə məşğul olanların sayı isə artır.
stehsal iş
çilə
rinin peşə
-ixtisas tə
rkibinə
gə
lincə
o, hə
r bir
müə
ssisə
nin özünə
mə
xsus xarakterində
n asılı olaraq fə
rqlə
nir.
Məsələn, metallurgiya üçün səciyyəvi olan peşə-ixtisas işçisi polad-
əridən və polad yayandırsa, toxuculuq üçün – əyirici və toxucu, kim-
ya müəssisəsində aparatçı və operator, maşınqayırma üçün torna-
çılar, dəmirçilər, çilingərlər və s.-dir. Bütün bu müxtəliflik müəssi-
sələrin texnoloji özünəməxsusluğundan irəli gəlir, texnoloji əməliy-
yatları icra etmək üçün isə müvafiq peşə sahiblərinin xüsusi hazırlı-
ğı tələb olunur.
Müəssisənin kadrlarının peşə-ixtisas dərəcələri (kvalifikasiya) üz-
rə təsnifləşdirilməsi onun (müəssisənin) istehsal strukturunda, texniki
bazasında və işçilərinin mədəni-texniki səviyyələrində baş verən də-
yişikliklərin öyrənilməsində böyük əhəmiyyət kəsb edir.
Hər bir istehsal sahəsində baş verən əmək bölgüsü elmi-texniki
işləmələrin istehsala tətbiqi və bununla əlaqədar olaraq müxtəlif iş
növlə
rinin yaranması və
hə
min iş
lə
rin fə
hlə
lə
r tə
rə
fində
n yerinə
yetirilmə
si, onlardan müə
yyə
n nə
zə
ri və
empirik biliklə
r tə
lə
b
edir ki, bunlar da öz ə
ksini müxtə
lif peşə
lə
rdə
tapır.
Peşənin tərkibində isə əlavə bilik və vərdiş tələb edən ixtisaslar
formalaşır. Məsələn, çilingər peşəsi müxtəlif çilingər ixtisaslarına –
çilingər-yığıcı, çilingər-alətçi, çilingər-təmirçi və s. bölünür.
xtisas isə
öz tə
rkibində
müxtə
lif ixtisas də
rə
cə
lə
rini birləş
di-
rir. Yerinə yetirilən işin mürəkkəbliyi, dəqiqliyi, məsuliyyəti müəy-
Fəsil 7. Firmada əmək resursları, əmək məhsuldarlığı və əmək haqqı
143
yən bilik, vərdiş və bacarıq tələb edir. Bundan asılı olaraq fəhlələrə
ixtisas dərəcələri verilir.
xtisas dərəcəsinin mühüm tərkib hissələri fəhlənin ümumi təhsili,
texniki hazırlıq səviyyəsi və müəyyən ixtisas üzrə onun praktiki vər-
dişləridir.
stehsalın texniki səviyyəsi yüksəldikcə, istehsala daha mütərəqqi
və mürəkkəb maşınlar tətbiq olunduqca, texnoloji istehsal üsulu
təkmilləşdirildikcə, fəhlənin ixtisas dərəcələrinə tələblər də çoxalır.
Fəhlələr ixtisas dərəcələrinə görə dörd qrupa bölünür: ixtisassız (ix-
tisas dərəcəsi olmayan), az ixtisaslı, ixtisaslı, yüksək ixtisas dərəcəli.
Öz-özlüyündə aydındır ki, xüsusi hazırlıq tələb etməyən işlərin
icrası ixtisas dərəcəsi olmayan, başqa sözlə, ixtisassız fəhlələr tərə-
findən yerinə yetirilməlidir.
Az ixtisas dərəcəli fəhlənin xüsusi hazırlıq keçmə müddəti cəmisi
bir neçə həftə ərzində baş verə bilər. Bu qəbildən olan fəhlələrin icra
etdikləri iş o qədər də mürəkkəb olmur.
xtisas dərəcəli, başqa sözlə, ixtisaslı fəhlələrin hazırlanması 2-3
il müddətində vaxt tələb edir.
Yüksək ixtisas dərəcəli fəhlələrin hazırlanmasında, onlarda nəzəri
biliklərlə yanaşı müəyyən iş təcrübəsinin formalaşması da zəruri
əhəmiyyət daşıyır. Belə fəhlələr isə nisbətən daha uzunmüddətli vaxt
ərzində formalaşır.
stehsal sahəsində elmi-texniki tərəqqinin təsiri altında, tədricən
olsa da, yuxarıda göstərilən ixtisas dərəcələri arasında ixtisassız fəh-
lələrin sayı azalmağa doğru meyl edir, yüksək ixtisas dərəcəli fəhlə-
lərin sayı isə artır.
Hər hansı bir istehsal sahəsində ixtisas dərəcəsi aşağı olan fəhlələ-
rin sayca çox olması o deməkdir ki, həmin sahədə elmi-texniki tərəq-
qinin nailiyyətləri lazımınca tətbiq olunmur, köməkçi işlərin, yükləmə-
boşaltma, təmir və s.-nin mexanikləşdirilmə səviyyəsi aşağıdır.
2. Firmada kadrların idarə
olunmasının xüsusiyyə
tlə
ri
Firmada kadrların idarə edilməsi – işə qəbul, fəhlələrə, xüsusilə,
gənc fəhlələrə hamilik, ixtisas səviyyəsinin yüksəldilməsi və kadrla-
rın yenidən hazırlanması, heyətin davranışına nəzarətin təşkili və s.
bu kimi məsələləri özündə birləşdirir. Bütün sadalanan tədbirlərin sə-
Telman Huseynov
144
mərəli həllində yeganə məqsəd stabil əmək kollektivi formalaşdır-
maq, iş qüvvəsinin müəssisədən axıcılığını minimuma endirməkdir.
Çünki yalnız bu halda sahibkar öz məqsədinə – mümkün qədər daha
çox gəlir götürməyə – nail ola bilər.
Şəkil 7.1. Müəssisədə kadrların idarə olunması
Müəssisədə kadrların idarə olunması (şəkil 7.1) aşağıdakı mərhə-
lələri özündə birləşdirir:
– kadrlara tələbatın planlaşdırılması: kadrlara tələbatın hesablan-
ması;
– kadrların yığılması: bütün vəzifələr üzrə potensial namizədlər
ehtiyatının yaradılması;
– kadrların seçilməsi: iş yerləri üçün namizədlərin qiymətləndiril-
məsi və onlardan müəssisənin işçi heyətini tamamlamaq üçün ən
yaxşılarının seçilməsi;
– əmək haqqının və güzəştlərin müəyyən olunması: kadrların cəlb
olunması, işə götürülməsi və saxlanması məqsədilə əmək haqqının və
güzəştlərin həcminin və strukturunun hazırlanması;
– peşə istiqamətinin müəyyənləşməsi və bu istiqamətə uyğunlaş-
ma: cəlb olunmuş kadrların müəssisədə iş yerlərinə təyin olunması,
onlardan nəyin tələb olunduğu və onlarda əməyin qiymətləndirilməsi
sistemi haqqında təsəvvürün yaradılması;
– tədris: işin səmərəli yerinə yetirilməsi məqsədilə tələb edilən
əmək vərdişlərinin öyrədilməsi üçün proqramların hazırlanması və
yerinə yetirilməsi;
Əmək fəaliyyətinin
qiymətləndirilməsi
Tədris
Kadrların peşə istiqaməti-
nin müəyyən edilməsi və
bu istiqamətə
uyğunlaş-
dırılması
Kadrlara tələbatın
planlaşdırılması
Kadrların seçilməsi
Kadrların cəlb
olunması
Kadrların vəzifədən-
vəzifəyə keçirilməsi,
işdən azad etmə
Rəhbər kadrların hazırlan-
ması, xidməti vəzifə üzrə
hərəkətin idarə olunması